Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   35   36   37   38   39   40   41   42   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
69 
 
Ağdamdakı  RÖYTER  müxbiri  Elif  Kaban  məlumat  vermiĢdir  ki,  çərĢənbə  qırğınından  sonra  azərilər 
onlarla  insan  dəfn  edirdilər,  hansılar  ki,  bu  bölgənin  ikinci  böyük  yaĢayıĢ  mərkəzi  olan  Xocalı  Ģəhərinin 
ermənilər tərəfindən iĢğalı zamanı öldürülmüĢdü. Dəfndə iĢtirak edənlərdən biri jurnalistlərin üstünə qıĢqıraraq 
demiĢdir: "Dünya burada baĢ verənlərə göz yumur. Biz ölürük, siz isə baxırsız".  
 
Sandey Tayms, 1 Mart 1992 
 
ERMƏNĠ ƏSGƏRLƏRĠ YÜZLƏRLƏ QAÇQIN AĠLƏNĠ QIRIR 
 
Tomas QOLTS, Ağdam, Azərbaycan 
 
Sağ  qalanların  sözlərinə  görə,  erməni  əsgərləri  450-dən  çox  azərbaycanlıya  atəĢ  açmıĢ  və  süngüdən 
keçirmiĢlər. Onların çoxu uĢaq və qadınlar idi. Yüzlərlə, bəlkə də minlərlə insan itkin düĢmüĢ və ölmüĢdür.  
ĠĢğalçılar qadın və uĢaqları müdafiə edən əsgərləri və könüllüləri öldürmüĢlər. Sonra onlar qorxudan əsən 
qaçqınlara atəĢ açmağa baĢlayıblar. Sağ qalanlardan bir neçəsi baĢ verənləri belə təsvir etdi: "Elə əsl qırğın belə 
baĢladı. Ermənilər  dayanmadan atırdılar. Sonra onlar içəri  daxil  oldu, bıçaq  və süngü  ilə adamları doğramağa 
baĢladılar". Bu, sağ qalan üç əsgərdən biri olan Azər Hacıyevin dedikləri idi.  
Raziyə  Aslanova  Ağdama  baĢqa  qadınlar  və  uĢaqlarla  erməni  meĢələrindən  keçərək  gəlmiĢdir.  O, 
ermənilərin  dayanmadan  atdığını  bildirdi,  əri  və  kürəkəninin  gözləri  qarĢısında  öldürüldüyünü  dedi.  Qızı  isə 
hələ də tapılmayıb.  
Ağdama gələn oğlanlardan biri qulağını itirmiĢdi.  
Sağ  qalanların  dediyinə  görə  daha  2000  adam,  hansılar  ki,  ayrı  qaçmıĢdı,  hələ  də  tapılmayıb:  bəlkə  də 
onların çoxu soyuqdan yaxud da aldıqları yaralardan ölüblər.  
Dünən  gecə  Ağdam  meyitxanasına  479  meyit  gətirildi  və  qəbiristanlıqda  29  nəfər  dəfn  olundu.  Mənim 
gördüyüm və hələ dəfn olunmamıĢ 7 cənazənin 2-si uĢaq, 3-ü isə qadın idi. Onlardan birinin sinəsi aldığı güllə 
yarasından tamamilə dağılmıĢdı.  
Ağdam xəstəxanası qan və terror səhnəsinə çevrilmiĢdi. Həkimlər bildirdi ki, soyqırımdan qaçan 140 xəstə 
dərin güllə yaralarından əziyyət çəkir.  
Ancaq  onlar  Ağdamda  da  təhlükəsiz  deyildilər.  Cümə  günü  gecə  150  min  əhalisi  olan  Ģəhərin  üzərinə 
raketlərdən zərbələr endirildi. Bir neçə bina dağıdıldı və bir nəfər öldü.  
 
Tayms, 2 Mart 1992 
 
QARABAĞDA CƏNAZƏ TƏPƏLƏRĠ 
 
Anatol  Liven  erməni  qoĢunları  tərəfindən  həyata  keçirilən  kütləvi  insan  qırğını  barədə  məlumat  toplayan 
zaman atəĢə tutulub.  
Biz  Dağlıq  Qarabağın  qarla  örtülmüĢ  dağlarından  aĢağı  düĢərkən  səpələnmiĢ  meyitləri  gördük.  Görünür, 
qaçqınlar  qaçarkən  onlara  atəĢ  açmıĢdılar.  Bu  hadisədən  sonra  jurnalistlər  azərbaycanlı  operator  tərəfindən 
çəkilmiĢ  kadrlara  baxdılar.  Kadrlarda  bizim  keçdiyimiz  həmin  dağların  müxtəlif  hissələrində  onlarla  insan 
cənazələri əks etdirilirdi.  
Azərbaycanlılar  iddia  edir  ki,  keçən  həftə  ermənilər  tərəfindən  iĢğal  olunan  Xocalı  Ģəhərindən  qaçan 
azərbaycanlıların kütləvi qırğını zamanı ən azı 1000 nəfər öldürülüb. Daha 4000 nəfər yaralanmıĢ, donub ölmüĢ, 
yaxud itgin düĢmüĢdür.  
Mülki  vertolyot  dağlara  enməli  və  kütləvi  qırğınların  törədildiyi  yerlərdən  meyitləri  yığmalı  idi.  Mülki 
vertolyot 4 meyit yığdı. Həmin vaxt azərbaycanlı operatorun çəkdiyi filmdə isə həmin təpələrdə onlarla meyit 
göstərilirdi.  
Ağdama  qayıdan zaman  mülki  vertolyotun  yığdığı  cənazələrə baxdıq. Ġki  nəfər yaĢlı  kiĢi  və kiçik bir  qız 
qanına qəltan edilmiĢ, onların əlləri və ayaqları donmuĢdu.  
 
VaĢinqton Post, 2 Mart 1992 
 
ERMƏNĠ BASQINLARI AZƏRĠLƏRĠN ÖLÜMÜ VƏ QAÇQIN DÜġMƏSĠ ĠLƏ NƏTĠCƏLƏNĠR 
 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
70 
Xocalının  10.000  əhalisindən  təxminən  1000  nəfəri  erməni  ordusunun  çərĢənbə  axĢamı  həyata  keçirdiyi 
hücum  zamanı  qətlə  yetirilmiĢdir.  Azərbaycan  televiziyası  Xocalı  ərazisindən  cənazələrin  yük  maĢınları  ilə 
evakuasiyasını göstərmiĢdir.  
 
 
Nyu-York Tayms, 3 Mart 1992 
 
ERMƏNĠLƏRĠN TÖRƏTDĠYĠ QIRĞIN 
 
Ağdam,  Azərbaycan,  2  Mart  (Röyters)  -  Azərbaycanın  ermənilərin  üstünlük  təĢkil  etdiyi  Dağlıq  Qarabağ 
bölgəsində erməni hərbçilərinin mülkü vətəndaĢlara qarĢı törətdiyi soyqırım haqqında bu gün yeni bir sübut əldə 
olunmuĢdur.  
Vertalyotla  bölgəyə  gedən  Azərbaycan  jurnalistləri  və  rəsmiləri  qayıdan  zaman  özləri  ilə  üç  uĢaq  meyiti 
gətirmiĢlər. Onların baĢlarının arxa hissəsi tamamilə dağıdılmıĢdı. Onlar dedi ki, ermənilərin atəĢ açması onlara 
meyitləri yığmağa imkan vermədi.  
Ġnsanların baĢlarının dərisi soyulmuĢdur  
Dağlıq  Qarabağın  azərbaycanlı  rəhbərinin  köməkçisi  Əsəd  FərəĢov  dedi:  "Qadınların  və  uĢaqların 
baĢlarının dərisi soyulmuĢdu. Biz meyitləri yığmağa baĢlayanda onlar bizi gülləborana tutdular".  
Meyitlərin yük maĢınları ilə daĢınması  
Röyterin  fotoqrafı  Frederik  Lenqan  dedi  ki  o,  Ağdam  yaxınlığında  azərbaycanlıların  meyitlərinin  iki  yük 
maĢınına doldurulduğunu görüb: "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maĢında da bir o qədər meyit 
var idi. Onların bəzilərinin baĢı kəsilmiĢ, çoxları yandırılmıĢdı. Onların hamısı kiĢi idi və bir neçəsi hərbi rəngdə 
forma geymiĢdi".  
 
Tayms, 3 Mart 1992  
 
ĠġIQLANDIRILMAMIġ SOYQIRIM 
 
Anatol LĠVEN  
Dağlıq  Qarabağın  təpələrində  qadın  və  uĢaqlar  daxil  olmaqla  60-dan  çox  meyit  səpələnmiĢdi  və  bunlar 
erməni  qoĢunlarının  Azəri  qaçqınlarına  qarĢı  törətdiyi  qırğını  təsdiq  edir.  Yüzlərlə  adam  itgin  düĢüb,  təpə  və 
dərələr  erməni  qüvvələrinin azərbaycanlı  qaçqınlara qarĢı ötən çərĢənbə axĢamı törətdiyi soyqırım  nəticəsində 
öldürülmüĢ insanların meyitləri ilə dolu idi.  
Burada  31  meyit  var  idi.  Ən  azı  daha  31  cənazə  ötən  5  gün  ərzində  Ağdama  aparılmıĢdı.  Bu  rəqəmlərə 
çərĢənbə axĢamı gecəsi ermənilərin Azərbaycan Ģəhəri Xocalını darmadağın etdikləri zaman qətlə yetirilən dinc 
əhali aid deyil. Həmçinin tapılmamıĢ meyitlər də istisna olunur.  
Soyqırım  zamanı  sağ  qalan  Zahid  Cabbarov  dedi:  "Biz  olduğumuz  yerdə  200  nəfər  öldürüldü".  Müxtəlif 
istiqamətlərdən  gəlmiĢ  qaçqınlar  da  gülləborana  tutulduqlarını  və  yol  boyu  çoxlu  sayda  insanın  qətlə 
yetirildiyini  dedilər.  Meyitlərin  ətrafında  əĢyalar,  paltar  və  Ģəxsi  sənədlər  var  idi.  Cənazələr  kəskin  Ģaxtadan 
donmuĢdular,  həmçinin  qırğından  sonra  təpə  və  meĢələrdə  gizlənmiĢ  insanlar  da  soyuqdan  ölmüĢdü.  Onların 
hamısı kasıb geyinmiĢ adi adamların cənazələri idi.  
Bizim gördüyümüz 31 nəfərdən yalnız 3 nəfər formada idi, hansılar ki, biri polis, ikisi isə milli könüllülər 
idi. Qalanları mülki Ģəxslər idi (8 qadın və 3 uĢaq). Ġki ailə birlikdə öldürülmüĢdü və burada qadınlar əliuĢaqlı 
idi.  
Onlardan bir neçəsi baĢından dəhĢətli yaralar almıĢdı: balaca bir qızın isə yalnız üzü salamat qalmıĢdı. Sağ 
qalanlar dedi ki, onlar yerə uzananda ermənilər dayanmadan onlara atəĢ açırdılar.  
BBS1 Morninq Nyus, saat 07.37, ÇərĢənbə AxĢamı, 3 Mart 1992 
 
Canlı  yayımda olan BBS müxbiri xəbər vermiĢdir ki, o, 100-dən çox azərbaycanlı kiĢi, qadın, uĢaq, hətta 
körpənin çox qısa məsafədən baĢlarından güllə ilə vurulduğunu görüb.  
BBS1 Morninq Nyus, saat 08. 12, ÇərĢənbə AxĢamı, 3 Mart 1992 
 
Hadisə  yerində  çəkilmiĢ  Ģəkil  dağlardan  çoxlu  sayda  insan  meyitlərinin  yığılmasını  təsdiq  edir.  Müxbir 
xəbər  verir  ki,  operator  və  Qərbdən  olan  jurnalistlər  ermənilərin  qırdığı  yüzdən  çox  kiĢi,  qadın  və  uĢaq 
meyitlərini görüblər. Onlar 1 metrdən də az məsafədən baĢlarından vurulmuĢdu. ġəkildə həmçinin təxminən 10 
nəfərin, bunlar əsasən qadınlar və uĢaqlar idi, baĢından güllə ilə öldürüldüyü göstərilir. Azərbaycan iddia edir ki, 
erməni qüvvələri mindən çox mülki insanı qətlə yetiriblər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə