9
olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə
bilmirdilər.
Sabir Rüstəmxanlı,
Xalq şairi
Xəlil Rza böyük söz ustasıdır, poeziya quludur. Sənət fədaisi,
söz sərkərdəsidir.
Məmməd Araz,
Xalq şairi
Xəlil Rzanın “Dünyanın Ədəbi xəritəsi” adlı kitabı
müqayisəli ədəbiyyatşünaslıq və tənqidi-nəzəri fikrimiz üçün
qiymətli mənbədir.
Əlizadə Əsgərli,
filologiya elmləri doktoru, professor
Xəlil Rza xalqımızın milli vicdanı, namusu və əxlaqıdır.
Onun həqiqət carçısı, haqq bağıran səsidir.
Ramiz Duyğun,
şair, publisist
Sən bizim çox qüdrətli, olduqca cəsur, ürəkli, kürəkli
şairimizsən. Əziz Xəlil Rza, səninlə fəxr edirəm.
İlyas Əfəndiyev,
Xalq yazıçısı
Xəlil Rza poeziyası... “Hər cür mərəzə, süstlüyə və
bədbinliyə meydan oxuyan qüdrətli bir ruhun hayqırışlarıdır. Bu
mübarizə dəmir iradə poeziyasıdır.
Hüseyn Arif,
Xalq şairi
10
Xəlil Rza Ulutürk günəşi zindandan çıxdı, həyatda ikən Türk
dastanına qəhrəman oldu.
Rəfiq Zəka Xəndan,
Əməkdar incəsənət xadimi
Xəlil Rza kimi oğullar az-az doğulsa da, xalqa bərabər olan
bir qüdrətə çevrilir. İnanıram ki, Xəlil Rzanın qəhrəmanlıq
poeziyası gələcəkdə bütün ataları Xəlil Rzaya, bütün oğulları
qəhrəman Təbrizə çevirəcək.
Zəlimxan Yaqub,
Xalq şairi
Xəlil Rza bizim zövqümüzün, ruhumuzun peyğəmbəridir.
Mikayıl Mirzə,
Xalq artisti
Mən Xəlil Rzanın yalnız poeziyasında yox, ümumən
varlığında və hər addımında nəsə bir böyüklük görürəm.
Arif Abdullazadə,
filologiya elmləri doktoru
Xəlil Rza tərcüməçi kimi də böyük xidmətləri olan şairdir. O,
dünya ədəbiyyatının ən gözəl şeir örnəklərini yüksək poetik dillə
iki cildlik tərcümə kitabı ilə gələcək nəsillərə ərmağan etmişdir.
Tofiq Bayram,
Əməkdar incəsənət xadimi
Şair və tərcüməçi Xəlil Rzanın ürəyinə dünya yerləşir. Xəlil
Rza evinə,
Xəlil Rza varlığına dünyanın hər yerindən şüa-şüa
xətlər çəkmək olar ki, böyüklüyü aşkar görünsün.
Bəkir Nəbiyev,
Əməkdar elm xadimi
11
Ustad Xəlil Rza! Sənin ulu, pak, cəsur şəxsiyyətin və qənirsiz
gözəl poeziyan bizim milli sərvətimizdir.
Ziyəddin Göyüşov,
fəlsəfə elmləri doktoru, professor
Məncə,
Xəlil Rzanın hər bir çıxışını lentə yazmalıyıq və
qoruyub gələcək nəsillərə milli sərvət kimi çatdırmalıyıq.
Aida Feyzullayeva,
filologiya elmləri doktoru
Mən Xəlil Rzanın şeirlərini müharibədə aclıq vaxtı verilən
çörəyə bənzədirəm.
Həsən Zeynallı,
müharibə veteranı
Xalq şairinin 85 illik yubileyi ilə əlaqədar kitabxanalarda
keçiriləcək tədbirlərdən biri “Bir şair köksündə Azərbaycan
var...” adlı şeir müsabiqəsidir. Kitabxanaçı öncə şairin bir neçə
şeir kitabını, eləcə də “Seçilmiş əsərləri” ni məktəblilərə təqdim
edir. Nəfis şəkildə nəşr olunmuş kitablar hər kəs tərəfindən
rəğbətlə qarşılanır. Məktəblilər müəyyən etdikləri şeiri
əzbərləyərək əvvəlcədən təyin edilmiş tarixdə kitabxanaya
gəlirlər. Qonaqlar və münsiflər heyəti öz yerini aldıqdan sonra
kitabxanaçı hər kəsi salamlayaraq tədbirə keçid alır. O, ilk olaraq
Xəlil Rza Ulutürkün həyat və yaradıcılığından, eləcə də
əsərlərindən və müxtəlif adda kitablarından söhbət açır.
Kitabxanaçı: Uca zirvələrə çatmaq üçün dağlar silsiləsi
keçməlisən, dərə-təpə aşmalısan. Xəlil Rza Ulutürk zirvəsi
göylərin yerlərə qovuşduğu üfüq qədər yaxın, həm də
uzaqdadır... Bu yaxınlıq, uzaqlığı duymaq, görmək hər adamın
işi deyil... Xəlil Rza Ulutürk zirvəsinə gedən yol
mübarizələrdən, döyüşlərdən keçir.