Xəbər və fikir jurnalı №01 (41) 0. 01. 2011 səh səh səh



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix11.07.2018
ölçüsü1,25 Mb.
#55398
1   2   3   4   5   6   7   8   9

№01 (41)      10.01.2011      Fərqli düşüncə

11

Xocasəndə tutulan dindar nələr danışdı? 

Dekabrın 24-də Bakının Xocasən

kəndindəki 103 saylı məktəbə

hücum etməkdə ittiham olunaraq

10 günlük cəza alan 3 nəfər kənd

sakinindən ikisi artıq azadlığa bu-

raxılıb. Onlardan biri Yusif

Əlikramoğlu AzadlıqRadiosuna

danışmağa razılaşdı. 

«BİZ ŞÜŞƏ SINDIRMAMIŞIQ»

O deyir ki, ikinci sinifdə oxuyan nəvəsi

məktəbə  başıbağlı  gedirmiş.  Məktəb

rəhbərliyi  hicaba  qadağa  qoyandan

sonra onu və digər kənd sakinlərini mək-

təbə çağırıblar: «Mən də getdim. İçəridə

idilər.  Dedilər  komissiya  var.  Onlardan

ikisi  çıxıb  bizə  dedi  ki,  niyə  yığılmısız,

gəlib burda şüşələri sındırırsız. Dedik, biz

şüşə  sındıran  deyilik,  bizə  yaraşmaz.

Çağırıblar, gəlmişik». 

- Nəvəm məktəbə gedəcək. Mən onu

bisavad böyütməyəcəyəm.

- Heç bir mübahisəniz olmadı? 

-  Yox.  Sabahı  günü  40-cı  bölməyə

çağırdılar. Getdik. İzahat aldılar. Sonra

məhkəməyə apardılar. Dedilər ki, mək-

təbin  direktor  müavini  Vaqif  müəllim

sizdən  şikayət  edib,  ona  hədə-qorxu

gəlmisiz, məktəbin şüşəsini sındırmısız.

Dedim  Vaqif  müəllimin  üzünü  də  gör-

məmişəm.  Məhkəmədə  hakimə  dedim

«onda zərərçəkən də gəlsin». Dedi, «bir

də  onu  bura  gətirəcəyik?».  Dedim,

«necə olur, məni gətirirsiz?» 

103  saylı  orta  məktəbin  tədris  işləri

üzrə direktor müavini Vaqif  Quluzadə

isə  dekabrın  27-də  AzadlıqRadiosuna

bildirmişdi  ki,  3  nəfərlə  bağlı  heç  bir

şikayət olmayıb: 

- Məktəbin şüşəsi sınıb və müəllimlər

otağının qapısına yazılıb yapışdırılıbmış

ki, bacımızı dərsə buraxmasanız məktəbi

yandıracağıq.  Biz  də  o  haqda  hüquq-

mühafizə orqanlarına məlumat vermişik.

NƏNƏSİ GÜLSÜMÜ MƏKTƏBƏ

GÖNDƏRƏCƏYİNİ DEYİR

Dekabrın 24-dən sonra məktəbə get-

məyən  ikinci  sinif  şagirdi  Gülsüm

nənəsinin yanında oturmuşdu. Yanvarın

6-da məktəblərdə qış tətili qurtarır. Cav-

abı bu oldu.

Həmsöhbətimin həyat yoldaşı, özü də

başıbağlı  olan  Dürdanə  Həşimova  isə

bildirdi  ki,  yanvarın  6-da  o,  nəvəsini

məktəbə göndərəcək:

- Nəvəm məktəbə gedəcək. Mən onu

bisavad  böyütməyəcəyəm.  Ona  təhsil

lazımdır. O, uşaqdır. Mənim 54 yaşım var.

Başımızı 

bağlayan 

vaxtımızdır,

bağlamışıq. Başıbağlı icazə verməsələr,

durub  hökumətlə  hökumətlik  et-

məyəcəyik ki... 

Kəbiran Dilavərli

“Məktəbə getmək istəyirəm. Özüm də

«4», «5» alıram” 

Yeni ili qeyd etmək və yolka

bəzəmək, yaxud da Novruz bayra-

mında tonqal üstündən tullanmaq.

Özünü müsəlman sayan kəslər il-

lərdir formalaşan bu ənənələrə uy-

mağa necə baxırlar? İslam ümumi

adətlərdən çəkinməyə çağırır,

yoxsa onlara qaynayıb-qarışmağa? 

YEN İL BAYRAMI - İSLAMA ZİDD

OLMAYAN ADƏTDİR

Mövzunu şərh edən dini yazar Kənan

Rövşənoğlu İslamın qızıl qaydasını xatır-

ladır – o adət ki şəriətlə əks deyil, İslam

onu  qəbul  edir: “Bayrama  da  belə

yanaşırıq.  Yeni  il  bayramını  adət  kimi

qəbul edirik və müsəlmanların onu qeyd

etməsində  problem  yoxdur.  Hətta  bu

bayramı  Həzrəti  İsanın  mövludu  kimi

qeyd etsək belə, bu, gözəl adətdir”. 



MİLADIN SANTA KLAUS KİMİ

DİNİ MOTİVLƏRİ VAR 

İlahiyyatçı Ramin Vəkilov isə bayramı

qeyd edib-etməməyin hər bir kəsin şəxsi

işi sayır. Lakin İslamın bu məsələyə mü-

nasibətinə  gəlincə,  R.Vəkilov  deyir  ki,

Milad  bayramı,  sadəcə,  İsanın  ad

gününü  qeyd  etmək  deyil,  onun

mahiyyətində  dini  motivlər  də  var:

“Santa  Klaus,  yolkanın  özü,  yolkanın

ətrafında toplanmalar. Bütün bunlar dini

motivlərdir.  Hər  şey  ondan  asılıdır  ki,

bayram  necə  təqdim  olunur.  Bayram

Noel  günü,  Santa  Klaus  kimi  dini  mo-

tivlərlə  təqdim  olunarsa,  onda  İslam

bunu qəbul edə bilməz. Və müsəlman-

lardan  bunu  dəstəkləməyi  gözləmək,

zənnimcə, yersizdir”. 

NOVRUZDA İSLAMIN 

RAZILAŞMADIĞI 

ELEMENTLƏR VAR 

R.Vəkilov Novruzda da Tövhidin əksinə

olan  ünsürlərin  mövcudluğunu  bildirir:

“Amma  bu  bayram  baharın  gəlişi  kimi

qeyd  edilirsə,  başqa  məsələ.  Amma

bayramın  mahiyyətinə  ibadət  key-

fiyyətlində olan bəzi elementlər, tövhidi

prinsipləri  pozan  şərtlər  girdisə,  artıq

bitdi, orda İslam öz sözünü deyib – bu

şeylər müsəlmanlar tərəfindən qəbul ol-

unmaz”.

MÜSƏLMANI YENİ İLƏ GÖRƏ

QINAMAQ OLMAZ

Kənan Rövşənoğlu isə Yeni il bayra-

mını qeyd etdiyinə görə, hansısa müsəl-

manı  qınamağın  düzgün  olmadığını

söyləyir. Deyir ki, əgər dindar insan İs-

lamın təməl prinsiplərinə zidd olmayan

əməllər edirsə və bunların dinə ziddiyyəti

yoxdursa,  onda  İslam  buna  qarşı  çıxa

bilməz: “Əgər İsanın mövludu ilə bağlı

ata öz övladlarına hədiyyə alırsa, yolka

bəzəyirsə, burda pis nə var, İslam necə

buna qarşı çıxa bilər? Əgər Noel günü

içki  məclisi  təşkil  edilərsə,  onda,  təbii,

İslam bunu qadağan edəcək”. 



İlkin Məmmədov

Müsəlmana Yeni il yolkası və Novruz tonqalı olmaz? 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə