Xəlil Rza Ulutürkün 85 illik yubileyi münasibətilə mərkəzi



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix31.10.2018
ölçüsü0,88 Mb.
#77279
1   2   3   4   5   6   7   8   9   10

27 

 

üçün. O, heç yana getməyib əslində. Qəlbimizdə, ruhumuzdadır, 



döyüşün,  mübarizənin ön cərgəsindədir, səngərdə, vuruşdadır. 

Biz  sabah  qələbə  çalıb  torpağımızı  işğalçılardan  azad  edəndə 

Xəlil  Rza  şeiri  dilimizdə  duaya,  başımızın  üstündə  bayrağa 

çevriləcək!.. 

 Tədbirin sonunda iştirakçılar şairin hər iki Təbrizə həsr etdiyi 

şeirlərdən parçalar söyləyirlər. 

Xəlil  Rza  Ulutürk  irsini    oxuculara  çatdırmaq  məqsədi  ilə 

kitabxanada  “Xəlil  Rza  Ulutürkün  milli  poeziyamızın 

inkişafında,  xalqımızın  milli-bəşəri  dəyərlərinin  və  doğma 

dilimizin  qorunmasında  rolu”  adlı  konfrans  keçirilə  bilər. 

Tədbirdə  oxucularla  yanaşı,  ədiblər,  yazıçılar,  tədqiqatçılar, 

müəllimlər,  tələbələr  və  s.  iştirak  edə  bilərlər.  Bunun  üçün 

kitabxanaçı  oxucuları  kitabxanaya  cəlb  edərək  onları  böyük 

ədibin  yaradıcılığı ilə tanış edir. Təyin olunmuş vaxtda oxucular 

tədbirdə  iştirak  edirlər.  Tədbiri  açıq  elan  edən  kitabxanaçı  hər 

kəsi  salamladıqdan  sonra  böyük  azadlıq  carçısı  Ulutürkün 

keşməkeşli  ömür  yolundan  və  coşğun  yaradıcılığından  söhbət 

açır.

 

Kitabxanaçının  çıxışından  sonra  qonaqlar    Xəlil  Rza 



yaradıcılığından  və  onunla  uzun  illər  davam  edən  dostluq 

münasibətlərindən  danışaraq,  xatirələrini  bölüşə,  şairin 

şeirlərindən  parçalar  söyləyə  bilərlər.  Konfransın  sonunda 

iştirakçılar şəhərimizin yaraşıqlı guşələrinin birində ucaldılmış 

“Ata-oğul”  abidəsinin  önünə  gələrək  Xəlil  Rza  Ulutürkün  və 

onun  oğlu,  Qarabağ  uğrunda  döyüşlərdə  şəhid  olmuş 

Azərbaycanın  Milli  Qəhrəmanı  Təbriz  Xəlilbəylinin  xatirəsini 

yad edə bilərlər.  

Böyük  şair  Xəlil  Rzanın  yubileyi  ilə  əlaqədar  olaraq 

kitabxanada keçirilən tədbirlərdən biri də “Pərvanəyə azadlıq” 

adlı kitab müzakirəsidir.           

Kitabxanada  şairdən bəhs edən  müxtəlif tədbirlər, həmçinin 

də  ədəbi-bədii  gecə  keçirilir.  Unudulmaz  şəxsiyyət  Xəlil  Rza 



28 

 

Ulutürkün xatirəsinə həsr olunmuş   “Türkün dastanını yazan 



dahi” adlı ədəbi-bədii gecəyə Azərbaycanın gorkəmli ədibləri, 

alim  və  tədqiqatçılar,  sənət-söz  adamları,  jurnalistlər, 

müəllimlər,  oxucular,  ali  məktəb  tələbələri,  məktəblilər  dəvət 

olunur. Qonaqlar ədibin   şəkilləri, müxtəlif adda əsər başlıqları 

və  şeir  misraları  yazılmış  çərçivərələrlə  bəzədilmiş  zalda  öz 

yerlərini alırlar. Şairin kitablarından ibarət kitab sərgisi qonaqlar 

tərəfindən  rəğbətlə  qarşılanır.  Gecənin  qonaqları  ilk  olaraq 

“Xəlil  Rza  Ulutürk  haqqında  hazırlanmış  veriliş”in  slaydına 

baxmağa  dəvət  edilir.  Gecəni  açıq  elan  etmək  üçün  aparıcılar 

səhnəyə  yaxınlaşırlar.  Hər  iki  aparıcı  qonaqları  salamlayaraq, 

onlara gecədə iştirak etdikləri üçün təşəkkürünü bildirirlər.   

I aparıcı:

 

Xəlil Rza Ulutürk XX əsr Azərbaycan ədəbiyyatının 



görkəmli  nümayəndəsi,  ədəbiyyatşünas  alim,  ictimai-siyasi 

xadim,  milli-demokratik  hərakatımızın  mücahidi,

 

Azərbaycan 



poeziyasında görkəmli ədəbi simadır.

  

Xəlil Rza Ulutürk həm də 



ədəbiyyatımızda 

istiqlalçılıq, 

türkçülük, 

vətənçilik, 

azərbaycançılıq  məfkurəsinin  davamçısıdır.  Onun  poeziyası 

milli ideallarla aşılanmış, xalq məfkurəsi və taleyini daha canlı 

əks etdirmişdir. XX əsrin 50-80-ci illər əsərlərində şairin milli 

məfkurəsinin  doğuşu  və  inkişafını  aydın  müşahidə  edirik. 

İstiqlal  məfkurəsi  Xəlil  Rza  Ulutürk  özünü-dərkinin 

mənbələrindən biridir. “Afrikanın səsi”, “ Yetkinləş, Xəlil ” və 

başqa əsərlərində Xəlil Rzanın  həm milli, həm də bəşəri fikir və 

düşüncələri,  habelə  Quzeylə  Güneyin  birləşdirilməsi  –  bütöv 

Azərbaycan 

ideyası  əksini  tapıb.  “Quzeylə  Güneyi 

birləşdirməyə  fəxr  elə,  ey  Vətən,  Şəhriyar  gəlir”,  –  deyən  şair 

ayrılıq  sədlərinin  lay-lay  söküldüyündən  sevinir,  yurdunun 

yarısının ona dar gəldiyindən darılır, kədərlənir.  

II  aparıcı:  Xəlil  Rza  Ulutürk  bu    dünyanı  sevməyə  gəlmişdi. 

Çiçəklərin,  otların,  qarışqaların,  küləklərin,  dənizlərin,  yerin-

göyün,  insanların,  dünyanın  bütün  gözəlliklərinin    pərvanəsi 



29 

 

olan  bu  qeyri-adi  insandakı  ilahi  gücə,  qüdrətə,  yaşamaq, 



yaratmaq  yanğısına,  həyat  eşqinə  heyrət  etməyə  bilmirsən. 

Özünün dediyi kimi “ən xırda işi belə özü görən, yan-yana beş-

altı ömür sürən” Xəlil, təkbaşına imperiya ilə döyüşürdü. Elə bil  

bahar yağışıydı. Keçib getdiyi yerdən qüdrətli oğullar boy atırdı. 

Bütöv  bir  nəsil  onun  döyüşkən  şeirləri  ilə  nəfəs  alırdı, 

qanadlanırdı, ucalırdı. 

                 ... Mən istərəm səsindən ildırımlar güc alsın! 

                 Yalnız daş minarən yox, millətlər sırasında 

                                                       Sənin başın ucalsın! 

                 Təkcə əzan səsi yox, döyüş marşın ucalsın! 

                 Fəxr edim ki, o tayda həm güclüyəm, həm mətin,  

                 Mən də bir övladıyam  üzüağ bir millətin! 

                

                 Səsin gəlsin, Təbrizim, öz avazın, öz səsin! 

                 Yandırsın daş qəfəsi, söksün beton məhbəsi.  

                 Haqq, ədalət uğrunda alov tutan nəfəsin! 

                 Bərkdən danış əzizim, səsinin möhtacıyam. 

                 Yurdu vahid görməyin, yurdu xoşbəxt görməyin 

                                                           Təşnəsiyəm, acıyam! 

I aparıcı: Şairin vətəninə, doğmalarına, dostlarına sevgisi bütöv 

idi,  bölünməz  idi.  Heç  kəsə  bənzəmirdi.  Xəlil  Rzanın  sevgi 

şeirlərində də mübariz ruh hakim idi. O, həyatda olduğu kimi 

sevgidə də xırdalığın, cılız, sısqa hisslərin düşməni idi. Sevgidə 

də böyük amallar, ideallar axtarırdı. Xəlil Rza Ulutürk dünyanın, 

bütöv  oğlu  idi.  Türk  dünyasının  böyük  oğlu  Xəlil  ömürlərdə 

yaşayır, mübarizə aparır. Mübarizədə keçən ömürsə ədəbiyyətə 

qovuşan  ömürdü...  Şair  tikanlı  məftillərlə  qolları  sarınmş 

Azərbaycan  faciəsini,  dərdini  dünyanın  kar  olmuş  qulaqlarına 

deyirdi. Dünya özünü karlığa vursa da, Xəlil Rzanı eşidirdi, bu 

ipə-sapa  yatmayan  qasırğa,  tufan  oğlu  cilovlamağa  çalışırdı. 

Xəlil  Rza susmurdu, sussaydı Xəlil  Rza olmazdı... Poeziya heç 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə