Xəlil Rza Ulutürkün 85 illik yubileyi münasibətilə mərkəzi



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix31.10.2018
ölçüsü0,88 Mb.
#77279
1   2   3   4   5   6   7   8   9   10

21 

 

edən  Xəlil  Rza  Ulutürk  milli  poeziyamızın  qranit  sütunundan 



biridir.  O,  bütün  ömrü  boyu  ictimai-siyasi  fəaliyyəti  ilə 

xalqımızın  gələcəyinə  xidmət  etmişdir.  Dünyasını  vaxtsız 

dəyişsə  də,  Xəlil  Rza  Ulutürk  həmişə  ruhumuzda  yaşayan

bizimlə  birlikdə  sabaha  addımlayan,  daha  obrazlı  desək,  bu 

günün və gələcək dövrlərin şairidir. Şeirlərinin birində özü bu 

barədə çox sərrast yazıb: 

                    Buludu şimşəklə parçalayacaq,  

                    Zülməti nur ilə boğacağam mən. 

                    Qərbdə ulduz kimi batsam,  

                                             Şərqə bax: 

                    Şərqdən günəş  

                                     kimi doğacağam mən! 

                      ... İtib-batmaq üçün  

                                    yaranmamışam, 

                    Dünənəm! 

                    Bu günəm! 

                    Gələcəyəm mən!  

                    Bir gün bu dünyadan  

                         getsəm də, nə qəm,  

                   Dünyaya təzədən gələcəyəm mən! 

Xəlil Rza Ulutürk hər şeydən əvvəl, mübariz şair idi. O, XX 

əsrin  ikinci  yarısında  Azərbaycan  poeziyasının  möhtəşəm 

mehrabına  gur  səsi  ilə  şimşək  kimi  çaxdı,  onun  dalğa-dalğa 

dağılan əks-sədası  ətalət basmış vicdanları oyatdı, atəşinin odu 

insanların ürəyində mübarizə əzmini alovlandırdı. Bu səbəbdən   

Xəlil  Rza  poeziyası  yer  üzündə  yaşayan  bütün  Azərbaycan 

türklərini silkələdi. Azadlığı zərrə-zərrə, qram-qram istəməyən, 

böyük arzularla, ideyalarla   yaşayan, yaradan  Xəlil Rza Ulutürk 

bu gün də bizim aramızdadır, onun şeirləri dillər əzbəridir, yenə 

də ön cərgədə bir məşələ, alova dönüb. 




22 

 

        Məlumatdan  sonra  suallar  yazılı  və  test  şəklində 



iştirakçılara təqdim olunur.  

                               Suallar:  

1.  Xəlil  Rza  Ulutürkün  anadan  olduğu  tarix  və  doğulduğu 

bölgənin  adını qeyd edin.  

Xəlil Rza Ulutürk 1932-ci il oktyabr ayının 21-də Azərbaycanın 

Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur. 

2.  Xəlil Rzanın uşaqlar və yeniyetmələr üçün yazdığı hansı kitab 

və şeirlərini oxumusunuz?  

Şairin  uşaqlara  həsr  etdiyi  kitablarından  “Marallar  da  duz 

yeyərmiş”  kitabını    misal  göstərə  bilərik.  Kitabda  yer  alan  

“Hüsn-xətt dəftəri” adlı bir şeirdən sitat göstərmək olar: 

                           “Göylərə bənzər bir cocuk  dəftəri. 

                             Bəlkə, şüadır uzanan milləri.  

                             Hüsnünə bax, dəftərimin hüsnünə.  

                             Günmü doğur, dəftərimin üstünə”.   

3.     Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! 

        Qolumdakı zəncirləri qıram gərək, qıram-qıram! 

        Azadlığı istəmirəm bir həb kimi, dərman kimi. 

        İstəyirəm səma kimi, günəş kimi, cahan kimi... 

Bu misralar kimə aiddir və bu haqda nə deyə bilərsiniz? 

Bu  misralar  X.R.Ulutürkə  aiddir.  Ədib  40  illik    yaradıcılığı 

dövründə torpaq günəşə təşnə olan kimi azadlığa can atdı, qolu 

zəncirlənmiş, ruhu yaralanmış məmmləkətin azadlıq şairi  oldu.  

4.  Xəlil Rza Ulutürk yaradıcılığı dövründə öz əsərlərini müxtəlif 

imzalar altında yazmışdır. Bunları sadalaya bilərsinizmi? 

“Xəlil Xəlilov, “Xəlil Xəlilbəyli”, “Xəlil Odsevər”, “Xəlil Rza” 

təxəllüsləri ilə çap etdirmişdi. “Xəlil Rza Ulutürk”  təxəllüsü isə 

şairin  keçdiyi  mübarizə  yolunun,  ədəbi-mənəvi  axtarışlarının 

məntiqi nəticəsi idi.  

5. Ədib öz şeirlərində insanlara, xüsusən də gənclərə nəsihətli 

misralarla  müraciət  etmiş,  onları  dürüstlüyə,  insanlığa,  elmə, 



23 

 

əməyə və s. doğru səsləmişdir. Onun bir neçə örnək şeirlərindən 



sitat gətirə bilərsinizmi? 

                                         .... 

                  Heç kəs bilməsə də sən yaxşılıq et,  

                  Sənin öz vicdanın – qəlbin  biləcək. 

                  Elə bu özü də bir yaxşılıqdır – 

                  Yaman adamların gözünə mil çək. 

                                         .... 

                  Vaxt – ömür deməkdir, qızıldır, bəli 

                  Vaxtı köhlən kimi yüyənləməli! 

                  Sən ki, söyləyirsən: vaxtı öldürmək, 

                  Vaxt yox, ətalətdir əsl ölməli! 

Azərbaycan  poeziyasının  görkəmli  simalarından  biri  olan 

xalq  şairimiz  Xəlil  Rza    yaradıcılığını  oxuculara  tanıtmaq  və 

şairin  qələmini sevdirmək üçün kitabxanada “Təbrizsiz keçən 



Xəlil  ömrü”  adlı  xatirə  gecəsi  keçirilə  bilər.  Kitabxanaçı 

əvvəlcədən məktəblərlə əlaqə saxlayaraq oxucuları kitabxanaya 

cəlb edir. Şagirdlərə şairin kitabları təqdim edilir. Şagirdlər bu 

mövzuya  uyğun  müəyyən  şeirlər    seçərək  iştirakçı  qismində  

tədbirə  hazırlaşırlar.  Əvvəlcədən  təyin  olunmuş  tədbirin  vaxtı 

gəlib  çatır.  İştirakçılar,    oxucular  və  digər  qonaqlar    səhnə 

qarşısında  əyləşir.  Aparıcı  hər  kəsi  salamladıqdan  sonra  Xəlil 

Rza Ulutürkün həyat və yaradıcılığından söhbət açır:  



Kitabxanaçı:  Müasir  dövrdə  Azərbaycan    poeziyasında, 

bəşəriyyətin gələcəyinə, beynəlxalq hadisələr, sülh və müharibə 

problemlərinə  aid  onlarla  şeir  yazılıb.  X.Rzanın  siyasi 

məzmunlu  şeirlərini  bunlardan  fərqləndirən  əsas  cəhət  bu 

şeirlərin  hamısının dünyanın aydın poetik dərkindən, zamanın 

poetik obraz səviyyəsinə qalxmasından ibarətdir. Özü də bu tipli 

şeirlərin əksəriyyəti zamanla, dünya ilə dioloq təsiri bağışlayır. 

Lirik  qəhrəman  öz  hiss-həyəcanları,  baş  verən  hadisələrə  fəal 

münasibəti,  cavabdehlik  hissinin  güclü  olması  ilə  yaddaşa 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə