18
Tədbirdə, tarix və ədəbiyyat müəllimləri, ədiblər, Qarabağ
müharibəsinin iştirakçıları, məktəblilər və ümumilikdə oxucular
cəlb olunur. Tədbirdə məktəblilər ədibin vətənə, Qarabağa həsr
etdiyi şeirlər əsasında hazırladıqları kompozisiyanı tədbir
iştirakçılarına təqdim edirlər. Səhnə mövzuya uyğun
dekorasiyalarla bəzədilir. Oxucular milli ordumuzu təmsil edən
geyimlərdə, yenilməz üçrəngli bayrağımız və s. səhnəyə çıxırlar.
İlk olaraq Azərbaycanın dövlət himni oxunur. Qonaqlar da
iştirakçılarla birgə himnimizi səsləndirir. Daha sonra ilk iştirakçı
səhnəyə yön alır.
I iştirakçı: “Mən yenə dönəcəm Azərbaycana”
Qırın zəncirləri biləklərimdən,
Açın qıfılları diləklərimdən,
Endirin zindanı kürəklərimdən.
Gecələr bürünüb soyuq yorğana,
Yatıram, dalıram Azərbaycana!
Qaldırın bu ağır daşı üstümdən,
Göy göldən su səpin bu yanar cana.
Bəlkə eraların başı üstündən
Mən bir də gələcəm Azərbaycana!
Göy göldən su səpin bu yanar cana...
II iştirakçı: “Şuşam”
– Mərd ağlamaz! – deyiblər,
Yoxsa bir cüt qolumu səmalarca açardım,
Üçmıxdan o Qoşa minarənədək
Qucardım səni.
Dolanardım başına... hər qayana, daşına
Göz yaşımı səpərdim.
Kol dibindən qapardım bir Xarı bülbülünü,
Min-min adsız gülünü əyilərdim, öpərdim.
Sənmi ağlayırsan, göz yaşını sil...
19
III iştirakçı: “Mən cəbhəyə gedirəm”
Mən könüllü gedirəm günü bu gün cəbhəyə,
Avtomatı bəri ver.
Qəzəbimdən titrəyir ayağım altında yer.
Avtomatı bəri ver!
– Yollanarmı cəbhəyə 61 yaşlı kişi?
– Bəli, bu gün cəbhədir mənim ən vacib işim.
Azərbaycan adlanır qorum, qoruğum mənim.
Tankdan nə qorxum mənim, topdan nə qorxum mənim?
Bu gün mənim nifrətim yüz-yüz dəliqanlının
Nifrətindən, qeyzindən bəlkə min qat böyükdür.
Qəzəbimin yanında
Ay da, gün də sönükdür...
IV iştirakçı: “Mən – Azərbaycanam!”
Dinləyin, dinləyin, mən bir kamanam,
Şərqin sinəsindən qopan fəğanam,
Uzaq əsrlərin dərinliyindən
Sabaha üz qoyan sonsuz karvanam.
Təkcə öz dibinə işıq salmayan,
Hamıya nur verən şamam, şamdanam;
Dinlə, qoca dünya, ey mənim anam:
Min yol öldürülən, yenə ölməyən
Əzəli, əbədi Azərbaycanam!
Tədbirin sonunda məktəblilər həqiqət carçısı, böyük şair Xəlil
Rzanın “Ağır xəbər” adlı şeirini səhnələşdirirlər. İştirakçılar
əsərə uyğun geyimlərdə səhnəyə yaxınlaşırlar.
I iştirakçı: Poçtalyon qız nədən sən bu gün belə gəlmisən?
Yanaqların solubdur, kirpikləri nəmlisən.
Əziz bacım, bilirəm, ağır xəbər yamandır,
20
Neynəyəsən? Günahkar sən deyilsən, zamandır!
Mən özüm də istərdim gülsün bu gün dodağın,
Qapısından yaz girsin o sən girən otağın...
Təkcə sən yox, istərəm dünya poçtalyonları
Sevindirsin hər səhər minləri, milyonları.
İndisə əlin əsir basan zaman zəngi sən,
O addımlar kimindir, Asyadırmı o gələn?
Həyəcanla oxudu teleqramı tez gəlin.
II iştirakçı: Qospitaldan yazırlar: “Yubanmayın, tez gəlin!”
I iştirakçı: Bu xəbər ananın da sinəsini dağladı.
Kağız düşdü əlindən, o hönkürüb ağladı:
III iştirakçı: “Maral durduğu yerdə,
Boynun burduğu yerdə.
Namərdin qolu sınsın
Səni vurduğu yerdə!”
I iştirakçı: Nəvəsinin boynunu qucdu qan-yaş tökərək,
Düşündü: “Qız xeylağı ora necə gedəcək?”
Mənzil uzaq, yol çətin, hər yan tüstü, hər yan od.
Yollarda şaqqıldayır alov dilli pulemyot!
Lakin gəlin nə susdu, nə tərəddüd eylədi,
Göz yaşını silərək: – “Gedəcəyəm!” – söylədi.
Kitabxanada şairdən bəhs edən “Dağları çiynimdə
daşıyaram mən...” başlıqlı sorğu da keçirilə bilər.
Kitabxanaçının oxucular arasında
keçirdiyi rəy sorğusu üçün
məktəblilər əvvəlcədən Xəlil Rza Ulutürkün həyat və
yaradıcılığı, eləcə də kitabları haqqında yaxından tanış olurlar.
Kifayət qədər bilgi əldə etmiş şagirdlər kitabxanaya gəlib
tədbirdə iştirak edirlər. Kitabxanaçı əvvəlcə qonaqlar və
iştirakçıları salamladıqdan sonra ədibin ömür yolu və
yaradıcılığı barədə qısa və dəyərli məlumatlar verir:
Kitabxanaçı: Azərbaycanın azadlığı və istiqlalı yolunda
çarpışan, bütün həyatını, yaradıcılığını bu müqəddəs amala həsr
Dostları ilə paylaş: |