XariCİ ÖLKƏ TÜrkoloqlari haqqinda qisa biLGİLƏr m e m o r y (“y a d d a ş”) reguly antal



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix19.07.2018
ölçüsü0,51 Mb.
#57153
1   2   3   4   5   6   7   8   9   10

Elmi marağı - dialektoloji araşdırmalardır. 

Kazanda  ərəbcə  və  farsca  bilik  almış  Maksimov  1859-cu  ildə  Peterburq 

Universitetinin  Şərq  dilləri  fakültəsini  bitirir.  Elmi  araşdırmalar  üçün  üç  il 

Türkiyədə  çalışır.  1967-ci  ildə  Peterburq  Universitetində  dosent  olaraq  çalışır. 

1868-ci  ildə  Türkiyədə  diplomat  kimi  fəaliyyət  göstərməyə  başlayır  və  elmi 

tədqiqatlarını davam etdirir. 

1868-ci  ildə  Sankt-Peterburq  şəhərində  «Опыт  исследования  тюркских 

диалектов  в  Худавенджаре  и  Карамании»  adlı  əsəri  işıq  üzü  görüb.  Əsər 

indiyə qədər bu sahədə yeganə araşdırma olaraq qalır. 

Maksimov 1900-cü ildə vəfat edib. 



 

MİKKOLA  JOOSEFFİ  JULİUS

  –  tanınmış  fin  slavistidir.  1866-cı  ildə 

anadan olmuşdur.  

Elmi 

marağı 


slavyan 


dillərinin 

müqayisəli 

qrammatikasıdır. 

Türkologiyada  əski  Dunay  bulqar  türklərinin  xronologiyasını  araşdırıb.  Onun 

bu çalışması türkoloq və slavistlər arasında fikir müxtəlifliyinə və mübahisələrə 

səbəb  olsa  da,  sağlam  bir  tədqiqat  olaraq  qalır.  Onun  avar  dili  üzərində  də 

araşdırmaları vardır. 

O, 1946-cı ildə 80 yaşında vəfat etmişdir. 



 

STRAHLENBERQ  (STRALENBERQ)  FİLİPP  JOHANN

  –  görkəmli 

isveçli türkoloqdur. 1676-cı ildə Strasburq şəhərində anadan olmuşdur.  

1709-cu  ildə Poltava döyüşündə əsir düşən Strahlenberq 10  il Sibirə sürgün 

edilmişdir.  Bu  zaman  Sibirdə  yaşayan  xalqların  dillərini  və  yaşam  tərzini 

öyrənir. 

1726-cı  ildə  «Vorbericht  eines  zum  Druck  verfertigten  Werkes  von  der 

Grossen  Tatarey  and  den  Koniqreiche  Siberben»  və  1730-cu  ildə  «Daş  Nord 

und Ostliche Theil von Europa und Asia» adlı əsərləri çap olunub. 

Strahlenberq 2. 09. 1744-cü ildə Hollandiyada 71 yaşında vəfat etmişdir. 



ARİSTOV 

NİKOLAY 

ALEKSANDROVİÇ

 

– 



görkəmli 

rus 


türkoloqudur. 1847-cı ildə anadan olmuşdur.  

Araşdırmaları  «Живая  старина»  jurnalında  yayımlanmışdır.  Elmi  marağı 

etnologiyasıdır.  «Заметки  об  этническом  составе  тюркских  племен  и 

народностей  и  сведения  об  их  численности»  adlı  çalışması  bu  günə  qədər 

aktuallığını saxlamışdır. 

 

BARBШER  DE  MEYNARD  CASİMİR-ADRİEN

  –  görkəmli  fransız 

türkoloqudur. 1827-cı ildə anadan olmuşdur. 

1867-ci  ildə  Parisdə  türk  dili  professoru  adını  almışdır.  Bir  çox  yazıların 

müəllifidir.  Türkologiyada  «Supplement  aux  dictionnaires  publies  ı'ä  ce  jour 

renfermant  les  mots  d'origine  turque  et  les  mots  arabes  et  persans  oyes  en 

osmanli  avec  leur  signifıcation  particuliere...»  başlıqlı  lüğətin  müəllifi  kimi  

tanınmışdır.  Onun  ikicildli  «Fransızca-türkcə  lüğəti»nin  əlyazması  Paris  Milli 

kitabxanasında saxlanılır. 

1908-ci ildə Parisdə 81 yaşında vəfat etmişdir. 



 

DESMAİSONS JEAN JACQUES PİERRE

 – məşhur fransız mənşəli rus 

türkoloqudur. 1807-cı ildə anadan olmuşdur. 

 Ərəb  və  fars  dillərindən  tərcüməçi  kimi  tanınır.    Elmi  maraqları  türk 

folkloru  və türklərin  yaşayışı. 1834-cü  ildə Buxara  mədrəsələrində çalışmışdır. 

Türkcə  və  farsca  dərs  demişdir.  Desmaisons  Ebülqazi  Bahadır  ı  «Şecere-i 

TürkT»  adlı  əsərini  fransız  dilinə  çevirmişdir.  Desmaisons  böyük  “Türkcə-

Fransızca lüğəti» də yazmışdır.  1973-cü ildə Parisdə 66 yaşında vəfat etmişdir. 



 

GOMBOTS  ZOLTÄN

  –  görkəmli  macar  dilçisidir.  1877-cı  ildə  anadan 

olmuşdur. 

Budapeşt  Universitetində  oxumuşdur.  Fransa  kollecində  fonetika 

laboratoriyasında  çalışmışdır  və  bu  sahədə  bir  çox  məqalələrin  müəllifidir. 




1905-ci  ildə  Budapeşt    Elmlər  Akademiyasının  üzvü  seçilmişdir.  1906-cı  ildə 

dosent, 1914-cü ildə isə professor almışdır. 

Gombots  macar  dilçiliyindən  başqa,  altaistika  və  xüsusilə  türkologiya 

sahəsindəki dəyərli çalışmaların  müəllifidir. 1906-cı ildə onun kiçik «Çuvaşca 

lüğəti çap edilmişdir.  Bu  lüğətdə çuvaş ağızlarında rast gəlinən sözlərin çuvaş 

ədəbi dilindəki qarşılıqları verilmişdir. 

Gombots  macar  dilindəki  əski  türk  sözlərini  araşdırmışdır.  Bu  araşdırma 

1908-ci ildə macarca «Honfoglalas elötti török jövevenyszavaink», 1912-ci ildə 

isə almanca Die bulgarisch-türkischen Lehnwörter in der ungarischen Sprache» 

adı  ilə  nəşr  edilmişdir.  Alimin  Altay  dillərinin  səs  tarixinə  aid  «Zur 

Lautgeschichte  der  hen  Sprachen»  adlı  əsəri  1912-1913-cü  illərdə  çapdan 

çıxmışdır.  

Gombotsun ən böyük əsəri “Macar dilinin etimoloji lüğəti”dir. 1935-ci ildə 

Budapeştdə 58 yaşında vəfat etmişdir.  



 

KENESBAYEV  SMET  KENESBAYEVİÇ

  –  məşhur  qazax 

türkoloqudur. 1907-cı ildə anadan olmuşdur.  

1944-cü  ildə  doktorluq  dissertasiyasını  müdafiə  etmişdir  Elmlər 

Akademiyasının  təsisçilərindəndir.  Akademiyanın  müxbir  üzvü  və 

vitseprezidenti  seçilmişdir.  Qazax  dilinin  fonetikası,  leksikası  və 

frazeologiya  əsərləri  var.  Bir  neçə  dərsliyin  müəllifidir.  Tərcümə 

nəzəriyyəsi, tətbiqi leksikoqrafiya adlı tədqiqatları var. 

Əsas  elmi  istiqaməti  frazeologiyadır.  30  ildən  artıq  frazeologiya 

sahəsində  çalışıb.  1977-ci  ildə  Kenesbayevin  88  çap  vərəqi  həcmində 

«Frazeologiceskij slovar kazaxskogo  jazyka» adlı əsəri  işıq  üzü  görmüşdür. 

Sovet  Türkoloqlar  Komitəsinin  «Советская  тюркология»  jurnalının  

redaksiya heyətinin üzvü idi. 

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə