12
Doğransam da
tikə-tikə
rizə-rizə-
Mübarizə!..
Xəlil Rza 30 ildən çox vaxtda poeziyamızın çətin və şərəfli
yollarında şeiriyyətin oğlu, sənətin layiqli övladı kimi
addımlayıb, bu addımlar onu yeridikcə gücünü, qaynadıqca
həvəsini qanadlandırıb.
Kürsülərə sığmayan, cəsur şeirim, ər şeirim
Təpədən dırnağadək silahlı əsgər şeirim!
– Deyəndə bu misraların böyük səmimiyyətinə ürəkdən
inanırsan, ona görə ki, X. Rza poeziyası böyük ideallarımızın,
danılmaz həqiqətlərimizin müqəddəsliyi keşiyində əsgər kimi
dayanmağı bacaran iş görən, həmişə yürüşdə, mübarizədə olan
poeziyadır.
Xəlil Rza Ulutürk görkəmli şair, filosof, mütəfəkkir,
şəxsiyyət, ədəbiyyatşünas alim olmaqla bərabər, ictimai siyasi
xadim, milli istiqlal mücahididir. Onun azadlıq hərəkatı
öncüllərindən biri olmasını yalnız Azərbaycana aid olan hadisə
hesab etmək olmaz. X.R.Ulutürk mücahidliyi – bəşər azadlıq
hərəkatının tərkib hissəsi, dünya bahadırlarına məxsus olan
mübarizə yolunun tarixi davamı – gələnəyidir. X.R.Ulutürk
xalqımızın azadlığı, milli idealı naminə ayağa qalxmışdı. Zəngin
tarixə bələdlik, fərdi mübarizə ruhu, nəslin keçib-gəldiyi yolu
onu azadlığa, istiqlala səsləmişdi. O, Azərbaycanın müstəqil
dövlətçiliyi naminə ayağa qalxmışdı!
Dəyərli iştirakçılar və qonaqlar, Ulutürk zirvəsi ən uca
əzəmətli zirvədir. Saflıqla, ədalətlə ucalan zirvə. Gəlin, biz də bu
saflıqdan bəhrələnək Xəlil Rza yaradıcılığının zirvəsinə,
iştirakçıların söyləyəcəyi şeirlərlə ucalaq...
İlk iştirakçı səhnəyə yaxınlaşaraq “Hüseyn Cavidə” adlı şeiri
söyləməyə başlayır:
13
Qəlbin od, şeirin od!
Ömrün-günün od!
Özün buz məzarda!
Bu necə işdir?
Bəs necə olub ki, o buz dağları
Sənin atəşindən əriməmişdir?!..
İkinci iştirakçı “Əyilmə!!!” adlı şeiri demək üçün səhnəyə
yaxınlaşır.
Qalsan belə susuz, ac
Yavan çörəyə möhtac,
Boğazına ilan tək
Sarılsa da ehtiyac.
Ehtiyac ürəyini
Köksündən qoparsa da,
Odu, suyu, havanı,
Evindən aparsa da,
Ağız açma namərdə!
Ürəyində dərd, yaşa
Sən İnsansan! Əyilmə!
Yoxsul yaşa, Mərd yaşa!
Digər iştirakçı “Qorx! Qorxma!” adlı şeiri söyləmək üçün
səhnəyə dəvət olunur.
Mən qorxuyla qorxusuzluq arasında yaşayıram,
Sanki bəbir bəbəyində, şir ağzında yaşayıram.
Nə küləkdən çəkinirəm, nə kələkdən, nə fələkdən,
Azərbaycan çörəyinin dad-duzuna
layiq ola bilməməkdən –
bircə bundan qorxuram mən.
Mən qorxuyla qorxusuzluq arasında yaşayıram,
Könül adlı aslanımı hərdən bir az oxşayıram.
Söyləyirəm: – Çətin gündə, bərk ayaqda batma yasa,
Qorxma, düşmən caynaqlısa...
14
Sonuncu iştirakçı “Sual-cavab” adlı şeiri intonasiya ilə deyir:
– Kimdir ən böyük şair?
– Mənim babam Nizami!
– Ən qəhrəman sənətkar?
– İmadəddin Nəsimi!
– Dünyada ən gözəl səs?
– Xanın, Bülbülün səsi!
– Ən doğma, gözəl ölkə?
– Azərbaycan ölkəsi!
Sonda münsiflər heyəti qiraəti ilə fərqlənən iştirakçıları
mükafatlandırır.
Xəlil Rzanın yubileyi münasibəti ilə əlaqədar müxtəlif
tədbirlər keçirilə bilər. Bu tədbirlərdən biri də yaradıcılığı ilə
bağlı məktəblərdə keçirilən “Xəlil Rzanın azadlıq səsi” adlı
oxucularla söhbətdir. Kitabxanaçı şairi oxucular, eləcə də
məktəblilər arasında tanıtmaq və Xəlil Rza qələmi ilə tanış
etmək üçün məktəbə gəlir. Məktəbin oxu zalına toplanmış
müəllim kollektivi və məktəblilərə şair haqqında dəyərli
məlumatlar verir.
Kitabxanaçı: Biz Türkləriz...Vətənimiz başdan-başa yer kürəsi
Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi...
Azərbaycan ziyalıları zaman-zaman öz yaradıcılıqlarında
azərbaycançılıq ideyasına müraciət etmişlər. Bu sahədə mərhum
şairimiz Xəlil Rza Ulutürkü xüsusi ilə qeyd etmək vacibdir. Öz
idealı uğrunda mübarizə aparan ziyalılar ordusu içərisində Xəlil
Rza Ulutürk istiqlal şairləri Məhəmməd Hadi, Əhməd Cavad,
Məhəmməd Biriya kimi tarixi önəm kəsb etmişdir. Xəlil Rzanın
milli idealında azərbaycançılıq – Azərbaycanın taleyi və
ideyaları ilə möhkəm bağlıdır. Sənətkarın poeziyasında Vətənin,
xalqın ümumiləşmiş obrazı zəngin mənbələrlə, qaynaqlarla