Xəbər bülleteni №16


İlham Əliyev Şaansi vilayətinin qubernatoru ilə görüşüb



Yüklə 0,61 Mb.
səhifə25/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
#1164
1   ...   19   20   21   22   23   24   25   26   27

İlham Əliyev Şaansi vilayətinin qubernatoru ilə görüşüb


09.12.2015

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyevin dekabrın 9-u Çində Şaansi vilayətinin qubernatoru Lou Çincyanla görüşüb. Rəhbərlik etdiyi vilayətlə Azərbaycan arasında müəyyən oxşarlıqların olduğunu bildirən Lou Çincyan qədim İpək Yolu üzərində yerləşən Şaansi vilayətinin tarixi haqqında danışıb. O, vilayətdə sənayenin müxtəlif sahələrinin inkişaf etdiyini, telekommunikasiya sahəsinin müasirləşdirilməsi ilə bağlı bir çox tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

“Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq” deyən qubernator bildirib ki, İlham Əliyevin Siana səfəri dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək, energetika və humanitar sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək.

Prezident İlham Əliyev Çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından məmnun qaldığını, bunun bir çox səbəblərinin olduğunu deyib. İlham Əliyev səfərin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına, eyni zamanda Şaansi vilayətinin məhsulları ilə Azərbaycanın daha yaxından tanış olmasına imkan yaradacağını vurğulayıb.



gorush 1

İlham Əliyev Şaansi vilayətinin qubernatoru ilə görüşüb


09.12.2015

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyevin dekabrın 9-u Çində Şaansi vilayətinin qubernatoru Lou Çincyanla görüşüb. Rəhbərlik etdiyi vilayətlə Azərbaycan arasında müəyyən oxşarlıqların olduğunu bildirən Lou Çincyan qədim İpək Yolu üzərində yerləşən Şaansi vilayətinin tarixi haqqında danışıb. O, vilayətdə sənayenin müxtəlif sahələrinin inkişaf etdiyini, telekommunikasiya sahəsinin müasirləşdirilməsi ilə bağlı bir çox tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

“Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq” deyən qubernator bildirib ki, İlham Əliyevin Siana səfəri dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək, energetika və humanitar sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək.

Prezident İlham Əliyev Çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından məmnun qaldığını, bunun bir çox səbəblərinin olduğunu deyib. İlham Əliyev səfərin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına, eyni zamanda Şaansi vilayətinin məhsulları ilə Azərbaycanın daha yaxından tanış olmasına imkan yaradacağını vurğulayıb.



gorush 1

İsveçrədə yeni prezident və vitse-prezident seçildi


09.12.2015

burma opposition leader aung san suu
Dekabrın 9-da İsveçrə parlamenti ölkəyə yeni prezident və vitse-prezident seçib.

İsveçrədə prezident və vitse-prezidenti parlamentin hər iki palatası 1 il müddətinə Federal Şura üzvləri arasından seçir.

Novator.az xəbər verir ki, 2016-cı ilin yanvarından İsveçrə prezidenti vəzifəsini hazırkı vitse-prezident Yoahim Şnayder-Amman icra edəcək. Yoahim Şnayder-Amman həm də İqtisadi İşlər, Təhsil və Tədqiqatlar Departamentinin rəhbəri vəzifəsini yerinə yetirəcək.

2016-cı ildə ölkənin vitse-prezidenti isə Doris Lyoythard olacaq. O, hazırda Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə Departamentinin rəhbəridir.


Dövlətə xəyanət ittihamı üzrə icraat dayandırılıb


09.12.2015

leyla yunus_ arif yunusLeyla və Arif Yunuslara irəli sürülmüş dövlətə xəyanət ittihamı üzrə icraat dayandırılıb. Vəkil Elçin Sadıqov Transparency.az-a belə deyib.

Leyla və Arif Yunuslar ötən ilin yayında tutulmuşdular. O vaxt onlar maliyyə cinayətlərində və dövlətə xəyanətdə ittiham olunurdular. Maliyyə cinayətləri ittihamı üzrə məhkəmə keçirildi, dövlətə xəyanət ittihamı üzrə cinayət işi isə ayrı icraata verildi. 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi maliyyə cinayətlərində təqsirli sayaraq Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum etdi.

Arif Yunus səhhətinə görə noyabrın 12-də həbsdən buraxıldı.

Dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusun da azadlığa buraxılmasına qərar verdi. Məhkəmə həm Leyla Yunusa, həm də Arif Yunusa 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza kəsdi.

Vəkil Elçin Sadıqovun dediyinə görə, digər ittiham — dövlətə xəyanət ittihamı üzrə icraat dayandırılıb.

Maraqlıdır ki, 2014-cü il aprelin 19-da tutulan jurnalist Rauf Mirqədirov hazırda dövlətə xəyanət ittihamı ilə mühakimə olunur. İttiham aktına görə, Rauf Mirqədirov Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistan xüsusi xidmət orqanlarına casusluğa cəlb olunub, bu işdə Arif Yunus da rol oynayıb.


Prezidentin Çin səfərindən


10.12.2015

Çinə dövlət səfərini davam etdirən prezident İlham Əliyev dekabrın 9-da Sian şəhərində Şaansi avtomobil zavodu ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, müəssisə Çində avtobus, ağır tonnajlı, orta, yüngül, mini yük avtomobilləri, mühərriklər, ehtiyat hissələri, habelə hərbi avtomobillər istehsal edən iri müəssisələrdən biridir. 1968-ci ildə yaradılmış zavodun hazırda 23 min işçisi var.

İstehsal prosesinə baxan İlham Əliyevin diqqətinə çatdırılıb ki, müəssisənin buraxdığı yük maşınları “SACHMAN”, avtobusları isə “Eurostar Bus” brendi altında dünyanın 90-dan çox ölkəsində, o cümlədən Azərbaycanda satılır. Şirkətin xaricdə 41 ofisi və 310 servis mərkəzi fəaliyyət göstərir. Şaansi avtomobil zavodunun daxil olduğu “Shaanxi Automobile Group Co. Ltd” ümumilikdə 10 törəmə şirkəti özündə birləşdirir. Onların hamısı Şaansi vilayətində yerləşir. Şaansi avtomobil zavodu hazırda Çinin və Asiyanın ən böyük 500 şirkəti siyahısındadır.

Bununla da İlham Əliyev Sian şəhərinə səfərini başa çatdıraraq paytaxt Pekinə yola düşüb. Pekinin beynəlxalq hava limanında İlham Əliyevi Çinin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıb.

Prezident dekabrın 10-u Pekində Paytaxt Muzeyi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, Çinin qədim tarixinin, mədəniyyətinin nümayiş etdirildiyi mühüm mərkəzlərdən olan bu muzey 1981-ci ildə yaradılıb və hazırda yerləşdiyi binaya 2006-cı ildə köçürülüb. Paytaxt Muzeyində hazırda 200 mindən çox eksponat var.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzinə də baş çəkib. Dövlət başçısına məlumat verilib ki, bu mərkəz yüksək səviyyəli strateji dialoq məkanıdır. Burada şirkətin gələcək meylləri, çağırışları və strategiyaları barədə müştərilərə geniş məlumat verilir, onların maraqlarına uyğun olaraq həll yolları izah edilir.

Mərkəzdə dörd sərgi bölməsi var. Bu bölmələrdə gələcək strateji danışıqlar, rəqəmsal fərd, rəqəmsal ev, çevik rəqəmsal biznes, mərkəzi əməliyyatlar təcrübəsi, informasiya texnologiyaları infrastrukturu, rəqəmsal müəssisə və innovasiyalar barədə məlumat verilir.

Sərgidən “Huawei”in Azərbaycandakı nümayəndəliyinin əməkdaşları ilə canlı bağlantı yaradılıb. Prezident İlham Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına çox böyük diqqət yetirildiyini deyib və yaxşı nəticələr əldə olunduğunu vurğulayıb.

“Huawei” Çində ən inkişaf etmiş böyük şirkətlərdən biridir. 1978-ci ildə yaradılan “Huawei” şirkəti dünyada telekommunikasiya avadanlıqları istehsal edən ən böyük şirkət hesab edilir. İndi şirkətin müxtəlif ölkələrdə 20 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. “Huawei”in 170 mindən artıq əməkdaşı var. Onlardan 76 mini tədqiqatla məşğuldur. Şirkətin dünyada böyük populyarlığa malik olan məhsul və xidmətləri 140-dan çox ölkədə tətbiq olunur. Bu şirkət hazırda dünyanın 50 ən böyük telekommunikasiya operatorlarından 45-nə xidmət göstərir.

sian 1

pekin 1


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə