Xəlil Rza Ulutürkün 85 illik yubileyi münasibətilə mərkəzi



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix31.10.2018
ölçüsü0,88 Mb.
#77279
1   2   3   4   5   6   7   8   9   10

 

təhsil  illərində  görkəmli  rus  şairi  Samuil  Marşakın  evində  və 



Yasnaya  Polyanada  dahi  Lev  Tolstoyun  xatirə  muzeyində 

olması,  Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim 

Hikmət  və  Mixail  Şoloxovla  görüşləri  gənc  şairin  xatirəsində 

dərin izlər buraxmışdır. 

1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan 

Dövlət  Pedaqoji  İnstitutunun  aspiranturasında  təhsilini  davam 

etdirmişdir. O, 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan 

sovet  ədəbiyyatında  poema  janrı”  (1945-1950)  mövzusunda 

yazdığı  dissertasiyanı  uğurla müdafiə  etmiş,  fılologiya  elmləri 

namizədi  elmi  dərəcəsinə  layiq  görülmüşdür.  Onu  institutda 

müəllim kimi saxlamışlar. Tələbə auditoriyasına müəllim kimi 

daxil  olduğu  gündən  Xəlil  Rza  dərs  proqramı  çərçivəsi  ilə 

məhdudlaşmamış,  vətənpərvərlik  ruhlu  mühazirələrində  qədim 

milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı 

ilə söhbət açmışdır. Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi 

dilin  təsirinə  məruz  qalmaması  üçün  özünəməxsus  mübarizə 

yolu  da  seçmişdi.  Harada  olursa-olsun  doğma  dilində  təmiz 

danışmayan  müsahibindən  eşitdiyi  hər  yabançı  kəlmə  üçün  5 

qəpik  cərimə  tələb  edər,  “danışığından  məmnun  qaldığı 

soydaşlarını  bir  manat  məbləğində  mükafatlandırardı”. 

Beləliklə,  o,  müasirlərinin  diqqətini  ana  dilinin  saflığını 

qorumağa cəlb etməyə çalışardı.  

1984-cü  ildə  şairin  “Ömürdən  uzun  gecələr”  adlı  kitabı  və 

SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən 

ibarət  “Qardaşlıq  çələngi”  toplusu  ictimaiyyət  tərəfindən 

Azərbaycan SSRİ Dövlət mükafatına təqdim olunsa da, hakim 

dairələrin  etinasızlığı  ilə  qarşılandı.  Bu  soyuq  münasibət  onu 

sarsıtmadı. Şairin ən böyük vəzifəsini yazıb yaratmaqda görən 

Xəlil Rza yorulmadan var qüvvəsi ilə çalışır; yeni şeirləri, elmi 

araşdırmaları ilə təsəlli tapır. 1985-ci ildə “Maqsud Şeyxzadənin 

bədii  yaradıcılığı  və  Azərbaycan-Özbək  ədəbi  əlaqələrinin 



 

aktual  problemləri”  mövzusunda  doktorluq  dissertasiyası 



müdafiə  edir.  1986-cı  ildə  Azərbaycan  ədəbiyyatının 

inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi 

fəxri adı verilir.         

Görkəmli  şəxsiyyət,  vətən  mücahidi  Xəlil  Rza  Ulutürkün  

anadan olmasının 85 illik yubileyi ilə əlaqədar olaraq,  bir sıra  

tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, biblioqrafik icmal, 

rəsm  və şeir   müsabiqəsi,  ədəbi-bədii  gecə  və s.  keçirilə  bilər. 

Xəlil  Rza  yaradıcılığını  gənc  nəslə,  oxuculara  tanıtmaq 

məqsədilə  kitabxanada  kitab  sərgisi  təşkil  oluna  bilər.  Sərgidə 

şairin  müxtəlif illərdə çəkilmiş foto stendi,  kitabları ilə yanaşı 

ədəbiyyatşünas  və  digər  müəlliflərin    onun  haqqında    yazdığı 

kitablar, araşdırmalar, ona ithaf edilən  şeirlər, kəlamlar və dövri 

mətbuatda  yer  alan  məqalələr  öz  yerini  almaqdadır.  Sərgiyə 

müxtəlif  başlıqlar  verilə  bilər:

  “

Haqq  pərvanəsi  –  Xəlil  Rza 



Ulutürk”,  “Xəlil    zirvəsi”,  “Şairliyindən  də  ucada  dayanan 

nəhəng    vətəndaş”,  “Ədəbiyyatdan  əbədiyyətə  gedən  yol”, 

“Silahı  söz  və  sevgi  olan  insan”,  “Aərbaycan  –  Xəlil  Rza”, 

“Azadlıq mücahidi – Xəlil Rza”, “Poeziyamızda İstiqlal marşı 

çalan  şair”,  “Böyüklüyün  sirri”,  “Milli  poeziyamızın  qranit 

sütunu”,  “Türk  dastanın  qəhrəmanı”,    “Xalqı  azadlığa  çağıran 

şair”,  “Türk  dünyasının  böyük  oğlu  –  Ulutürk”,  “Ulutürk 

ömrünün  ulu  möhürü”,  “Silahı  söz  və  sevgi  olan  insan”, 

“Millətimizin  siyasi  dühası”,  “Sözünün  arxasında  özü  duran 

sənətkar”,  “İstiqlal  şairi  –  Ulutürk”,  “Açın  ürəyimi,  həkimlər, 

açın”,  “Zindanları  işqlandıran  şair”,  “Milli  İstiqlal  mücahidi”, 

“Xəlil Rza Ulutürkün ictimai-siyasi lirikası”, “Turan dünyasının 

böyük  şairi”,  “Məğrur,  dönməzlik  təcəssümü,  nur  amallı, 

azadlıq mübarizi və nəğməkarı, xalqımızın şanlı oğlu və şairi”,  

“Xalqın qüdrətli oğlu və əziz sənətkarı – unudulmaz Xəlil Rza”,  

“Kədəriylə  qol-boyun olan şair”,  “Söz sərkərdəsi – Ulutürk”  

və s. 



 

 



 

 

 

 

 

 


 

Görkəmli şəxslərin Xəlil Rza Ulutürk haqqında söylədikləri 



fikirlər:  

Xəlil Rza bir vətəndaş, bir insan kimi bütün xüsusiyyətləri ilə 

həmişə seçilmişdir. Mən daim onun yaradıcılığına, insanlığına, 

vətəndaşlığına,  ən  çox  cəsurluğuna,  əyilməzliyinə  öz 

ideyalarından  dönməzliyinə  hörmət  etmişəm,  onu  yüksək 

qiymətləndirmişəm...  Güman  edirəm  ki,  Xəlil  Rzanın  parlaq 

həyatı,  onun  böyük  vətəndaşlığı,  milli  azadlıq  uğrunda 

mübarizliyi  bütün  azərbaycanlılar üçün nümunə olacaqdır. 

 

                                                                   Heydər Əliyev, 



 ümummilli lider 

 

Sənin bütün damarların şimşəkdi, Xəlil, orda qan odla qarışıq 

axır. Çax, yatanlar ayılsın, qaranlıq işıqlansın. 

Nəriman Həsənzadə, 

Əməkdar incəsənət xadimi, şair 

 

Xəlil 


Rza 

müasir 


ədəbiyyatımızın 

ən 


görkəmli 

nümayəndələrindən biridir. O, böyük poetik bir istedaddır. Xəlil 

Rza böyük alim, yorulmaz tədqiqatçıdır.  

                                                                          İsmayıl Şıxlı,  

                                                                          Xalq yazıçısı 

 

Xəlil  Rzanı  başa  düşməyənlər  çox  idi.  Onun  cəsarətli 

vətəndaşlıq  şeirlərini  dinləməkdən  belə  qorxanların  sayı  min-

min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin 

antisovet,  antiimperiya  çıxışlarına  dəlilik  kimi  baxanlar,  onun 

səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu 

kiçiltmək  istəyənlər  Xəlil  Rza  istedadının  Allah  vergisi 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə