Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   43   44   45   46   47   48   49   50   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
84 
dağıdılıb yandırılmıĢdır. DağıdılmıĢ və əmlakı aparılmıĢ yaĢayıĢ evlərinin ümumi dəyəri on milyardlarla dollar 
həcmindədir. 
 
IIXocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsi 
Beynəlxalq cinayət - ayrı-ayrı dövlətlərin hüquq və qanuni mənafelərini, beynəlxalq səviyyədə tanınmıĢ 
insan hüquqlarım kobud  və  ya kütləvi Ģəkildə pozan, hüquqi tərkibi beynəlxalq  hüquq normalarında  müəyyən 
olunmuĢ,  beynəlxalq  hüquqa  zidd  olan  əməllərə  deyilir.  Beynəlxalq  hüquq  elmində  "beynəlxalq  cinayət"  və 
"beynəlxalq  xarakterli  cinayət"  kateqoriyaları  fərqləndirilir.  Soyqırımı  cinayəti  beynəlxalq  cinayət 
kateqoriyasına  aiddir.  Həmin  cinayətlərin  əsas  tərkibləri  Ġkinci  Dünya  müharibəsindən  sonra  yaradılmıĢ 
beynəlxalq  hərbi  tribunalların  (Nürnberq  və  Tokio)  Nizamnaməsində  ifadə  olunmuĢdur.  Sonradan  həmin 
cinayət  tərkibləri  Yuqoslaviya  və  Ruanda  beynəlxalq  cinayət  tribunallarının  nizamnamələrində  və  Beynəlxalq 
Cinayət  Məhkəməsinin  Statusunda  təkmilləĢdirilməklə  bir  daha  təsdiqini  tapmıĢdır.  Nürnberq  Tribunalı 
Nizamnaməsində beynəlxalq cinayətlər üç qrupa ayrılmıĢdır: 
* sülh əleyhinə cinayətlər; 
* müharibə cinayətləri; 
* insanlıq əleyhinə cinayətlər. 
Ġkinci  Dünya  müharibəsindən  sonra  beynəlxalq  birlik  genosidi  müstəqil  beynəlxalq  cinayət  kimi 
fərqləndirdi. Nürnberq Tribunalı Nizamnaməsi və hökmlərində soyqırımı termini iĢlədilməmiĢdir. 
Nürnberq  Tribunalı  Nizamnaməsinin  təsnifatına  görə,  soyqırımı  insanlıq  əleyhinə  cinayətlərə  daha  yaxındır. 
Lakin soyqırımı insanlıq əleyhinə cinayətlərdən müəyyən əhali qrupuna qarĢı repressiyanın miqyasına və dəqiq 
ifadə olunan məqsədinə görə fərqlənir. Soyqırımı müəyyən mənada müharibə cinayətlərinə də oxĢardır. Belə ki, 
həmin  cinayətin  törədilməsi  hərbi  əməliyyatların  aparılması  vaxtı  ilə  üst-üstə  düĢə  bilər.  Lakin  soyqırımı 
müharibə cinayətlərindən də məqsədinə görə fərqlənir, həm də soyqırımı dinc dövrdə də törədilə bilər (məsələn, 
Kambocada Pol Pot öz xalqına qarĢı soyqırımı həyata keçirmiĢdi). Məhz həmin əlamətlərinə görə Yuqoslaviya 
və  Ruanda  Tribunalları  nizamnamələrində,  Beynəlxalq  Cinayət  Məhkəməsi  Statusunda  soyqırımı  cinayəti 
müharibə cinayəti və insanlıq əleyhinə cinayətlərdən ayrılmıĢdır. 
Soyqırımının  hüquqi  məzmunu  hər  hansı  milli,  etnik,  irqi,  yaxud  dini  qrupu  tam  və  ya  qismən  məhv 
etmək məqsədilə törədilən aĢağıdakı hərəkətlər təĢkil edir: 
* bu cür qrup üzvlərinin öldürülməsi; 
* belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; 
*  hər  hansı  qrup  üçün  qəsdən  onun  tam,  yaxud  qismən  fiziki  məhvini  nəzərdə  tutan  həyat  Ģəraitinin 
yaradılması; 
* bu cür qrupda doğumun qarĢısını almağa yönəldilmiĢ tədbirlərin görülməsi; 
* uĢaqların zorla bir insan qrupundan alınıb baĢqasına verilməsi. 
Soyqırımı cinayəti üçün xüsusi niyyətin  olması zəruri ünsür sayılır. Bu, soyqırım  cinayətini  obyektiv cəhətinə 
görə  oxĢar  beynəlxalq  cinayətlərdən  fərqləndirir.  Soyqırımı  cinayətini  təĢkil  edən  əməllərdən  hər  biri  öz 
xarakterinə görə Ģüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən 
və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların mümkün 
nəticələrinin  ümumən  dərk  edilməsi  əməlin  soyqırımı  kimi  tövsifi  üçün  kifayət  deyildir.  Burada  cinayətkarın 
fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı olan konkret niyyətini ortaya çıxarmaq tələb 
olunur. 
Qabaqcadan xüsusi düzəldilmiĢ pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki əhalinin 
avtomat, pulemyot və baĢqa silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir. 
Həmin cinayətin azərbaycanlı milli qrupuna qarĢı yönəlməsi də göz qabağındadır. 
Soyqırımı cinayətini təhlil edərkən onun əsas üç ünsürünün mövcud olması aydınlaĢır: 
* tanınan milli, etnik, irqi və ya dini qrupun olması; 
* bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea); 
* tanınan qrupla bağlı genosid hərəkətlərdən hər hansı birinin törədilməsi (astus reus). 
Deməli,  soyqırımı  aktı  hökmən  milli,  etnik,  irqi  və  ya  dini  qrupa  qarĢı  yönəlməlidir.  BaĢqa  qrupa, 
məsələn, siyasi və ya sosial qrupa qarĢı yönələn bu cür hərəkətlər genosid kimi qiymətləndirilə bilməz. 
Soyqırımı  anlayıĢı  qadağan  olunmuĢ  əməlin  ümumi  nəticələrinə  dair  konkret  niyyətin  olmasını  tələb 
edir. 
Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi niyyət özündə bir neçə cəhəti birləĢdirir: 
-  niyyət,  təsadüfi,  bu  və  ya  digər  konkret  qrupa  məxsus  olan  bir,  yaxud  bir  neçə  Ģəxsin  deyil,  qrupun 
məhv  edilməsindən  ibarət  olmalıdır.  Fərdin  Ģəxsiyyəti  yox,  məhz  müəyyən  qrupa  mənsubluğu  soyqırımın 
qurbanlarmı təyin etmək üçün həlledici meyardır; 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
85 
-  niyyət,  qrupun  bir  qrup  kimi,  özü-özlüyündə,  baĢqasından  fərqlənən  bir  ayrıca  qurum  kimi  məhv 
edilməsindən  ibarət  olmalıdır.  Soyqırımı  bütöv  insan  qrupunun  mövcudluğu  hüququnu  tanımaqdan  imtinadır. 
Adamöldürmə  (hemosid)  isə  ayrı-ayrı  insan  varlıqlarının  yaĢamaq  hüququnu  tanımaqdan  imtina  kimi 
səciyyələnir. Deməli, astus reus (qadağan olunmuĢ əməl) bir adamla məhdudlaĢa bilər, lakin mens rea (niyyət) 
qrupun mövcudluğu əleyhinə yönəlməlidir; 
- niyyət, qrupun "tamamilə və ya qismən" məhv edilməsindən ibarət olmalıdır; 
- niyyət məhz, milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır. 
Soyqırımı cinayətinə görə məsuliyyətin ortaya çıxması üçün müəyyən qrupun məhv edilməsindən ibarət 
son  nəticənin  əldə  olunması  tələb  olunmur.  Bunun  üçün  həmin  cinayətin  obyektiv  cəhətini  təĢkil  edən 
əməllərdən hər hansı birinin  müəyyən  qrupun bir qrup kimi tamamilə və ya qismən  məhv  edilməsi niyyəti  ilə 
törədilməsi kifayətdir. 
Genosidin  obyektiv  cəhətinə  aid  olan  məhvetmə  anlayıĢı  qrupun  fiziki  və  ya  bioloji  vasitələrlə  fiziki 
məhv olunmasını bildirir. Burada söhbət qrupun milli, din, dil, mədəni və ya digər özünəməxsusluğunun məhv 
olunmasından getmir. Soyqırımı cinayətinin obyektiv cəhətinə "mədəni genosid" aid deyildir. 
"Barselona  Trastion  Kase"  iĢi  üzrə  qərarında  BMT-nin  Beynəlxalq  Məhkəməsi  soyqırımı  aktlarının 
qadağan olunması ilə bağlı öhdəlikləri erga omnes öhdəliklər adlandırmıĢdır. 
Beynəlxalq  Məhkəmə  Soyqırımı  cinayətinin  qarĢısının  alınması  və  cəzalandırılması  haqqında 
Konvensiyanın əsasında duran prinsipləri beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün məcburi 
xarakter daĢıyan normalar kimi tanımıĢdır. 
Soyqırımı cinayətinin olduğu kimi qiymətinin verilməsi və beynəlxalq hüquq normalarının tələb etdiyi 
kimi onu törədənlərin layiqli cəzalarını alması zəruridir. 
 
III

Xocalı soyqırımının beynəlxalq cinayət 
kimi hüquqi əsasları 
 
Xocalı  soyqırımının  beynəlxalq  cinayət  kimi  tövsifi  üçün  hüquqi  əsaslarla  aĢağıdakılar  hesab 
olunmalıdır: 
1) BMT BaĢ Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiĢ Soyqırımı 
cinayətinin  qarĢısının  alınması  və  cəzalandırılması  haqqında  Konvensiya  (Konvensiya  1951-ci  ildə  qüvvəyə 
minmiĢdir); 
2)  Nürnberq  Hərbi  Tribunalının  Nizamnaməsi  (Nizamnamədə  birbaĢa  soyqırım  cinayəti  göstərilməsə 
də,  həmin  cinayəti  təĢkil  edən  əməllər  insanlıq  əleyhinə  cinayətlər  və  müharibə  cinayətləri  kimi  nəzərdə 
tutulmuĢdur); 
3) Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad. 4). 
4) Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad. l); 
5) Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad. 6); 
6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad. 103); 
7)  Azərbaycan  Respublikası  Prezidentinin  "Azərbaycanlıların  soyqırımı  haqqında"  26  mart  1998-ci  il 
tarixli Fərmanı. 
 
IV. Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri 
 
Beynəlxalq hüquq soyqırımı cinayəti ilə əlaqədar aĢağıdakıları müəyyənləĢdirmiĢdir: 
1. Soyqırımı cinayəti törətmiĢ Ģəxslərin cinayət  mühakiməsi  və cəzalandırılması  labüddür. Beynəlxalq 
hüquq soyqırımı cinayətinin anlayıĢını müəyyən etməklə yanaĢı, həmin cinayəti törətmiĢ Ģəxslərin məsuliyyətini 
də  müəyyənləĢdirir.  Belə  ki,  Soyqırımı  cinayətinin  qarĢısının  alınması  və  cəzalandırılması  haqqında 
Konvensiyanın 5-ci maddəsinə əsasən iĢtirakçı dövlətlər soyqırımı cinayətini törətməklə təqsirli olan Ģəxslərin 
cəzalandırılması  üçün  təsirli  tədbirlər  görməlidirlər.  Konvensiyanın  6-cı  maddəsinə  əsasən  həmin  Ģəxslər 
dövlətin  ərazisində  səlahiyyətli  məhkəmələrdə  mühakimə  olunmayıbsa,  beynəlxalq  məhkəmə  tərəfindən 
mühakimə edilməlidirlər. 
2. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaĢa və açıq 
təhrikçilik, soyqırımına cəhd və soyqırımında iĢtirak etmək də cinayət məsuliyyəti doğurur. 
3. Soyqırımı cinayəti törətmiĢ Ģəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır. Ənənəvi olaraq 
milli  məhkəmə  orqanlarının  yurisdiksiyası  dövlətin  ərazisində  cinayət törətmiĢ Ģəxslərlə  məhdudlaĢır. Hazırda 
beynəlxalq  hüquq beynəlxalq  cinayətlərin  dövlətin ərazisindən  kənarda törədilməsindən, cinayəti törədənin  və 
ya  zərər  çəkmiĢin  həmin  dövlətin  vətəndaĢı  olmamasından,  eyni  zamanda  həmin  cinayətlərin  ölkənin  dövlət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə