Xəbər və fikir jurnalı №18 (88) 4. 05. 2012 səh səh səh



Yüklə 264,32 Kb.

səhifə1/8
tarix11.03.2018
ölçüsü264,32 Kb.
  1   2   3   4   5   6   7   8


Xəbər və fikir jurnalı     №18 (88)      14.05.2012

səh.2

səh.3

səh.6

səh.7

Qafqaz Müsәlmanları

İdarәsindәn İrana cavab

Rafiq Tağının adı 

Vaşinqtonda әbәdilәşdirilir 

Fәzail Ağamalı: “Bu pul 



nәdir ki?!”

Ракетный щит от иранской

угрозы

Azәrbaycanın birinci ledilәri

səh.12

Yerevan dağıntı tәhlükәsi ilә

üz-üzәdir

səh.14

• Zәlzәlә bölgәsindәn son 



görüntülәr

• Müxalif gәnclәr Gül 



bayramına etiraz etdilәr

• Ermәni hәrbi qüvvәlәri 



Qarabağda parad keçiriblәr

Maraqlı videolar

www.AzadliqRadiosu.az

«Time»:  «Eurovision» Azәrbaycan



üzәrindәn pәrdәni qaldırır 

«Time» jurnalında William Lee Adams-ın «Azәrbaycanın satılması» adlı yazısı

dәrc edilib. Yazıda qeyd olunur ki, ötәn il Ell & Nikki-nin «Eurovision»

qәlәbәsindәn sonra ölkә prezidenti İlham Әliyev bu qәlәbәni hәrbi zәfәr kimi

tәqdim etdi. Halbuki bu, Azәrbaycanın imici üçün әsl fәlakәtә çevrilә bilәr.

Rәsul Quliyevin

tәrәfdarının evindә

axtarış aparıldı

səh.2

səh.13

«Anamı öldürәn azadlıqda

gәzir»

Sözsüz


Hacıbala Abutalıbov:

"Bakıda güllәr 

insanların sayından

çox olacaq"

səh.4

Gallup:


в Азербайджане 

высокий уровень

бизнес-коррупции

səh.7

Әcnәbilәr Bakıda otel

tapa bilmir

səh.9

Sumqayıt sakini ümidini Ali Mәhkәmәyә bağlayıb 

səh.5


№18 (88)      14.05.2012      Fərqli düşüncə

2

Mayın 8-dә İranın Tәbriz

şәhәrindәki Azәrbaycan konsul-

luğu qarşısında «Eurovision»a

qarşı mitinq keçirilib. İran mediası

yazır ki, «minlәrlә insan homosek-

sualların Bakıya toplaşması»na

etirazlarını bildiriblәr. Onlar

üzәrinә «İsrailә ölüm!», «Hicab

bizim fәxrimizdir!» yazılmış vә

Azәrbaycan prezidenti İlham

Әliyevi «sionist» adlandıran şüar-

lar da qaldırıblar.

Qafqaz Müsәlmanları İdarәsi (QMİ)

İranın bәzi din xadimlәrinin çağırışların-

dan vә Tәbrizdәki Azәrbaycan konsul-

luğu qarşısında keçirilәn aksiyada

sәslәnәn fikirlәrdәn narahat olub. QMİ-

nin Elmi-Dini Şurası mayın 11-dә

bәyanat yayaraq bu narahatlığını

bildirib: «Biz, Azәrbaycan dövlәtinin

adına olmazın hәqarәtlәr yağdırılmasını,

onun dövlәt atributlarının tәhqirini,

Prezidentin ünvanına qonşu İran dövlә-

tinin bәzi din xadimlәrinin tәhqiramiz

ifadәlәr işlәtmәsini heç bir vәchlә qәbul

etmirik. Bunu daxili işlәrimizә müdaxilә

hesab edirik. Bu tәxribatların әsl

mәqsәdi heç dә qәlәmә verildiyi kimi

dini tәәssübkeşlik, İslami hәmrәylik, qar-

daşlıq nümayişi vә ya xalqımızın guya

heysiyyәtinin qayğısına qalınması deyil.

İslam adından sui-istifadә edәrәk

sabitliyimizә xәlәl gәtirmәk vә cәmiyyәt

daxilindә qarşıdurma yaratmaqdır».

Sәnәddә bildirilir ki, prezident Azәrbay-

can әrazisindәn İrana qarşı hәr hansı tә-

cavüzә imkan verilmәyәcәyini bәyan

edәndәn sonra bu növ aksiyaya yol ver-

ilmәmәliydi: «Azәrbaycan dövlәtinin vә

cәmiyyәtinin qәbul etmәdiyi gey-parad

vә buna bәnzәr mәsәlәlәrin olacaq kimi

qәlәmә verilmәsi, ölkә әleyhinә aramsız

tәhdidlәr sәslәndirilmәsi qәrәz vә

mәkrdәn başqa bir şey deyil».

«DӘSTӘYİ HİSS ETMİRİK»

Bәyanatda hәmçinin qeyd edilir ki, Azәr-

baycan әn böyük problemi olan әrazi

bütövlüyünün bәrpası mәsәlәsindә

dünya birliyinin әdalәtli mövqeyinә, dost

vә qardaş ölkәlәrin dәstәyinә ümid bәs-

lәyir:

«Acı reallıq ondan ibarәtdir ki, hәqiqәtәn



İslami hәmrәylik, dini tәәssübkeşlik nü-

mayişi tәlәb olunan zamanlarda bu

dәstәyi hiss etmәmişik».

İlqar Rәsul

Qafqaz Müsәlmanları

İdarәsindәn İrana cavab

Rәsul Quliyevin

tәrәfdarının evindә

axtarış aparıldı

Mayın 11-i saat 19 radәlәrindә Binәqәdi

Rayon Polis İdarәsinin әmәkdaşları Açıq

Cәmiyyәt Partiyasının fәallarından Әli

Rza vә anası Şirinbacı Rzayevanın ki-

rayә qaldıqları evdә axtarış aparıblar.

Evdәn narkotik vasitә tapıldığı bildirilir.

Nәticәdә Әli Rzanın kiçik qardaşı İlqar

Rzayev saxlanıb.

Bunu AzadlıqRadiosuna Açıq Cәmiyyәt

Partiyasının sәdri Rәsul Quliyevin Azәr-

baycandakı müşaviri Ağası Şakiroğlu

bildirib. O deyib ki, axtarış zamanı polis

evdәn narkotik vasitә-anaşa tapdığını

bildirib: «Axtarışdan sonra polislәr iki

bağlama narkotik vasitә-anaşa göstәrib

onları evdәn tapdıqlarını bildiriblәr. Sonra

Әli Rzanın kiçik qardaşı İlqar Rzayevi

hәbs ediblәr. Polislәr axtarışın onlara

daxil olan mәlumat әsasında aparıldığını

deyirlәr. Amma biz әminik ki, onlar par-

tiyanın keçirdiyi aksiyalara vә Әli Rza ilә

Şirinbacı Rzayevanın hakimiyyәt әleyhinә

sәslәndirdiklәri fikirlәrә görә bu addımı

atıblar. İlqar Rzayevi dә bu yaxınlarda

«Vaşinqton Post» qәzetinә mәmurları

kәskin tәnqid edәn müsahibә verdiyinә

görә saxlayıblar». 

Ağası Şakiroğlu deyir ki, Әli Rza «Azәr-

baycan el hәrәkatı»nın sәdri, İctimai

Palatanın üzvüdür. Evdә axtarış da ailә

üzvlәrinin siyasi fәaliyyәtinә görә

aparılıb. 

Daxili İşlәr Nazirliyi mәtbuat xidmә-

tinin bölmә rәisi Orxan Mansurzadә isә

deyir ki, Azәrbaycanda polis siyasi

fәaliyyәtinә görә heç kimi tәqib etmir.

Onun fikrincә, Azәrbaycan  azad ölkәdir

vә hәr kәsin hüququ qorunur.

O.Mansurzadә deyir ki, bu hadisәni

siyasilәşdirib, polisә öz qanuni işini

gördüyü üçün böhtan atmaq düzgün

deyil: «Hәmin şәxslәr dә konkret olaraq

әmәlinә görә-yәni evdәn narkotik vasitә

müәyyәn edilib götürüldüyü üçün mә-

suliyyәtә cәlb olunublar. Yәni bu, konkret

cinayәt әmәlidir. Bu cür faktlar

sәnәdlәşdirilir vә araşdırma aparılır».



Tәbrizdә «Eurovision»a qarşı aksiyadan

görüntü

Mayın 11-dә yüzdәn çox gәnc İranın

Bakıdakı sәfirliyi qarşısında etiraz ak-

siyası keçirib. Bir neçә gün öncә

Tәbrizdә Azәrbaycan konsulluğu

qarşısında «Eurovision»a qarşı mitinq

keçirilmişdi. «İrana ar olsun!», «İslam

belә olmur», «İran Azәrbaycana ter-

rorçu, narkotik vә ekstremist

göndәrir», «İranda 35 milyon azәrbay-

canlının hüquqları pozulur» vә sair

şüarlar sәslәndiriblәr. Onlar әllәrindә

«Şuşanı ermәnilәrә İran hakimiyyәti

satıb», «Homoseksual İran mollalarına

Azәrbaycanda yer yoxdur» kimi şüarlar

yazılmış, elәcә dә Әli Xamneyi, Mah-

mud Әhmәdinejat vә Serj Sarkisyanın

birgә şәkli olan plakatlar tutublar. 

Gәnclәr Bakı Dövlәt Universitetinin

tәlәbәlәri olduqlarını bildiriblәr. Tәlәbәlәr

deyir ki, onlar İran azәrbaycanlılarının

hüquqlarının pozulmasına, İranın Azәr-

baycana qarşı tәbliğat aparmasına etiraz

edirlәr. İran sәfirliyinin yerlәşdiyi küçәyә

maşınların hәrәkәtini dayandıran polis

aksiyaya müdaxilә etmәyib. 



Gәnclәr İranın Bakıdakı sәfirliyi

qarşısında aksiya keçirib




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə