Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   45   46   47   48   49   50   51   52   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
88 
 
Xocalı faciəsi beynəlxalq cinayət olaraq Ermənistanın  
Azərbaycan xalqına qarĢı apardığı məqsədyönlü 
soyqırımı siyasətinin tərkib hissəsidir 
 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsi  dövründə  Azərbaycan  xalqına  qarĢı  həyata 
keçirilmiĢ  ən  dəhĢətli  cinayətlərdən  biri  1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  Azərbaycanın  Dağlıq 
Qarabağ bölgəsindəki Xocalı Ģəhərində ermənilərin törətdiyi tarixdə insanlığa qarĢı görünməmiĢ vəhĢilikdir. Bir 
gecənin içində yüzlərlə günahsız insan xüsusi qəddarlıqla məhv edilib. Xocalı Ģəhərinin iĢğalının faciəli nəticəsi 
bunlardır: 613 nəfər, o cümlədən 106 qadın və 63 uĢaq qətlə yetirilib, 487 nəfər Ģikəst olub. 1275 adam erməni 
əsirliyinin  dəhĢətlərindən  keçib,  150  nəfər  itkin  düĢüb,  Ģəhərin  özü  isə  yerlə-yeksan  edilib.  Bu  faciənin 
nəticəsində onlarca uĢaq, qadın  və  qoca  güllələnib. Ermənistanın silahlı  qüvvələri və  muzdlular bütöv ailələri 
məhv  edib,  insanları  amansızcasına  qətlə  yetirmiĢlər:  adamların  dərisi  soyulub,  qulaqları  kəsilib  və  baĢlarının 
dərisi soyulub çıxarılmıĢdır. 
 
IXocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsi 
 
Soyqırımın hüquqi məzmunu BMT BaĢ Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi 
ilə  qəbul  edilmiĢ  Soyqırımı  cinayətinin  qarĢısının  alınması  və  cəzalandırılması  haqqında  Konvensiya  ilə 
müəyyən olunmuĢdur. Hər hansı  milli, etnik, irqi, yaxud dini qrupu tam və  ya qismən  məhv  etmək  məqsədilə 
törədilən aĢağıdakı hərəkətlərdən ibarətdir: 
- bu cür qrup üzvlərinin öldürülməsi; 
- belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; 
-  hər  hansı  bir  qrup  üçün  qəsdən  onun  tam,  yaxud  qismən  fiziki  məhvini  nəzərdə  tutan  həyat  Ģəraiti 
yaradılması; 
- bu cür qrupda doğumun qarĢısını almağa yönəldilmiĢ tədbirlərin görülməsi; 
- uĢaqların zorla bir insan qrupundan alınıb baĢqasına verilməsi. 
Soyqırımı cinayəti üçün xüsusi  niyyətin  olması zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini  obyektiv 
cəhətinə görə  oxĢar beynəlxalq cinayətlərdən  fərqləndirir. Soyqırımı  cinayətini təĢkil  edən  əməllərdən  hər biri 
öz  xarakterinə  görə  Ģüurlu,  bilərəkdən  və  iradə  ilə  diktə  olunan  əməllərdir.  Həmin  əməllər  heç  bir  halda 
təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların 
mümkün  nəticələrinin  ümumən  dərk  edilməsi  əməlin  soyqırım  kimi  tövsifı  üçün  kifayət  deyil.  Burada 
cinayətkarın  fikrinin  xüsusi  istiqamətini  və  ya  əməlin  neqativ  nəticələri  ilə  bağlı  əvvəlcədən  mövcud  olan 
konkret niyyəti ortaya çıxarmaq tələb olunur. 
Qabaqcadan xüsusi olaraq düzəldilmiĢ pusqulardan  qaçıb canını  qurtarmaq  istəyən azərbaycanlı  mülki 
əhalinin avtomat, pulemyot və baĢqa silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir. 
Həmin cinayətin azərbaycanlı milli qrupuna qarĢı yönəlməsi də danılmaz faktdır. 
Soyqırımı cinayətini təhlil edərkən onun üç əsas ünsürünün mövcud olması aydınlaĢır: 
- tanınan milli, etnik, irqi və ya dini qrupun olması; 
- bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea); 
- tanınan qrupla bağlı soyqırımı hərəkətlərindən hər hansı birinin törədilməsi (aktus reus). 
Deməli,  soyqırımı  aktı  hökmən  milli,  etnik,  irqi  və  ya  dini  qrupa  qarĢı  yönəlməlidir.  BaĢqa  qrupa, 
məsələn, siyasi və ya sosial qrupa qarĢı yönələn bu cür hərəkətlər soyqırımı kimi qiymətləndirilə bilməz. 
Soyqırımı  anlayıĢı  qadağan  olunmuĢ  əməlin  ümumi  nəticələrinə  dair  konkret  niyyətin  olmasını  tələb 
edir. Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi niyyət özündə bir neçə cəhəti birləĢdirir: 
-  niyyət,  təsadüfi,  bu  və  ya  digər  konkret  qrupa  məxsus  olan  bir,  yaxud  bir  neçə  Ģəxsin  deyil,  qrupun 
məhv  edilməsindən  ibarət  olmalıdır.  Fərdin  Ģəxsiyyət  yox,  məhz  müəyyən  qrupa  mənsubluğu  soyqırımı 
qurbanlarını təyin etmək üçün həlledici meyardır; 
- niyyət, özü-özlüyündə, baĢqasından fərqlənən bir qrupun məhvindən ibarət olmalıdır. Soyqırımı bütöv 
insan  qrupunun  mövcudluğu  hüququnu  tanımaqdan  imtinadır.  Adamöldürmə  (hemosid)  isə  ayrı-ayrı  insan 
varlıqlarının  yaĢamaq  hüququnu  tanımaqdan  imtina  kimi  səciyyələnir.  Deməli,  aktus  reus  (qadağan  olunmuĢ 
əməl) bir adamla məhdudlaĢa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğu əleyhinə yönəlməlidir; 
- niyyət, qrupun tamamilə və ya qismən məhv edilməsindən ibarət olmalıdır; 
- niyyət məhz, milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır, 
Soyqırımı  cinayətinə  görə  məsuliyyətin  ortaya  çıxması  üçün  müəyyən  qrupun  tamamilə  və  ya  qismən  məhv 
edilməsindən  ibarət  son  nəticənin  əldə  olunması  tələb  kimi  qoyulmur.  Bunun  üçün  həmin  cinayətin  obyektiv 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
89 
cəhətini təĢkil edən əməllərdən hər hansı birinin müəyyən qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti 
ilə törədilməsi kifayətdir. 
Soyqırımı  cinayətinin  obyektiv  cəhətinə  aid  olan  məhvetmə  anlayıĢı  qrupun  ən  müxtəlif  vasitələrlə 
cismən məhv olunmasını 
bildirir. 
"Barselona  Trastion  Case"  iĢi  üzrə  qərarında  BMT-nin  Beynəlxalq  Məhkəməsi  soyqırımı  aktlarının 
qadağan olunması  ilə bağlı öhdəlikləri  erga omnes öhdəliklər adlandırmıĢdır. Beynəlxalq Məhkəmə Soyqırımı 
cinayətinin  qarĢısının  alınması  və  cəzalandırılması  haqqında  Konvensiyasının  əsasında  duran  prinsipləri 
beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün məcburi xarakter daĢıyan normalar kimi tanımıĢdır. 
 
IIXocalı soyqırımının beynəlxalq cinayət kimi 
tanınması üçün əsas verən hüquqi sənədlər 
 
1. BMT BaĢ Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiĢ Soyqırımı 
Cinayətinin QarĢısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya. 
2.  Nürnberq  Hərbi  Tribunalının  Nizamnaməsi  (Nizamnamədə  birbaĢa  soyqırımı  cinayəti  göstərilməsə 
də,  həmin  cinayəti  təĢkil  edən  əməllər  insanlıq  əleyhinə  cinayətlər  və  müharibə  cinayətləri  kimi  nəzərdə 
tutulmuĢdur). 
3. Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. 4). 
4. Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. l). 
5. Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad. 6). 
6. Azərbaycan Respublikası Cinayət Məcəlləsi (mad. 103).  
7.  Azərbaycan  Respublikası  Prezidentinin  "Azərbaycanlıların  soyqırımı  haqqında"  26  mart  1998-ci  il 
tarixli fərmanı. 
 
III
Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri
 
 
Beynəlxalq hüquq soyqırımı cinayəti ilə əlaqədar aĢağıdakıları müəyyənləĢdirmiĢdir: 
1. Soyqırımı cinayəti törətmiĢ Ģəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. 
2. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaĢa və açıq 
təhrikçilik, soyqırımında iĢtirak etmək də cinayət məsuliyyəti doğurur. 
3. Soyqırımı cinayəti törətmiĢ Ģəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır. 
4. Soyqırımı cinayətini törətməkdə əmrin icrasına istinad, Ģəxsi cinayət məsuliyyətindən azad etmir. 
5.  Soyqırımı  cinayətinin  törədilməsinin  qarĢısının  alınması  üçün  tədbir  görməməyə  görə  rəhbər  Ģəxs 
məsuliyyət daĢıyır. 
6. Soyqırımı cinayətlərinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri tətbiq edilmir. 
7. Soyqırımı cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir. 
8.  Soyqırımı  cinayətini  törətmiĢ  Ģəxslər  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  üçün  tələb  edən  dövlətə 
verilməlidir. 
Beləliklə, ermənilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarĢı törədilmiĢ bütün əməllər 
beynəlxalq  hüquq sənədlərinə uyğun  olaraq soyqırımı kimi  qiymətləndirilir və beynəlxalq  hüquq prinsiplərinə 
görə bəĢəriyyətə qarĢı cinayət sayılır. 
 
Akif AĢırlı. Türkün Xocalı soyqırımı. Bakı: 2005, S. 145-149. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə