Xəbər bülleteni №16

Neft və neft məhsullarının Azərbaycan ərazisindən daşınması üzrə yeni qiymətlər təsdiq edilib

Yüklə 0,61 Mb.
səhifə22/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
#1164
1   ...   19   20   21   22   23   24   25   26   27

Neft və neft məhsullarının Azərbaycan ərazisindən daşınması üzrə yeni qiymətlər təsdiq edilib

08.12.2015

neft 1Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası neft və neft məhsullarının Azərbaycan ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması və dəniz terminallarının bu sahədə göstərdiyi yükaşırma xidmətlərinin tariflərinin yuxarı həddini təsdiq edib.

Tariflərə neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri ilə bağlı bütün ödənişlər daxildir.

Economy.gov.az saytının məlumatında bildirilir ki, aidiyyəti xidmət göstərən subyektlər tariflərə 30 faizədək güzəştlər tətbiq edə bilər. Yüklərin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə güzəştlərin 30 faizdən artıq müəyyən edilməsi Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının səlahiyyətindədir.

Koordinasiya Şurasının qərarına əsasən, neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə nəqliyyat-ekspedisiya xərcləri təsdiq olunmuş tariflərin üzərinə 2 faizədək əlavənin edilməsi yolu ilə hesablanır. Müqavilə qiymətinin dəyəri ümumilikdə təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır.

Yeni tariflər 3 dekabr 2015-ci ildən qüvvədədir.

İlham Əliyevin Cin səfəri Sian şəhərindəki tarixi muzeydən başlayıb

09.12.2015

Prezident İlham Əliyev dekabrın 8-də Çin Xalq Respublikasına dövlət səfərinə gedib. Sianın beynəlxalq aeroportunda dövlət başçısını şəhərin rəsmi şəxsləri qarşılayıb.

AZƏRTAC-ın arayışına görə, Sian şəhəri Çinin mərkəzindəki Şaansi əyalətinə mənsubdur. Qədim İpək Yolunun üzərində yerləşən bu əyalət zəngin tarixi və mədəniyyəti ilə diqqəti cəlb edir. Bu əyalət Çinin dörd qədim paytaxtından biridir.

İlham Əliyev dekabrın 9-da Sian şəhərindəki Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanış olub. Dövlət başçısına bildirilib ki, yeraltı heykəllər ordusu 1974-cü ildə kəşf edilib və dünya tarixinin ən önəmli arxeoloji tapıntılarından hesab olunur. Qazıntı aparılan ərazidən indiyədək təxminən iki min əsgər heykəli tapılıb. Ərazidə 520 atla 8 min əsgərin, 130 döyüş arabasının, 150 suvari atın olduğu təxmin edilir. Onlar 600-ə yaxın yeraltı çuxurda toplanıb. Çin imperatoru Sin Şi Huangın məzarı da buradadır. Əfsanəyə görə, terrakota ordusu imperator Sin Şi Huangın məzarını qoruyurmuş.

muzey 1

Fuad Qəhrəmanlı həbs edilib

09.12.2015

fuad qehremanliAXCP sədrinin müavini, müxalif Milli Şuranın üzvü Fuad Qəhrəmanlı həbs edilib. Dekabrın 8-i saat 23 radələrində Nəsimi Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.

“Azadlıq” qəzetinə danışan vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Fuad Qəhrəmanlını dövlət hakimiyyəti əleyhinə çağırışlarda, zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınmasında təqsirli bilir. Vəkilin sözlərinə görə, ittihamlar Fuad Qəhrəmanlının “Facebook” sosial şəbəkəsində paylaşdığı fikirləri ilə bağlıdır.

Dekabrın 8-i günorta Fuad Qəhrəmanlı telefonla Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. O, hansı statusla çağırıldığı ilə maraqlanıb, həmçinin rəsmi şəkildə çağırış istəyib. Bundan az sonra polislər AXCP sədrinin müavinini evdən məcburi şəkildə prokurorluğa aparıblar.

Gecə saatlarında prokurorluq əməkdaşları Fuad Qəhrəmanlının Mehdiabad qəsəbəsindəki evində axtarış apararaq 1 kompüteri götürüblər.

Transparency.az bildirir ki, Fuad Qəhrəmanlı 1975-ci ildə Şahbuz rayonunda doğulub. Dövlət İdarəçilik Akademiyasını politoloq ixtisası üzrə bitirib.

1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvüdür. 1994-1997-ci illərdə “Avrasiya”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 1 il 2 aylıq həbsdən sonra azadlığa buraxılıb.

2000-ci ildə AXCP Analitik Mərkəzinin rəhbəri təyin edilib. Həmin il partiya Ali Məclisinin üzvü seçilib. 2003-cü ildən AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, 2009-cu ildən AXCP sədrinin müavinidir.

Fuad Qəhrəmanlı 2011-ci ildə müxalif İctimai Palatanın razılaşdırılmamış 2 aprel mitinqinə görə 2 il müddətinə şərti azadlıqdan məhrum edilib.

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə