“Xalq qəzeti”. 011. 27 dekabr. №287. – S. Azərbaycan Prezidenti İlham Əliyevin İtar-tass-ın baş direktorunun birinci müavini Mixail Qusmana İtar-tass agentliyi və “Rossiya 24” telekanalı üçün müsahibəsi



Yüklə 187,9 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix04.11.2017
ölçüsü187,9 Kb.
#8441
1   2   3   4   5   6   7

Mən  həmişə  deyirəm  ki,  Azərbaycan  milli  mənafeyə  söykənən  olduqca  səmərəli,  çevik  xarici  siyasət 

yeridir. Təbii ki, bunlar arxasında çox işlərin dayandığı sözlərdir. Lakin Təhlükəsizlik Şurasına seçilmək 

həm  ölkə  daxilində,  həm  də  xaricdə  hamıya  göstərdi  ki,  bu,  bizim  layiq  olduğumuz  qələbədir. 

Təhlükəsizlik Şurasına seçilmək Azərbaycanın necə bir ölkə olduğu barədə bütün dünyaya siqnaldır. Bir 

çoxları üçün bu qələbə gözlənilməz oldu. Ancaq bizim üçün yox. Biz buna inanırdıq və əmin idik. Odur 

ki,  belə  əlamətdar  hadisələr,  heç  şübhəsiz,  birləşdirir,  müsbət  enerji  verir.  Lakin  həyatda  olduğu  kimi, 

belə enerjinin ömrü də çox qısadır. Onu vaxt məhdudlaşdırır.  

- Yeni qələbələr tələb olunur.  

- Əlbəttə, dünya çempionatında və ya Olimpiya oyunlarında qələbədən sonra bir-iki həftə, bəlkə də 

bir ay ərzində eyforiya yaşanır, sonra hər şey normal həyata qayıdır. Belə qələbələr cəmiyyətin birləşməsi 

üçün vacibdir, lakin barəsində danışdığım qələbələr heç də az əhəmiyyətli deyildir. Bu, gündəlik, həftəlik, 

aylıq zəhmətdir. Yeni yol, yeni məktəb, süni peyk, yeni qaz kəməri və sair və ilaxır. Yəni, əslinə baxanda, 

elə bu qələbələr haqqında danışdığımız görünən, necə deyərlər, əks-sədalı, əlamətdar qələbələrə aparır.  

-  Cənab  Prezident,  Sizə  bir  neçə  şəxsi  sual  da  vermək  istərdim.  Burada  bir  qovluq  var. 



Düşünürəm  ki,  Siz  bunu  heç  vaxt  görməmisiniz,  halbuki  bütünlüklə  Sizə  həsr  olunub.  Bu, tələbə 

Əliyev İlham Heydər oğlunun şəxsi işidir. 

- Bəli, maraqlıdır. 

- Düşünmürəm ki, Siz bunu nə vaxtsa görmüsünüz.  

- Bu, məxfi sənəddir? 

-  Məxfi  deyildir.  Mən  onu  söhbətimiz  üçün  Moskva  Dövlət  Beynəlxalq  Münasibətlər 

İnstitutunun (MDBMİ) rektoru Vasili Torkunovdan iki günlüyə xahiş edib götürmüşəm. O, bunu 

mənə verdi. Mən onunla tanış olmuşam. Burada Sizin barənizdə maraqlı, bütövlükdə müsbət olan 

çox şeylər vardır. Qəbul olunmaq haqqında əmrdən tutmuş Sizə MDBMİ-nin məzununun müvafiq 

ixtisasının verilməsi barədə əmrədək. Maraqlı sənədlər, arayışlar, şərhlər çoxdur. Siz bilirsiniz ki, 

MDBMİ-də  hər  bir  kursdan  sonra  xüsusi  attestasiya  verirdilər.  Ümumiyyətlə,  Sizi  həmişə 

tərifləyirlər, tərifləmişlər. Açıq deyirəm. Burada diqqət yetirdim ki, birinci kursda müəllimləriniz 

Sizin  dərslərdən  qaçdığınızdan  şikayətlənirlər.  Bununla  belə,  qiymətlər  yaxşıdır,  dərslərdən  isə 

qaçırdınız. Ona görə də Sizə belə bir sadə sualım vardır. Tələbə İlham Əliyev Moskvada MDBMİ-

nin  hələ  köhnə  binasından  hara qaçırdı? Birinci  kurs tələbəsinin  qaçıb  getdiyi  o sirli  yerlər  hara 

idi? 

-Lakin qeyd etdiyiniz kimi, bu, yalnız birinci kursda olmuşdur.  

-  İkinci  kursda  daha  yaxşıdır.  Düzünü  deyirəm,  burada  hər  şey  yazılmışdır.  Burada  rəsmi 

sənədlər, möhürlər, imzalar, müəllimlərin soyadları vardır.  

- Özünüz düşünün. Bakıda, məktəbdə oxuyan gənc üçün...  

-  6  nömrəli  məktəbdə.  Burada,  yeri  gəlmişkən,  Sizin  attestatınız  vardır.  Orada  yalnız 

fizikadan dörddür, qalanları beşdir.  

- Mən yaxşı oxuyurdum.  

-  Yaxşı,  şikayətlənmək  günahdır.  Çünki  əgər bu  sənədlər  pedaqoji  sənədlər  olmasaydı, mən 

sadəcə gülərdim. Lakin bunlar əsl pedaqoji sənədlərdir və oradakı qiymətlərin hamısı yaxşıdır...  

- Baxın, indi mən əsaslandırmaq istəyirəm. Hərçənd düzünü  desəm, tez-tez qaçdığımı bir o qədər 

də xatırlamıram. Lakin... 

-

Yox, burada var. Rəsmi surətdə, açıq-aydın. Hətta rəy də vardır. Bir neçə dərs buraxmısınız.  

- O vaxt deyildiyi kimi, fakt toplamaq.  

-  Lakin  yaxşı  sözlər  danışırlar.  Xasiyyətcə  şən,  yumor  hissinə  malik,  ünsiyyətcildir,  qrupun 



hörmətini  və  məhəbbətini  qazanmışdır,  ictimai  işləri  yaxşı  yerinə  yetirir.  Burada  hər  şey 

yazılmışdır.  

-  Zənnimcə,  10  il  Bakıda,  6  nömrəli  doğma  məktəbdə  oxuyan,atası  Azərbaycan  Kommunist 

Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan gənc insanın Moskva kimi gözəl və böyük bir şəhərdə 

yeni  mühitə  düşərək,  xüsusən,  birinci  kursda  görməli  yerlərlə  tanışlıq  üçün  öz  vaxtından  maksimum 

istifadə etməsi tamamilə təbiidir.  

-Yeri gəlmişkən, bir detalı qeyd etmək istəyirəm. Burada Sizin əlinizlə doldurulmuş bir anket 

var.  Siz  doğru  dediniz  ki,  o  vaxt  Heydər  Əliyev  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi 

Komitəsinin  birinci  katibi  idi.  Lakin  Siz  onun  birinci  katib  olduğunu  yazmırsınız.  Siz  yazırsınız: 

Azərbaycan KP MK-da işləyir. Onun MK-da birinci şəxs olmasını heç xatırlatmırsınız.  

-Elədir,  ümumiyyətlə,  mən  həmişə  bu  məsələni  qabartmamağa  və  özümü  maksimum  sadə 

aparmağa çalışmışam. Lakin sizin qeyd etdiyinizdən belə başa düşdüm ki, bu hadisə MDBMİ-nin köhnə 

binasında olmuşdur...  




-Bəli, Moskvanın mərkəzində.  

-Yəqin onda başa düşmək çətin deyil mən hara qaçırdım. Bilirsiniz ki, Qorki adına mədəniyyət və 

istirahət parkı yolun o tərəfində yerləşir. Biz də oraya....  

-

Yəni, ora Moskvada sevimli yer idi.  

-Bəli, bu, instituta ən yaxın yer idi...  

-

Oraya qaçmaq olardı.  

-Oraya qaçmaq və qayıtmaq olardı. Buna görə sağ olun.  

-

Lakin bu, hədiyyə deyil. Mən onu qaytarmalıyam, qol çəkib götürmüşəm.  

-Başa düşürəm ki, siz bunu qaytaracaqsınız, amma heç olmasa verin baxım.  

-Burada  ciddi  şərhlər  var.  Burada  hətta  Sizin  fotoşəkilləriniz  də  var.  Bilirsinizmi,  mən  bu 

sualı Sizə hədər yerə vermədim. Bilirdim ki, gənclik illəriniz yaddaşdan silinməyib. Əlbəttə, bu gün 

gənc  nəsil  başqadır.  O,  kompyuter  gəncliyi,  internet  gəncliyidir  -  başqadır.  Siz  kifayət  qədər 

gəncsiniz, bu mənada ki, həmin gənc nəsli yaxşı xatırlayırsınız, bugünkü gənc nəsli də görürsünüz. 

Sizin fikrinizcə, bugünkü gənc nəsli Sizin gənclik illərinizlə müqayisə etsək, onun müsbət və mənfi 

cəhətləri nədədir?  

-Əvvələn, deməliyəm ki, müqayisə etmək mənim üçün yəqin çətin olacaqdır. Ona görə ki, bu gün 

verdiyim qiymət artıq mənim təcrübəmə əsaslanır. O vaxt baş verənlərə gəldikdə isə, təbii ki, mən özüm 

indi  haqqında  nəsə  deməli  olduğum  həmin  gəncliyin  bir  hissəsi  idim.  Lakin  çalışaram  ki,  maksimum 

obyektiv  olum.  Mən  belə  hesab  edirəm  ki,  indiki  gənclik,  əlbəttə,  daha  müstəqil,  daha  motivasiyalı  və 

daha peşəkardır. Bizim ölkədə baş verənlərə əsasən görürəm ki, indiki gənclərin uğur qazanmaq arzusu 

çox  böyükdür.  Onlar  tamamilə  başa  düşürlər  ki,  bu,  yalnız  yaxşı  təhsil  olduqda  mümkündür.  Artıq 

diplom, yaxud hansısa sertifikat, yaxud hansısa qohumluq əlaqələri həmişə kömək edə bilmir. Yəni, əgər 

sənin potensialın yoxdursa, əgər sən peşəkar deyilsənsə həyatda çətin olacaqdır. Əgər sən istedadlısansa, 

yaxşı  qabiliyyətlərin,  vərdişlərin  vardırsa,  yaxşı  oxumusansa,  onda  təbii  ki,  yerini  tapacaqsan  və  yaxşı 

yaşayacaqsan.  Zənnimcə,  bu  anlayış  hələ  o  vaxt  bizim  gənclərdə  yox  idi.  Əlbəttə,  o  vaxt  da  oxumaq 

istəyənlər vardı. Lakin elələri də vardı ki, onlar sadəcə diploma sahib olmaq istəyirdilər ki, anketlərində 

bu 

yazılsın. 



Sonrası 

isə 


artıq 

heç 


kəsi 

maraqlandırmırdı.  

Həm  də  düşünürəm  ki,  indiki  gənclər  daha  vətənpərvərdir.  Bu,  təbiidir,  çünki  Azərbaycanın  indiki 

gəncləri  müstəqillik  şəraitində  yaşayır  və  böyüyür,  onlar  müstəqil  Azərbaycan dövlətinin  bir  hissəsidir. 

Mənə  çox  xoşdur  ki,  bu  belədir.  Bu  da  mənə  çox  xoşdur  ki,  qloballaşmaya,  bütün  yeni  fikirlərə 

baxmayaraq, bizim gənclər öz köklərinə çox bağlıdır. Mənə xoşdur ki, bizim gənclərin əsas hissəsi, böyük 

əksəriyyəti Azərbaycan musiqisini dinləyir. Yəqin ki, bu çox mühüm göstəricidir. Bu gənclər Azərbaycan 

xalqının  ənənələri,  mənəvi  dəyərlərimiz,  mədəniyyətimiz,  tariximiz  əsasında  tərbiyə  olunmuşlar.  Yəni, 

mən deyərdim ki, bizim gənclərin milli ruhu çox güclüdür. Bu mənə çox xoşdur və mən Prezident olaraq 

bu  milli  ruhun  daha  da  möhkəmlənməsi  üçün  hər  şeyi  etməyə  çalışıram.  Əlbəttə,  qlobal  dünyada 

yaşamağımızı,  bizim  bu  dünyanın  bir  hissəsi  olduğumuzu  başa  düşməli,  təbii  ki,  ən  yaxşı  nə  varsa 

hamısını və ən mütərəqqi texnologiyaları Azərbaycana gətirməliyik. Ümumiyyətlə, biz bunu edirik. Buna 

görə  də  mən  bugünkü  gəncləri  ideallaşdırmadan  bu  amilləri  qeyd  edərdim.  Bundan  əlavə,  bugünkü 

gənclər bizim nəsil ilə müqayisədə daha çox risklərə, təhdidlərə məruz qalır və ümumiyyətlə bəşəriyyətin 

müasir  coşqun  inkişafının  mənfi  cəhətləri  yəqin  ki,  bunlardır.  Lakin  keyfiyyət  baxımından,  bir  daha 

demək istəyirəm, mənə belə gəlir ki, indiki gənclər bizim nəsli qabaqlayır. Yəqin ki, belə də olmalıdır. 

Lakin növbəti nəsil...  

-

Dialektika, yəqin ki, Siz onu öyrənmisiniz...  

-İndiki nəsli qabaqlamalıdır.  

-

Mən  yenə  Sizin  şəxsi  işinizə  qayıtmaq istəyirəm. Burada  çox maraqlı  məsələlər  var.  İlham 



Heydər oğlu, Siz qəbul imtahanında yazdığınız inşanın mövzusunu xatırlayırsınızmı?  

-Yox, xatırlamıram.  

-

Mən  yadınıza  salaram.  “Puşkinin  “Yevgeni  Onegin”  poemasında  rus  zadəganlığı  və  onun 

nümayəndələri”  mövzusu.  Beş.  Əla  yazılmışdır.  Burada  Siz  Aleksandr  Sergeyeviçdən  bütöv 

bəndləri əzbərdən sitat gətirirsiniz.  

-O vaxt hər şeyi əzbərləməyə məcbur edirdilər.  

-

Bəli,  bəli,  əla  inşadır.  Özü  də  şifrlənmişdir,  yəni  onu  yoxlayan  müəllim  müəllifin  kim 

olduğunu  bilmirdi.  Bəs  zadəganlıq  nədir?  Mən  belə  başa  düşürəm  ki,  zadəganlıq  cəmiyyətin 

elitasıdır.  Bilmirəm,  təsadüfdür,  yoxsa  nəyi  rəhbər  tutaraq  Siz  “Rus  cəmiyyətində  elitanın  rolu” 

mövzusunu  seçmisiniz.  Zadəganların  rolu.  Sizin  fikrinizcə,  müasir  cəmiyyətin  elitası  nədir  və 

Azərbaycan cəmiyyətinin elitasının bütövlükdə Şərq elitasına münasibəti necədir?  



Yüklə 187,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə