Xəbər və fikir jurnalı №18 (88) 4. 05. 2012 səh səh səh


№18 (88)      14.05.2012      Fərqli düşüncə



Yüklə 264,32 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix11.03.2018
ölçüsü264,32 Kb.
#31193
1   2   3   4   5   6   7   8

№18 (88)      14.05.2012      Fərqli düşüncə

9

Әcnәbilәr Bakıda otel tapa bilmir

7 GECӘYӘ 2000 MANAT 

Azәrbaycanda «Eurovision» mahnı

müsabiqәsi hәftәsindә müştәri gözlәyәn

tәk-tük otel qalıb. Bakıda әcnәbi qon-

aqlar üçün nәzәrdә tutulmuş otellәr

artıq dolub. Booking.com saytında

Bakının 56 oteli haqqında mәlumat yer-

lәşdirilib. Onlardan 14-ü mayın 20-27

tarixlәrindә boşdur – boş otaqların sayı

1-dәn 5-ә qәdәr göstәrilib. Saytda 7

gecәlik yer üçün qiymәt әn azı 2 min

manat civarındadır. Bakıda otellәrin

qiymәtlәri әcnәbilәrin ürәyini heç dә

açmır. İsveç mediasında çalışan Thomas

Thoren bir hәftә öncә Bakıda әn ucuz

otel axtarışıyla gecәsi 70 manatdan

aşağı qiymәtә olan yer tapmayıb:

TÜRKİYӘDӘ 25-30 AVROYA,

AZӘRBAYCANDA 70 MANATA

«Otel qiymәtlәri Bakıda hәddәn artıq

bahadır. Mәn tez-tez Türkiyәyә sәfәr

edirәm vә heç belә vәziyyәtlә rastlaş-

mamışam. Jurnalist kimi mәnim üçün

bahalı oteldә qalmaq mümkün deyil. Bir

tanışımın kömәyi ilә Bakıda gecәsi 70

manata ev tapdım, amma o qәdәr pul

verilәsi yer deyildi. Mәsәlәn, Türkiyәdә

belә şәrtlәrlә 25-30 avroya otel tapa

bilirәm».

Hazırda Bakıda 100-ә yaxın mehman -

xana var. Son bir ildә paytaxtda 6 beşul-

duzlu otel istifadәyә verilib. «Reuters»

agentliyinin yaydığı xәbәrә görә, Bakıya

«Eurovision» musiqi yarışına can atan

hәr kәs otel nömrәlәrinin qiymәtlәrini

görәndә, şoka düşәcәk.



QİYMӘTLӘR_6_DӘFӘ_QALXIB'>QİYMӘTLӘR 6 DӘFӘ QALXIB?

Almaniyanın «Swoodoo» turizm büro-

sunun mәlumatına görә, Bakıda elә otel-

lәr var ki, qiymәtlәri 6 dәfә qaldırıblar.

Turizm üçün şәraiti mәhdud olan ölkәdә

qiymәtlәrin bu artımı «Swoodoo» büro-

sunu tәәccüblәndirib: «Bakının otel in-

frastrukturu Qәrbi vә Şәrqi Avropa

ölkәlәri ilә müqayisә oluna bilmәz» -

«Swoodoo»un tәmsilçisi Christian Saller

belә deyib. O, bildirib ki, Bakıda otel-

lәrdә bir gecәlik orta qiymәt mayın 22-

27 arası 341 avro olacaq. Halbuki bir

neçә hәftә әvvәl qiymәt 140 avro idi.

OTEL İŞÇİSİ: QİYMӘTLӘR

QALXIB

Bakıda söhbәtlәşdiyimiz otel tәm-

silçilәrindәn müsabiqәyә görә qiymәtlәri

qaldırdıqlarını deyәnlәr dә oldu, bunu

tәkzib edәnlәr dә. «Old Gates» ote 

-

lindәn dedilәr ki, adi günlәrdә 100 man-



ata verilәn tәk otağın qiymәti mayın

20-27-dә 250 manata qalxıb. «Ambas-

sador» oteldәn isә bildirdilәr ki, müs-

abiqә hәftәsi әn ucuz otaq 250

manatdır. Bu rәqәm müsabiqәdәn

әvvәlki hәftә 200 manat olub. «Abu-

Arena» oteli isә hәr hansı bahalan-

madan söhbәt getmәdiyini deyir. 

Ötәn ay Mәdәniyyәt vә Turizm Nazir-

liyinin şöbә müdiri Aydın İsmiyev

bildirmişdi ki, nazirlik mahnı müsabiqәsi

ilә әlaqәdar mehmanxanalara qiymәtlәri

artırmamağı tövsiyә edib: «Mehmanx-

analar özәl sektora daxildir. Qiymәtlәrin

qalxıb-qalxmayacağı ilә bağlı heç nә

deyә bilmәyәcәyәm. «Eurovision» mah -

nı müsabiqәsi ilә әlaqәdar mehmanx-

analarda tam hazırlıq işlәri görülüb vә

turistlәrin qәbulu üçün dә heç bir prob-

lem yoxdur».



NAZİRLİK OTEL 

OTAQLARINI ALIB

«İçәrişәhәr», «Old Gates», «Ambas-

sador» vә digәr otellәrdәn AzadlıqRadio-

suna bildiriblәr ki, әksәr yerlәri qo naq         -

 larını yerlәşdirmәk mәqsәdi ilә Mәdәniy -

yәt Nazirliyi alıb.

İqtisadçı ekspert Natiq Cәfәrli deyir

ki, azad bazar prinsipinә görә, otellәrdә

bahalaşma normaldır.  Ekspertin fikrincә,

problem ondadır ki, Azәrbaycanda otel-

lәr daha çox 3-5 ulduzludur, hәr kәsin

cibinә uyğun deyil: ««Eurovision»un

kontingenti әsasәn gәnc vә tәlәbәlәrdәn

ibarәtdir. Qәrbi Avropadan yox, әsasәn

Şәrqi Avropadan gәlmәsi gözlәnilir. Daha

kasıb ölkәlәrdәn yәni. Onların «Hilton»

da, ya da «Kempinski»dә günlüyü 300-

500 manat arasında qiymәtә qalmağa

imkanları olmayacaq. Әsasәn kiçik vә

ucuz otellәrin tikilmәsinә hәdәf qoyul-

malıydı vә bunu tәşviq etmәliydi

hökumәt».



«5 GECӘYӘ 4 MİN AVRO»

Elә bu bahalıq üzündәn mayın 21-dә

yarışmanı izlәmәyә gәlәcәk holland

tәlәbә Mandy Duijn tanışlarının kömәyi

ilә 4 günlük ev kirayәlәyәcәk: «2 ay

әvvәldәn axtarmağa başlayanda bron-

laşdırmaq olmurdu. 2 hәftә әvvәl

yenidәn axtarmağa başladıq. Bәzi otellәr

tapdıq, amma hәddәn artıq baha idi. Biz

4 nәfәrik, 3 otaq tutmaq istәdik, 5 gecә

bizә 4 min avroya başa gәlirdi. Bizim bu

qәdәr pulumuz yoxdur. Bizim üçün ba-

halı olan әn ucuz otellәrdә isә yer tapa

bilmәdik. Ona görә dә ev tapdıq ki, ki-

rayә qalaq. Düzdür, o ev dә ucuz deyil,

hәrәmizә hәr gecә üçün 145 avro

ödәyәcәyik. Amma oteldәnsә, bu, daha

ucuzdur».



Durna Sәfәrli

JW Marriott Absheron

Natiq Cәfәrli

Azәrbaycan polisi güclәndirilmiş iş rejiminә keçdi

Azәrbaycan polisi «Eurovision»la

әlaqәdar güclәndirilmiş iş rejiminә

keçib. Bakının mәrkәzi

hissәlәrindә, hotel vә mehmanx-

analar, istirahәt mәrkәzlәri dә

daxil olmaqla insanların gur

toplaşdığı әrazilәrdә polis naryad-

larının sayı artırılıb, tәhlükәsizlik

tәdbirlәri güclәndirilib.

Daxili İşlәr Nazirliyi mәtbuat xidmә-

tinin rәis müavini Ehsan Zahidov APA-ya

bildirib ki, Bakıda keçirilәcәk «Eurovi-

sion-2012» mahnı müsabiqәsi ilә әlaqә-

dar daxili işlәr naziri Ramil Usubovun

imzaladığı sәrәncamla DİN-in orqan vә

hissәlәrinin şәxsi heyәti mayın 10-dan

31-dәk güclәndirilmiş iş rejimindә çalışa-

caq.



Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə