XariCİ ÖLKƏ TÜrkoloqlari haqqinda qisa biLGİLƏr m e m o r y (“y a d d a ş”) reguly antal



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix19.07.2018
ölçüsü0,51 Mb.
#57153
1   2   3   4   5   6   7   8   9   10

iştirak  etmişdir.  1948-ci  ildə  təqaüdə  çıxmış,  elə  həmin  il  türk  dili  professoru 

olaraq  Vaşiqtona  dəvət  olunmuşdur.  Georgetown  Universitetində  üç  il 

işlədikdən    sonra  Fransaya  qayıtmış  və  Gerardmerdə  elmlə  məşğul  olmuşdur. 

1955-ci  ildə  «Principes  de  grammaire  turque  ("Turk"  de  "u:quıe)»  (1955)  adlı 

əsərini  nəşr etdirmişdir.  (Əsər 1951-ci  ildə  yazılmışdır).  «Philologiae  Turcicae 

Fundamenta» adlı kitab toplusunda «L'osmanli moderne et le Türk de Turquie» 

(I)  adı  ilə  məqalə  çap  etdirmişdir.  Deny  «İslam  ensiklopediyası»nın  Avropada 

çıxan I və II nəşrlərində də öz məqalələrini çap etdirmişdir. 

Deny  türkologiya  sahəsində  bir  çox  məqalə  və  nəşrlərin  müəllifidir:  «Sari 

Saltıq et le nom de la ville de Babadaghi» (1913), Traditions populaires turques 

de  Salonique  et  de  Florina»  (1919),  Langues  turques,  langues  mongoles  et 

langues  tongouzes»  (1924),  Chansons  des  Janissaires  turcs  d'Alger  (fın  du 

XVIIe siecle)» (1925) və s. 

«Une  inscription  en  langue  proto-bulgare  decouverte  ä  Preslav»  1947)  adlı 

məqaləsi də qədim bulqar yazılarına yeni bir əlavədir. 

Türkiyənin  elm  adamları  bütün  həyatını  türk  dilinə  həsr  edən  Denynin  bu 

işlərini  hər zaman  təqdir etmişlər. 1958-ci  ildə Deny  Türk Dili Qurumuna  üzv 

seçilmişdir. 

1958-ci  ildə  Türk  Dili  Qurumu  yerli  və  xarici  türkoloqların  qatılması  ilə 

ona bir məqalə nəşr etdirdi (1958). 

Deny 1963-cü ildə Fransada vəfat etmişdir. 

 

KOWA'LSKİ  TADEUSZ

  –  polyak  şərq  alimi  və  türkoloqudur.  1889-cu 

ildə  anadan olmuşdur. 

Fransada  polyak  bir  ailənin  uşağı  olan  Kowalski,  1894-cü  ildə  Krakovda 

liseyi  bitirmişdir.  Hələ  liseydə  şagird  ikən  şərq  elmlərinə  marağı  olan 

Kowalski,  Vyana  Universitetinin  fəlsəfə  fakültəsinə  daxil  olmuşdur  (1907). 

Vyanada qədim ərəb şeirlərinin məşhur müəllifi R. Geyerin yanında təhsil alan 

Kowalski 1911-ci ildə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmiş, 1911-1912 -



ci  tədris  ilində  Strasburqda  Theodor  Nöldeke  ilə  Enno  Littmannm,  daha  sonra 

isə Kölndə Georg Jacobun yanında işləmişdir. 

1919-cu  ildə  Krakovda  Jagiellon  Universitetində  müsəlman  şərq 

filologiyası şöbəsi yaradılmışdır. Professor olaraq bu şöbəyə gətirilən Kowalski 

1919-1948-ci illərdə şöbəni idarə etmişdir. 

Şərq elmləri, xüsusilə türkologiya sahəsində etdiyi vacib tədqiqatları ilə elm 

adamlarının  diqqətini  cəlb  etmiş  Kowalski  1927-ci  ildə  Polşa  Elm 

Akademiyasının  xəbərləşmə  üzvlüyünə seçilmişdir. 1932-ci  ildə akademiyanın 

daimi  üzvlüyünü  qazanmış,  1931-ci  ildə  isə  burada  ümumi  sekretarlıq 

vəzifəsinə  təyin  edilmişdir.  Bundan  əlavə,  qurulduğu  tarixdən  (1923) 

başlayaraq  Polşa  Şərq  Araşdırmaları  Dərnəyinin  (Polska  Towarzystwa 

Orientalistycznego)  çalışmalarında  yaxından  iştirak  etmiş,  1947-ci  ildə  müdir 

seçilmişdir. 

Kowalski  «Der  DTvän  des  #ais  ibn  al-)  a  +  Im»  (1914)  adlı  əsərində  ərəb 

filologiyası  sahəsindəki  bacarığını  ustalıqla  göstərmişdir,  Bu  yazısı  ilə  şərq 

alimlərinin diqqətini cəlb edən Kowalski sonralar türkologiya sahəsində işləklə 

yanaşı  bəzən  ərəb  filologiyasına  müraciət  etmiş  və  bu  sahədə  yeni  əsərlər 

yazmışdır.  «Poezja  staroarabska»  adlı  məqaləsini  nəşr  etdikdən  sonra,  El-

Bekrinin «El-memälik ve'l- mesälik» adlı əsərinin Polşa haqqında olan hissəsini 

nəşr  etdirmiş  («Monumenta  Poloniae  Historica»),  bundan  əlavə  Kä'b  ibn 

Zuheyrin  divanını  tədqiq  etmişdir  («Le  dlwän  de  Ka'b  ibn  Zuhair»:  Edition 

critique, 1950). 

Bu  çalışmaları  ilə  yanaşı  fars  filologiyası  sahəsində  məqalələr  nəşr 

etdirmiş,  Ömər  Xəyyamın  rübailəri  haqqında  bır  əsər  yazmışdır  (1936).  Daha 

sonra Firdovsinin «Şahnamə»si üzərində tədqiqat aparan Kowalski müharibə və 

ov  mərasimləri,  din,  coğrafiya  elmləri,  İran,  Turan  və  ərəblər  arasında  əlaqələr 

kimi  mövzulara  müraciət  etməyinə  baxmayaraq  bu  sahədə  məqalələri  çap 

etdirməmişdir.  «Les  Turcs  aans  ie  Sän-näme»  (1948)  adlı  məqaləsi  'ou  uövrə 

təsadüf  edir.  Bu  məqalə  Kowalskinin  1926-cı  ildə  nəşr  olunan  «Die  ältesten 



Erwähnungen  der  Türken  in  der  arabischen  Literatur»  (1926)  məqaləsini 

tamamlamışdır. 

Türklərlə  bağlı  mövzulara  üstünlük  verən  Kowalski  sonralar  türkologiya 

sahəsinə  üz  tutmuşdur.  1916-cı  ildə  türk  əsgərlərindən  topladığı  tapmacaları 

«Zagadki  ludowe  tureckie»  («Enigmes  populaires  mrques»,  1919)  adlı 

məqaləsində nəşr etdirən Kowalski 1922-ci ildə xalq şeiri haqqında dəyərli bir 

tədqiqat  üzə  çıxarmışdır:  «Ze  studiöw  ıad  form^  poezji  ludöw  tureckich. 

Etudes sur la forme de la poesie :es peuples turcs» (1922). 

Kowalski  Balkan  və  Anadolu  türkləri  arasında  dil,  folklor  və  etnoqrafiya 

tədqiqi  üçün  çox  sayda  səyahət  etmişdir.  Bu  səyahətləri  nəticəsində  bir  çox 

məqalə  nəşr  etdirmişdir:  «Piosenki  ludowe  ana-  olskie  o  razböjniku 

Czakdzym»  (1916-1918),  «Cinq  recits  de  Günei  Vilayet  de  Smyrne)»  (1925), 

«Osmanisch-türkische Volkslieder aus klazedonien» (1926) və s. 

«İslam ensiklopediyası»nın I (Avropa) nəşrində dərc olunan Dialectes turcs-

osmanlis»  (və  «Osmanisch-turkische  Dialekte»)  hissəsinin  də  müəllifi 

Kowalskidir.  Bu  hissə  osmanlı  türk  dialektləri  haqqında  yazılmış  dəyərli  bir 

tədqiqatdır.  Anadolu  və  Rumeli  dialektlərini  əhatə  edən  bu  yazı  mövzu 

haqqında  ilk  çalışmadır.  Bundan  əlavə  İslam  ensiklopediyası»nda  tapmaca, 

qoşma və nəğmə hissəsini Kowalski yazmışdır. 

«Zu  den  türkischen  Monatsnamen»  (1930)  adlı  məqaləsində  türk  ilində  ay 

adlarını tədqiq etmişdir. 

Kowalski qıpçaq qrupuna aid dialektlərə də müraciət etmiş, çap etdirdiyi «A 

propos  du  Codex  Cumanicus»  (1929)  adlı  məqaləsi  də  bu  mövzuya  həsr 

olunmuşdur. 

O,  Polşada  yaşayan  türklərin  dilini  də  tədqiq  etdirmişdir.  1927-ci  ildə 

Hollandiya  Şərq  Dərnəyi  (Oostersch  Genootschap  in  Nederland)  Dnqresinə 

«Über  die  polnischen  Karaimen,  ihre  Sprache  und  deren  erhältnis  zu  den 

anderen  kipcakischen  Sprachen»  adlı  məlumatı  təqdim  etməklə  yanaşı 

Kowalski  «Piesni  obrzçdowe  w  narzeczn  araimöw  z  Trok»  (1927)  adlı  bir 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə