Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   39   40   41   42   43   44   45   46   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
77 
mümkündür ki, minlərcə insan itkin düĢüb. "Onlar atəĢ açırdılar, atəĢ açırdılar, atəĢ açırdılar" - deyə Xocalıdan 
digər  qadın  və  uĢaqlarla  birlikdə  Ağdama  qaçmıĢ  Raziyə  Aslanova  bildirib.  O  deyib  ki,  əri  Kayun  və  oğlu 
öldürülüb, qızı isə itkin düĢüb. 
"Tayms" qəzeti: Qırğın aĢkar oldu, Anatoli Levin:  "Dağlıq Qarabağın  yamaclarında aralarında qadın 
və  uĢaq  olan  60-dan  çox  meyit  aĢkar  olunub,  bu  isə  erməni  qoĢunları  tərəfindən  azərbaycanlı  qaçqınların 
qırılması haqda məlumatları təsdiqləyib. Yüzlərcə qaçqın hələ də tapılmayıb. 
"Tayms" qəzeti: "Onlardan çoxu tanınmaz hala düĢüb. Balaca bir qızcığazın isə yalnız baĢı qalıb". 
"Ġzvestiya"  qəzeti.  "Videokamera  qulaqları  kəsilmiĢ  uĢaqları  göstərib.  YaĢlı  qadınlardan  birinin 
üzünün yarısı kəsilib. KiĢilərin baĢ dərisi soyulub". 
"Sandi Tayms" qəzeti: "Tomas Tolts erməni əsgərlərinin törətdikləri qırğınlar barədə məlumat verən 
ilk  reportyordur.  Xocalı  sadə  Azərbaycan  Ģəhəri  olub.  Lakin  dinc  dövrdə  əkinçiliklə  məĢğul  olan  minlərlə 
azərbaycanlının evi olub. Ötən həftə Ģəhər yer üzündən silinib". 
"FayneyĢnl  tayms"  qəzeti:  "Ermənilər  Ağdama  gedən  qaçqın  kalonunu  güllələyib.  Azərbaycanlılar 
1200  meyit  sayıblar.  Livandan  olan  reportyor  təsdiq  edib  ki,  varlı  daĢnak  icması  Qarabağa  silah  və  adam 
göndərir". 
"Ġzvestiya"  qəzeti:  Mayor  Leonid  Kravest:  "Mən  özüm  yamacda  yüzə  qədər  meyit  gördüm.  Oğlan 
uĢaqlarından  birinin  baĢı  yox  idi.  Hər  yerdə  xüsusi  qəddarlıqla  öldürülmüĢ  qoca,  qadın  və  uĢaq  meyitləri 
gördüm". 
"FayneyĢnl  tayms" qəzeti:  General polkovnik bildirib ki, 366-cı polkdan 103  hərbi  qulluqçu Dağlıq 
Qarabağda qalıb. 
"Le Mond" qəzeti: "Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüĢ qadın və uĢaqlar arasında 3 
baĢ dərisi soyulmuĢ, dırnaqları çıxarılmıĢ meyit görüblər. Bu, Azərbaycan təbliğatı yox, reallıqdır". 
"Valer  aktual"  jurnalı:  "Bu  Muxtar  vilayətdə  erməni  hərbi  birləĢmələr  Yaxın  ġərqdən  olanlarla 
birlikdə ən müasir hərbi texnikaya, eləcə də vertolyotlara malikdir. ASALA Suriya və Livanda hərbi düĢərgə və 
silah anbarlarını məhv ediblər, 100-dən artıq müsəlman kəndini qırıblar. 
"Krua I`Eveneman" jurnalı: "Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya tanınmaz hala düĢmüĢ 
cəsədlərin Ģahidi olub. Azərbaycanlılar 1000 nəfərin öldüyünü deyir". 
"Qolos Ukrainı" qəzeti. V. Skaçko: "Müharibənin sifəti olmur. Yalnız məkrli maska, qanlı göz yaĢları, 
ölüm, bədbəxtlik, dağıntılar... 
Xocalıda körpələri  nə üçün qətlə  yetirdilər? Bəs analarını?  Allah  insanı cəzalandırmaq istəyəndə  onun 
ağlını alır". 
"Nie" qəzeti. Bolqarıstanda çıxan bu mətbuat orqanı Xocalı soyqırımına həsr olunmuĢ bütöv bir nömrə 
çap etmiĢdir. Violetta Parvanova: "Xocalı bəĢəriyyətin faciəsidir". 
Xarici  Ölkə  jurnalistləri  ilə  söhbət  edən  əslən  Xocalıdan  olan,  soyqırımda  anasını,  yaxın  qohum-
əqrəbasını itirən yazar Səriyyə Müslümqızı xatırlayır: "Xocalıya dünyanın müxtəlif ölkələrindən onlarla əcnəbi 
jurnalist gəlmiĢdi. Onlar qanlı hadisələri gözləri ilə görüb dəhĢətə gəlirdilər. 
Ancaq  onların  çoxu  ölkələrinə  dönəndən  sonra,  həqiqətin  əksini  qələmə  alırlar.  Xocalı  soyqırımının 
"Arsaq  qəhrəmanları"nın  qəhrəmanlıq  salnaməsi  kimi  yazır,  qətlə  yetirilənlərin  Ģəkillərini,  "ermənilərin 
Ģəhidləri" kimi təqdim edirdilər. Hətta həmin o Ģəkillərin əks olunduğu poçt markaları da dövriyyəyə buraxıldı". 
 
Akif AĢırlı. Türkün Xocalı soyqırımı.- Bakı, 2005.- S. 68-72. 
 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
78 
 
Xocalı soyqırımı haqqında ilk məlumatı "Səhər" çatdırıb 
 
Məzahir Süleymanzadə 
 
- Xocalı faciəsi ilə bağlı respublikada müxtəlif fikirlər yaranmıĢdı. ilkin versiya belə idi ki, orada toqquĢma 
nəticəsində cəmi 2-3 nəfər adam həlak olub. Amma bu versiya o vaxt "AzərTAC", yəni dövlət xətti ilə yayılmıĢ 
və Dövlət Televiziyası  ilə  verilmiĢdi. Bütün KĠV  də rəsmi informasiya  olduğuna görə təbiidir ki, yalnız buna 
əsaslanırdı. Amma "Səhər" qəzetinin o zaman Qarabağda iki müxbiri çalıĢırdı. Bunlardan biri ġamil Ələkbərov, 
digəri  isə  Səriyyə  Müslümqızı  idi.  Bu  iki  nəfər  bilavasitə  hadisə  yerində  idilər.  Onlar  Xocalı  qaçqınlarını  və 
oradan  gətirilən saysız-hesabsız  meyitləri  Ağdamda  qarĢılamıĢdılar. Hadisənin  canlı Ģahidləri  kimi  həm bizim 
redaksiyaya  təcili  Ģəkillər  göndərmiĢ,  həm  də  telefonla  məlumat  vermiĢdilər.  Sonra  Xocalı  faciəsi  olan  gecə 
Ģəxsən mənə aeroportun mərhum rəhbəri Əlif Hacıyev zəng edərək olan vəziyyəti danıĢdı. Həmçinin Xocalının 
prokuroru AtakiĢi AtakiĢiyev zəng edərək faciə barədə məlumat verdi. Səhəri gün bütün qəzetlər Xocalıda bir-
iki nəfərin yaralanması, həlak olmasını yazdığı halda, "Səhər" qəzetində əsl həqiqət dərc olundu. Biz Xocalıda 
ölənlərin  sayının  1000-dən  artıq  olmasını  bəyan  etmiĢdik.  Bu,  çox  böyük  qəzəblə  qarĢılandı  respublikada. 
Düzdür, bizim ilkin məlumatda göstərilirdi ki, Xocalı rayon icra hakimiyyətinin baĢçısı Elman Məmmədov da 
həlak  olub. Ondan sonra Elman Məmmədov Özü zəng  edərək əvvəlcə  informasiyaya görə təĢəkkür etdi. Dedi 
ki, mən sağam, sadəcə olaraq ayağımdan yaralanmıĢam. Deməli, adını çəkdiyim və çəkmədiyim adamlar, istər 
bizim müxbirlərimiz olsun, istərsə də orada çalıĢan adamlar olsun informasiyanı ilkin mənbədən verirdilər. Ona 
görə  də  təbii  ki,  biz  informasiyanı  aldığımız  ilkin  mənbəni  qoyub  dövlət  kanallarının  yaydığı  informasiyaya 
üstünlük  verə bilməzdik. Bütün  qəzetçilik tələblərinə  uyğun olaraq biz  öz  müxbirlərimizin sözlərinə  daha çox 
önəm  verdik,  onlara  daha  çox  inandıq.  O  zaman  "Səhər"  qəzeti  250000  tirajla  çıxır,  bütün  ölkəyə  yayılırdı. 
Qəzetimiz  çıxan  gün  səhər  iĢə  getdik  və  təxminən  saat  10.00  radələrində  gördük  ki,  300-ə  yaxın  adam 
hirslənmiĢ, hiddətlənmiĢ vəziyyətdə "Azərbaycan"  nəĢriyyatının  qarĢısına toplaĢıb bizi tələb  edir. Mən onların 
qarĢısına çıxdıqda bir az hay-küy salıb dedilər ki, siz təxribatla məĢğulsunuz. Səbəbini soruĢdum. Dedilər, xalqa 
yalan məlumat verirsiniz ki, Xocalıda 1000-dən artıq adam qətlə yetirilib. Amma bütün dövlət mətbuat orqanları 
tamamilə ayrı xəbərlər dərc edib. Siz bunu yazmaqla sabitliyi pozur, cavanları yoldan çıxarırsınız. Açığı, bizə 
çox  aqressiv  Ģəkildə  münasibət  göstərildi.  Mən  də  təmkinimi  pozmadan  dedim  ki,  bu  xəbərləri  yerlərdəki 
müxbirlərimizə  istinadən  vermiĢik.  Bu  xəbərin  dəqiqliyinə  zərrə  qədər  də  Ģübhəmizin  olmadığını  açıqladım. 
Amma onu da bildirdim ki, bütün hallarda dövlət orqanlarının yaydığı xəbərlər doğru olsa, o zaman həm bütün 
Azərbaycan xalqından, həm də bura toplaĢan vətəndaĢlardan üzr istəməyə hazırıq. Onları birtəhər sakitləĢdirdik. 
Yanlarında  ziyalılar,  bizi  tanıyan  adamlar  var  idi.  Onlar  da  öz  yoldaĢlarmı  sakitləĢdirərək  bizim  qeyrətli 
Azərbaycan  vətəndaĢları  olduğumuzu  söylədilər.  Dedilər  ki,  biz  yalan  yazıb  təxribatla  məĢğul  olmarıq. 
Üstündən  iki  gün  keçəndən  sonra  qadağalara  baxmayaraq  Ağdamdan  adamlar  gəldi,  faciənin  miqyası  artıq 
hamıya bəlli oldu. Dövlət orqanları da məcbur qalıb Xocalı faciəsi ilə bağlı nisbətən fərqli məlumat verdilər. Bir 
qədər  sonra  Azərbaycan  Respublikasının  Milli  Məclisində  bu  məsələ  müzakirə  olunarkən  bizim  qəzetin  adı 
həmin  qərara  düĢüb.  O  qərarda  da  göstərilir  ki,  "Səhər"  qəzeti  yeganə  düzgün  informasiya  verən  mətbuat 
orqanıdır. Bizim xoĢbəxtliyimiz ondaydı ki, o zaman dünyanın demək olar ki, bütün aparıcı kütləvi informasiya 
vasitələri ilə əlaqəmiz var idi. "Səhər" qəzetinin adı ABġ-ın, Ġngiltərənin, Almaniyanın, Yaponiyanın, Rusiyanın 
və baĢqa dövlətlərin rəsmi kataloqlarına daxil edilmiĢdi. Çox etibarlı informasiya mənbəyi kimi qəbul olunurdu. 
Biz  də  bu  kanallardan  istifadə  edib  informasiyalarımızı  həmin  ölkələr  vasitəsilə  bütün  dünyaya  yaya  bilirdik. 
Xocalı faciəsi  haqqında ilk  məlumatlar bizim  qəzet  vasitəsilə çatdırıldı. Bundan  çox qısa  müddət sonra məxfi 
materiallar ələ  keçirə bildik. 366-cı alayın  komandiri  Zarviqarovun  gündəliyini əldə  etdik. O  gündəliklə bağlı 
məlumatları araĢdırdıq. Mənim "366-cı alayın məhvi" adlı geniĢ məqaləm dərc olundu. Bu material rus dilində 
də  ayrı-ayrı  qəzetlərdə  yayıldı.  Rusiya,  Ukrayna  müstəqil  mətbuatında  da  bunu  dərc  etdirdik.  O  zaman 
"Azərbaycan" nəĢriyyatının direktoru Bahadır Qayıbovun ümumi redaktəsi ilə biz "Səhər" qəzetinin təcili olaraq 
Xocalıya  həsr  olunmuĢ  xüsusi  buraxılıĢım  hazırladıq.  Bu  buraxılıĢ  ingilis  və  rus  dillərində  nəĢr  edildi.  Sonra 
Azərbaycan  dilində  də  buraxıldı.  O  buraxılıĢ  çıxandan  cəmi  bir  həftə  sonra  Azərbaycana  Latviyada  yaĢayan, 
milliyyətcə  gürcü  olan  bir  xanım  gəldi.  Bizim  hazırladığımız  xüsusi  buraxılıĢ  onun  köməyilə  Latviyada  latıĢ 
dilində dərc olundu. Beləliklə, çox böyük tirajla, təxminən milyona yaxın tirajla Xocalı faciəsi haqqında həqiqət 
bütün dünyaya yayıldı. Artıq bunu Azərbaycanda da gizlətmək mümkün deyildi. Çünki insanlar bir-birilə əlaqə 
saxlayır, Bakıya meyitlər gəlirdi. Ġki uĢaq meyitini də gətirib "Göy məscid"də qoymuĢdular. Biz dərhal fotoqraf 
ġahini  göndərdik  o  uĢaq  meyitlərin  çəkdi.  Bu  gün  o  uĢaq  meyitlərinin  Ģəkilləri  Xocalı  faciəsinin  bir  növ 
simvoluna  çevrilib.  O  Ģəkilləri  bizim  fotomüxbirimiz  ġahin  Abbasəliyev  çəkib.  Biz  Xocalı  faciəsini  jurnalist 
olaraq  belə  yaĢadıq.  20  Yanvar,  Xocalı,  Qarakənd  səmasında  vertolyotun  vurulması,  Salatın  Əsgərovanın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə