XavariCLƏr və yeni İdeologiyalari



Yüklə 284,8 Kb.
səhifə3/5
tarix15.03.2018
ölçüsü284,8 Kb.
#32084
1   2   3   4   5

Həqiqətən Uca Allah öz peyğəmbəri Muhəmmədi  ka­mil, asan, əhatəli və bəndələr üçün faydalı olan şəriət ilə gön­dər­miş­dir. Sonra Peyğəmbər  Mədinədə İslam dövlətini möh­kəm­ləndirdi, şəriət məsələləri öz yerini tutdu, müsəlmanları bir əsas və məzhəb üzərində birləşdirdi. Onların arasında, əvvəlki za­manların ixtilaflarından qalan kiçik məsələlər istisna olmaqla, heç bir fikir ayrılığı yox idi. Bu kiçik məsələlərin həllində elm adamları üçün ictihad etmək və sərbəst fikir yürütməyə geniş yer vardır. Hər halda Müctəhidin savab qazanmaqda payı vardır. Peyğəmbər  buyurmuşdur: Hakim hökm verərkən ictihad edərək düzgün nəticəyə gələrsə, ona iki savab, xata edər­sə bir savab vardır38. İctihad edilməsi qadağan olunan mə­sə­lələr əqidə (etiqad) mənhəc (metodologiya) məsələləridir. Nə Peyğəmbərin  dövründə səhabələr arasında, nə də Əbu Bəkr və Ömər (Allah onlardan razı olsun!) dövründə bu iki məsələdə heç bir fikir ayrılığı baş verməmişdir. Həqiqətən səhabələr vahid əqidə və mənhəcə (metoda) malikdilər.

Daha sonra isə ixtilaf və parçalanma ilə əlaqədar bəzi hal­lar baş verdi. Peyğəmbər  isə öz vaxtında ümmətini asanlaş­dır­­mağa həvəsləndirmiş, çətinləşdir­məkdən çəkindirmiş, müla­yim davranmağı əmr etmişdi. Cərir İbn Abdullahdan gələn hə­disdə deyilir: “Mən Allahın Elçisinin  belə dediyini eşitdim: “Kim mülayimlikdən məhrumdursa bütün xeyirlərdən də məhrumdur.”39 Muslim və Əbu Davud rəvayət etmişdir, lakin Muslimdə “bütün” sözü yoxdur.

Əbu Darda  Peyğəmbərin  belə dediyini rəvayət etmişdir: “Kimə mülayimlikdən payı verilmişdirsə, o halda ona xeyirdən olan payı verilmişdir. Kimə ki, mülayimlikdən payı verilməmişdirsə, o xeyirdən olan payından məhrum edilmişdir”40. Hədis Tirmizi və başqaları tərəfindən rəvayət olunmuşdur.

Əbu Musa əl-Əşarinin belə dediyi rəvayət olunmuşdur: “Allahın Rəsulu  səhabələrindən birini hər hansı bir iş dalınca gön­dərdikdə, onlara belə əmr edərdi: “İnsanları müjdələyin, qaçırmayın, asanlaşdırın, çətinləşdirməyin”41. Buxari və Mus­lim Əbu Musanın hədisindən rəvayət etmişlər.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Dində həddi­ni­zi aşmaqdan çəkinin”42. Xəvariclərin zəlalətə düşməsinə və haqq yoldan azmasına səbəb məhz həddini aşmaq xisləti ol­muş­dur. Onlar hədlərini aşdılarına görə haqq yoldan azdılar. Ona görə də Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “On­­lar Dindən oxun ovlanmış şikardan çıxdığı kimi çıxa­caq­lar”43. Yəni, kimsə ova ox atdıqda, ona dəyərsə, o, şikarın bir tərəfindən batıb digər tərəfindən çıxar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də onları atılan oxa bənzətmişdir. Elə bil ki, onlar İslama tez daxil olmuş və oxun ovun digər tərəfindən çıxdığı kimi İslamdan çıxmış olurlar.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Dində həd­dinizi aşmaqdan çəkinin, çünki bu sizdən əvvəlkiləri həlak et­­mişdir”44. Yəni, həddinizi aşmaqdan qorunun, çünki əvvəlki üm­mətlər dində həddini aşdılar və zahid həyatı sürdülər, Uca Allah­ın onlara vacib etmədiyi şeyləri özlərinə vacib etdilər və Allah da onlara qarşı tələbkarlığını artırdı. Bu məsələnin təf­si­la­tı­na getməyəcəyik, çünki mövzu böyükdür. Peyğəmbər (sallallahu aley­hi və səlləm) buyurmuşdur: “Çünki o (həddini aşmaq) sizdən əv­vəl­kiləri həlak etdi. Onların qanlarını tökməyə və qadınlarını ha­lal görməyə vadar etdi”45. Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: “Həqiqətən də bu din güclüdür. Ona gö­rə dinin içində diqqətlə irəlilə. Çünki, yükünü ağır edən çox uza­ğa getməz miniyini də həlak edər.”46

Peyğəmbər (sallallahu aleyhi və səlləm) müsəlman camaatla bir yer­də olmağı əmr etmiş, parçalanmağı və üsyankarlıq etməyi qa­da­ğan etmişdir. Camaatı qoyun sürüsü ilə müqayisə etmiş, camaatdan ayrılmış kimsəni isə sürüdən ayrılmaqla qurda yem olmuş qoyuna bənzətmişdir.

Ona görə də Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu­yur­muş­dur: “Qurd, sürüdən azmış qoyunu yeyir”47. Amma heç kəs bir­lik­də olan camaata qalib gələ bilməz. Camaatdan ayrılmış az­say­lı bir dəstə üzərində düşmənin qələbə çalması isə daha çox eh­timal edilir. Abdullah İbn Ömərin (Allah ondan razı olsun!) belə de­diyi rəvayət olunmuşdur: “Ömər (Allah ondan razı olsun!) bizə əl-Cə­biyə48 adlı yerdə müraciət edərək buyurdu: “Ey insanlar! Mən sizin aranızda Allahın Elçisinin (sallallahu aleyhi və səlləm) bizim aramızda, bizə müraciət etdiyi kimi müraciət edirəm: “Sizə səhabələrimin, sonra onların ardınca gələnlərin, sonra da onların ardınca gələnlərin yoluyla getməyi tövsiyə edirəm. Bundan sonra yalan geniş yayılacaqdır. Hətta bir kəsin (Allahın adından yalan danışdığı üçün) and içməsi istənilmədiyi halda, o and içə­cək, (Yalançı olduğuna görə) şahidlik etməsi tələb olunmadığı ha­l­da şahidlik edəcəkdir. Bir kişi başqa (naməhrəm) bir qadınla tək-tən­ha qalmasın. Yoxsa onların üçüncüsü şeytan olar. Ca­ma­­at­dan möhkəm yapışın, parçalanmaqdan çəkinin. Çünki şey­tan tən­ha kimsəylədir və iki nəfərdən bir az uzaqdır. Kim Cənnətin gözəlliyini istəyirsə camaatdan yapışsın. Kim öz yaxşı əməl­lə­rin­dən razı, pis əməllərindən narahatdırsa, o, mömindir”49.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) camaat olmağı əmr etdiyi kimi, parçalanmağı və ixtilafa düşməyi də qadağan edərək buyurmuşdur: “Sizdən əvvəlkilər həddindən artıq çox sual ver­mək və peyğəmbərlərinə qarşı etiraz etdiklərinə görə həlak ol­du­lar”50. Digər hədisdə isə Allahın Elçisi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: “Həqiqətən bu ümmət yetmiş üç firqəyə par­ça­la­nacaqdır. Onlardan biri istisna olmaqla hamısı Cə­hən­nəm­də olacaqdır”51.

Eynilə Peyğəmbər (sallallahu aleyhi və səlləm) müsəlmanların baş­çısına beyət (sədaqət andı) etməyi əmr etmiş və buyur­muş­dur: "Kim “onun boynuna beyət düşmür” - deyərək ölərsə, o ca­hiliyyə ölümü ilə ölər"52. Bəzi insanlar bu məsələdə zəlalətə dü­şə­rək belə düşünürlər ki, onların boynunda beyət yoxdur. Çün­ki onlar fərdi olaraq hakimin yanına gedib, onun əlini sıxıb ona beyət etməmişlər. Bu isə cəfəng bir xətadır. Çünki səha­bə­lər (Allah onlardan razı olsun!) Əbu Bəkrə (Allah ondan razı olsun!) beyət edən­də müsəlmanların hamısı fərdi şəkildə beyət etmək üçün onun yanına getmədilər. Onların içərisindən yalnız ixtiyar sa­hib­ləri beyət aldılar, bununla belə beyət təsdiq olundu və Əbu Bəkrin (radiyallahu anhu) yanına fərdi şəkildə gəlməyən hər kəsin beyəti bərqərar olundu; onlar nə Əbu Bəkri (radiyallahu anhu) gör­dü­lər, nə də onun zahirinə baxdılar. Bu da müsəlmanların hər za­man və hər yerdə gəldikləri yekdil rəydir. Bununla belə hər kə­sin fərdi şəkildə beyət etməsinin vacib olduğunu və əks təq­dir­də onun beyətinin olmadığını demək düzgün deyildir. İxti­yar sahibləri beyət (hüququ) almış, xilafət, səlahiyyət və ya rəh­bər­lik bərqərar olmuşdursa artıq beyət də onlara vacib sayılır. Onu rəhbər qəbul etmədən, gecəsini keçirmək həmin şəxsə halal deyil. Ona görə də, bunu yerinə yetirmədən hətta bir gecə keçirmək belə düzgün deyildir. O, bu əməli ilə cahillik döv­rünün ölümü ilə ölərək özünü məhv etmiş olar. Belə şər əməldən Allaha sığınırıq.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) müsəlmanların rəh­bə­ri­nə itaət etməyi əmr etmiş, Əzəmətli və Uca Rəbbimiz də bunu açıq aydın vəhyində açıqlayaraq buyurmuşdur:

Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin". (ən-Nisa :59)

Allah təala ilk olaraq Özünə, sonra Elçisinə, daha sonra isə asi­lik olmayan mübah işləri, itaəti buyuran əmirlərə müti olma­ğı əmr etmişdir. Buna görə, əgər onlar asilik (Allahın buyur­duq­ları­na zidd) olmayan bir şeyi əmr edirlərsə, müsəlmanların ona itaət et­məsi vacibdir. Heç kəsin: “Mən onlara yalnız Allaha itaət olan məsələlərdə itaət edəcəyəm” - deməsi düzgün deyildir. Çünki Allahın Elçisi (sallallahu aleyhi və səlləm) yalnız Allaha asiliyi əmr edən rəhbərlərə itaət etməməyi buyurmuşdur. Allahın Elçi­si­nin (sallallahu aleyhi və səlləm) sözündən çıxan nıticəyə görə, onlar Allah­ın buyurduqlarına zidd olmayan bir şeyi əmr etdikdə müsəl­manların ona itaət etməsi və onu dinləməsi vacibdir. Bu, Allah­ın buyurduqlarına zidd olmayan məsələlərdə aydın gö­rü­nür. Buna misal olaraq yol hərəkət qaydaları və ona bənzər mə­sə­lələri qeyd etmək olar. Əsas odur ki, belə məsələlər Allahın buyurduqlarına zidd olmasın. Rəhbər, ümümi məqsəd və mənfəətlərin təşkili üçün insanlara bu cür əməlləri vacib edə bilər və belə halda ona itaət etmək vacibdir. Əgər bu işlərdə rəh­bərə itaətsizlik edilərsə cəmiyyətdə özbaşnalıq artar və sa­bit­lik pozular. Ona görə Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu­yur­muşdur: “Kim mənə itaət edərsə, Allaha itaət etmiş olar. Kim mənə asi olarsa, Allaha asilik etmiş olar. Kim rəhbərə itaət edərsə, mənə itaət etmiş olar. Kim də rəhbərə asi olarsa mənə asi olar”53. Bu məsələyə dair dəlillər çoxdur. Bununla ya­na­şı, mövzunu uzatmaq niyyətimiz yoxdur. Mən artıq bu məsə­lə­ni “Rəhbər və itaətkarların hüquqları”54 adlı əsərimdə daha ge­niş açıqlamışam.

Eynilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) müsəlmanların bir­liyini dağıtmaq, hərc-mərclik və qeyri-sabitlik yaratmaq üçün gələn şəxsə qarşı mübarizə aparmağı əmr etmişdir.

Hətta (rəhbərlikdə iddialı olan) ikinci şəxs birincidən daha yaxşı olsa da birincini tərk edib ikincini dəstəkləmək qadağandır. Çün­ki, müsəlmanların məsələləri bir nəfər tərəfindən nizama salı­­­nıbsa, başqa birinin gəlib əvvəlkini rüsvay etməsinə icazə ver­mək insanlar arasında hərc-mərclik və nahaq qan axıtmağa sə­bəb olmaqdır. Beləliklə, o, müsəlmanların vahid camaatının iş­lə­rini korlayar, qan tökər, insanların şərəfini təhqir edər və bö­yük fitnə-fəsad salar. Şəriətdə öz təsdiqini tapmış qaydalardan bi­rinə görə: "Özündən daha böyük zərərin qarşısının alınması üçün kiçik zərərə icazə verilə bilər"55.




Yüklə 284,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə