Xəyalin diGƏr adi: maddə


Etiraz: “Hər şeyin xəyalı ilə təmasda oluruqsa, Allahın bəzi sifətlərini necə açıqlaya biləcəyik?”



Yüklə 1,03 Mb.
səhifə9/15
tarix20.10.2017
ölçüsü1,03 Mb.
#6125
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

Etiraz: “Hər şeyin xəyalı ilə təmasda oluruqsa, Allahın bəzi sifətlərini necə açıqlaya biləcəyik?”
Cavab: Bəzi inananlar maddənin həqiqi mahiyyətinin qəbul edilməsi ilə Allahın bir çox isminin “pərdələndiyini”, madənin xəyal olması ilə Allahın bəzi isimlərinin, təzahürlərinin açıqlana bilməyəcəyini zənn edirlər. Bu da yenə dərin düşünməməkdən və izah edilənləri tam qavraya bilməməkdən irəli gələn xətadır.

Hər şeydən əvvəl, Allahın isimlərini heç bir düşüncə, heç bir güc pərdələyə bilməz. Heç bir elmi həqiqət Allahın isimlərinin təzahür etməsinə mane ola bilməz. Onsuz da bu elmi həqiqətləri yaradan da Allahdır. Allah Öz yaratdığı varlıqlardan və qanunlardan uzaqdır. Ona görə, yer üzündə mövcud olan heç bir güc və ya heç bir məlumat Allahın isimlərinin təzahürlərini aradan qaldırmaz. Belə bir şeyi düşünmək Allahın sonsuz qüdrətini təqdir etməmək olar.

Bundan başqa, maddənin zehnimizdə əmələ gələn surəti ilə təmasda olduğumuz həqiqəti bu şəxslərin fikirlərinin əksinə, Allahın isimlərinin hər an, hər yerdə dayanmadan təzahür etdiyini göstərən vacib dəlildir. Çünki eyni ilə film görüntüsü kimi, hiss və xəyal mərtəbəsində əmələ gələn görüntü öz-özünə meydana gələ bilməyəcəyinə görə və mütləq onu göstərən bir varlıq olmalı olduğuna görə, bunu var edən bir Yaradan var deməkdir. Bu Yaradan üstün güc və qüdrət sahibi olan uca Allahdır.

Görüntünün fasiləsiz, davamlı olması isə Yaradanımız Allahın hər an yaratmanı davam etdirməsinin açıq dəlilidir. Belə ki, göylərin və yerin, yəni kainatın sabit və dəyişməz olmadığını, sadəcə Allahın yaratması ilə var olduqlarını və Allah yaratmanı dayandırdıqda yox olacaqları bir ayədə belə ifadə edilir:


Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Fatir surəsi, 41)
Allah “Nəml” surəsinin 64-cü ayəsində isə “insanları davamlı yaratmaqda olan” olduğunu xəbər vermişdir. “Məgər heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı şərik qoşarlar?” (Əraf surəsi, 191) ayəsində isə yenə insanların hər an yaradılmaqda olduqlarına diqqət çəkilir.

Yəni gördüyümüz görüntülərin fasiləsiz, davamlı olmasının səbəbi bu görüntülərin sabit varlıqlarının olması deyil, Allahın onları hər an yaratmasıdır. Ona görə, insan hər anda hər gördüyü, hiss etdiyi varlıqda Allahın davamlı yaratmasının təzahürünü görür.

Beləliklə, bu həqiqət Allahın isimlərinin kainatdakı təzühürlərinin görünməsini daha da aydınlaşdırır. Məsələn, bir bağa girdikdə bağdakı meyvələrin, çiçəklərin, ağacların əslində zehnində ona göstərilən xəyalı ilə təmasda olduğunu bilən insan dərhal bu xəyalı ona göstərən, ona saysız-hesabsız neməti və gözəlliyi bəxş edən, Rəzzaq olan Allahı xatırlayar. Çox gözəl ev sahibi olan, ancaq bu evin, içindəki bütün əşyaların, antik şeylərin, qızılların, gümüşlərin həqiqi mahiyyətini bilən, yəni hamısının beynindəki görüntüsü ilə təmasda olduğunu anlayan insan bu mülk ilə azğınlaşıb lovğalanmaz. Eynilə hz. Süleyman kimi ona bu mülkün gözəlliyini göstərən, onu bununla zəngin edən Vəhhab (bəxşişi çox olan, qarşılıqsız bəxş edən) olan Allahı xatırlayar. Bir insana Allahın varlığını, birliyini, Allahın tək mütləq varlıq olduğunu, cənnətin və cəhənnəmin varlığını anladan insan qarşısındakı insan iman gətirdikdə Allahın Hadi (hidayət verən, lütf edən, doğru yol göstərən) isminin təzahürünü görər.

Bu həqiqəti yenidən xatırlatmaq lazımdır ki, hər insanın beynində əmələ gələn görüntüləri seyr etməsi, bu görüntülərin səslərini beynində eşitməsi, beynindəki görüntülərə toxunması elmi həqiqətdir və biz sahib olduğumuz hisslərimizlə beynimizdən kənarda nə olduğunu əsla bilmirik. Elə isə, bizə bu görüntüləri göstərən, bu səsləri dinlədən və görüntünü daima səbəb-nəticə əlaqəsi içində yaradan gücün varlığından əmin oluruq. Bu güc Allahdır və Allah bizim üçün bu görüntüləri yaratmadıqda bizim üçün dünya həyatı həyat olmaz. Elə isə bizim hər anımızda Allahın yaratması və Allahın isimlərinin təzahürləri fasiləsiz davam edir. Məsələn, bu kitabı oxuyan şəxs üçün Allah fasiləsiz şəkildə bu kitabın və içindəki yazıların, rəsmlərin görüntülərini yaratmağa davam edir.

Bu, bizə Allahın Xaliq sifətini və yaratmadakı gücünü göstərir. Allah hal-hazırda yer üzündəki milyardlarla insana milyardlarla fərqli görüntünü seyr etdirir və bu görüntülərin hər biri fasiləsiz, böyük ahənglə, ən incə təfərrüatına qədər yaradılır. Heç bir insanın görüntüsündə ən kiçik detal belə əksik olmadan ona göstərilir. Bu həqiqəti düşünmək insanlara Allahın sonsuz gücünü, aləmlərin tək hakimi olduğunu göstərəcəkdir.

İmam Rəbbani maddənin xəyal mərtəbəsində yaradıldığını izah edərkən Allahın adlarını hiss və xəyal mərtəbəsində təzahür etdirdiyini belə açıqlamışdır:



... Sübhan Haqq kəmali-qüdrətilə adəm (yoxluq) aləmində adlardan hər bir ad üçün əşyalardan bir əşya təyin etdi. Və onu hiss və xəyal mərtəbəsində yaratdı. Həm də istədiyi vaxtda və istədiyi şəkildə... Aləmin sübutu (sabitliyi) hiss və xəyal mərtəbəsində olub xarici mərtəbədə deyil... Xaricdə (kənarda) belə uca Vacib Zatın (Allahın) zat və sifətlərindən başqası da sabit və mövcud deyil... 48

Bu həqiqəti anlayan insanın uğurlarını, əldə etdiyi zənginliyi, əşyalarını özü sayəsində olduğunu bilməsi, bunlara sahib çıxaraq lovğalanması da mümkünsüz olur. Çünki hər an, hər yerdə Allahın isminin təzahürünü, Allahın ona hiss etdirdiyi görüntünü çox yaxşı bilir. Allaha nə qədər möhtac və aciz olduğunu əsla unutmaz. Allahın aşağıdakı ayəsində də bildirdiyi həqiqətə “haqqül-yakin” (qəti həqiqət olaraq) iman gətirər:


Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir. O, şükrə layiqdir! (Fatir surəsi, 15)
Etiraz: “Bu, keçmişdə idealistlərin irəli sürdüyü köhnə fəlsəfədir”.
Cavab: Bəzi kütlələr maddənin həqiqətinin izah edilməsindən çox narahat olduqları üçün maddənin beynimizdə əmələ gələn surətilə təmasda olduğumuz həqiqətini keçmişdə irəli sürülmüş fəlsəfələrdən biri kimi göstərməyə çalışırlar. Əslində isə elmi irəliləyişlər bu mövzunun fəlsəfə deyil, elmi həqiqət olduğunu göstərir. Ona görə də sözügedən şəxslərin səyləri boş yerədir.

Bir fikrin daha əvvəlki dövrlərdə də başqa mütəfəkkirlər tərəfindən müdafiə edilməsi həmin fikri nə əsassız edər, nə də dəyərdən salar. Maddənin xəyalı ilə təmasda olduğumuz həqiqəti keçmişdə də, dövrümüzdə də bəzi insanlar tərəfindən başa düşülmüş və ifadə edilmişdir.

Bundan başqa, keçmişdə yaşamış idealistlərin fikirləri onlara qarşı çıxmış materialistlər tərəfindən əsassız edilməmişdir ki, “keçmişdə bu mövzudan bəhs edilib”, -deyənlərin haqlı tərəfi olsun.
Dünyanı beynimizdə görməyimiz mövzusu fəlsəfə deyil

Maddənin əsli haqqındakı həqiqətlər ilk dəfə kəşf edilmiş bir mövzu deyil, keçmişdə bu həqiqətin sadəcə bir fəlsəfə kimi izah edildiyi doğrudur. Ancaq dövrümüzdə bu həqiqət elmi cəhətdən sübut edilmişdir.

Tarix boyu bir çox mütəfəkkir, din və elm adamı bu mövzunu gündəmə gətirmiş, maddənin sadəcə surəti ilə təmasda olduğumuzu izah etmişdir. Məsələn, qədim yunan filosoflarından Pifaqor, Elea məktəbi, xüsusilə “Mağara ideyası” ilə Əflatun (Platon) kimi bir çox mütəfəkkir bu mövzunu birtərəfli açıqlamışdılar. Zərdüştlük, Buddizm, Taorizm kimi batil inancların, yəhudilik və xristianlıq kimi dinlərin əlimizə gəlib çatan mətnlərində də bu mövzudan bəhs edildiyi görünür. İmam Rəbbani, Muhyiddin Ərəbi, Mövlana Cami kimi böyük İslam alimləri də maddənin əsli mövzusunu bütün açıqlığı ilə izah etmişlər. Bu mövzuda fikirlərinə yer verilməli olan digər alim irlandiyalı din alimi və filosof Berkeleydir.

Maddənin sadəcə zehnimizdəki surətini bildiyimizi açıqlayan Berkeley dövründə yaşayan və maddəni mütləq varlıq qəbul edən materialistlər tərəfindən təzyiqlərə məruz qalmış, təhqir və iftira yolu ilə susdurulmağa çalışılmışdır. Ancaq nə Berkeley, nə də digər mütəfəkkirlər yaşadıqları dövrdə mövcud olan elmi tapıntıların çatışmazlığına görə, bu fikirlərini elmi dəlillər ilə dəstəkləyə bilməmişlər. Buna görə, qarşı fikirlərin təzyiqinin də təsiri ilə mövzunun tam şəkildə başa düşülməsi və ya yayılması mümkün olmamışdır. Bir qismi isə kəşf etdikləri bu mühüm həqiqəti səhv dəyərləndirmiş, həqiqətə yaxınlaşsalar da, ən doğru nəticələri çıxara bilməmişlər. Bəzi bədniyyət kütlələr də bu həqiqəti təhrif etməyə çalışmışdır.


Maddənin əsli mövzusu texniki həqiqətdir

Ancaq dövrümüzdə “maddənin zehində hiss edilməsi halını bildiyimiz” fəlsəfi mövzu olmaqdan çıxmış, elmi dəlillərlə sübut edilən həqiqətə çevrilmişdir. Elm dünyasındakı irəliləyişlər insanın duyğu orqanlarının funksiyasını öyrənmişdir. Bu funksiya, kitabın əvvəlində də izah etdiyimiz kimi, hər duyğu orqanı üçün eynidir: xarici aləmdən duyğu orqanlarına gələn təsirlər hüceyrələrimiz tərəfindən elektrik siqnallarına çevrilir və sinirlər yolu ilə beyindəki qavrama mərkəzlərinə çatdırılır. İnsan xarici aləmi beynindəki kiçik qavrama mərkəzlərində görür, eşidir, qoxulayır, dadır və ya hiss edir.

Bu texniki həqiqətlər bu gün hər hansı bir fiziologiya kitabında və ya orta məktəb biologiya kitablarında belə rast gəlinəcək qədər açıq həqiqətlərdir. Görüntünün və hisslərin beyində necə əmələ gəlməsi bütün tibb fakültələrində ətraflı şəkildə öyrədilir. İnkişaf edən elmlə bərabər fizika, kvant fizikası, psixologiya, nevrologiya, biologiya, tibb kimi elmlər bu həqiqətin texniki tərəflərini açıq şəkildə üzə çıxarmışdır.

Apardığı fəaliyyətləri ilə böyük marağa səbəb olan, hamısı mükafata layiq görülmüş 8 kitabın müəllifi, nəzəri fizika alimi dr. Fred Alan Wolf elmi irəliləyişlərin, xüsusilə də, kvant fizikasında əldə edilən nəticələrin insanlara görünən dünyanın beynimizdə təmasda olduğumuz xəyali varlıqlardan ibarət olduğunu göstərdiyini belə açıqlayır:



Bütün materializmin, fiziki dünyanın, bizə məlum olan gerçəkliyin, bütün varlığın fövqündə bir şey var. Bu ənənəvi dualizmi də təkzib edir. Mən bunu mistik görüş kimi deyil, kvant fizikası kimi görürəm. Bizim ən müasir fiziki dünya anlayışımıza görə, tərif edilməz dünya, mistik dünya, “xəyali” dünya ola bilər. Alman fiziki və kvant mexanikasının qabaqcıllarından Werner Heisenbergin irəli sürdüyü kimi, şüuru daha fərqli görürəm. Həqiqət daha çox yuxu kimidir, mən yuxuda gerçəklik görürəm. Hamımızın bir hissəsi olan, bu yuxunu əmələ gətirən varlığı və ya böyük Ruhun varlığını qəbul edirəm və bu, elmi açıqlamalarla əldə edə biləcəyimiz nəticədir.49

Bu elm adamı maddi dünyanın əslində zehnimizdə qavrandığını elmi kəşflərlə görmüş və qavramış bir çox elm adamından yalnız biridir. Bu çox açıq elmi həqiqəti qəbul etməyənlərin inkar etmələrindəki səbəb isə elmi deyil, ideoloji səbəbdir. Çünki bu elm adamları böyük mühafizəkarlıqla bağlı olduqları materializmi təməlindən əsassız edəcək bu həqiqəti göz görə-görə qəbul etmək istəmirlər. Belə ki, dr. Wolf bu həqiqətin materializmi təkzib edəcəyini bildirir.

XIX əsrdə əldə edilən elmi nəticələr nəzərə alındıqda xarici aləmin beyində qavranması həqiqətini hər hansı bir fəlsəfə kimi qəbul etmək heç inandırıcı deyil. Çünki bu fəlsəfə deyil, elmi kəşflərin açıq şəkildə göstərdiyi texniki həqiqətdir. Bu, insanların məhz içində yaşadıqları, inkar edilməz məsələdir. Dinsiz də olsa, dindar da olsa, hər insan bu mövzunu qeyd-şərtsiz bilir, inkar etməyinin də mənası yoxdur.
Etiraz: Maddənin həqiqəti mövzusu vəhdəti-vücud düşüncəsi ilə eynilik təşkil edir?
Cavab: Vəhdəti-vücud düşüncəsini izah edən bir çox böyük İslam aliminin keçmişdə bu kitabda yer verilən bəzi mövzuları düşünərək izah etdikləri doğrudur. Ancaq burada izah edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyil. Tarix boyu bir çox alim və mütəfəkkir bu həqiqəti izah etmişlər. Ancaq bir qismi səhv fikirlərə düşərək Allahın yaratdığı varlıqları tamamilə yox hesab etmişlər. Əslində isə maddənin beynimizdə əmələ gələn xəyalını gördüyümüzü söyləmək “gördüyümüz varlıqların heç biri yoxdur” demək deyil. Çünki gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısaca desək, gördüyümüz hər şey, Allahın Quranda mövcud olduğunu bildirdiyi hər varlq yaradılmışdır və vardır. Ancaq bunların hər biri görüntü kimi var.

Allahın yaratdığı hər varlıq, biz görsək də, görməsək də, vardır. Çünki onsuz da bu varlıq yaradılmışdır və daha əvvəl də deyildiyi kimi, ilk yaradıldığı halından öldüyü ana qədərki hər halı Allahın hifzində sonsuzluğa qədər mövcud olmaqda davam edəcəkdir (bu mövzu haqqındakı ətraflı məlumat üçün bax: “Sonsuzluk Başlamış Durumda”, Harun Yahya, Araştırma Yayıncılık).

Beləliklə, maddənin beynimizdə əmələ gələn xəyalı ilə təmasda olmağımız onu “yox” halına salmaz. Ancaq bizə maddənin mahiyyəti haqqında məlumat verir ki, bu da maddənin görüntü olması həqiqətidir.
Etiraz: “İnsan xəyal olduğunu bildiyi şeyi necə sevər? Hər şeyin zehnimizdə əmələ gələn xəyal olduğunu qəbul etsək, anamızı, atamızı, dostlarımızı, Peyğəmbərimizi (s.ə.v.) necə sevərik?”
Cavab: Bu sualı verən insan hər şeydən əvvəl özünün də xəyal olduğunu bilmir və ya dərk etmir. Özünü mütləq, dostlarını, yaxınlarını, ailəsini isə xəyal kimi qəbul edir. Əslində isə özü də digər yaxınları kimi xəyal varlıqdır. Gördüyü, toxunduğu bədəni eynilə yaxınlarının bədənləri kimi beynində əmlə gələn görüntüdür.

Bundan başqa, bu sualı verən insanların yaxınlarının, dostlarının zehinlərində meydana gələn hiss olmaları onların sevilmələrini əngəlləyir. Əgər insan yaxınlarını və dostlarını, onların bədənlərindən və ya maddi varlıqlarından ötrü sevirsə, bu yanlış sevgi formasıdır. Doğru olan, insanı Allahın o insanda təzahür edən xüsusiyyətlərinə görə sevməkdir. Məsələn, biz Peyğəmbərimizi (s.ə.v.) heç görmədiyimiz halda, onda Allahın Vəli, Məlik, Kərim, Vəkil, Hadi kimi bir çox isminin çox gözəl təzahür etdiyini, Allahın ən bəyəndiyi əxlaqı onda təzahür etdirdiyini bildiyimiz üçün ona qarşı çox böyük sevgi və məhəbbət duyuruq. Amma bu sevgimizin yeganə qaynağı əslində Peyğəmbərimizin (s.ə.v.) əsl sahibi olan Allaha olan sevgi və məhəbbətimizdir.

Müsəlmanları, insanları, digər bütün varlıqları da Allaha olan sevgilərinə, bu varlıqlar Allahın təzahürü olduqlarına görə sevirlər. Məsələn, hər hansı bir ceyran balasını sevən müsəlman o ceyranda Allahın mərhəmətinin, şəfqətinin təzahürünü, Allahın o ceyranda yaratdığı sevimliliyi bəyəndiyi üçün, görüntüsü mərhəmət hissini təhrik etdiyi üçün ona qarşı sevgi göstərir. Ceyranı və ya hər hansı başqa bir canlını tək başına, müstəqil varlıq kimi sevməz.

Bir müsəlman heç bir insana və ya varlığa müstəqil sevgi və ya bağlılıq duymaz. Bütün sevgilərin mənbəyi Allah sevgisidir. Quranda “...sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur” (Bəqərə surəsi, 107) ayəsi ilə insanın Allahdan başqa dostu olmadığına diqqət çəkilmişdir. Başqa bir ayədə isə insandan: “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!” (Zumər surəsi, 36), -deyə soruşulur. Elə isə sevdiklərimiz də Allahdan ayrı, müstəqil varlıqlar kimi bizim dostumuz və köməkçimiz ola bilməzlər. Ona görə, bütün yaxınlarımızın, dostlarımızın zehnimizdə hiss olması bu həqiqəti daha da qüvvətləndirir. Biz, məsələn, anamızı sevərkən əslində sevdiyimiz Allahın ana görüntüsündə təzahür edən Rəhim, Rauf (əsirgəyən), Asim (Qoruyucu) sifətləridir. Mömin qardaşımızı sevərkən onda Allahın təzahür etdirdiyi və razı olduğu gözəl əxlaqı sevirik. Onun təqvasından və davranışlarından Allahın razı olduğunu umduğumuz üçün biz də ondan razı oluruq. Onun Allahı sevdiyini, Allahdan qorxub çəkindiyini gördüyümüz üçün Allahın yaratdığı bu imanlı görüntüdən biz də zövq alır, xoşlanırıq. Ona görə, biz insanı sevdikdə əslində Allahı sevirik və o görüntüyə olan məhəbbət və sevgimizin əsl mənbəyi Rəbbimizə olan məhəbbət və sevgimizdir.



İnsanları Allahdan ayrı tutaraq sevənlər, insanlara Allahdan müstəqil varlıqlar kimi bağlananlar, insanları Allahı sevən kimi sevənlər isə böyük səhv edirlər. Çünki Qurana görə, tək sevgi və bağlılıq Allaha qarşıdır, varlıqlar isə Allahın təzahürləri kimi sevilir. Allah insanlara müstəqil dəyər verərək bağlananlar haqqında Quranda belə buyurmuşdur:
İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xabərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şıddətli olacağını bilərdilər. (Bəqərə surəsi, 165)
Ayədə də bildirildiyi kimi, insanlara və ya varlıqlara Allahın varlığından başqa güc vermək və onlara bu şəkildə bağlanmaq onları Allaha bərabər və ortaq etməkdir. Əslində isə Allahdan başqa heç bir varlıq hər hansı bir hərəkəti icra etməyə qadir deyil. Quranın bir çox ayəsində Allahdan başqa varlıqlara güc aid edən insanlara bu həqiqət bildirilmişdir:
Allahdan başqa ibadət etdikləriniz də sizin kimi bəndələrdir. Əgər doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər. Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: “Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin! Şübhəsiz ki, mənim hamim Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər! Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!” Əgər siz onları sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər! (Əraf surəsi, 194-198)
Yuxarıdakı ayələrdə açıq şəkildə xəbər verildiyi kimi, Allahdan başqa heç kimin hər hansı bir şəkildə insana kömək etməsi mümkün deyil. İnsanın ən sevdiyi, həyatı boyu mütləq varlıqlar olduqlarını zənn etdiyi anası, atası, uşaqları, dostları da olsa, çətin vəziyyətə düşdükdə o insana kömək edə bilməzlər. İnsanın yaxınlarının, dostlarının köməyi ancaq Allahın istəyi və iznilədir. Allahın istəyi xaricində heç bir insanın öz-özünə belə kömək etməsi mümkün deyil. Hətta Allahın istəyi xaricində insanın yeriməsi, görməsi, eşitməsi, qısaca desək, həyata davam etməsi də mümkün deyil. Bundan başqa, unutmaq olmaz ki, əslinin necə olduğunu bilmədiyimiz, sadəcə xəyali görüntüləri ilə təmasda olduğumuz varlıqlar axirətdə bu iddianı irəli sürənlərdən uzaqlaşdırılacaq və Quranda bildirildiyi kimi, hər kəs “tamamilə tək” sorğu-sual ediləcəkdir. Yəni necə ki, dünyada hər kəs əslində sadəcə Allah ilə bərabərdirsə, axirətdə də o cür hesaba çəkiləcəkdir. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimizi arxanızda qoyub gəlmisiniz. Artıq sizin öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı (rabitə) qırılmış və (Allaha şərik) iddia etdikləriniz də sizdən (uzaqlaşıb) qeyb olmuşdur. (Ənam surəsi, 94)
Hər insan, məsələn, dostuna baxarkən zehnində Allahın onun üçün yaratdığı dost görüntüsünü görür. Beyninə gedən sinirlər kəsilsə, dostunun görüntüsü itəcəkdir. Daima Diri və Qaim olan sadəcə Allahdır. Elə isə insan əsli ilə əsla əlaqə qura bilməyəcəyi, sadəcə zehnində olan varlığa nə üçün bağlansın? Unudulmamalıdır ki, insanın bağlanacağı, sevərək boyun əyəcəyi tək dostu uca Allahdır.
Etiraz: “İnsan sevdiklərinin də özü kimi həqiqi və daimi olmasını istəyir”.
Cavab: Bu mövzuya etiraz edən bəzi şəxslər belə deyirlər: “Halbuki insan istəyər ki, dostları da özü kimi həqiqi və daimi olsun. Başqa cür necə ola bilər?”

Bu ifadələr bu şəxslərin maddənin gerçək mahiyyəti ilə bağlı izah edilən mövzunu anlamadığnı və ya üzərində lazımi şəkildə düşünmədiyini göstərir. Çünki bu sözləri deyən şəxsin özü də “gerçək və daimi” deyil ki, yaxınlarının da özü kimi olmasını istəsin. Bu həqiqətin üzərində lazımi şəkildə düşündükdə insan öz bədəninin də Allahın ruhuna seyr etdirdiyi görüntü olduğunu anlayacaqdır.

Bəzi insanların bədənlərinə toxunmaları, barmaqlarını kəsdikdə ağrı hiss etmələri, malik olduqları bədənin bəzi ehtiyaclarını təmin etmələri bu insanlara öz bədənlərinin xəyali görüntü olduğunu unutdura bilər. Əslində isə bütün digər varlıqlar kimi insanın öz bədəni də hissdir və insanın özü öz bədəninin maddi gerçəkliyinin əslini bilmir. Məsələn, barmağını kəsdikdə hiss etdiyi ağrı da hissdir. Yemək yediyi zaman duyduğu toxluq hissi də hissdir. İnsanın beyninə kənardan verilən süni siqnallar bu toxluq hissini yemək yemədən də meydana gətirə bilər. Ancaq insan heç bir zaman öz bədəninin əslinin necə olduğunu bilmir. Ağrıları hiss edən, toxunan, bu yazını oxuyaraq anlayan, tənqid yazan Allahın insana verdiyi ruhdur. Ona görə, insan özü də Allahın bir təzahürüdür. Bu şəxslərin hesab etdiyi kimi, mütləq və daimi deyil.
Etiraz: “Kainatın hisslərin cəmi olması nəticəsinə gəlmək kainatın necə işlədiyini araşdırmağı, yəni elmi tərk etməyə gətirib çıxarır”.
Cavab: Bu, daha çox materialistlərin irəli sürdüyü və bu böyük həqiqəti, elmi yox edəcək mövzu kimi göstərmək üçün dilə gətirdikləri etiraz formasıdır. Bu etirazın əsassızlığı və məntiqsizliyi isə açıqdır.

Allah bizə yaşadığımız görüntüləri səbəb-nəticə əlaqəsi içində bəzi qanunlara bağlı kimi göstərir. Məsələn, gecə ilə gündüz bizim beynimizdə əmələ gələn görüntülərdir və biz gecə ilə gündüzün Günəşə və Yerin hərəkətlərinə bağlı şəkildə dəyişdiyini hiss edirik. Məsələn, beynimizin içindəki görüntüdə Günəş ən təpədə ikən, günorta saatı olduğunu bilirik və Günəş batarkən də havanın qaraldığına şahid oluruq. Allah kainata aid hissləri yaradarkən bu səbəb-nəticə əlaqəsi ilə birlikdə yaratmışdır. Heç vaxt Günəş batdığı halda gündüzü yaşamırıq. Elə Allahın zehnimizdə yaratdığı bu səbəb-nəticə əlaqəsinin müşahidə edilməsi və araşdırılması elmdir.

Başqa bir nümunə də verək: beynimizin içindəki xəyalda əlimizdən buraxdığımız qələm həmişə yerə düşür. Buna səbəb olan səbəb-nəticə əlaqəsinin araşdırılması nəticəsində “yerin cazibə qüvvəsi qanununu” kəşf edirik. Allah ruhumuza seyr etdirdiyi görüntüləri müəyyən səbəblərə və qanunlara bağlı şəkildə göstərir. Bu səbəblərin və qanunların yaradılmasının səbəbi həyatın imtahan üçün yaradılmasıdır. Bu qanunların və “kainat” adı verilən hisslər cəminin necə bir nizam içində işlədiyinin araşdırılması isə elmi əmələ gətirir. Ona görə, elm Allahın yaratdığı qeyri-adi görüntülərin əlaqəli kimi göründükləri qanunları anlamaq üçün vacibdir.

Beləliklə, materialistlərin iddia etdikləri kimi, maddənin əsli ilə təmasda olmadığımız həqiqətini qəbul etmək elmi inkar etməyə gətirib çıxarmır. Əksinə, bu həqiqəti səmimi niyyətlə qəbul edənlər elmi bu hisslərin cəmi kimi anlamaq, bu cəmdəki sirrləri qavramaq üçün vacib yol kimi görürlər.

Bu elm anlayışı ilə materialist elm anlayışı arasında isə böyük fərq var. Sözügedən hisslər cəminin müşahidə edərək kəşf etdiyimiz təbiət qanunları bu cəmi yaratmış Allahın qanunlarıdır. Maddəni mütləq varlıq zənn edən, təbiət qanunlarının maddənin özündən qaynaqlandığını düşünən, onları yaradanın da təbiət qanunları olduğu xətasına düşən materialistlərin elm anlayışı isə bu həqiqətlə birlikdə çökür.

Bunu da unutmaq olmaz ki, Allah bütün bu hissləri heç bir qanuna və səbəbə ehtiyac hiss etmədən yaratmağa gücü çatandır. Məsələn, Allah toxum olmadan gülü yarada bilər, bulud olmadan yağış yağdıra bilər və ya Günəş olmadan kölgəni, gecəni və gündüzü yarada bilər. Allah bir ayəsində bu həqiqəti belə bildirir:


Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi bir əlamət etdik. Sonra onu yavaş-yavaş Özümüzə tərəf çəkdik. Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də həyat yaradan Odur. (Furqan surəsi, 45-47)
Ayədə də göründüyü kimi, Allah əvvəlcə kölgəni yaratdığını, sonra da Günəşi ona dəlil etdiyini bidirir. Yuxularımız bu yaradılışı daha yaxşı qavraya biməyimiz üçün nümunədir. Yuxuda Günəşin maddi qarşılığı olmadığı halda, Günəşin verdiyi işığı, istiliyi, aydınlığı eynilə gerçək həyatdakı kimi hiss edirik. Bu cəhətlərilə yuxular Allahın Günəş olmadan da Günəşə aid hissləri zehnimizdə yarada biləcəyinin göstəricilərindən biridir.

Ancaq Allah yaratdığı imtahan mühitində insanlar üçün hər şeyin səbəbini də yaratmışdır. Gündüzün səbəbi Günəşdir, yağışın səbəbi isə buluddur. Bunların hamısı beynimizdə Allahın ayrı-ayrı var etdiyi görüntülərdir. Səbəbin nəticədən əvvəl yaradılması ilə də Allah bu imtahan mühitində hər şeyin müəyyən qanunlarla işldəyini də düşünməyimizi və bu yolla elmi tədqiqat aparmağımızı təmin edir.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə