Xəlil Rza Ulutürkün 85 illik yubileyi münasibətilə mərkəzi



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix31.10.2018
ölçüsü0,88 Mb.
#77279
1   2   3   4   5   6   7   8   9   10

15 

 

müşayiət  olunmuşdur. Xəlil  Rza azadlıq idealı ilə poeziyasına 



bəşəri  məzmun  gətirmişdir.  O,  Azərbaycan  ədəbiyyatının 

görkəmli  nümayəndəsi,  milli  demokratik  hərəkatımızın 

mücahidi, Azərbaycan poeziyasında görkəmli ədəbi simadır. 

Onun poeziyasının kökü, mayası  vətən eşqi torpaq və dünya 

ilə bağlıdır. Şair yazırdı:  “Bizim birinci borcumuz yer kürəsini 

qorumaqdır. Yer kürəsindəki  sonsuz gözəllikləri, Füzulinin və 

Şeksprin  yaratdığı  poeziya  kəhkəşanlarını,  İbn-Sinanı 

qorumaqdır.  Bütün  təfəkkür  korifeylərinin  ürəyindən, 

gözlərindən süzülən ədəbi işığı qorumaq bizim borcumuzdur… 

Biz öz qüdrətli əllərimizi sərhədlər, okeanlar üzərindən uzadıb 

bir-birimizi 

salamlamalı,  öz  qəlbimizin  qərarını  qəti 

bildirməliyik. Yaşasın xalqların azadlıq idealı”. 

Şairin  vəfatından  sonra  onun  ömür-gün  yoldaşı,  vəfadarı 

Firəngiz  xanım  (Xəlil  Rzanın  həyat  yoldaşı)    XX    əsrin 

axırlarından bu günədək Xəlil Rzanın şeirlərini, gündəliklərini 

və tərcümələrini sahmana salaraq, Xəlil Rza Ulutürk imzası ilə 

nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini – “işıq üzü 

görməyən”  əsərlərini  nəşr  etdirməklə  onu  yaşadır,  əbədiyyətə, 

ölməzliyə qovuşdurur.  

                      Mən bilirəm dünyaya elə bir gün gələcək: 

                      Dağlara səs salacaq yalnız ovçu gülləsi.     

                      Lakin o zaman belə qəlbimdə dillənəcək 

                      Bakıda yerə hopmuş qanların şəlaləsi. 

1991-ci ilin mayın 6-da şair “Türk milləti mükafatı laureatı” 

fəxri adına layiq görülmüşdür. Bir ildən sonra ona Azərbaycan 

Respublikasının Xalq şairi fəxri adı verilmişdir. 

                  Zirvələrdən  üzü bəri  

                                                 gəlir məğrur Azərbaycan!   

                                                 gəlir cəsur Azərbaycan! 

                  Nur və billur Azərbaycan! 

                  Dar gözlərin görmədiyi 




16 

 

                                                tamam yeni Azərbaycan! 



                  Varlığımda od yerinə  

                                               gəzən qanım Azərbaycan!..       

Bu  misraları  oxuyarkən  şairin  doğma  vətəninə  olan  böyük, 

sonsuz məhəbbətini görürük. Vətənini, millətini canından artıq 

sevən Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat etmiş və 

fəxri  xiyabanda  dəfn  olunmuşdur.  Azərbaycan  xalqının  milli 

mübarizəsində  xüsusi  xidmətlərinə  görə  Xalq  şairi  Xəlil  Rza 

Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilmişdir. 



Tədbirin  sonunda  şagirdlər  şairin  şeirlərindən  parçalar 

söyləyirlər.  

Xəlil  Rza  Ulutürkün  85  illik  yubileyi  ilə  bağlı  kitabxanada 

keçirilən  tədbirlərdən  biri  də  biblioqrafik  icmaldır.  Biblioqraf 

şairin “Yalnız, yalnız öz köksümdən qüdrət, qüvvət istəyirəm, 



Bu  dünyanı  ürəyimcə  qurmaq  üçün  səlahiyyət  istəyirəm...” 

adlı  biblioqrafik  icmal  keçirərkən  oxuculara  ədibin  kitabları 

haqqında məlumat verir.  

Biblioqraf:

 

Vətənçilik,  millətin  azadlıq  duyğuları,  xalqı 



mübarizəyə  çağırış,  azərbaycançılıq  ideyalarının  ahəngdar 

gerçək  ifadəsi mərhum Xəlil Rza Ulutürk yaradıcılığında daha 

çox  önəm  alan  mövzulardandır.  Onun  şeirləri  –  hayqırtıları 

vətənin  ən  ağrılı  günlərində  insanlara

 

azadlığı  daddıran,  milli 



öznüdərkin  fəlsəfi-etik  cəhətlərini  aydınladan  taleyüklü  bir 

missiya əhəmiyyəti daşımışdır.  

                        Azərbaycan türküyəm

                                           bu soyun şah budağı.  

                        Neçə-neçə eranın  

                                           köksümdədir qaynağı.  

                        Ərzin buz laylarını əridən  

                                           qüdrət mənəm

                        Daş  dövrünü yaşayan

                                            tunc dövrünü yaşayan,  




17 

 

                        Dəmir dövründə polad  



                                            əridən hikmət mənəm. 

Bu  sətirlər  istiqlal  şairimizin  köksündən  qopub  gələn 

hayqırışdır.  

Biblioqraf  öz  çıxışından  sonra  şairin

 

sanballı  ömür  yolu 



haqqında dəyərli məlumatlarla birgə X.Rzanın  müxtəlif illərdə 

nəşr  olunmuş  kitabları  və  onların  annotasiyası  haqqında 

məlumat  verir.  Xəlil  Rzanın  kitablarından  təşkil  olunan  sərgi 

oxucular tərəfindən maraq və rəğbətlə qarşılanır.

 

Bütün bunlarla 



yanaşı  biblioqraf  həm  də  şairin  bir  çox  ədiblərə  həsr  etdiyi 

kitabları  ilə  də  iştirakçıları  tanış  edir.  Belə  kitablardan  biri 

Azərbaycan ədəbiyyatının klassiki, mənzum dramaturgiyamızın 

banisi  Hüseyn  Cavid  haqqında  Xəlil  Rza  Ulutürkün 

memuarlarından  seçmələr  əsasında  hazırlanan  “Mənim  tanrım 

gözəllikdir...” adlı kitabıdır. İkinci kitab Xalq şairi və ictimai-

siyasi  xadim  Səməd  Vurğunun  anadan  olmasının  100  illik 

yubileyi münasibəti ilə tərtib edilmişdir. “Bir  odlu gözləri, bir 

də  xoş  səsi”  adlı  kitabda  X.R.Ulutürkün  elmi-tarixi 

memuarlarından  seçmələr  –  S.Vurğun  haqqında  müxtəlif 

vaxtlarda yazdığı xatirələr və elmi məqalələr toplanmışdır. Xəlil 

Rza  Ulutürkün  “Dramaturgiyada  ədəbi  əlaqələr”  adlı  1987-ci 

ilin təkrar nəşri olan bu kitabda  Azərbaycan-rus ədəbi əlaqələri 

iki  xalqın  dramaturgiya  ənənələri  əsasında  tədqiq  edilmişdir. 

Əsasən, ötən əsrin 50-80-ci illər dramaturgiyası təhlil predmeti 

götürülmüşdür. Kitabda Xəlil Rzanın  ilk dəfə əldə edilərək İlyas 

Əfəndiyevin  dramaturgiyası  haqqında  üç  məqaləsi  də  əlavə 

olunmuşdur. 



Tədbirin  sonunda  oxucular  şairin  şeirlərindən  parçalar 

səsləndirirlər.  

Xəlil  Rza  Ulutürkün  85  illik  yubileyi  ilə  əlaqədar  olaraq, 

keçirilən  maraqlı  tədbirlərdən  biri  də  vətənpərvərlik  ruhunda  

“Mən  yenə  dönəcəm  Azərbaycana”  adlı  kompozisiyadır. 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə