Xəyalin diGƏr adi: maddə



Yüklə 1,03 Mb.
səhifə10/15
tarix20.10.2017
ölçüsü1,03 Mb.
#6125
1   ...   7   8   9   10   11   12   13   14   15

Etiraz: Bir tərəfdən Allahı iman həqiqətləri ilə açıqlayarkən, digər tərəfdən Onun varlıq dəlili kimi təqdim etdiyi “varlıq aləmi”nin yox olduğunu demək ziddiyyət deyilmi?
Cavab: Maddənin əsli ilə bağlı izahları tam qavraya bilməyən bəzi insanlar “maddi dünyanın əsli ilə təmasda ola bilmərik, sadəcə zehnimizdəki xəyali görüntülərilə təmasda oluruq” ifadəsini “heç bir şey yoxdur” kimi səhv anlayırlar. Əslində isə: “Maddə hisslər cəmidir və ya beynimizdə gördüyümüz görüntüdür”, -demək, “maddə yoxdur”, -demək deyil. Maddi kainat vardır, amma biz əslini heç vaxt bilmərik. Biz sadəcə maddənin zehnimizdəki surətilə, yəni xəyalı ilə təmasda oluruq.

Maddənin xəyalı ilə təmasda olmağımız Allahın varlığının qəti dəlilidir. Çünki (eynilə ilə görüntü kimi) hiss və xəyal mərtəbəsində olan varlıq öz-özünə meydaya gəlməyəcəyinə görə, bu, bunu var edən Yaradanın olduğunu, yəni üstün güc sahibi Allahı göstərir. Ona görə, maddi kainatın görüntü olması həqiqəti Allahın varlığının və birliyinin qəti dəlilidir. Bu səbəbdən, maddənin görüntüsü ilə təmasda olmağımız ilə varlıqların Allahın varlığına dəlil təşkil etməsi arasında heç bir ziddiyyət yoxdur, əksinə mübahisəsiz məntiq əlaqəsi var.

Allah bütün varlıqları yaratmışdır, ancaq biz bu varlıqların sadəcə zehnimizdəki hisslərini, görüntülərini bilirik və bu görüntü varlıqlara aid xüsusiyyətlərin tədqiq edilməsi, araşdırılması, Allahın yaratmadakı üstünlüyünün, sənətinin və sonsuz ağlının dəlillərini göstərir. Beləliklə: “Maddə hisslər cəmidir”, -demək və sonra bu görüntülərə aid xüsusiyyətləri araşdıraraq Allahın ucalığını, böyüklüyünü və qüdrətini görmək əsla ziddiyyət deyil.

Bundan əlavə, bunu da bildirmək lazımdır ki, bəzi şəxslər ancaq Allahı düşünən varlıqlar olduqda Allahın var olduğunu (Allahı tənzih edirik) hesab edir və bu böyük xətaya görə, bəzi etirazlar irəli sürürlər. Əslində isə Allah istəsə, yaratdığı bütün görüntüləri silə bilər, bütün varlıqları yox edə bilər. Ancaq Allah yenə var olmaqda davam edər. Çünki O, əzəli və əbədidir, əvvəli və sonu yoxdur, Əvvəl və Axırdır. Allah istədiyini bir anda yox edə biləcəyinə bir çox ayəsində diqqət çəkir:


Ey insanlar! Əgər O istərsə, sizi yox edər, (yerinizə) başqalarını gətirər. Allah buna qadirdir! (Nisa surəsi, 133)
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir. O, şükrə layiqdir! Əgər istəsə, sizi yox edib (yerinizə) başqa bir məxluq gətirər. Bu, Allah üçün çətin deyildir! (Fatir surəsi, 15-17)
Allah bütün varlıqları yaratmazdan əvvəl də vardır, bütün varlıqlar yox olsalar da, var olacaqdır. Rəbbimiz ayələrdə belə bildirir:
(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)
Etiraz: “Bu açıqlamalar qəbul edildikdə, haram və halal qavrayışları qalmır”.
Cavab: Bu, tamamilə həqiqətdən kənar iddiadır. Çünki maddi dünyanın əsli ilə təmasda olmamağımız həqiqəti imtahanın sirrini ortadan qaldırmaz. Maddənin əslini heç vaxt bilməsək də, Allahın haram buyurduqları haram, halal buyurduqları isə halaldır. Məsələn, Allah donuz ətini haram buyurmuşdur. “Necə də olsa, donuzun xəyalı ilə təmasdayam”, -deyərək bu heyvanın ətini yeməyin böyük səmimiyyətsizllik və ağılsızlıq olacağı aydındır. “Qarşımdakı insanların hamısının sadəcə zehnimdə əmələ gələn görüntülərini görürəm, onlara yalan söyləsəm, heç bir şey olmaz”, -demək də Allahdan qorxan və bu həqiqəti lazımi olduğu kimi qavrayan insana yaraşmaz. Bu, Allahın bütün həddləri, əmr və qadağalarına da aiddir. Məsələn, bu həqiqət 5 vaxt namazımızı qılmağı, zəkat verməyi ortadan qaldırmaz. Verdiyimiz zəkatın maddəsinin, bu zəkatı verdiyimiz insanların zehnimizdəki xəyallar olmaları fərz olan bu ibadətin yerinə yetirilməsinə mane olmaz. Allah bütün dünyanı hisslər cəmi kimi yaratmışdır, ancaq bizlərin boynuna bu xəyallar içində Quranda bildirdiklərinə görə məsuliyyət qoyur.

Keçmişdə bəzi kütlələrin bu həqiqəti təhrif edərək halal və haramları ortadan qaldırmağa çalışmışdır. Ancaq bu kütlələr onsuz da əsas inanc kimi azğın anlayışa malik idilər və bu həqiqəti də nəfsləri və mənfəətləri üçün istifadə edə bilərlər. Ancaq bilmək lazımdır ki, onların gəldikləri bu nəticə doğru deyil, təhrif edilmişdir.

Beləliklə, səmimi düşünən insan çox açıq şəkildə görəcəkdir ki, imtahan üçün maddənin əsli ilə təmasda olmaq şərt deyil. Allah imtahan mühitini görüntü aləmi içərisində yaratmışdır. Bir insanın namaz qılması, halala-harama diqqət etməsi üçün maddənin əslini bilməli olduğunu irəli sürənlərin heç bir əsası yoxdur. Bundan əlavə, əsas olan ruhdur. Axirətdə cəzalandırılan və ya cənnət nemətləri ilə ruziləndirilən də ruhdur. Allahın imtahan etdiyi varlıq da insanın ruhudur. Ona görə, maddənin beynimizdəki xəyalı ilə təmasda olmağımız həqiqəti halal və haramlara əməl edilməsinə və ibadətlərin yerinə yetirilməsinə əsla mane olmaz.

Burada bunu da bildirmək lazımdır ki, görüntüyə görə məsuliyyət daşımayacaqlarını iddia edənlər cəhənnəmə girdikdə də: “Biz buna görə məsuliyyət daşımayacağımızı dedik, ona görə də buradayıq”, -deyəcəklər. Amma bunu da unutmamalıdırlar ki, dünya həyatı kimi cəhənnəm də görüntü olsa da, cəhənnəm əzabı sonsuzluğa qədər yaşanacaqdır. Allah bu görüntü içində inkar edənlərə əzabı hər yönü ilə hiss etdirəcəkdir.


Etiraz: “Bütün insanlar hər hansı bir ağac gördükdə, onun yarpaqlarına yaşıl deyirlər. Hər kəs bu ağacı eyni cür tərif etdiyinə görə, deməli, bu ağac sadəcə mənim zehnimdə deyil”.
Cavab: Ətrafımızdakı insanların yaşıl dediyinə biz də yaşıl deyirik. Ancaq onların yaşıl adlandırdıqları rəng bizim zehnimizdə gördüyümüz yaşıldır, yoxsa bizim mavi gördüyümüzə yaşıl deyirlər, buna öyrənmə imkanımız əsla yoxdur. Çünki daha əvvəl də bildirildiyi kimi, zehnimizdən kənarda rənglər yoxdur. Xarici aləmdə sadəcə işığın fərqli dalğa uzunluqları var və bu dalğa uzunluqlarını rənglərə çevirən beynimizdir. Ona görə, rənglər bizim daxilimizdə əmələ gəlir və başqa şəxsin bizim beynimizdə əmələ gələn rəngi görmək imkanı yoxdur. Bu mövzu bir çox filosof və elm adamı tərəfindən mübahisə edilən məsələdir və elm adamlarının ortaq qənaəti budur: “Biz, bizim qırmızı dediyimiz gülü yanımızdakı şəxs də bizim gördüyümüz kimi görür, yoxsa o bizim mavi dediyimizə qırmızı deyir, bunu heç vaxt bilmərik”. Bu sadəcə rənglər üçün deyil, bütün hisslərimizə də aiddir. Məsələn, Daniel Dennet bu mövzu haqqındakı düşüncələrini və marağını belə ifadə edir:

Cisimlərin görüntülərinin, səslərinin və qoxularının mənə gəlmə formaları var. Bu, açıqdır. Yenə də cisimlər digər insanlara da mənə göründüyü kimi görünüb-görünmədiyi mənə maraqlıdır.

... Bir şeyə baxdıqda sizin və mənim eyni rəngi gördüyümüzü haradan bilərəm? İkimizə də rəng adları, ümumi şəkildə rəngli cisimlərdə göstərilərək öyrədilmişdir, tamamilə fərqli rəng təcrübələri keçsək də, bu rəngləri sözlə ifadə etməyimiz oxşar olacaqdır. Məsələn, qırmızı şeylərin mənə görünməsi yaşıl şeylərin sizə görünməsi kimi olsa da.50

Harvard Universitetindən psixologiya professoru Drew Westen isə elmi cəhətdən digər şəxsin gülü bizimlə eyni cür qavrayıb-qavramadığını bilməyəcəyimizi belə açıqlayır:



Əgər qavrayış yaradıcı və ya struktural prosesdirsə, insanlar dünyanı hansı dərəcəyə qədər eyni şəkildə qavrayırlar? Qırmızı bir insana göründüyü kimi digər insana da eyni şəkildə görünür? Əgər bir insan sarımsağı xoşlayırsa və digəri xoşlamırsa, bu eyni dadı xoşlayan və xoşlamayan 2 fərqli insandır, yoxsa sarımsaq hər biri üçün fərqli dada malikdir? Qavrayışın struktural təbiəti insanların dünyanı hansı dərəcəyə qədər həqiqətdə olduğu kimi görüb-görmədikləri problemini yaradır. Platon bizim qavradıqlarımızın hər hansı bir mağaranın divarındakı kölgələrdən bir az daha çox olduğunu iddia edir. Bir fincan qəhvənin isti olduğunu söyləmək nə məna verir? Ot həqiqətən yaşıldır? Görmə sistemi işığın müəyyən dalğa uzunluqlarını ayırd etməkdən məhrum olan və yaşıl rəng korluğu olan insan otu yaşıl görməz. Yaşıllıq obyektin (ot), qavrayanın xüsusiyyətidir, yoxsa müşahidəçi ilə müşahidə edilən arasındakı bir növ əlaqələrdir? Bütün bunlar duyğu və hissin həlledici cəhətindəki fəlsəfi suallardır.51

Göründüyü kimi, eyni tərifləri verməyimiz və ya eyni rəngin adını söyləməyimiz eyni şeyləri görməyimiz demək deyil. İnsanların qavrayışlarını müqayisə etmək isə tamamilə mümkünsüzdür, çünki hər kəs beyninin içindəki özünə aid dünyanı görür. Bu etirazla bağlı başqa bir açıqlama isə sonrakı etirazda verilir.


Etiraz: “Mənimlə birlikdə üç nəfər bağda gəzir və üçümüz də eyni şeyləri görürük. Hamımızın zehnində gördükləri bir-birinin eynidirsə, onda zehnimizdəki görüntülərin xəyal olduğunu necə deyə bilərik?”
Cavab: Sizinlə birlikdə başqa insanların da eyni şeyləri görməsi maddənin xarici aləmdəki əslini görməyiniz mənasına gəlməz. Çünki siz ətrafınızdakıları da beyninizin içində görürsünüz. Məsələn, meyvə bağında dostlarınızla birlikdə gəzərkən gördüyünüz alma, ərik, tut ağacları, rəngarəng çiçəklər, quşların səsi, əsən meh, xoş çiçək və meyvə ətri necə beyninizdə əmələ gəlirsə, dostlarınız da onların danışıqları da beyninizdə əmələ gəlir. Yəni dostlarınız xarici aləmdəki bağda deyil, sizin zehninizdə gördüyünüz bağda gəzirlər. Ona görə, dostlarınızın sizinlə eyni görüntünü görməsi gördüklərinizin əsli ilə təmasda olmağınız demək deyil.

Hətta böyük stadion dolu insanla hər hansı bir futbol matçını seyr etdikdə minlərlə insanın vurulan qolu eyni anda görməsi və buna eyni anda münasibət göstərməsi də nə o stadionun, nə futbolçuların, nə hakimlərin, nə də stadionu dolduran insanların əsl varlıqlarını gördüyünüzə dəlil deyil. Çünki stadion və içindəki futbolçular, tamaşaçılar, alqışlar və orada gördüyünüz hər şey sizin beyninizdə əmlə gəlir. Qol vuran futbolçu da, bu qola sevinən tamaşaçılar da sizin içinizdədir. Siz beyninizdə atılan qola sevinirsiniz, beyninizdəki insanlarla birlikdə alqışlayırsınız. Nəticədə ətrafınızda gördüyünüz insanların sizin gördüklərinizi təsdiqləməsi xarici aləmdəki əslləri ilə təmasda olduğunuz demək deyil. Çünki “yanımda” dediyiniz insanlar nə qədər çox olsalar da, əslində beyninizin içindədirlər.


Etiraz: “Xarici aləmi olduğu kimi qavrayırıq, ona görə də davranışlarımızda hər hansı bir anormallıq yoxdur. Məsələn, uçurumun kənarında düz yolda olduğu kimi düz yerimirik. Uçurumu görüb dayanırıq”.
Cavab: Bu etiraz bu şəxsin düşüncə qarışıqlığı içində olduğunu və izah edilənləri heç anlamadığını göstərir. Çünki bu şəxsin etirazı belə bir iddiaya əsaslanır: “Xarici aləmdə maddi gerçəklik var. Ancaq hər kəs bu maddi dünyanı öz zehnində fərqli görə bilər”. Bu şəxs ortada belə bir iddianın olduğunu zənn edir və buna etiraz edərək: “Xarici aləmdə maddi gerçəklik var və biz onu olduğu kimi görürük, kimsə xarici aləmi olduğundan fərqli görə bilməz. Bunun dəlili də budur ki, xarici aləmdə uçurum olduqda onu uçurum kimi görürük və kənarına çatdıqda dayanırıq”, -deyərək bu iddianı əsassız etdiyini zənn edir.

Əslində isə burada haqqında danışılan həqiqət bu şəxsin anladığından çox fərqlidir. Burada: “Xarici dünya var, amma bu dünyanı biz eynilə deyil, fərqli görürük”, -deyilir. Burada: “Biz bütün yaşadıqlarımızı zehnimizdə görürük və əslləri ilə heç vaxt təmasda ola bilmərik. Buna görə, xarici aləmdəki əsllərinin necə olduğunu biz bilmərik”, -deyilir.

Yolda yeriyərkən uçurumdan yıxılmamağımız isə maddənin xarici aləmdəki orijinalı ilə təmasda olmağımız demək deyil. Biz düz yolda yeriyərkən də uçurumun kənarına çataraq dayandıqda da beynimizin içindəki yolda yeriyir, beynimizin içindəki uçurumu görürük. Hətta bu uçurumdan yıxılsaq da, beynimizdə gördüyümüz uçurumdan yıxıldığımıza dair hissləri də beynimizdə hiss edirik. Eyni ilə daha əvvəl izah etdiyimiz avtobus vurması, it dişləməsi və s. kimi nümunələrdə olduğu kimi. Uçurumdan yıxıldıqda baş verən yaralanma, sınıq və ya ağrı kimi hisslərin hamısı beynimizdə əmələ gələn görüntü və hisslərdir.
Etiraz: “Allahın bizə bu görüntüləri seyr etdirməsinin məqsədi bizi imtahan etməkdir. Ancaq onsuz da bəzi hərkətlərin yaradıcısı olan Allah nə üçün belə bir imtahan mühiti yaratmışdır?”
Cavab: Əlbəttə, insanların davranışlarının necə olduğunu görmək üçün Allahın onları sınamağa ehtiyacı yoxdur. Çünki bütün hadisələri, zamanları və məkanları yaradan Rəbbimizdir. Allah zamandan və məkandan uzaqdır. Bizim üçün keçmiş və gələcək hadisələr Onun qatında tək bir an içərisində yaşanıb sona çatmışdır. Ancaq Allah yaratdığı imtahan və səbəblər daxilində insanların öz davranışlarına şahid olmaları, nə üçün cənnətə və ya nə üçün cəhənnəmə getdiklərini bilmələri üçün bizlərə bunları yaşadır. Allahın dost olduğunu, sonsuz ədalətli, mərhəmətli və şəfqətli olduğunu bilən insan Allahın bu yaratmasından razı olur.

Allah bizlərə Öz qatında olub-bitmiş hadisələri seyr etdirir. İnsana isə bunları özü etdiyi hissini verir və bu hiss içində bizə Quran vasitəsilə bildirdiyi hər şeyə görə məsuliyyət daşıdığımızı xəbər verir. Bizim boynumuza düşən vəzifə Rəbbimizin bizə əmr etdiklərini yerinə yetirməkdir. Bundan sonrasını isə ancaq Rəbbimiz istəsə, öyrənə bilərik. Bu sirri və hikməti Allah istəsə, bizə dünyada və ya axirətdə göstərə bilər və ya heç vaxt göstərməyə bilər. Allahın bir ayəsində bildirdiyi kimi: “...Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər...” (Bəqərə surəsi, 255). Nə olarsa olsun, Allah bizim sahibimiz və dostumuzdur. Elə isə bizim üzərimizə düşən bizə sonsuz nemətlər bəxş edən Allaha güvənmək, Onun hər yaratdığından razı olmaqdır.

Bəzi insanlar tarixən maddənin əsli mövzusunu qavramışlar, ancaq Allaha olan imanları və Quranı qavramaları zəif olduğu üçün təhrif edilmiş inanclar meydana gətirmişlər. “Hər şey necə də olsa, xəyaldır, onda ibadətlərə nə gərək var”, -deyənlər olmuşdur. Bunlar son dərəcə azğın və cahil fikirlərdir. Hər şeyin Allahın bizə göstərdiyi xəyallar olduğu doğrudur. Ancaq Allahın boynumuza Qurandakı əmrlərə görə məsuliyyət qoyduğu da qəti həqiqətdir. Biz Allahın əmr və qadağalarına dəqiqliklə əməl etməliyik.

Allah Quranda insana ruh ilə bağlı çox az məlumat verildiyini bildirir. Nəticədə, Allah bu imtahan görüntüsünü bir məqsədlə yaratmışdır. Allah bu məqsədi ayələrində belə bildirir:


Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver! (Bəqərə surəsi, 155)
Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq işlərdəndir. (Ali-İmran surəsi, 186)
Bu imtahanın bir çox hikməti var. Bunlardan biri bizim sınanmağımız və buna əsasən sonsuz həyatımızda harada olacağımızın müəyyən edilməsidir. Digər bir hikməti isə insanların öz etdiklərinə həyatları boyu şahid olmaları, əxlaqlarını axirət günündə Quran əxlaqı ilə müqayisə edilərək nə üçün cənnətə və ya nə üçün cəhənnəmə layiq görüldüklərini görmələri ola bilər. Ancaq bunun doğrusunu Allah bilər. Biz ancaq dua ilə Allahdan bizə elmini açmasını, göstərməsini istəyə bilərik.
Etiraz: “Bu danışılanlardan başa düşdüyümüz kimi, ölümdən sonra da xəyallarla təmasda olacağıq. Xəyallarla təmasda olmaq sonsuza qədər davam edəcək? Cənnət və cəhənnəm də görüntülərdən ibarətdir?”
Cavab: Allah dünyada bütün insanları sadəcə ruhlarına seyr etdirilən görüntüləri qavrayacaq şəkildə yaratmışdır. Yəni biz sadəcə zehnimizdə bizə göstərilənləri görə bilirik, zehnimizdən kənardakıları görmək və ya onlara toxunmaq imkanımız yoxdur. Ancaq Allah ölümdən sonra insanı başqa bir yaradılışla yaradacaqdır. Bu yaradılış da görüntü çərçivəsində olacaq, yəni biz yenə cənnət görüntüsünü zehnimizdə görəcəyik. Bu yeni yaradılışın necə olacağını bilmirik. Ancaq bunu da unutmaq olmaz ki, cənnət və cəhənnəmin hiss kimi qavranılması nə cənnətdən alınacaq zövqü, nə də cəhənnəmdə olan əzabı azaltmayacaq. Hər hansı bir insan dünya həyatında, zehnində necə əlinin yandığının bütün əlamətlərini, ağrını hiss edirsə, bu hissin gerçəkliyi axirətdə də davam edəcəkdir.

Ağrı kimi hisslər də beyində hiss edilir. Ancaq bütün insanların bildiyi bu ağrı hissi bütün digər hisslərimiz kimi son dərəcə həqiqi yaradılır. Hətta bəzən insan hiss etdiyi ağrının şiddətindən huşunu itirir. Buna bənzər bəzi görüntülər də zehnimizdə bir hiss kimi yaradılmalarına baxmayaraq, çox həqiqi olduqları üçün insana bir çox cəhətdən narahatlıqlar verir. Məsələn, pis görüntü, pis qoxu, narahatlıq verən səs insanda böyük narahatlıq meydana gətirir. Bunların beyində qavranılması bu həqiqəti dəyişdirmir. Ona görə, cəhənnəmin insanların ruhuna xəyal kimi göstərilməsi inkar edənlərin sonsuza qədər çəkəcəkləri əzabı azaltmayacaq. Allah qüsursuz yaratması ilə dünya həyatını insanlara “mütləq həqiqət” zənn edəcəkləri şəkildə necə aydın və inandırıcı yaradırsa, axirət həyatını da elə yaratmağa gücü çatandır. Allah bir çox ayəsində cəhənnnəm əzabının dözülməz əzab olduğunu bildirir:


Eyni zamanda da əzabım da çox şiddətli əzabdır. (Hicr surəsi, 50)
Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin ən şiddətli cəzasını verəcəyik! Budur Allahın düşmənlərinin cəzası - cəhənnəm! Ayələrimizi inkar etmələrinin cəzası olaraq onların əbədi məskəni oradadır! (Fussilət surəsi, 27-28)
Eyni vəziyyət cənnətə də aiddir. Bir insanın dünya həyatında zövq aldığı, xoşladığı, gözəl gördüyü hər şey əslində zehnində meydana gələn hissdir. Məsələn, ən yaxın dostu ilə söhbət edən insan əslində zehnində əmələ gələn dostu ilə söhbət edir. Bir şəlalənin möhtəşəm görüntüsünü, gurultulu səsini dinləyən insan əslində zehnində əmələ gələn şəlaləni seyr edir, zehnində əmələ gələn səsini dinləyir. Bu, qəti həqiqətdir. Ancaq bu vəziyyət insanın bu görüntüdən zövq almasına mane olmur. Bu səbəbdən, Allah Quran ayələrində cənnətin insanlar üçün böyük qurtuluş və xoşbəxtlik olacağını, cənnətdə nəfslərinin xoşlayacağı hər şeyin mövcud olacağını belə bildirir:
Lakin öz Rəbbindən qorxanları altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir. (Ali-İmran surəsi, 198)
Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələr. Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır! (Tövbə surəsi, 21-22)
Tərəzisi ağır gələn kimsə xoş güzəran içində olacaq! (Qariə surəsi, 6-7)
Bundan başqa, bütün bu gözəl görüntüləri ona seyr etdirənin Allah olduğunu bilən insan bundan daha çox zövq alır. Məsələn, dərdiyi almanın təzə və gözəl qoxusunu alan və bu qoxunu, meyvənin estetik görünüşünü, dadını və gözəlliyini onun üçün yaradan Allahı düşünən insan bu görüntüdən digər insanların aldıqlarından daha böyük zövq alır. Cənnətdə də Allah hər mömin üçün cənnət görüntüsünü ayrı-ayrı yaradacaq və hər möminə nəfsinin istədiyi hər şeyin ən gözəlini orada verəcəkdir. İnsan dünyada da axirətdə də tək dostu, vəlisi, qoruyucusu və yaradıcısı olan Allah ilə bərabərdir. İnsanın cənnətdə yanında görəcəyi peyğəmbərlər, elçilər, saleh möminlər, hurilər və qılmanlar isə Allahın dostluğunu, sevgisini və yaxınlığını ən çox təzahür etdirdiyi varlıqlardır.

Allahın bütün həyatımızı hisslər cəmi kimi seyr etdirdiyi açıq həqiqətdir. Bu həqiqəti anlayan səmimi insan Allahın ədalətindən, hər şeyi qüsursuz yaratmasından və Allahın yaratdığı hər şeyin ən gözəli və ən xeyirlisi olduğundan heç şübhələnməməlidir. Allah cənnəti də, cəhənnəmi də xəyal kimi görüntü içərisində yaradacaq. Ancaq bu həqiqət Allahın Qurandakı vədini dəyişdirmir. Cənnətdə insana ən böyük zövqlər və gözəlliklər sonsuzluğa qədər bəxş edilərkən inkar edənlər üçün də cəhənnəmdə ən şiddətli əzablar sonsuzluğa qədər davam edəcəkdir. Allahın yaratması qüsursuzdur və Allah vədindən dönməz.


Belələri yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və onlara verilmiş doğru vədə görə cənnət əhli içərisində olacaq kimsələrdir! (Əhqaf surəsi, 16)
Ayələrdə də bildirildiyi kimi, cənnət hal-hazırda Allah qatında mövcuddur. Allah cənnəti və cəhənnəmi yaratmışdır və hər ikisi də hər halı və anları ilə Allahın hifzində hal-hazırda durur.
Etiraz: “Heç vaxt mütləq varlıqlar ilə üz-üzə gəlməyəcəyik? Davamlı olaraq xəyali mühitlə təmasda olduğumu bilmək məni narahat edir”.
Cavab: Tək mütləq varlıq Allahdır. Gördüyümüz digər varlıqlar Allahın təzahürləridir. İnsanların ümumi qənaəti daima özlərinin və gördükləri digər varlıqların mütləq olmaları, Allahın isə radiodalğalar kimi onları əhatə etməsidir (Allahı tənzih edirik). Əslində isə tam doğru olan bunun əksidir. Yəni var olan yalnız Allahdır. İnsanın Allahın Zatını gözlərilə görməməsi onu aldatmamalıdır. İnsan hara çevrilsə də, kimə baxsa da, əslində gördüyü, baxdığı hər yerdə Allahın təzahürləri vardır. Üstəlik bu, insanı narahat etməz, əksinə, Allaha iman gətirən insanın çox xoşuna gələcək həqiqətdir. Allahın tək mütləq varlıq, bizim isə xəyal olmağımız qul üçün şərəfdir. Belə bir həqiqət insana sevinc verir. Rəbbimizə olan heyranlığımızı və Onun sonsuz qüdrətinə olan təslimiyyətimizi qat-qat artırır.

Bundan başqa, insanın bütün dünyəvi istəklərini təbii olaraq aradan qaldıran, Allaha heç bir şirk qoşmadan iman gətirməsini təmin edən vacib məlumatdır. Çünki: “Allahdan başqa da mütləq varlıq var”, -dedikdə o varlığı Allaha ortaq qoşur, ona Allahın gücündən başqa güc aid etmiş olur. Amma bu həqiqəti bilən insana belə vəziyyət şamil edilə bilməz. Belə bir insan Allahdan başqa heç kimdən qorxmaz. Bir güc və ya imkan əldə etdikdə bunun əslində Allaha aid olduğunu bilir.

Allahın yaratdığı hər zaman ən gözəl və ən xeyirlidir. Bu həqiqət heç vaxt unudulmamalıdır. Allah bir ayəsində belə bildirir:
Dön Rəbbinə, sən Ondan və O da səndən razı olmuş şəkildə! (Fəcr surəsi, 28)
İnsan daima Allahın yaratdığı hər hadisədən razı qalmalıdır. Onda bu məlumatın insanların Allaha olan yaxınlıqlarını necə artıracağı daha yaxşı qavrana bilər. Bundan əlavə, bu böyük həqiqəti nəzərə alaraq Quran bir daha oxunduqda bir çox ayənin hikməti daha yaxşı başa düşülər.

Ancaq Allaha iman gətirməyən, dünya həyatına bağlı olan, axirəti istəməyən, materialist fikrə malik olan insanlar üçün bu həqiqətin narahatlıq verən, “vahiməli” vəziyyət olması həqiqətdir. Çünki həvəslə bağlandıqları hər şeyin, mütləq varlıq zənn etdikləri şəxslərin əslində xəyalı ilə təmasda olduqlarını anlamaq onlar üçün böyük ümidsizlik və məhvdir. Bunu anladıqda bütün həyatları boyu xəyalın ardınca qaçaraq, həvəslənərək boş yerə yorulduqlarını anlayacaqlar və mənasız işlərlərlə məşğul olub, həqiqətləri inkar etdiklərini görüb çox peşman olacaq, hətta son dərəcə alçalacaqlar. Bu insanların xəyal olan şeyləri həqiqət zənn edərək aldanmaları isə onları axirətdə məhv edəcəkdir.


Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları bütlər də onlardan uzaqlaşıb qeyb olacaqlar. Şübhəsiz ki, axirətdə də ən çox ziyana uğrayanlar onlardır! (Hud surəsi, 21-22)
Amma Allahı tək dost və vəkil kimi qəbul edən, Allaha könüldən bağlı qullar üçün hər şeyin xəyal, Allahın tək mütləq varlıq olması böyük sevinc vəsiləsi və gözəllikdir.
Etiraz: “Xəyali mühitin sona çatması heçlikdir? İnsan bu heçliyin içində qala bilərmi?”
Cavab: İnsanların bu mövzu üzərində düşünmələrinə mane olan, onları qorxudan səbəblərdən biri bu mövzu üzərində fikirlərini cəm edərək dərindən düşündükdə özlərinin və toxunduqları hesab etdikləri cisimlərin əslini heç vaxt görə bilməyəcəklərini anlamaq və heçliyin içində qalmaqdan qorxmaqdır. Ancaq Allahın istəyi xaricində Allah bu imtahan dünyası üçün yaratdığı səbəbləri ortadan qaldırmaz. Bu səbəblər biz ölənə qədər bizim üçün yaradılmaqda davam edəcək.

Toxunduqda stolun bərkliyini hiss edəcəyik, əlimizi kəsdikdə əlimiz qanayacaq, ağrı hiss edəcəyik, aclıq, qorxu, ağrı, xəstəlik kimi imtahanları yaşayacağıq. Xəyallar dünyasında yaşamağımız bizi bu səbəblərə bağlı olmaqdan ayırmayacaq. Ölümümüzlə birlikdə isə yenə də heçlik olmayacaq, Allahın Quranda bildirdiyi kimi, fərqli ölçüyə və səbəblərə bağlı həyatımız başlayacaq. Beləliklə, insanın heçlik içində qalacağından qorxması yersizdir, çünki Allah bu imtahan mühitində insanı yaratdığı üçün bu hissləri yaratmaqda davam edəcək. Belə ki, Allah Quranda bildirdikləri bu yöndədir. İnsanın dünya həyatına aid hissləri bitdikdə axirət həyatına dair hissləri başlayacaq və insan heç vaxt heçlik içində olduğunu hiss etməyəcək.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə