XavariCLƏr və yeni İdeologiyalari


BU TAYFANIN MEYDANA ÇIXMASININ SƏBƏBLƏRİ



Yüklə 284,8 Kb.
səhifə2/5
tarix15.03.2018
ölçüsü284,8 Kb.
#32084
1   2   3   4   5

BU TAYFANIN MEYDANA ÇIXMASININ SƏBƏBLƏRİ



Birinci: İraq camaatı Osmanın  bəzi qohumlarının həya­tın­dan şikayətlənərək onu şərlədilər20.

İkinci: Əli ibn Əbu Talibdən  “Hökm Allaha məxsusdur, insanlara yox” sözlərini deməklə ondan buna əməl etməyi tələb etmələri. Əli  Kufəyə qayı­danda sayları 6, 8 və ya 10 mindən çox olan bir qruplaşma ondan ayrılıb Hərura deyilən yerdə toplaşmışdılar.

Üçüncü: Allah təalanın qadağan etdiyi və Peyğəmbərin çə­kin­dirdiyi exstremizmə (həddini aşmağa) qurşan­maqla böyük günah edənlərin kafir olduğunu demələri. Hətta bəziləri kiçik günah edənin kafir olduğunu da deyirdilər21.

Əli ibn Əbu Talib  İbn Abbası  onlarla danışıq apar­ma­ğa göndərdi. Nəticədə, onların çoxu tövbə edib onunla qayıt­dı­lar. Deyilənə görə onların sayı 4 min idi və İbn əl-Kavva da on­la­rın arasındaydı22. Həmçinin Əli  də onlarla mübahisə etmiş və onun haqlı olmasını onlar yəqin etdilər.23


XƏVARİCLƏRİN FİRQƏLƏRİ

Xəvariclər çoxlu firqələrə ayrılmışlar. Onların on səkkiz fir­qə olduqları söylənmişdir24. Hətta bəziləri onların sayının iyirmi olduğunu ehtimal edirlər25. Onların ən böyükləri əl-Muhakkimə, əl-Əzəriqah, ən-Nəcdət, əl-Bəhisiyyəh, əl-Acaridəh, əs-Səalibəh, əl-İbadiyyə və əs-Səfəriyyə-dir. Qalanları isə bu firqələrin qollarıdır26.



FİRQƏNİN BAŞÇILARI

Xəvariclərin ilk əsas firqəsi, möminlərin əmiri Əli , Müavi­yə  ilə sülh bağlamaq üçün iki hakim təyin etdiyi za­man ona qarşı çıxan birinci muhakkimələrdir. Onlar Kufə ya­xın­­lığında yerləşən Harura adlı yerdə toplandılar və onların rəh­bərləri Abdullah ibn əl-Kavva əl-Yəşkuri ət-Təmimi, İtab ib­nul Əvar, Abdullah ibn Vahb ər-Rasibi, Urva ibn Hudeyr, Yezid ibn Əbi Asim əl-Muharibi və Zis-sədiyyə ləqəbi ilə tanınmış Hərqus İbn Zuheyr idi27.

Onların arasında həmçinin sübh namazında Əlini  qətlə yetirən Abdurrahmən İbn Mülcəm də var idi.

İraqdakı xəvariclərin başçısı Nafi ibn əl-Əzrəq, Əliyə  qar­şı üsyanda ən şiddətli sayılan Yəməmədəkilərin başçısı Nəcdəh ibn Amir, əl-Əşəs ibn Qeys, Misar ibn Fədəki ət-Təmimi və Zeyd ibn Hüseyn ət-Tai idi28.


BU FİRQƏ HAQQINDA YAZILAN BƏZİ ƏSƏRLƏR

Xəvaric firqəsi haqda yazılan əsərlərdən aşağıdakıları qeyd etmək olar:



  • Əbu Mixnəf, Lut ibn Yəhya; İmam ət-Təbəri Tarix əsərində onun kitabının müxtəsərini vermişdir.

  • Əl-Heysəm İbn Adiyy.

  • Buxarinin Səhihindən başqa bütün kitablarında onun şeyxi sayılan Muhəmməd İbn Qudamə əl-Cövhəri. O bu haqda geniş bir kitab yazmışdır.

  • Əbul Abbas İbn əl-Mubarrad əl-Kamil kitabında onlara aid rəvayətləri toplamışdır. Bununla belə, ondan əvvəl adını qeyd etdiyimiz müəlliflərin əksinə olaraq rəvayətləri isnadsız yazmışdır.29

  • Əbul Fəth Muhəmməd İbn Abdul Kərim əş-Şəhristaninin əl-Miləl və-n Nihəl kitabı.

  • Əbu Mənsur Abdul Qahir əl-Bağdadinin əl-Fərq bəynəl Firaq kitabı.

ƏHLİ SÜNNƏ VƏ CAMAATIN XƏVARİC FİRQƏSİNƏ MÜNASİBƏTİ



Əhli Sünnə və camaatın etiqadına görə xəvaricilər müsəlmanların birliyini pozan batil və bidətçi firqədirlər.

Xəvariclərin təkfir olunması ilə əlaqədar alimlərin iki məşhur rəyi vardır30. Düzgün rəy onların kafir olmamasını deyən rəydir31. Səhabələr onlara qarşı vuruşmaq fikrində yekdil olsalar da onlara kafir deməmişlər32. Xəvariclər nahaq qan tökməyincə və müsəlmanların mallarına əl qoymayınca səhabələr onlarla vuruşmadılar. Onlara qarşı döyüşməkdə məqsəd onların kafir olması deyildi, sadəcə olaraq onların zülmünün qarşısını almaq idi. Bu səbəbdən, səhabələr xəvariclərin qadınlarının şərəfinə toxunmur, mallarını da qənimət götürmürdülər33.

Səhabələrin Xəvaricləri kafir görməməsinin sübutu onların arxasında namaz qılmaları idi. Abdullah ibn Ömər (radiyallahu anhu) və digər səhabələr Nəcdəh əl-Hərurinin arxasında namaz qılardılar. Onlara hədis rəvayət edər, fətva verər və sıravi bir müsəlmanın digər müsəlmanla danışdığı kimi onlarla danı­şar­dı­lar. Buna misal Buxarinin rəvayət etdiyi kimi Nəcdə əl-Həru­ri­nin bəzi məsələləri soruşanda Abdullah İbn Abbasın  ona ca­vab verməsidir. Eynilə, məşhur məsələlərlə əlaqədar Nafi ibn əl-Əzrəqə cavab vermiş və iki müsəlmanın mübahisə etdiyi ki­mi Qurandakı məsələləri də onunla müzakirə etmişdir.

Xəvariclər müsəlmanları mürtəd adlandırana qədər mü­səl­man­lar onlarla bu cür davranırdılar34. Peyğəmbər  onları İslam­dan çıxarmamış, əksinə onları müsəlman saymış və on­la­rın cəhənnəmdə əbədi qalacaqlarını söyləmə­mişdir. Bax bu bö­yük qaydadır və bunun nəzərə alınması çox əhəmiyyətlidir.

Ona görə də hər əsrdə rəhbərlər müsəlmanların baş­çı­ları­nın itaətindən çıxanlara qarşı mübarizə aparmış, alimlər də on­lar­la birgə mübarizəyə qoşulmuş və bu məsələdə onları ruh­lan­dır­mışlar. Alimlər bu mübarizə və bunu həyata keçirən kəslərin özəl­liklərinə dair kitablar yazmışlar. Ona görə bu işə qoşulan şəxsdə buna dair heç bir şəkk-şübhə qalmamışdır35.

Elm adamlarına görə bu mənfur məzhəb meydana çıxarsa, müsəlmanlar ilk növbədə onları Allah yoluna dəvət etməklə və insan­ları bu haqda maarifləndirməklə müalicə etməlidirlər.36


Həmd37 aləmlərin Rəbbi Allaha məxsusdur. Peyğəmbər­lərin sonuncusu, elçilərin başçısı, imamımız Muhəmmədə, onun ailəsinə, bütün səhabələrinə və Qiyamət gü­nünə qədər yaxşı işlərdə onlara tabe olanlara salavat və sa­lam olsun.

Tərifəlayiq və Uca Allahın yoluna dəvət edən insanın öyrənməsi münasib olan ən mühüm mövzulardan biri də müsəl­manların indiki və gələcək vəziyyətləri üçün əhəmiyyətli olan məsələlərin öyrənilməsidir. Xüsusilə də ixtilafların, mü­na­qi­şələrin və “Haqq mənimlədir” deyənlərin çoxaldığı bu əsrdə bu­gün­kü mühazirənin mövzusu çox əhəmiyyətlidir.

Təkfir məsələsində zəlalətə düşən və ya təkfir etməklə məş­hurlaşan firqənin xəvariclər olduğunu çox insan bilir. Bəzi in­­sanlar Peyğəmbərin  hədisdə qeyd etdiyi xəvariclərin yalnız o zaman Əli ibn Əbu Talibə  qarşı üsyan edən və onun ağır dö­yüş­lərdən sonra məğlub etdiyi xəvariclər olduğunu zənn edir və bundan sonra xəvariclərin tükəndiklərini düşünürlər.

Bununla belə bir az keçmədi ki, xəvariclərin prinsiplərinə o qədər də sadiq qalmayan və bir növ onlara oxşayan bir firqə mey­dana çıxdı. Inşallah Uca Allahın izni ilə açıqlamaq istə­diyi­miz də budur.


Yüklə 284,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə