Xəyalin diGƏr adi: maddə



Yüklə 1,03 Mb.
səhifə14/15
tarix20.10.2017
ölçüsü1,03 Mb.
#6125
1   ...   7   8   9   10   11   12   13   14   15

Rəsmaltı
13

Həyatımızın bir hissəsi olan bütün hadisələr, insanlar, binalar, şəhərlər, avtomobillər, qısaca desək, həyatımız boyu gördüyümüz, tutduğumuz, toxunduğumuz, qoxuladığımız, daddığımız, dinlədiyimiz hər şey əslində beynimizdə əmələ gələn görüntü və hisslərdir.


17

Pəncərədən çöldəki mənzərəyə baxan insan əslində çöldəki deyil, beynindəki mənzərəyə aid görüntünü seyr edir.


İŞIQ
ELEKTRİK

SİQNALI
İnsanın gözünə düşən işıq gözdəki hüceyrələr tərəfindən elektrik siqnalına çevrilərək beynin arxasındakı görmə mərkəzinə gəlir və beynimizin içindəki “şüur” beynə gələn elektrik siqnallarını mənzərə kimi qavrayır.


ELEKTRİK SİQNALINDAN İBARƏT MƏNZƏRƏ GÖRÜNTÜSÜ
18

SƏHİFƏ NİZAMI


YAZIÇI
MƏTBƏƏ
KİTAB EVİ
CİLDLƏMƏ
BİR KİTABIN ƏSLİNƏ HEÇ VAXT TOXUNA BİLMƏZSİNİZ
23

Hərəkət
Düşünmə


Toxunma
Görmə
Danışma
Dadbilmə
Eşitmə
Qoxubilmə
Bütün həyatımızı beynimizin içində yaşayırıq. Gördüyümüz insanlar, qoxuladığımız çiçəklər, dinlədiyimiz musiqi, daddığımız meyvələr, əlimizdə hiss etdiyimiz nəmlik... Bunların hamısının beynimizdəki halını bilirik. Əslində isə beynimizdə nə rənglər, nə səslər, nə də görüntülər var. Beyində təkcə elektrik siqnalları var. Qısaca desək, biz beynimizdəki elektrik siqnallarının əmələ gətirdiyi dünyada yaşayırıq. Bu, bir fikir və ya fərziyyə deyil, dünyanı necə qavradığımıza dair elmi açıqlamadır.
25

GÖRDÜYÜMÜZ VƏ MALİK OLDUĞUMUZ HƏR ŞEY BEYNİMİZDƏ ƏMƏLƏ GƏLƏN GÖRÜNTÜDÜR


26

Topla oynayan uşağı seyr edən insan bu uşağı əslində gözləri ilə görmür. Gözlərin funksiyası sadəcə işığı gözün arxa tərəfinə ötürməkdir. İşıq tor qişaya çatdıqda tor qişada uşağın tərsinə və iki ölçülü görüntüsü əmələ gəlir. Daha sonra bu görüntü elektrik siqnalına çevrilərək beynin arxasındakı görmə mərkəzinə çatır və uşağın düz, üç ölçülü və qüsursuz görüntüsü burada görülür. Bəs beynin arxasında uşağın üç ölçülü, qüsursuz dərəcədə aydın görüntüsünü görən kimdir? Elə burda qarşımıza beynin fövqündə olan varlıq – RUH çıxır.


27

GÖRDÜYÜMÜZ VƏ MALİK OLDUĞUMUZ HƏR ŞEY BEYNİMİZDƏ ƏMƏLƏ GƏLƏN GÖRÜNTÜDÜR


Gözünü qaşıyan insan avtomobilinin aşağı-yuxarı sürüşdüyünü görəcək. Bu da gördüyü bu avtomobilin xarici aləmdəki sabit əsli ilə deyil, beynində əmələ gələn görüntüsü ilə təmasda olduğunun dəlilidir.
29

QAPQARANLIQ BEYNİMİZDƏ AYDIN DÜNYA GÖRÜRÜK


30

BEYİNDƏ ƏMƏLƏ GƏLƏN SON DƏRƏCƏ HƏQİQİ “XƏYALİ GÖRÜNTÜLƏR”


Aşağıdakı rəsmdə minlərlə elektronika mühəndisinin üzərində yüz ilə yaxın müddətdə çalışaraq istehsal etdikləri və çox yüksək texnologiyaya malik televizorda ortaya çıxan görüntü ilə insan gözündə əldə edilən görüntü müqayisə edilir.
GÖZÜ ƏMƏLƏ GƏTİRƏN XAM MADDƏLƏR
Zülallar

Yağ


Su
NƏTİCƏ
Əsli ilə ayırd edilə bilməyəcək qədər eyni, aydın, canlı, dərin, dumanlanma və sürüşmə olmayan, parlaq 3 ölçülü görüntü
TELEVİZORUN TƏRKİB HİSSƏLƏRİNDƏN BƏZİLƏRİ
Katot şüa tüpü, idarəetmə düymələri, yerdəyişmə barabanı, səsgücləndirici cihaz,

kondensator,

transformator,

müqaviməti mərkəzləşdirmə barabanı,

elektron tapançası,

anod və digərləri....


NƏTİCƏ

Əslinə tam bənzəməyən, bəzən dumanlı, toranlıq, bəzən görüntünün əyildiyi, dərinlik hissinin tam verilmədiyi görüntü


Bu rəsmdən də göründüyü kimi, insanlar on illərlə səy göstərmələrinə baxmayaraq, gözdəki kimi qüsursuz dərəcədə aydın və keyfiyyətli görüntü əldə edə bilməmişlər. Ancaq onların həyata keçirə bilmədiklərini sadəcə zülal, yağ və sudan əmələ gələn gözünüz, üstəlik, son dərəcə həqiqi görüntü şəklində meydana gətirir. Bu, o qədər qüsursuz və aydınlıqdır ki, hər insan gördüyü görüntünün həqiqi olduğunu zənn edir. Gördüyü hər şeyin beynində əmələ gəldiyini anlaya bilmir. Əslini seyr etmədiyi halda əsl görüntüyə baxdığına əmindir, çünki beynində əmələ gələn görüntünün keyfiyyəti mükəmməldir. Görüntünü görən beyindəki zülallar, molekullar və atomlar deyil, Allahın insana Özündən üfürdüyü RUHdur.
31

Beynin içi qapqaranlıqdır. İşıq beynin içinə girə bilməz.


33

BÜTÜN RƏNGLƏR BEYNİMİZDƏ ƏMƏLƏ GƏLİR, XARİCİ ALƏMDƏ RƏNG YOXDUR


Xarici aləmdə rənglər yoxdur. Rənglər sadəcə baxan şəxsin gözündə və beynində əmələ gəlir. Xarici aləmdə sadəcə fərqli dalğa uzunluqlarındakı enerji mövcuddur. Bu enerjini rəngə çevirən beynimizdir.
34

Beynimizdən kənarda işıq və rənglər yoxdur. Rənglər və işıq gözümüzdə və beynimizdə əmələ gəlir.


Gözün tor qişasında işığın müəyyən dalğa uzunluğuna reaksiya verən üç əsas kolbacıq hüceyrə qrupu var. Bu hüceyrə qruplarının birincisi qırmızı, ikincisi mavi, üçüncüsü isə yaşıl işığa həssasdır. Bu üç fərqli kolbacıq hüceyrəsinin fərqli nisbətlərdə oyandırılmaları nəticəsində biz milyonlarla fərqli rəng tonuna malik bir dünya görürük.
35

Yuxarıdakı şəkildə sol tərəfdəki yaşıl sahələr daha tünd, sağdakılar daha açıq yaşıl kimi görünür. Əslində hər iki tərəfdəki yaşılın tonu – aşağıda da görəcəyiniz kimi – bir-birinin eynidir. Ancaq yaşılların arasındakı qırmızı və narıncı rənglər gözümüzü aldadır və rənglərin tonlarını olduğundan fərqli görməyimizə səbəb olur. Bunun göstərdiyi vacib həqiqət budur: biz maddənin əslini deyil, sadəcə beynimizdəki şərhini görürük.


Allahın qüsursuz yaratması ilə elektrik siqnallarını milyonlarla rəng tonundan ibarət, parlaq, rəngarəng bir dünya kimi görür və bu gördüklərimizdən zövq alırıq. Bu, üzərində düşünməli qeyri-adi bir möcüzədir.
36

BÜTÜN SƏSLƏR BEYNİMİZDƏ ƏMƏLƏ GƏLİR, XARİCİ ALƏMDƏ SƏS YOXDUR


37

Xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsilə toplayaraq orta qulağa ötürür. Orta qulaq isə aldığı səs titrəyişlərini gücləndirərək daxili qulağa ötürür. Daxili qulaq da bu titrəyişləri səsin gərginliyinə və sıxlığına görə elektrik siqnallarına çevirərək beyinə göndərir.


38

İNSANLAR MADDƏNİN ƏSLİNİ GÖRDÜKLƏRİNİ ZƏNN ETSƏLƏR DƏ, BEYNİMİZDƏN KƏNARDA İŞIQ, SƏS, RƏNG YOXDUR, SADƏCƏ ENERJİ VAR


Yaşadığımız hər şeyin beynimizdə əmələ gələn xəyallar cəmi olması elmi cəhətdən sübut edilmiş bir həqiqət olmasına baxmayaraq, bəzi insanlar beynimizdən kənarda bu görüntülərin əsllərini gördüklərini zənn və iddia edirlər. Bu, heç vaxt sübut edilə bilməyəcək iddiadır. Daha əvvəl də bildirildiyi kimi, beynimizdən kənarda nə səs, nə işıq, nə də rənglər var. İşıq xarici aləmdə enerji dalğaları və ya enerji torbacıqları şəklində mövcuddur və ancaq tor qişaya təsir etdikdə bizə məlum olan işıq qavrayışı ilə qarşılaşırıq. Buna bənzər şəkildə xarici aləmdə səs də yoxdur. Sadəcə enerji dalğaları var. Bu dalğaların bəziləri də qulağımıza və oradan beynimizə gəldikdə səs əmələ gəlir. Xarici aləmdə rəng də yoxdur. “Rəng yoxdur”, -deyərkən insanların ağlına qara, ağ, boz kimi görüntü gəlir. Əslində isə bunlar da rəngdir. Beynimizdən kənardakı dünyada isə qara, ağ, boz belə yoxdur. Sadəcə fərqli gərginlik və tezliklərə malik enerji dalğaları var və bu enerji dalğaları sadəcə göz hüceyrələrimiz və beynimiz vasitəsilə rənglərə çevrilirlər.

“Maddənin əslini görürəm”, -deyə israr edənlərin iddialarını əsassız edən elm sahələrindən biri də kvant fizikasıdır. Kvant fizikasının bizə göstərdiyi ən vacib həqiqətlərdən biri materialistlərin toxunduqda bərkliyini hiss etdikləri mütləq varlıq hesab etdikləri maddənin əslində 99.9999999 %-nin boşluq olmasıdır. Fizika və psixologiya sahəsində apardığı fəaliyyətlərlə tanınan və xüsusilə insan şüuru haqqındakı açıqlamalarından ibarət bir çox kitabı olan Peter Russel “From science to God” (Elmdən Allaha) adlı kitabından bəhrələnərək hazırlanan bir məqaləsində bu həqiqəti belə açıqlayır:

Məsələn, maddə ilə bağlı düşüncələrimizi nəzərdən keçirin. 2000 ildir ki, atomların bərk maddəni əmələ gətirən kiçik toplar olduğuna inanılır. Daha sonra fiziklər atomların daha kiçik atomaltı zərrəciklərdən (elektronlar, protonlar və neytronlar kimi) ibarət olduğunu tapdılar. Model mərkəzdə nüvə və ətrafında fırlanan elektronlara çevrildi.

Atom çox kiçikdir. Diametri 25.4 millemetrin milyardda biri qədərdir. Ancaq atomaltı zərrəciklər atomdan yüz minlərlə dəfə kiçikdir. XX əsrin əvvəllərində ingilis fizik Sir Arthur Eddington: “Maddə bir xəyal kimi boş məkandır”, -deyərək bu vəziyyəti açıqlamışdır. Daha açıq demək lazımdırsa, maddənin 99.9999999 %-i boşdur. Hətta maddəyə bənzər heç bir tərəfi yoxdur. Daha çox bulud topaları kimidirlər. Əksəriyyəti zərrəcik kimi deyil, dalğa formasında görünürlər. (Peter Russell, “The mystery of consciousness and meaning of light” (Şüurun sirri və işığn mənası), 12 oktyabr, 2000-ci il, http://www.arlingtoninstitute.org/ futuredition/from_science_to_God.htm)

Göründüyü kimi, elmi kəşflər beynimizdən kənarda sadəcə enerji dalğalarının, enerji torbacıqlarının olduğunu bizə göstərir. Beynimizdən kənarda nə işıq, nə səs, nə də rənglər var. Habelə maddəni əmələ gətirən atomlar və atomaltı zərrəcikləri də əslində boşluqdan meydana gələn enerji topaları kimidirlər. Beləliklə, maddə boşluqdan ibarətdir.

Əslində Allah maddəni bir görüntü kimi bu xüsusiyyətlərlə yaradır.


39

Beyin işığı keçirmədiyi üçün səsi də keçirmir. Ona görə, biz nə qədər yüksək gurultulu səs eşitsək də, beynimizin içi səssizdir. Ancaq bu səssizlikdə elektrik siqnallarını sevdiyi musiqi parçası, dostunun səsi və ya telefonun zəngi kimi şərh edən şüur var.


40

Bağında gülün ətrini alan insan əslində heç vaxt güllərin əslini qoxulamır. Aldığı qoxu elektrik siqnallarının beyni tərəfindən şərhidir. Ancaq bu qoxu o qədər həqiqidir ki, insan heç vaxt gülün əslini qoxulamadığını anlamır. Hətta bu həqiqiliyə görə, dünyadakı insanların bəziləri həqiqi gülü qoxuladıqlarını zənn edir. Bu, Allahın yaratdığı çox böyük möcüzədir.


41

BÜTÜN QOXULAR BEYNİMİZDƏ ƏMƏLƏ GƏLİR


42

Burnun vəzifəsi sadəcə qoxuya aid oyanmaları beyinə ötürməkdir. Şorbanın və ya gülün qoxusu beyində hiss edilir. Belə ki, insan ortada bir gül və ya bir boşqab şorba olmasa da, yuxuda hər ikisinin qoxusunu ala bilir. Allah beynin içində dadı, qoxusu, görüntüsü ilə toxunma hissi və səsi ilə o qədər inandırıcı hisslər cəmi meydana gətirir ki, insanlara bu hisslərin beyində əmələ gəldiyini, gördükləri şeylərin heç birinin əsli ilə təmasda olmadıqlarını izah etmək üçün xeyli açıqlama vermək lazımdır. Elə bu, Allahın möhtəşəm elmidir.


43

Bir insan bir az fikrini cəmləyərək anasının görüntüsünü və ya çobanyastığının qoxusunu zehnində canlandıra bilər. Bəs yanında olmadığı halda bir gözə ehtiyacı hiss etmədən bu görüntünü görən, bir buruna ehtiyac hiss etmədən qoxu alan kimdir? Bu varlıq insanın ruhudur.


45

BÜTÜN DADLAR BEYNİMİZDƏ ƏMƏLƏ GƏLİR


47

TOXUNMA HİSSİ DƏ BEYNİMİZDƏ ƏMƏLƏ GƏLİR


48

Hal-hazırda oxuduğunuz kitabı əlinizdə hiss etməyiniz bu kitabın beyninizdə görməyiniz həqiqətini dəyişdirmir. Çünki kitabın görüntüsü kimi, kitaba toxunma hissi də beyninizdə əmələ gəlir.


51

Mənzərəni seyr edən insan gözləri ilə gözünün önündəki mənzərəni seyr etdiyini zənn edir. Əslində isə onun gördüyü mənzərə beyninin arxasındakı görmə mərkəzində əmələ gəli. Bu mənzərəni seyr edən və bu mənzərədən zövq alan zülal və yağdan ibarət beyin olmayacağına görə kimdir?


BEYNİNİZİN İÇİNDƏKİ OTAQDAN ÖMÜR BOYU ÇIXA BİLMƏZSİNİZ
İçində böyük televizor ekranı olan qapqaranlıq otağa girdiyinizi düşünün. Çöldəki dünyanı yalnız bu otağn içindəki ekrandan seyr etsəniz, təbii ki, bir müddət sonra sıxılıb çölə çıxmaq istəyərsiniz. Bir anlıq düşünün, hal-hazırda da olduğunuz məkan fərqli deyil. Bir qutu kimi qapqaranlıq və kiçik kəllənizin içində xarici aləmə aid görüntüləri bir ömür boyu seyr edirsiniz. Amma beyninizdəki ekranda əmələ gələn görüntüləri bu dar yerdən heç çıxmadan və heç sıxılmadan seyr edirsiniz. Həm də sizə hər şeyi bir ekrandan seyr etdiyinizi söyləsələr, buna əsla inanmazsınız. Gördüyünüz görüntü o qədər inandırıcıdır ki, minlərlə ildir insan bu böyük həqiqətin fərqinə vara bilməmişdir.
55

Avtomobil idarə edən insan sükanın, qarşısındakı yolun və ağacların özündən uzaqda olduğunu zənn edir. Əslində isə bütün bu gördükləri, eynilə bir fotoşəkildə olduğu kimi, beynində tək bir səthin üzərindədir.


56

ÖZÜNÜZDƏN UZAQ OLDUĞUNU ZƏNN ETDİYİNİZ CİSİMLƏRİN HAMISI ƏSLİNDƏ BEYNİNİZİN İÇİNDƏDİR


58

Bu şəkildə arxadakı xətt qabaqdakı xətdən təxminən iki dəfə uzundur. Əslində hər iki xətt eyni uzunluqdadır. Bu nümunədən də göründüyü kimi, xətlərin işlənməsi, perspektiv, işıq, kölgə kimi ünsürlər insanların bəzi cisimləri olduğundan fərqli görmələrinə səbəb olur. Amma əslində bütün cisimlər tək bir yerdə, beynimizin görmə mərkəzində qavranır.


59

Dərinlik hissini əmələ gətirən ünsürlərdən biri tekstura dəyişikliyidir. Bizə yaxın olan teksturalar daha hərtərəfli, uzaqda qalanlar isə daha tutqun görünür. Məsələn, yan tərəfdəki şəkildən də göründüyü kimi, rəng, kölgə və işıqdan istifadə edilərək düz kağız üzərində üç ölçülü, dərinlik hissi olan, qabarıqlıq şəkli verilən tekstura əmələ gətirilmişdir. Yuxarıdakı şəkildə bütün nöqtələrin ağ olmasına baxmayaraq, ağ-qara, yanıb-sönən kimi görünürlər.


60

İKİ ÖLÇÜLÜ YERDƏ DƏRİNLİYİ OLAN GÖRÜNTÜ MEYDANA GƏTİRMƏK


Bu səhifələrdə görünən şəkillərin hamısında son dərəcə həqiqi dərinlik hiss edilir. İki ölçülü kanva (kətan) üzərində kölgə, perspektiv və işıqdan istifadə edilərək üç ölçülü, dərinliyi olan görüntü əmələ gətirilmişdir. Rəssamın bacarığına görə bu həqiqilik daha da artır. Buna bənzər vəziyyət bizim görmə hissimizə də aiddir. Çünki gözün tor qişasına düşən görüntü iki ölçülüdür. Ancaq hər iki gözə düşən görüntü daha sonra tək rəsm halına salınır və 3 ölçülü, dərinliyi olan görüntü kimi beynimizdə qavranır.
63

Bədəniniz də beyninizdə gördüyünüz görüntü olduğuna görə, içində olduğunuz otaq sizin içinizdədir, yoxsa siz otağın içindəsiniz? Bu sualın cavabı açıqdır: əlbəttə, otaq sizin içində, beyninizdəki görmə mərkəzindədir.


64

Bir təcrübədə görmə qüsuru olan insanların gözlərinin yanına taxılan cihaz ilə bəzi görüntüləri görmələri təmin edildi. Bu adamlar xarici aləmə aid olmayan, süni şəkildə hazırlanan oyanmalar olmasına baxmayaraq, son dərəcə həqiqi görüntülər görürdülər. Hətta cismin üstlərinə doğru gəldyini zənn edərək özlərini qorumaq üçün geri çəkilirdilər.


65

Yuxuda soyuq bir qış səhəri bağda oturduğunu görən insan əsən küləkdən üşüdüyünü, hətta titrədiyini hiss edə bilər. Əslində isə olduğu yerdə nə külək, nə də soyuq hava yoxdur. Hətta çox isti otaqda yatır. Buna baxmayaraq, hissini bütün gerçəkliyi ilə yaşayır. Gerçək dünyada yaşadığı üşümə hissi ilə yuxuda yaşadığı arasında bir fərq yoxdur.


66

Bir insan həqiqətdə evindəki divanda sakitcə yatarkən yuxuda özünü müharibənin ortasında görə bilər. Hətta müharibənin bütün gərginliyini, qorxu və təşvişini son dərəcə həqiqi şəkildə yaşaya bilər. O anda isə tək başına, səssiz və sakit yerdə yatır. Yuxuda gördüyü son dərəcə inandırıcı görüntü və səslər isə beynində meydana gəlir.


67

İnsan evində yatarkən yuxuda lunaparkda sürətlə fırlanan vaqonlara mindiyini görə bilər. Vaqonların sürətini, müəyyən vaxtlarda tərsinə çevrildiyini, əsən küləyi əslinin eynisi kimi hiss edə bilər.


68

Yuxuda maddənin əslini gördüyünü iddia edən şəxs “maddənin xəyalını gördüyünü” izah edən dostunun çiyninə əlini qoyar və: “İndi mən bir xəyalam? Sən əlimi çiynində hiss etmirsən? Elə isə necə xəyal ola bilərsən?” -deyər.


Sonra dostunu avtomobilində gəzməyə çağırar. “Gəl, səninlə gəzintiyə çıxaq. Sən də belə şeyləri hardan çıxardığını izah edərsən”, -deyər.
Gördüyü bu yuxu o qədər həqiqidir ki, həvəslə avtomobilini işə salıb motora yavaş-yavaş qaz verdiyini və arabanı hərəkətə gətirərək sürdüyünü əslinin eynisi kimi görür və hiss edir.
69

Dostu ilə boğazda gedərkən dənizin qoxusunu, dalğaların səsini, əsən mehi həqiqətdə olduğu kimi hiss edir.


Yolda sürətlə gedərkən ağaclar və yol xətləri sürətdən göz aparan görüntü əmələ gətirir və avtomobilin yanından sürətlə ötüb keçir. Bu görüntülərin gerçək həyatında gördüklərindən heç bir fərqi yoxdur.

Elə dostuna etiraz etməyə, o anda yaşadıqlarının xəyal olmadığını izah etməyə hazırlaşarkən zəngli saatının səsinə oyanır. Oyandıqda isə bir an əvvəl həqiqiliyindən əmin olduğu hadisələrin və görüntülərin əslində yuxu olduğunu anlayır. Bəs bu insan hal-hazırda da bir az sonra oyanacağı başqa bir yuxunun içindədirsə?


71

HƏYATINIZI YUXULARINIZ KİMİ TAMAMİLƏ BAŞQA BİR YERDƏ SEYR EDƏ BİLƏRSİNİZ


Yuxuda qəhvə içən insan qəhvənin şəkərini, qatılığını, içindəki südün dadını həqiqətən qəhvə içirmiş kimi hiss edir. Ancaq ortada nə qəhvə, nə də içməli bir şey var. Belə ki, yuxuda qəhvə içən insana birisi yaxınlaşıb: “Hal-hazırda yuxudasan və bu qəhvə əslində görüntüdür”, -desə, dərhal etiraz edər. “Görüntü ola bilərmi? Bax, istiliyini də hiss edirəm. Birdən içdikdə dilim yanır. Hətta qəhvəni içdikdə susuzluğum keçdi. Görüntü olsa, susuzluğumu keçirər?” -deyir. İçdiyini hesab etdiyi qəhvənin əslində beynində əmələ gələn görüntü olduğunu, içərkən hiss etdiyi istilik, susuzluq kimi hisslərin də beynində əmələ gələn hisslər olduğunu ancaq yuxudan oyandıqdan sonra anlayar.
Yuxularımızda yaşadıqlarımızla gerçək həyatda yaşadıqlarımız eyni məntiqlə əmələ gəlir. Yuxularımız necə zehnimizdə yaşanırsa, gerçək həyatımız da zehnimizdə yaşanır. Yuxularımıza “xəyal” deməyimizin tək səbəbi səhər oyandıqda bədənimizi yatağımızda görməyimiz və “deməli, mən yatırdım və bunları yuxuda gördüm” nəticəsinə gəlməyimizdir.
Bəs yuxudan heç oyanmadan yaşamağa davam etsəniz, yuxu içində yaşadığınızı, gördüklərinizin heç birinin əsli ilə təmasda olmadığınızı anlaya bilərsiniz?
Qətiyyən yox. Oyanıb özünüzü yatağınızda yatarkən görmədikcə heç vaxt yuxuda olduğunuzu anlaya bilməzsiniz və bu qədər ömrü gerçək həyatınızı yaşadığınızı zənn edərək keçirərsiniz. Elə isə gerçək həyat dediyimiz həyatımızın da bir yuxu olmadığını necə sübut edə bilərsiniz? Bir gün bu gördüyümüz həyatdan çıxıb özümüzü tamamilə başqa bir yerdə, bu həyatımıza dair görüntüləri seyr edərkən görməyəcəyimizə dair bir məlumatımız var?
73

Xəyali gerçəklik üçün istifadə edilən simulyatorlar. Yuxarıdakı şəkildə adam istifadə etdiyi cihazlar vasitəsilə hərəkətli suya toxunduğunu zənn edir. Aşağıdakı adamlar isə özlərini göstərilən filmin qəhrəmanları kimi seyr edir və yaşadıqlarından həyəcanlanırlar.


74

XƏYALİ MÜHİTLƏRDƏ ƏMƏLƏ GƏTİRİLƏN DÜNYALAR


Dövrümüzdə inkişaf edən texnologiya ilə birlikdə simulyator adlanan sistemlər bir çox sahədə istifadə edilməyə başladı. Eynəkli başlıq və əlcəklə bunlardan istifadə edən adama çox fərqli görüntülər üç ölçülü formada göstərilir və bu şəxs özünü bu görüntünün içində zənn edir.
Avtomobil dizaynerləri yeni avtomobil modellərini xəyali mühitlərdə sınaqdan keçirirlər.
75

Bu texnologiyanın istifadə edildyi sahələrdən biri də təyyarəçilik təlimidir. Kiçik kabinənin içində olan adamlar bu alətlər sayəsində özlərini həqiqətən təyyarə idarə edərkən, göy üzündə uçarkən və ya hava limanına enərkən görürlər.


76

Miçiqan Universitetində təkmilləşdirilən texnika ilə həkimliyə namizədlər və xüsusilə təcili yardım xidməti işçiləri süni əməliyyatxana mühitində təlim keçirlər. İlk mərhələdə bir otağın yerində və divarlarında əməliyyatxana ilə bağlı görüntülər əks etdirilir. Yandakı səhifədə görünən əməliyyatxana mühitində üç həkimdən başqa bütün görüntülər xəstə də daxil olmaqla xəyalidir. Simulyator cihazları ilə həkimliyə namizədlər ilk əməliyyatlarını xəyali əməliyyatxanada xəyali xəstələr üzərində edirlər.


77

SÜNİ ƏMƏLİYYATXANADA SÜNİ ƏMƏLİYYAT


78

MADDƏNİN HƏQİQƏTİ MÖVZUSU FİLMLƏRDƏ


Maddənin həqiqəti mövzusunun gündəmə gətirilməsi və bir çox vəsilə ilə dünyaya izah edilməsilə yaşanan diqqətçəkən irəliləyişlərdən biri bir çox Hollivud filminin məğzində bu mühüm həqiqətə yer verilməsi olmuşdur.
Arnold Şvardzneqqerin baş rolda oynadığı “Total recall” (Hər şeyi xatırlamaq) adlı filmdə isə baş qəhrəman gerçək zənn etdiyi həyatının əslində beyninə yüklənmiş məlumatlardan ibarət olduğunu anlayır. Ancaq hansının gerçək, hansının xəyal olduğunu ayırd edə bilmir.
79

Bu kadrların götürüldüyü “13-cü mərtəbə” adlı filmin mövzusu qısaca belədir: filmin iki baş qəhrəmanı kompyuter ilə xəyali dünya meydana gətirmişlər. Bu xəyali dünyada 1937-ci il canlandırılır. Əslində isə bu insanlar 2000-ci ildə yaşayırlar.


Bu kompyuter proqramına bağlanan şəxs yatağa uzanır və beyninə bu proqramdakı məlumatlar və 1937-ci ilin yaşandığı xəyali dünyadakı şəxsiyyəti ilə bağlı informasiya yüklənilir. Məsələn, bu şəxs 2000-ci ildə yaşayan Duqlas Hol adlı varlı və uğurlu kompyuter şirkətinin meneceridir, hafizəsinə isə 1937-ci ildə yaşayan Con Ferguson adlı bank xəzinədarının məlumatları yüklənilir.
Bu şəxs özünü bir anda 1937-ci il mühitində görür. Binalar, avtomobillər, geyimlər tamamilə o ilə xasdır. Bu şəxsi təəccübləndirən isə hər iki həyatının da bir-biri ilə eyni dərəcədə həqiqi olmasıdır. İkisində də suyun nəmliyini, çöldəki küləyi, qarşılaşdığı hadisələrdə hiss etdiyi qorxu və həyəcanı bütün gerçəkliyi ilə yaşayır.
Bu şəxs daha sonra gerçək həyatı zənn etdiyi həyatının da əslində kompyuter proqramı olduğunu, o günə qədər həqiqi hesab etdiyi hər şeyin-şirkətinin, mövqeyinin, avtomobilinin, dostlarının hamısının xəyalı ilə təmasda olduğunu anlayır. Əslində 2000-ci ildən çox daha sonrakı zamanda yaşayır və bütün bu həyatını bir simulyatorda izləyir. Filmdə əsas vurğulanan mövzu isə xəyal şəklində yaşananların gerçək hesab edilən həyatdan ayırd edilməyəcək qədər həqiqi olmasıdır.
80

“The Matrix” filmində isə baş qəhrəman o günə qədər şüşə kürənin içində beyninə verilən elektrik siqnallarından ibarət xəyali dünyada yaşadığını anlayır. Özünü kompyuter proqramçısı zənn edir, əslində isə yuxarıda görünən yerdə yatır. Yəni həyatı hesab etdiyi hər şey əslində xəyallardan ibarətdir.


Filmdə baş qəhrəmanın beyninə kompyuter kabeli bağlanılır və bu kabel vasitəsilə beyninə bəzi proqramlar yüklənilir.
Kompyuter proqramı yükləndikdən sonra əslində başqa bir yerdə, pis geyimdə, olduqca köhnə kresloda oturan bu şəxs özünü tamamilə başqa geyimlərlə başqa bir yerdə görür. Geyimləri dəyişmiş, saçı uzanmışdır. Əslində oturduğu simulyator kreslosundakı görüntüsündən tamamilə fərqli görünüşə malikdir.
Bu şəxs gördüklərinin xəyal olmayacaq qədər həqiqi olmasına görə həqiqəti qəbul etmək istəmir və kresloya toxunaraq: “Bu həqiqi deyil?” -deyə soruşur. Aldığı cavab isə belədir: “Həqiqət nədir? Həqiqəti necə tərif edirsən? Əgər hiss edə bildiyin, qoxulayıb, dadıb görə bildiyin şeylərdən bəhs edirsənsə, “həqiqət” beyinə göndərilən elektrik siqnallarının şərhidir”.
81

Ona bildiyi dünyanın tamamilə simulyasiyadan ibarət olduğu göstərilir. Buna gördüyü hər təfərrüat daxildir. Avtomobillər, şəhərin gurultusu, nəqliyyat, göydələnlər, okean, insanlar, qısaca desək, hər şey sadəcə kompyuter proqramı ilə zehnində meydana gələn canlandırmadan ibarətdir.


Ona həqiqətləri göstərən şəxs xəyal dünyasında yaşadığını və yaşadıqlarını həqiqi hesab etdiyini söyləyir. Dünyanın o andakı həqiqi halı isə tamamilə başqa cürdür. Məhv olmuş, xarabalığa çevrilmiş dünya var. Gördüyü göydələnlər, müasir görünüş, avtomobillər və digərləri isə sadəcə zehnindəki xəyallardır.
Bu günə qədər həqiqi olduğunu zənn etdiyi bütün tarixin də xəyal olduğunu və əslində tamamilə başqa bir zamanda yaşadığını öyrənir.
“The Matrix” filmindən başqa bir səhnə. Bu səhnədəki şəxs bütün həyatının kompyuter proqramı tərəfindən beynində göstərildiyini bilir. Buna görə, yediyi bifşteksin ləzzətinin əslində mövcud olmadığını, bunu sadəcə beynində hiss etdiyini söyləyir, ancaq yenə də bu ləzzətdən həqiqi imiş kimi zövq aldığını bildirir.
83

Bu şəxs hipnoz zamanı təlqinin təsirilə olduqca sürətlə 10 mərtəbəni çıxmağa başladığnı hesab edir. Bu zaman tövşümüş, bərk yorulduğu üçün təngnəfəs olmuşdur. Hipnoz edilən şəxs ona təlqin edilən məkanı və mühiti bütün gerçəkliyi ilə yaşamasına baxmayaraq, ortada nə haqqında bəhs edilən məkan, nə insanlar, nə də hadisələr vardır.


84

Hipnozla dəri xəstəliklərinin sağaldığı hər kəsə məlum olan həqiqətdir. Yuxarıdakı şəkildə hipnozla müalicə edilməzdən əvvəlki yaralar görünür. Aşağıda isə hipnozla müalicədən sonra yaraların sağaldığı müşahidə edilir. (D.Waxman, Hypnosis, səh. 113)


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə