Xəlil Rza Ulutürkün 85 illik yubileyi münasibətilə mərkəzi



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix31.10.2018
ölçüsü0,88 Mb.
#77279
1   2   3   4   5   6   7   8   9   10

24 

 

hopur.  Həyatı,  gerçəkliyi  xüsusi  idrak  vasitəsinə  çevirən 



poeziyada şairi yaradan xalqın xarakteri, vətən tarixinin konkret 

inkişaf  mərhələsi  ifadə  olunur,  kəskin  tarixi  təzadlar,  ciddi 

münaqişələr,  fəryad  qoparan  ziddiyyətlər  dilə  gəlir.  Xəlil  Rza 

məhz  bu  cür  şairlərdəndir.  Çağdaş  Azərbaycan    poeziyası 

meydanında qırx ildən bəri külüng vuran Xəlil Rza Ulutürkün 

bu müddət ərzində həm çətinliklə, həm də halallıqla qazandığı 

epitetlər  az  deyil:  Xalq  şairi,  Əməkdar  incəsənət  xadimi, 

filologiya  elmləri  doktoru,  professor,  milli  hərakatımızın 

görkəmli xadimi. Lakin özünün saysız-hesabsız oxucuları üçün 

o,  bu  epitetlərin  hamısından  yüksək  dayanır.  Çünki  yalnız 

görkəmli şair  və alim deyil, hər şeydən öncə parlaq şəxsiyyətdir. 

Məhz  şəxsiyyət  bütövlüyü,  hər  sözünün  arxasında  özünün 

dayanması ona ümumxalq məhəbbəti qazandırmışdır. Buna görə 

onun adını  hər  yerdə böyük məhəbbətlə, ehtiramla qarşılayır, 

hər  sözünə  diqqət  yetirirlər.Ən  ağır,  ən  çətin  fəth  olunan  bir 

zirvədən  boylanmaq  səadəti  hər  insana    nəsib  olmur.  Belə 

ucalıqlardan  biri  də  şəhidlik  zirvəsidir.  İstiqlaliyyəti  uğrunda 

mübarizə  aparan  Azərbaycanı  körpə  ikən  beşiyində  boğmağa 

uzanan  əlləri  kəsmək  üçün  onu  müdafiəyə  qalxan  və  bu 

müqəddəs  amal  uğrunda  ölümün  şəhidlik  zirvəsini  fəth  edən 

igidlərdən biri də məhz  Milli istiqlal şairi Xəlil Rza Ulutürkün 

oğlu Təbriz Xəlilbəylidir.  Qəhrəmanlıq bir neçə anın, saniyənin 

işi  deyil,  vətən  uğrunda  canından  keçib  ölümsüz  olmaqdır. 

Vətənimizin azadlığı, ərazi bütövlüyü  uğrunda canından keçmiş 

Təbriz Xəlilbəyli məşhur şairimizin evində, ocağında böyümüş, 

onun  yaratdığı  poeziya  iqlimində  kamala  yetmişdir...  Təbriz 

1991-ci ilin oktyabrından 1992-ci ilin yanvar ayının 31-nə kimi  

Qarabağın  Naxçivanik  civarında  gedən  döyüşlərdə  qəhrəman 

hökmüylə  döyüşüb  vətən  yolunda  şəhid  oldu.  Olum  ilə  ölüm 

arasındakı  treni  həyat  körpüsünə,  ölümsüzlüyə  çevirə  bildi.  8 




25 

 

oktyabr  1992-ci  il  tarixli  fərmanı  ilə  Təbriz  Xəlil  Rza  oğlu 



Xəlilbəyliyə  Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. 

                  Sən – oğul, sən – igid, sən – ər oğlu ər,                                         

                  İftixarla daşı sən öz adını. 

                  Məğribə, məşriqə, cahana göstər,  

                  Adında gizlənmiş istedadını! 

Qəhrəman oğul  şair atanın  dediyi  yolla  getdi, qanla  yazılan 

Azərbaycan  tarixinin  bir  parçasına  çevrildi.  Bu  amansız    və 

əvəzsiz  itkidən ata ürəyi göynəsə də sarsılmadı, alçaq və rəzil 

düşmən qarşısında  özünü sındırmadı. Sarsılmadı, ona görə ki, 

Təbriz  kimi    bir  qəhrəman  oğul  Xəlil  Rza  kimi  bir  üsyankar 

şairin    ömrü  boyu  təbliğ  etdiyi,  yaydığı  müqəddəs  ideyalar 

yolunda qurban getmişdi. Sarsılmadı, ona görə ki:  

                  Əyilməzlik Ulutürkün əslindədir, soyundadır,  

                  Palıd kimi qamətində, çinar kimi boyundadır.  

                  Elə bil ki, öz oğlunun yasında yox, toyundadır,  

                  Azadlığın, istiqlalın tarixini yaza-yaza

                  Çıxış edir Xəlil Rza! 

Xalq  şairimiz  Xəlil  Rza  Ulutürk  Azərbaycanın  Milli 

Qəhrəmanı  Təbriz  Xəlilbəylinin  uşaqlığı,  yeniyetməlik  və 

gənclik  illərini  əhatə  edən,  səngərdaşları  ilə  birlikdə  erməni 

qəsbkarlarına  qarşı  amansız  mübarizəsini,  yurdsevərliyini 

işıqlandıran silsilə şeirlər üzərində çalışmışdır. Bunlardan biri də 

“Oğlum Təbrizə” adlı şeirdir:  

 

                        Qoy sənə doğulan günəş deyim ki, 



                        Nurunla açılan al səhərəm mən.  

                        Yeddi il yol gələn ay mənim ilkim  

                        Gəldiyin yollara gül düzərəm mən.  

     


                        Özüm də bilmirəm nə işdir bu iş,  

                        Yerdənmi, göydənmi tapmışam səni? 




26 

 

                        Bəlkə də, səni heç tale verməmiş,  



                        Taleyin əlindən qapmışam səni. 

 

                        Ən  böyük sevincsən, ən müqəddəs qəm,  



                        Məni alovlara atan Təbrizim.  

                        Üzünə baxanda balam deyirəm,  

                        Adını çəkəndə atam – Təbrizim.  

 

                       Ey bala Təbrizim, gün o gün olsun  



                       Ana Təbrizimə mən azad deyim. 

                       Ustad Şəhriyarla görüşün olsun.  

                       Qovuşsun Təbrizə Şəhrizad deyim...  

Xeyirxah,  çiçək  kimi    kövrək,  qaya  kimi  sərt    tanıdığım 

X.Rza ömrü boyu təmənnasız yaşadı, heç kimə minnət qoymadı, 

mükafat, təltif, fəxri ad ummadı. Aldığı fəxri adlara, mükafatlara 

o  qədər  də  sevinməyən  Xəlil  Rza,  şübhəsiz  ki,  “İstiqlal” 

ordeninə  layiq  görüldüyünü bilsəydi,  çox sevinərdi. Ona görə 

sevinərdi ki, bu söz Xəlil Rzanın əqidəsindən gələn, inamından 

doğan həyat eşqindən güc alan bir sözdür. Bu sözün uğrunda o, 

ömrü  boyu  döyüldü,  döyülə-döyülə  bərkidi,  əzilə-əzilə 

mətinləşdi,  özü  də,  övladı  da,  yaradıcılığı  da  poeziyamızda, 

müasir  Azərbaycan  ədəbiyyatında  qəhrəmanlıq  obrazına 

çevrildi:  

                           O qarlı dağlara diqqətlə bax bir,  

                           Bəlkə analardı, ağarıb başı. 

                           Analar dünyaya oğullar verir,  

                           Dünya analara acı göz yaşı.   

Xəlil  Rza  bu  gün  canından  çox  sevdiyi  Azərbaycan 

torpağının  qucağında,  Fəxri  xiyabanda  uyuyur.  Bizimsə 

qəlbimizdən  göynəkli,  sızıltılı  duyğular  keçir.  Axı  Xəlil  Rza 

Ulutürk  kimi  oğulları  hər  ana  doğmur,  hər  ana  yetirmir...Tez 

getdi Xəlil Rza, tez getdi. “Getdi” sözünü cismanı işlədirik onun 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə