Xəyalin diGƏr adi: maddə


Etiraz: “Beynindən kənarda mövcud olan dünya ilə əsla təmasda olmayacağını anlayan insan üçün dünya həyatındakı imtahan davam edir?”



Yüklə 1,03 Mb.
səhifə11/15
tarix20.10.2017
ölçüsü1,03 Mb.
#6125
1   ...   7   8   9   10   11   12   13   14   15

Etiraz: “Beynindən kənarda mövcud olan dünya ilə əsla təmasda olmayacağını anlayan insan üçün dünya həyatındakı imtahan davam edir?”
Cavab: Bu, çox mühüm məsələdir. Bəzi kütlələr bu həqiqətin qavranılması ilə imtahan mühitinin sona çatdığını irəli sürərək səmimiyyətsiz düşüncə ortaya atırlar. Ancaq imtahan mühiti əvvəlki cavablarda da bildirildiyi kimi, biz ölənə qədər davam edir.

Allah bizi maddənin əsli ilə təmasda olmayacaq şəkildə yaşatsa da, bizə bu dünyanı müəyyən səbəblərə bağlı şəkildə göstərir. Məsələn, biz acdıqda: “Necə də olsa, xəyaldır, heç nə olmaz”, -demirik, yemək yeyirik. Yemədikdə zəifləyər, bir müddət sonra həyatımızı itirə bilərik. Allah istədiyi vaxt istədiyi şəxsə istədiyi şeylər vasitəsi ilə bu səbəbləri aradan qaldıra bilər. Biz bunu bilmərik. Ancaq bu, çox vacib həqiqətdir: Allah bizim boynumuza Qurandakı hər şeyə görə məsuliyyət qoymuşdur və biz Qurandakı ibadətləri və saleh əməlləri yerinə yetirə bilmək üçün bu səbəblər çərçivəsində yaşamalıyıq.

Məsələn, Allah insanlara yaxşılığı əmr edib pislikdən çəkindirməyi əmr edir. Məzlum qadın və uşaqların zülmdən, sıxıntıdan xilas edilməsini əmr edir. Allah Quranda: “Nə üçün onlar üçün mübarizə aparmırsınız?” -deyə soruşur. Allahın bu səbəblər daxilində insanların üzərinə qoyduğu bu vəzifələri yerinə yetirməmək isə əsla doğru və səmimi davranış olmaz.

Əksinə, gördüyü hər hadisəni Allahın ona seyr etdirdiyini dərk edən insan gördüyü hər görüntüyə görə əvvəlcə məsuliyyət hiss edər. Bir çox insanın əksinə, qarşılaşdığı hər hadisədə daim yaxşılığı əmr edib pisliklərə mane olmağa çalışar. Bu vəzifəni heç vaxt başqalarına aid etməz, heç vaxt: “Bir azını da başqası etsin, mən bu qədər edə bilirəm”, -deyə bunun kimi bəhanələr gətirməz. Bu elmə vaqif olan insan: “Allah mənə bu görüntünü göstərirsə, mənim bunu həll etməyimi istəyir, bunun məsuliyyəti mənim üzərimə düşür”, -deyər.

Beləliklə, bir insan, əvvəla, Allahın Quranda onun üzərinə qoyduğu vəzifələri vicdanı ilə əlindən gəldiyi qədər yerinə yetirməlidir. Maddənin əslini bilmək və bu həqiqətə əsasən dünyaya dair fikir əldə etmək isə insanın Allah rizası üçün göstərdiyi səylərini daha da gücləndirər, qətiyyətini qat-qat artırar.
Etiraz: “Allahın hər yerdə olduğunu söyləmək doğrudur? Allahın hökmranlığı göylərdə deyil?”
Cavab: İnsanlardan bəziləri özlərini, maddəni, ətraflarında gördükləri dünyanı mütləq varlıq zənn edirlər. Allahı isə (Allahı tənzih edirik) bu mütləq maddəni əhatə edən xəyal kimi düşünürlər və ya Allahı gözləri ilə görə bilmədikləri üçün: “Hər halda Allah bizim görə bilmədiyimiz bir yerdə, kosmosun və ya göyün uzaq bir yerindədir”, -deyirlər (Allahı tənzih edirik). Bunların hamısı səhvdir.

Çünki Allah sadəcə göydə deyil, hər yerdədir. Allah tək mütləq varlıq kimi bütün kainatı, bütün insanları, yerləri, göyləri – hər yeri əhatə etmişdir və Allah bütün kainatda təzahür edir. Hara çevrilsəniz, Allahın üzü oradadır. Hədislərdə rəvayət edildiyinə görə, Peyğəmbərimiz (s.ə.v.) Allahın göydə olduğunu söyləyən şəxsə doğru söylədiyini bildirmişdir. Ancaq bu rəvayət Allahın hər yerdə olması həqiqətinə zidd deyil. Belə ki, dünyanın sizin olduğunuz nöqtədəki şəxs əllərini göyə qaldıraraq Allaha dua etsə və Allahın göydə olduğunu düşünsə, cənub qütbündə başqa hər hansı bir insan da eyni şəkildə Allaha yönəlsə, şimal qütbündə insan əllərini göyə qaldırsa, Yaponiyadakı, Amerikadakı, ekvatordakı insan da eyni şəkildə əllərini göyə qaldıraraq Allaha yönəlsə, bu halda hər hansı sabit istiqamətdən bəhs etmək mümkün deyil. Eyni şəkildə kainatın və kosmosun fərqli nöqtələrindəki cinlər, mələklər, şeytanlar da göyə doğru dua etsə, hər hansı sabit göydən və ya istiqamətdən bəsh etmək mümkün olmayacaq, bütün kainatı əhatə edən vəziyyət olacaq. Siz hara üz tutsanız, Allah orada təzahür edir. Daha əvvəlki mövzularda da bildirildiyi kimi, Allahın üzünü görəcəyimiz bir çox Quran ayəsi ilə bildirilmişdir. Məsələn, Allah “Bəqərə” surəsinin 255-ci ayəsində: “...Onun kürsüsü göyləri və yeri əhatə etmişdir...”, -deyə bildirir. “Hud” surəsinin 52-ci ayəsində isə: “Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir!” -deyilərək Allahın insanları da, etdiklərini də bildiyi xəbər verilir.

Quranda da bildirildiyi kimi, Allah sadəcə göylərdə deyil. Allah hər yeri əhatə edəndir. Bu məlumat bizə Quran vasitəsilə verilir. Maddənin ardındakı sirr ilə bağlı həqiqətin izah edilməsi isə bu ayələrin insanlar tərəfindən daha yaxşı başa düşülməsinə və qavranılmasına səbəb olacaq. Maddənin mütləq varlıq olmadığını anlayan insanlar Allahın hər an, hər yerdə olduğunu, hər an onları gördüyünü və eşitdiyini, hər şeyə şahid olduğunu və onlara şah damarlarından daha yaxın olduğunu, hər dua edənin duasını eşitdiyi açıq şəkildə anlayacaqlar.
Nəticə: Mübahisələrin yurdu cəhənnəm
Allah Quranda “Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə ən çox mübahisə edəndir”, (Kəhf surəsi, 54) ayəsilə insanların mübahisəçi xüsusiyyətlərinə diqqət çəkir. Bəzi insanlar, xüsusilə mənfəətlərinə zidd olduğunu düşündükləri məsələlərdə, həqiqətlər çox açıq olduğu halda özlərini bilməməzliyə vururlar. Lazımsız təfərrüatlara aparan, hər hansı bir nəticə gətirməyən mənasız suallar verərək mübahisə edirlər. Bu xüsusiyyətlərinə görə, insanlardan bəziləri tarix boyu Allahın seçdiyi bütün peyğəmbər və elçilərlə mübahisə etmiş, onların gətirdikləri açıq-aşkar həqiqətlərə qarşı həqiqətdən kənar misallar gətirmişlər. Bu qarşı çıxmalarındakı məqsəd isə səmimi şəkildə həqiqətləri öyrənmək deyil, əksinə, həqiqətləri görməməzliyə vuraraq öz fikirlərinə görə çətinlik yaratmaqdır.

Səmimi şəkildə, həqiqətən öyrənmək, düşünmək və anlamaq məqsədilə sual verənləri bu açıqlamadan kənar etmək lazımdır. Əlbəttə, insanların bir çoxunun ilk dəfə qarşılaşdıqları və həyata baxışlarını tamamilə dəyişdirəcək belə vacib mövzuda sual vermək, daha yaxşı anlamaq üçün araşdırmaq və bilənlərlə məsləhətləşmək son dərəcə doğru və vacibdir. Suallarında və araşdırmalarında səmimi və xoş niyyətli olan insanların üslublarının mübahisəçi, şübhəçi və anlayışsız insanlarla eyni olmayacağı məlumdur. Ona görə, burada haqqında danışılan şəxslər həqiqətləri qəbul etməkdə inadkarlıq edən, mübahisəni və inkarı vərdiş halına gətirən insanlardır.

Allah bir ayəsində mübahisəçi insanların halını belə açıqlayır:
Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o?!” Onlar bunu sənə yalnız mübahisə etmək xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən bir qövmdürlər! (Zuxruf surəsi, 58)
Quranda inadkar və mübahisəçi insanlara verilən nümunələrdən biri də firondur. Firon hz. Musanın ona bütün həqiqətləri tam açıq şəkildə izah etməsinə baxmayaraq, onun izah etdikləri ilə heç bir əlaqəsi olmayan, bundan başqa, cavabını alsa belə, ona heç bir fayda verə bilməyən sual vermişdir. Ona Allahın varlığını izah edən hz. Musaya fironun sualı belədir:
(Firon) soruşdu: “Bəs əvvəlki nəsillərin halı necədir?” (Taha surəsi, 51)
Aydındır ki, firon bu sualı “sadəcə mübahisə olsun deyə” vermişdir. Sualında səmimi öyrənmə istəyi yoxdur və öz zəif ağlına görə, hz. Musanın cavabsız qalaraq çətin vəziyyətə düşəcəyini hesab edir. Ancaq hz. Musa onun bu sualı verməsindəki məqsədini dərhal anlayır, ayədə də bildirildiyi kimi, ona çox açıq və qəti cavab verir:
Cavab verdi: “Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır. Rəbbim xəta etməz və unutmaz!” (Taha surəsi, 52)
Mübahisəçi və qəsdən həqiqətləri bilməməzliyə vuran xarakter, əlbəttə, sadəcə firona və ya keçmişdə yaşayan bir sıra inkarçılara aid deyil. Dövrümüzdə də insanların böyük hissəsi mənfəətlərinə zidd olan məsələlərdə, xüsusilə, dinlə bağlı məsələlərdə dərhal mübahisə etməyə başlayırlar. Səmimiyyətlə yanaşdıqda dərhal anlayacaqları mövzuları qəsdən anlamaq istəmədikləri suallarında və üslublarından bəlli olur. Xüsusilə bu kitabda izah edilən qədər gerçəyi və maddənin həqiqi mahiyyəti kimi mövzular insanların ən çox özlərini bilməməzliyə vurduqları mövzulardır. Bunda görə də bu mövzularda verdikləri suallar həqiqəti araşdırıb öyrənməyə yönələn səmimi araşdırmadan çox öz ağlına görə bu həqiqəti əsassız etməyə yönəlir. Məsələn: “Əgər hər şey görüntüdürsə, nə üçün ibadətlərimizi yerinə yetirək?” -deyə sual verənlər verdikləri sualın nə qədər mənasız olduğunu dərk etmirlər. Bir insanın görüntü kimi yaradılması nə üçün onun namaz qılmasına mane olsun və ya bir yeməyin görüntü olması nə üçün onun haram olmasına mane olsun, bunu düşünmədən, sadəcə etiraz etmək üçün bu sualları verirlər. Tək məqsədləri heç bir məntiq olmadan, sadəcə qarşı çıxmaq, doğru olanları qəbul etməmək və inadkarlıq etməkdir.

Möminlər isə həqiqətləri gördükdə heç mübahisə etmədən, Quranda da bildirildiyi kimi: “Eşitdik və itaət etdik”, -deyərək dərhal qəbul edir və əməl edirlər. Onlara mübahisəçilərin verdiyi suallara isə onlarla mübahisə etmədən, qəti və açıq cavablar veririlər. Allah onlar ilə mübahisə edənlərə möminlərin belə cavab vermələrini bildirmişdir:


Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!” (Bəqərə surəsi, 139)
Möminlərlə mübahisə edənlər, qədəri və Allahın tək mütləq varlıq olduğunu, özlərinin isə Allaha aid bir varlıq olduqlarını inkar edərək çox açıq həqiqətlər barədə özlərini bilməməzliyə qoyanlar, məntiqsiz suallarla cənnətin, cəhənnəmin varlığını, Allahın mərhəmətini və ədalətini öz zəif ağılları ilə sorğu-sual edənlər bunu çox yaxşı anlamalıdırlar: bu mübahisələrinə cəhənnəmdə də davam edəcəklər. Quran ayələrində cəhənnəm əhlinin davamlı olaraq mübahisə edib çəkişəcəklərini xəbər verilmişdir:
Onlar orada çənə-boğaz olub deyərlər: “Allaha and olsun ki, biz açıq-aydın azmışdıq! (Şüəra surəsi, 96-97)
O zaman onlar od içində bir-birilə çənə-boğaz olacaq, acizlər təkəbbür göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. İndi siz cəhənnəm odunun bir hissəsini bizdən dəf edə bilərsinizmi?!” Təkəbbür göstərənlər deyəcəklər: “Biz hamımız atəşin içindəyik. Allah artıq Öz bəndələri arasında hökmünü vermişdir! (Mumin surəsi, 47-48)
Yuxarıdakı ayələrdən də göründüyü kimi, inkar edənlər atəşin içində olarkən də mübahisəyə davam edəcəklər. Başqa ayələrdə də inkar edənlərin sözləri ilə möminlərlə mübahisə etməyə çalışdıqları və belə dediklərini Allah bildirir:
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Buna bizi kim uğradıbsa, onun əzabını cəhənnəmdə ikiqat elə!” Deyəcəklər: “Pis adamlar saydığımız kəsləri niyə burda görmürük? Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar gözə dəymirlər?!” Şübhəsiz ki, bu - cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi bir həqiqətdir! (Sad surəsi, 61-64)
Cəhənnəm əhli cəhənnəmin dar və sıx yerlərində dəmir qamçılarla, üzərlərinə tökülən qaynar su ilə oddan dəriləri əriyərkən yenə mübahisə etməyə davam edəcəklər. Nəticəsiz mübahisələri heç bitməyəcək, özlərinin nə üçün əzab çəkdiyini bir-birlərindən soruşacaqlar, Allah və möminlər haqqında mübahisə etməkdə davam edəcəklər:
Bunlar Rəbbi barəsində mübahisə aparan iki zümrədir. Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su tökülür. O su ilə qarınlarında olanlar və dəriləri əridilmişdir. Hələ onlar üçün dəmir qamçılar da vardır. Oradan çıxmaq istədikcə, yenidən ora qaytarılar və (onlara:) “Dadın atəşin əzabını!” (deyilər). (Həcc surəsi, 19-22)
Ancaq bu mübahisələrdən də heç bir nəticə əldə etməyəcəklər. Dünyada həqiqətlər haqqında özlərini bilməməzliyə qoyaraq mübahisə edən inkarçılar, Allahın istəyi xaricində, sonsuzluğa qədər davam edəcək cəhənnəm əzabı içində, faydası olmayan peşmançılıqla mübahisə edərək yaşayacaqlar.

Cəhənnəm əhlinin cəhənnəmdə də mübahisələrinə davam etməsi onların cəhənnəm atəşini gördükdə belə iman gətirməyəcəklərinin, mübahisələrə davam edərək həqiqətləri anlamayacaqlarının göstəricisidir. Bu insanlar cəhənnəm əzabının içində ikən belə inkarlarına davam edirlər:


Od içində olanlar cəhənnəm gözətçilərinə dedilər: “Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!” (Cəhənnəm gözətçiləri) dedilər: “Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar möcüzələr gətirməmişdilər?” Onlar: “Bəli”, - deyə cavab verdilər. (Cəhənnəm gözətçiləri onlara: ) “Elə isə özünüz dua edin!” - dedilər. Kafirlərin duası isə boşunadır. (Mumin surəsi, 49-50)
Cəhənnəm atəşinin içində olarkən də: “Rəbbim”, -deyərək dua etməyən və təkəbbür göstərməkdə davam edən bu insanların sahib olduqları davranış və əxlaq pozğunluğu ortadadır. Bu insanlara bütün nümunələr verilsə də, bütün dəlillər göstərilsə də, anlamazlar. Allah bir ayəsində bəzi insanların inanmayacaqlarını belə bildirir:
Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. De: “Ayələr ancaq Allahın Qatındadır. Onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklərini dərk etmirsiniz?!” (Ənam surəsi, 109)
Buna görə, bəzi insanların burada izah edilən həqiqətləri çox açıq və anlaşılan olmasına baxmayaraq, anlamamalarına təəccüblənmək lazım deyil. Bu insanların həqiqətlər qarşısında boyun əyməmələrini də əslində Allahın ayəsidir.

NƏTİCƏ: HƏQİQƏTLƏRDƏN QAÇMAQ OLMAZ
İnsanların fikirlərini kökündən dəyişdirən, insanları Allaha qəti iman etdirən, Quranda bəhs edilən bütün gözəl əxlaq xüsusiyyətlərinin sevərək və istəyərək yaşanmasını təmin edən, insanlardakı həvəs, rəqabət, kin, düşmənçilik, paxıllıq hisslərini aradan qaldıraraq sevgi, mərhəmət, şəfqət, təvazökarlığı hakim edən bu qeyri-adi vacib həqiqəti, yəni maddənin xəyal olması həqiqətini öyrənən və anlayan insanların sayı sürətlə artır. “Bu qədər açıq həqiqəti necə olub ki, bu günə qədər anlamamışam”, -deyən insanlar çoxluq təşkil edir.

İnsanların qədər, zaman, ölüm, dirilmə, cənnət, cəhənnəm kimi mövzuları qəti şəkildə başa düşmələrini təmin edən bu böyük sirri qavrayan hər insanın digərlərini də bu mühüm məlumatdan xəbərdar etməsi çox vacibdir. Bunu edən insan bu sayədə həm insanların Quranı daha yaxşı və asan anlamalarını təmin edəcək, həm də insanların sürətlə hidayətlərinə səbəb olacaqdır.

Allah Ona gizli və açıq şəkildə şirk qoşulmadıqda, yalnız Ona ibadət edildikdə, tək İlah və tək güc kimi Allah qəbul edildikdə Quran əxlaqını dünyaya hakim edəcəyini müjdələyir:
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir! (Nur surəsi, 55)
Quran əxlaqının dünyaya hakim olması üçün ən mühüm məsələ olan şirkdən, yəni Allahdan başqa güclərin olduğuna inanmaqdan çəkinmək lazımdır. Allahdan başqa maddənin mütləq olduğunu iddia etmək, Allahın maddəni ancaq xəyal kimi əhatə edəcəyini düşünmək, Allahı ağıl kimi mücərrəd varlıq kimi görmək, Allahdan başqa gücdən qorxmaq, insanın istədikdə qədərini dəyişdirə biləcəyini düşünmək (hamısından Allahı tənzih edirik), zamanı, məkanı mütləq zənn etmək kim şirk olan inanclardan qurtulmaq üçün bu kitabda izah edilən mövzular yaxşı başa düşülməlidir. Bu səbəbdən: “Bu mövzunun nə əhəmiyyəti var? Nə üçün hər fürsətdə, hər kitabınızda bu mövzuya yer verirsiniz?” -deyənlər bu vacib həqiqəti yenidən düşünməlidirlər.

Tək mütləq varlıq Allahdır və Allah biz bu kitabı yazarkən də, oxuyarkən də, bu kitab haqqında düşünərkən də bizi seyr edir, görür, eşidir, gizlimizin gizlisini bilir. Allah bizi hər tərəfdən əhatə etmişdir. Gerçək mütləq varlıq olan Allahdır, ağıl kimi görünməyən və mücərrəd olan isə biz qullarıq. Bu həqiqət Allahı sevən və Allaha qul olduğunu dərk edən biri üçün böyük şərəf və gözəllikdir. Bu həqiqətdən müsəlmanların qaçması doğru olmaz. Müsəlmanlar haqq olanı könüldən qəbul etməli, görməməzliyə vurmağa çalışaraq Allah qatında alçalmamalıdırlar. Allah inanan qullarını Quranda belə xəbərdar edir:


Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin! (Bəqərə surəsi, 42)
Bunu da unutmaq olmaz ki, bu həqiqətin açıqlanması materializmin süqut etməsinə və bütün dünyada mənəviyyatın və gözəl əxlaqın hakim olmasına vəsilə olacaqdır. Bunu anlayan materialist kütlələr bu həqiqətin açıqlanmasından çox narahat olur, fəlsəfələrini kökündən məhv edəcəyini anladıqları bu həqiqətin insanlara açıqlanmasına mane olmaq üçün son dərəcə gülünc və çarəsizliklərini göstərən yollara əl atırlar. Ancaq bu gün maddənin həqiqəti mövzusu bütün açıqlığı ilə üzə çıxmışdır. Keçmişdə sadəcə bir fəlsəfə kimi qalan, elmi kəşflərin dəstəkləyə bilmədiyi bu həqiqət dövrümüzdə elm tərəfindən açıq şəkildə ortaya qoyulmuşdur. Frederick Vester bu həqiqəti qavramış biri kimi bu mövzuda belə deyir:

Bəzi mütəfəkkirlərin “insan xəyaldır, əslində bütün yaşananlar keçici və aldadıcıdır, bu kainat kölgədir” kimi sözləri günümüzdə elmi cəhətdən sübut edilir.52

Materialistlərin səyləri artıq boş yerədir. Məlumatın böyük sürətlə bütün dünyaya qısa zamanda ötürülə bildiyi dövrümüzdə əsrlərdir gözdən qaçırmağa çalışdıqları bu böyük həqiqət bu gün Qayanadan İngiltərəyə, Amerikadan İndoneziyaya, Sinqapurdan İsveçə, materialistlərin qalaları olan Rusiyadan Çinə, Kubadan Albaniyaya qədər hər yerdə oxunur, öyrənilir və izah edilir. Materializm böyük gurultu ilə süqut edir. Çünki bu gün başa düşülmüşdür ki, maddənin əsli ilə heç vaxt təmasda ola bilmərik. Maddə ilə təmasda ola bilmədiyimizə və ola bilməyəcəyimizə görə materializm də yoxdur.



Quranın bəzi ayələrində işarə edilən və bir çox mövzunun başa düşülməsini daha da asanlaşdıran bu vacib həqiqətin materializm kimi batil və din əleyhinə olan bir fəlsəfəni məhv etməsi çox mühüm irəliləyişdir. Quranda Allah belə bildirir:
Xeyr, Biz batili haqla rədd edərik və o da onu yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)
Ayədə də xəbər verildiyi kimi, doğru olan batilin üstünə atıldıqda batil bir inanc olan materializmin beyni maddə də yox olub gedər. Hər hansı bir materialistin bu həqiqətin qarşısını almaq və ya dəyişdirmək imkanı da qətiyyən yoxdur.

MADDƏNİN SİRRİNİ ÖYRƏNƏNLƏR BÖYÜK HƏYƏCAN YAŞAYIR
Aşağıdakı məktublar daha əvvəl başqa kitablarda nəşr edilmiş “Maddənin ardındakı sirr” mövzusunu oxuyan şəxslərdən gəlmişdir. Sözügedən məktublardan sadəcə bu həqiqəti öyrəndikdən sonrakı düşüncələri ilə bağlı bölmələr seçilmişdir.

  • Maddənin xəyal olması o qədər böyük bir hadisədir ki, bunu tərif etmək hər halda o qədər mümkün deyil. Məsələn: bir insan ölüb dirilərsə, necə həyəcan hiss edər, təxmin edə bilərsiniz? Bir insan heç səbəbsiz havada uçsa, divardan keçsə, eyni anda bir neçə yerdə olsa, tərifi mümkün olmayan şəkildə həyacanlanar. Lakin bu mövzu bu qeyri-adi hallarla müqayisə edilə bilməz. Fövqəladə olduğunu desək, yenə bu vəziyyəti tərif etmək olmur. Yəni çox qəribə, qeyri-adi dərəcədə həyəcan verici olduğunu desək, yenə də bu vəziyyəti izah etmək olmaz. Bu, Allahın dərin, ucsuz-bucaqsız sənətinin möhtəşəm təzühürüdür. Amma mənim başa düşmədiyim budur ki, bu qədər açıq bir məsələ insanlardan necə bu qədər müddət gizlədilib? Çünki mən bir dəfə oxudum və dərhal anladım. Çünki hər şey çox açıq şəkildə ortadadır... K.H.G./Frankfurt




  • İnsanın ağlını, zəkasını şok edən bu böyük həqiqəti bütün bəşəriyyətə dərhal izah etməliyik. Nəyi gözləyirik? Bu, açıq-aydın həqiqət deyil? Bunu dünyaya hamımız hər cür imkandan istifadə edərək dərhal çatdıraq. Bəşəriyyət bu həqiqətlə Allaha daha çox yaxınlaşacaqdır. Məncə, bu böyük mövzu dünyadakı hər şeyi dərindən sarsıdacaq böyük həqiqətdir. Deyəcək başqa söz tapa bilmirəm. Sevgilərimlə uca Allaha əmanət olun deyirəm. F.E./Ankara




  • “Təkamül yalanı” kitabının arxasındakı “Maddənin ardındakı sirr” bölməsini oxudum. Mən bir şey anlamadım. Ancaq çox qəribə bir şeydir. Hal-hazırda danışdığım da yenə mənim içimdə, mən də mənim içimdə. Bu, nədir? Bu, nə möhtəşəm sirdir? Görəsən, insanlar bunu nə vaxt anlayacaq? Başa düşülməyəcək bir şey deyil, son dərəcə açıq bir həqiqətdir. Amma biz nə üçün indiyə qədər bilmirdik? Bu mövzu bütün insanlar tərəfindən başa düşülərsə, elmdə saysız-hesabsız inqilablar olacağını düşünürəm. Mən də bu vəziyyətə nə ad verəcəyimi bilmirəm. Təəccübləndim, heyrətləndim. Uca Allaha çoxlu şükür etdim. Hər şeyi indi daha yaxşı anlayıram. Ancaq başqalarına izah etməkdə çətinlik çəkirəm. Bəzən insanlar bunu anlamırlar. Budur, mən qarşında dayanmışam deyirlər. Halbuki bunu söylədikdə mən onun beynində bir görüntüyəm. O, məni xarici aləmdə zənn edir. İndi: “Sadəcə dərin heyrətimi necə daha yaxşı izah edə bilərəm”, -deyə düşünürəm. Bu mövzuda yeni kitablarınızı gözləyirəm. Xüsusilə gündəlik həyatdan nümunələr olarsa, bunları başqalarına daha rahat izah edə bilərik. S.K./Muğla




  • Hörmətli Harun Yəhya bəy, bəzi kitablarınızda işlədiyiniz “Maddənin ardındakı sirr” mövzusunu dəfələrlə oxudum. Qəti qənaətim budur ki, maddə həqiqətən xəyaldır. Ancaq bu çox möhtəşəmdir, həyatın yuxu kimi olması mənə həddindən artıq təsir etdi. Ancaq maddənin əsli ilə təmasda oluruq kimi görünməsi və mənə aid insanda oyandırdığı hisslər o qədər inandırıcıdır ki, daha çox həqiqiymiş kimi yaşayıram. Lakin bu mövzunu bir an düşündükdə maddənin xəyal olduğunu dərhal açıq şəkildə hiss edirəm. Ancaq həqiqətən çox inandırıcıdır. Vəziyyətimə gülürəm. Bəzən bir şeyə əsəbiləşirəm, səsimi yüksəldirəm. Sonra beynimdəki görüntüyə qışqırdığımı xatırladıqda pərt oluram. İnsanın nə qədər heyrətamiz bir yaradılışı var. Xəyal olan şeyi maddi zənn etməyimiz o qədər güclüdür ki, bilməyən bir insanın bunun əksini düşünməsi mümkün deyil. Bəzən Bosfor mənzərəsini seyr edirəm. “Qarşı sahilə keçmək nə qədər vaxtımı alar?” -deyirəm. Çox uzaq yerlərə baxıram. Sonra düşünürəm. Ən uzaq hesab etdiyim yer də mənim içimdə, beynimin içində, yəni görüntü beynimin içindədir. İnsan qeyri-adi bir varlıqdır. Allah insanı o qədər möhtəşəm bir elmlə yaratmışdır ki, necə tərif edim, nə deyim, hansı yolla bunu izah edə bilərəm, tam bilmirəm. Ancaq bunu deyə bilərəm. Bizi bu böyük elmdən xəbərdar etdiyiniz üçün Allah sizdən və fəaliyyətlərinizdən razı olsun inşaAllah. E.M./İstanbul




  • “Təkamül yalanı” kitabının arxa hissəsindəki maddənin ardındakı sirlə bağlı izahınızı maraq və həyəcanla oxudum. Əvvəlcə, nəzəri cəhətdən anladım, amma praktik cəhətdən o qədər də anlaya bilmədim. Sonra bir ara düşündükdə nəyə işarə edildiyni anidən anladım. Şok dərəcəsində həyəcanlandım. “Aman Allahım, bu, ağlasığmaz şeydir”, -dedim. Bu heç ağlıma da gəlməyən haldır. Həyatın yuxu kimi olduğunu deyirdilər. Mən onu bir bənzətmə kimi anlayırdım. Amma onu söyləyənlər də həqiqi mənada demirlər, bənzətmə kimi deyirlər. Bunun həqiqi olduğunu bilsələr, kim bilir, nə edərlər. Qeyri-adi vəziyyətdir. Ancaq kitabı oxuyan hər kəs çox sakitdir. “Görəsən, tam şəkildə anlamadılar?” -deyə fikirləşirəm. Belə bir vəziyyət qarşısında necə sakit olmaq olar? Mən ölümü, yenidən yaradılışı, cənnət həyatını, hər şeyi indi daha yaxşı anladım. Allah Quranda “Sizi yenidən yaratmaq Bizim üçün çox asandır”, -deyir. İndi beynimdə hər şey aydınlaşdı. Bu mövzunu izah etdiyim insanlar bu mövzunu bir az çətin anlayırlar. Daha praktiki və asan necə izah edə bilərəm? Bir də bu mövzunu izah etdiyim bəzi insanlar həddindən artıq həyəcanlandı. Görəsən, mən birbaşa izah etməkdə səhv edirəm? Daha əvvəl Allah sevgisi, Allahın Rəhman və Rəhim olduğunu, insanların daha çox yaxşılıq etmələrini, daha yaxşı yaşamalarını istədiyini izah etsəm, daha yaxşı olarmı? Sizin fikriniz nədir? Ş.U./Edirne




  • Orta məktəbdən etibarən bütün duyğuların beyində əmələ gəldiyi bizlərə hər zaman izah edilmişdi. Çox yaxşı bildiyim həqiqət idi. Biologiya imtahanlarında neçə dəfə hərtərəfli izah edilmişdi. Ancaq bu cür hadisənin həqiqi tərəfini görə bilməmişdim. Görüntü beyində əmələ gəlir deyirdim. Amma maddə kənarda, məndən uzaqda durur. O, oradadır, mən də görürəm. Hətta görüntünün gözümün olduğu yerdə əmələ gəldiyi, bir də beynimdə əmələ gəldiyi, bundan başqa, “maddənin varlığı açıqdır, budur, qarşımda durur” kimi qarmaqarışıq məntiqim vardı. Əslində elə çox da düşünməmişdim. Sanki nazik bir pərdənin üstündəydim, amma seyr edən sanki boşluqdur, ruhun nə olduğu başa düşüləcək bir şey deyil. Amma hər şeyi qavrayan bir gücdür, həcmi, çəkisi, qatılığı olmayan, heçlik olan, amma beş duyğunu qavrayan şüurdur. Bu mövzuda daha ətraflı kitab yazmağı düşünürsünüz? Bir də kitablarınız bizim bölgəmizdə satılmır, bunu nəşriyyat evinə bildirməyim kifayətdir? Sevgilərimi göndərir, uğurlar diləyirəm. Y.C./ Kayseri




  • ... Mən bu mövzunu bəzi dostlarıma izah etdim. Universitet məzunu olan çox savadlı uşaqlardır, ancaq bəzi dostlarım heç cür bu mövzunu qavraya bilmirlər. “Necə olur, budur, sən qarşımdasan, beynimdə görüntün əmələ gələ bilər. Amma sən burdasan”, -deyə əlimi çiynimə toxundurur. Bu danışıq və hərəkətinin onun beynində əmələ gəldiyini bildirirəm. Hətta: “Beyninə gedən sinir kəsilsə, məni görə bilməzsən, toxunma hissin də itər”, -deyirəm. Yenə anlamır. Bu anlamama mənə “müəyyənedici metafizik bir həqiqətin üzə çıxması” kimi gəlir. Çünki heç cür bu həqiqəti qavraya bilmir. Bu mövzunu orta məktəbdə sonuncu sinifdə oxuyan qardaşımın oğluna izah etdim, dərhal anladı. “Bunu başa düşməyən insanlar xüsusi şəkildə qavramalarına maneə qoyulmuş insanlar ola bilər?”- deyirəm. Yəni: “Şüura sahib deyillər, görəsən?” -deyə fikirləşirəm. Belə bir şey mümkündür? Quranda gözü, qulağı qapalı insanlardan bəhs edilir. Bəzi insanlarda görmə, eşitmə şüuru olmaya bilərmi? Bu mövzuları məktubunuzda və ya kitabınızın yeni nəşrində bildirə bilərsiniz? İndidən təşəkkür edirəm. Hörmətlə: E.A./ İstanbul




  • Hörmətli Harun Yəhya, mən fəlsəfə ilə çox maraqlanıram. Buna görə, maddənin ardındakı sirr mövzusunu böyük maraqla oxudum. Maddənin xəyal olması dünya tarixində bir çox dəfə açıqlanmışdır. Ancaq insanları maddənin əslini gördüklərinə dair inandırıcı hisslərin aydınlığı qarşısında bir az çox düşünməyə vaxt ayırmadıqlarına görə, yəqin ki, bu açıq-aydın həqiqəti anlaya bilməmişlər. Ancaq dövrümüzdə bu asan həqiqəti çox asan anlaya biləcəkləri imkanlara qovuşmuşlar. Gözün ümumi quruluşu, görüntünü beynə ötürən sinirlər, beyindəki görmə mərkəzi və buna bənzər elmi detalların mikro səviyyədə tədqiq edilməsi və açıqlanması bu mövzunun açıqlanmasını asanlaşdırmışdır. Bundan başqa izafi fizikanın inkişaf etməsi, üç ölçülü filmlər, televiziya, radio və s. texniki imkanlar da bu mövzunu aydınlaşdırma asanlığı verir. Mənim qənaətimə görə, bu əsrdə bu mövzu bütün elm dünyasına hakim olacaq. Sizin də bildiyiniz kimi, kvant fizikası artıq səs-küylə bu həqiqəti xəbər verir. Təbii ki, bəzi insanlar bu böyük həqiqət qarşısında uşaq kimi qorxmasalar və dünyaya olan sevgilərinin məcburən yox olmasını qəbul etsələr, bunun daha asan olacağını ümid edirəm. Lakin belə açıq həqiqətdən qaçmağın, başını quma soxmağın, özünü bilməməzliyə qoymağın insanın şəxsiyyətinə yaraşan davranış olmadığını düşünürəm. Yazmaq istədiyim çox şey var, ancaq vaxtınızı almaq istəmirəm. Sağlam, gözəl günlər diləyirəm. Sağ olun. T.E. /Richmond




  • Maddənin beynimizdəki halı ilə, yəni elektrik siqnallarının şərh edilməsilə meydana gələn surətlərilə təmasda olduğumuzu televiziya, radio və qəzetlər insanlara nə üçün açıqlamır? Bu, qəti həqiqətdir, bir TV proqramında və ya böyük tolk-şou proqramlarından birində bu mövzu Türkiyənin qabaqcıl elm adamları tərəfindən dəyərləndirilməlidir. Əksini iddia edən şəxs çıxsa, çox maraqlıdır, görəsən, nə deyər? Bu mövzunu heç anlaya bilməyən bir neçə insanın izahını eşitmiş və təəccüblənmişdim. O yaşda insanlar bu qədər açıq-aydın mövzunu necə qavramırlar? Yenə belə vəziyyət meydana gələ bilər. Ancaq bunu millət dəyərləndirər. Həm ibrət alar, həm də bu mövzunu qavramayanların məntiqini də, daha doğrusu, məntiqsizliyini də öyrənər. Mənim qənaətim budur ki, bu mövzu İslam dinində çox vacibdir. Əhəmiyyətinin qarşıdakı günlərdə daha çox başa düşüləcəyinə ümid edirəm... K.İ. / Samsun




  • Maddəni tərif etməyiniz mənə çox təsir etdi. Bu mövzu insan ağlının hüdudlarını aşır. Tam başa düşüləcək bir şey deyil. Elə qəribədir ki, məsələn, bu yazdığım bir görüntüdür. Görüntü görüntü ilə görüşür və danışır. Əslində həqiqətdən çox təəccüblü vəziyyətdir. Məncə, bu mövzunu oxuyan hər kəs bu möhtəşəm həqiqəti anlayır... W.B.F./ İngiltərə




  • Kitabınızın arxasındakı maddənin sirri ilə bağlı bölməni oxuduqdan bəri həyata baxışım dəyişdi. Məsələn, ötən gün birisinə əsəbiləşib qışqıracaqdım, sonra ağlıma gəldi ki, hər şeyi beynimin içində görürəm. Dərhal sakitləşdim, əsəbiliyim də keçdi. Bu mənə türk filmi seyr edən yaşlı bir qadının mənfi roldakı aktyora əsəbləşməsi kimi gəlir. Məndə belə dərin dəyişiklik əmələ gətirən həqiqətləri, məncə, daha geniş kütlələrə izah etməli və bunun üçün ayrıca kitab nəşr etməlisiniz. Əgər belə bir kitab yazsanız, zəhmət olmasa, mənə də xəbər verərsiniz. M.V./ Aydın




  • “Maddənin ardındakı sirr” yazınızı oxudum. Hər şey həqiqətən beynimin içində əmələ gəlir? Elə isə beynim də bir görüntü deyil? Əslində anlamadığım budur, bu məktəbdə, televizorda, hər yerdə insanlara izah edilməlidir. Mən bu mövzu ilə bağlı daha çox şey öyrənmək istəyirəm. Bunun üçün nə edə bilərəm? Mənə kömək etsəniz, çox sevinərəm. K.B./ Antalya




  • Mən göz həkimiyəm. Ötən gün bir xəstəm necə gördüyümüz ilə bağlı suallar verdi. Əvvəlcə, sualları texniki xarakter daşıyırdı, ancaq daha sonra həqiqətən məni düşündürən suallar verdi: beynimizin içində əmələ gələn görüntünü görən kimdir? Açığını deyim ki, çox təsirləndim. Mən Allaha və ruhun varlığına inanan bir insanam, ancaq ruhun varlığını bu qədər elmi və açıq bir yolla açıqlamaq mənim ixtisasım olmasına baxmayaraq, ağlıma gəlməmişdi. İnternet səhifənizdən bu mövzu haqqındakı yazınızı oxudum. Bu barədə məsləhət gördüyünüz başqa mənbələr və ya sizin başqa əsəriniz var? Xarici mənbə də ola bilər. Həqiqətən öyrənməyə, araşdırmağa və düşünməyə dəyən çox vacib mövzu olduğunu düşünürəm. İzah edilənlər insanın düşüncə tərzini təkcə genişləndirmir, həm də həyatındakı bir çox şey barədə sorğu-sual etməsinə səbəb olur. Həqiqətən, vacibdir. F.N.G./Eskişehir




  • Dünən “MADDƏNİN ARDINDAKI SİRR” CD-sini seyr etdim. Öz ağlımla anlamağa çalışdım və ya anladığımı zənn etdim. Cavab axtardığım bəzi suallar var. Xahiş edirəm, mənə kömək edin. M.H./İzmir




  • “Maddənin ardındakı sirr” adlı yazını oxuduqda hər şeyin mənim üçün hazırlanmış ssenari olduğunu düşündüm. Mövzunun aydın olması üçün özümü “Truman Show” və ya “Matrix” adlı filmdəki kimi hiss etdim. Mənə mənim üçün hazırlanmış bir maşının içində yaşayıram kimi gəldi. Mövzunu bu şəkildə inanaraq düşündükdə özümdə fərqli hallar hiss etdim. Bu mövzunu indiyə qədər heç kimin izah etmədiyi qədər dərindən izah etmisiniz. E.H./Toronto




  • ... “Maddənin ardındakı sirr” adlı video kassetinizin bir hissəsini seyr etdim. Mövzu olduqca gözəl şəkildə açıqlanmış, lakin bu həqiqəti izah edərkən düşünürəm ki, daha çox misallara ehtiyacımız olacaq. Sənədli filmdə verilən nümunələr kifayətdir, ancaq xüsusilə gündəlik həyatdan bir az da nümunlər yeni nüsxələrdə yer alarsa, öz tərəfimizdən bu həqiqətin başa düşülməsinin və izah edilməsinin daha asan olacağını düşünürəm. Çünki bu mövzunu insanlar lazım olduğu kimi şərh edə bilmirlər və səhv fikirlər irəli sürürlər. Bunun qarşısını almaq üçün mövcud nümunələrə daha bəsit nümunələrin əlavə edilməsi, mənim fikrimcə, daha faydalı olar. Ş.G./İstanbul




  • Maddi dünyaya və həyata baxışımı kökündən dəyişdirdi. Həyat, ətrafım və insanlar artıq mənim üçün heç də əvvəlki kimi deyil. Həqiqətləri öyrəndikcə bəzi şeylərdən soyumağa başladım, bir az da özüm düşünməyə başladım. Bilmirəm, bu, doğrudurmu? Amma bir tərəfdən də özümü daha rahat, təhlükəsiz və xoşbəxt hiss edirəm. İnsanların etdikləri, sözləri mənə çox bəsit gəlir. Bu yaşadıqlarımı anlaya biləcək və dinləyə biləcək insanlar axtarıram. Sizlərdən mənə hər zamankı kimi bu çox vacib mövzuda da kömək etməyinizi istəyirəm. Çünki boş yerə yaşamaq, boş yerə hadisələrə kədərlənmək istəmirəm. K.U./Tekirdağ



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə