Xaqani Şİrvani Töhfətül-Iraqeyn



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix06.10.2018
ölçüsü0,63 Mb.
#72754
1   2   3   4   5   6   7   8   9   ...   15

Daxildə çox xəsis, hiyləgərdirlər. 

Dövlət adamları əyridir tamam, 

Rüşvətlə dolanır hakimlər müdam. 

Qərəz... Janilərdən tez ayrılaraq, 

Getdim, özlərinə qaldı bağça, bağ... 

 

 



ÇAYIN TƏRİFİ 

 

O böyük ölkənin kənarında mən, 



Möhkəm bir yer gördüm, sanki bir gülşən. 

Onun hər milində yüz Misir vardı, 

Bu yerdə sanasan yüz Nil axardı. 

Soruşdum: İraqda Nil çayımı var?! 

Ya da Kuhistanda belə bir hasar?! 

Dedilər qorumaq üçün sultanı, 

Bir darğa etmişlər bu Kuhistanı. 

Ta ona dəyməsin deyə bir bəla, 

Bu çaydan bir hasar çəkmişlər ona. 

Bu çay öz suyuyla tapıb şərafət 

Ədən dəryasından yüksəlmiş, əlbət. 

Gözəldir camalı yar camalından, 

Hüsnü də nazından, xoş vüsalından. 

İsa nəfəsindən gəlmişdir cana, 

Adəm bu su ilə gəlmiş meydana. 

Ona qul kimidir mühit dənizlər, 

Ondan pay umaraq yolunu gözlər. 

Bir zərrə qədərdir yanında Seyhun, 

Bir korun göz yaşı qədərdir Jeyhun. 

Bu huma üzlünün ördəyi də bil, 

İnan ki, unqadan heç kiçik deyil. 

Burada yüksələn hər bayquş səsi, 

Gəlir qulaqlara Barbəd nəğməsi. 

Onun hər yerinə əl atsan əgər, 

Əlinə mirvari və sədəf gələr. 

Balıq tutmaq üçün gələr Süleyman, 

Onları qızardar Məsihlə Rizvan. 

Hər ləhzə bu çaydan sahilə tərəf, 

Hücuma keçərlər balıqlar səf-səf. 

Burada Xızr ilə Musa yuyunar, 

Hər bir qətrəsində yüz min kövsər var. 

Bu çaya baş vurdum mən də bir zaman, 

Keçdim dalğasından, möhkəm hasardan. 

 



 

ŞİKARGAHIN TƏSVİRİ 

 

Nəhayət yetişdim xoş bir məkana, 



Bura şikargahdı böyük sultana. 

Gözümə göründü bu yer çox ali, 

Misilsiz bir çəmən, gözəl, səfali. 

Onun qarşısında sönükdi dünya, 

Ya hərf üzərində sükundu guya. 

Burada qurulan yüksək çadırdan, 

Sanki görünürdü minlərlə cahan. 

Bura şah meydanı bir şikargahdı, 

Qurbanlar kəsilən bir barigahdı. 

Yüz saray əyərdi qarşısında baş, 

Bu saray yüz göyə, fələyə sirdaş. 

Hər saray içində sultan iki yüz, 

Sürtərdi bu dərgah torpağına üz. 

Hər biri üç dəfə öpüb torpağı, 

"Ələbdü" deyərdi qullar sayağı. 

Yerin sakit yatan öküzü budur, 

Onun fərmanının bir sübutudur. 

Atının xoş çulu, bax, dönə-dönə, 

Salınır fələyin atı üstünə. 

Fələyin göylərdə olsa da atı, 

Onun himmətilə çalır qanatı. 

Bu çadır uzaqdan işıqlanırdı, 

Sanki qaranlıqda çıraq yanırdı. 

Gecələr nə qədər olsa da uzaq, 

Onu tez göstərər nur ilə çıraq. 

Sirrini arifə açar mehriban, 

Naəhl adamlara eyləməz əyan. 

Tur dağı yandırmaz oda Musanı, 

Yandırar, əlbəttə, azğın insanı. 

Bu böyük sarayın ətrafında, bax, 

Durmuşlar böyüklər halqa vuraraq. 

Çadır tənabını hər sadiq insan, 

Etmişdir özünün can damarından, 

İrəli çıxaraq hər sərkərdəsi, 

Oxuyar dünyaya zəfər nəğməsi, 

Nizamla düzülən qorxusuz ləşkər, 

Saysızdır göylərdə ulduzlar qədər. 

Sıyrılmış qılınclar yağdırır qəzəb, 

Üstündə yazılmış "Kömək et, ya rəb!" 

Böyük davalardan qalib çıxanlar, 




Kiçik döyüşlərdə məğlubmu olar? 

İşlədər davada o mərdlər, bişək, 

Qılıncı dil kimi, dili qılınc tək. 

Onların hər zərbi yüz qəlbi dələr, 

Hər səsə yüz yerdən səs, haray gələr. 

Hər kəs qılıncını can tək qoruyar, 

Papağı ağıl tək başına qoyar. 

Müştəri sifətli və ay camallı, 

Zühəl həmayilli, Mərrix kamallı, 

Hər biri keçərsə hücuma əgər, 

Düşmənin canını yüz yerə bölər. 

Onlar arxalanır əbədiyyətə, 

Onların çadırı gəlməz afətə. 

Bu yeddi fələyin ustadı günəş, 

Onun qapısının nökərinə əş. 

 

 



* * * 

 

Qəlbim arzuladı o barigahı, 



İstədi ziyarət eyləsin şahı. 

Görüb bu dərgaha yaxın kəsləri, 

Heyrətdə qalaraq gəldim irəli, 

Dedim: "Ey möhtərəm, əziz adamlar, 

Ancaq sizdən imdad gözləmək olar. 

Bu gün siz sultana yaxın ərsiniz, 

Ona layiq sözü siz deyərsiniz. 

Jan xilas edərək min bəlalərdən, 

Gəlmişəm bu böyük barigahə mən. 

Bəlkə sayəsində taparaq imkan, 

Öpəm padişahın əlini bir-an." 

Dedim sözlərimi, lakin bir nəfər, 

Məni dinləmədi bir zərrə qədər. 

Mən aciz qaldıqda, nəhayət yenə, 

Üz tutdum hümmətli kəslər səmtinə. 

Bir gün günəş kimi geyimi sarı, 

Bir adam yönəldi önümə sarı. 

Gördükdə möhtərəm, böyük xacəni, 

Böyük bir şaşqınlıq bürüdü məni. 

Bəxtim bu xacəyə olarkən düçar, 

Sanki zərim gəldi mənim do çahar. 

 

 



JƏMALƏDDİN MOSİLİ İLƏ GÖRÜŞ 


VƏ ONUNLA SÖHBƏT 

 

Ey fələk cəlallı, ucalsın şanın 



Daha da çox olsun sənin cəlalın! 

Ey dünya şöhrətli, sənin nüfuzun, 

Yüksəlsin fövqünə ayın, ulduzun. 

Özünsən, mən bunu etmişəm yəqin. 

Birinci rəqəmi tanrı xəttinin. 

Parlaq işıq saldın zəmanəyə sən, 

Ulduzlar parlayır nurlu kölgəndən. 

Xilqətin dörd arxı, görünsən əgər, 

Sənə qibtə edər, paxıllıq edər. 

Vuran baş düyünü can ilməyinə 

Sən oldun, ümidim sənədir yenə. 

O biri dünyaya bizi bir zaman, 

Özünlə aparan sən olacaqsan. 

Oxudum, dinlədi o söz hakimi. 

Bəyəndi ürəkdən şerlərimi. 

O, sədəf ağzından səpdikcə gövhər 

Elə bil, dolurdu dürlə dənizlər. 

Həmişə çıxsa da dürlər dənizdən, 

O dür dənizləri yaratdı sözdən. 

Düşən mirvarilər iki dodaqdan 

Hər iki dünyanı bəzərdi, inan! 

Nurdan yaranmışdır nitqi, nəfəsi 

Zəbur nəğməsidir şirin nəğməsi. 

Dedi: - Soruşuram, mənə söylə bir 

Əslən haralısan? De, adın nədir? 

Dedim: - Tələbəyəm, həm də sözbilən. 

Şərvan şəhərində doğulmuşam mən. 

Xəlilullah olmuş dövründə atam 

Deməli, əslində nəccar oğluyam. 

Bəla kahasını gəzdim hər addım, 

Ağıl barmağımı sorub yaşadım. 

Fələklər paxıllıq edərək mənə, 

Saldı günahkarlar cəhənnəminə. 

Sənin öz lütfünlə haman cəhənnəm 

Çiçəkli behiştə çevrildi o dəm. 

Mən eşqin səhrası, qəlbin qibləsi 

Yoluna üz qoydum, könlümün səsi 

Həqqə yaxın olsun, deyə yetirdim - 

Qəlbimin oğlunu qurban gətirdim. 

Dedi: - Necə gəlib çıxdın İraqa, 

Neçin qədəm qoydun bizim torpağa? 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə