Xülasə. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını məhdudlaşdıran əsas amil


Еколоэийа вя су тясяррцфаты ъурналы, №4, oktyabr, 2015 - жi иl



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix08.04.2018
ölçüsü0,7 Mb.
#36733
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   ...   19

Еколоэийа вя су тясяррцфаты ъурналы, №4, oktyabr, 2015 - жi иl 

 

 



50 

baş vermlş daşqınlarda çoxsaylı səbəblərdən 

biri  kimi  Mingəçevir  su  anbarında  axının 

düzgün nizamlanmaması göstərilib [6]. Müs-

bət  istiqamətdə  dəylşiklik  var.  Yəni  artıq 

Mingəçevir  su  anbarı  bütövlükdə  Azərbay-

can  Fövqəladə  Hallar  Nazirliyinin  tabeçili-

yindədir. Deməli, su anbarını layihə göstəri-

cilərinə uyğun  lşlətmək  üçün hazırki  dövrdə  

Fövqəladə Hallar Nazirliyində  çalışan aidiy-

yatı mütəxəssislərin əsas məqsədi su anbarı-

na hər il  tələb olunan həcmdə (83,0 m yük-

səkliyə kimi) su yığmaq olmalıdır.  

Texnogen və antropogen amillərin təsi- 

rindən    Mingəçevir  su  anbarının  da  kənarda 

qalması mümkün deyildir.  

Məsələn,  Mingəçevir  su  anbarının  sağ 

sahilində  1999-cu  ildə  torpaq  sürüşməsi  ha-

disəsi baş vermlşdir. Yuxarı Qarabağ kanalı-

na tələb olunan suvarma suyunun verilməsi-

ni  təmin  edən  hidrotexniki  qurğuların  nor-

mal lşləməsinə  yaratdığı təhlükəyə görə, sü-

rüşmə  baş  verdiyi  ərazi  3  zonaya  bölünərək 

müvafiq tədbirlər görülmüşdür. 

Mingəçevir  hidroqovşağında  torpaq  

bəndin  texnogen  və  ya  təbiət  hadisələrinin 

təsirindən  dağılması  xüsusilə  təhlükəli  ola 

bilər.  Belə  olan  halda  Kür-Araz  düzənliyini 

0,5 m-dən 10 m-ə kimi dərinlikdə su basa bi

-

lər. Müxtəlif amillərdən asılı olaraq belə və-



ziyyət  4  saatdan  bir  neçə  sutkaya  qədər  da-

vam edə bilər. Əsası isə odur ki, suyun sürəti 

təxminən 3-25 km-saat olacağı ehtimal olun-

duğundan bu proses qısa müddətdə təsir zo-

nasındakı  bütün  ərazini  əhatə  edə  bilər.  Bu 

isə təxminən 1,3 mln nəfər əhali yaşayan 16 

şəhər, 500-ə qədər yaşayış məntəqəsi, maddi 

texniki ehtiyatlarla təchiz olunmuş 1,27 mln 

hektar ərazini əhatə edir. [7] 

 

 



 

Kür-Araz düzənliyində magistral kanalların və kollektorların sxematik planı (1970-ci il) 

 

Sadalanan  problemlərin  araşdırılması 



günümüzün  aktual  müzakirə  mövzularından 

biridir. Belə ki, 1955-ci ildə Mingəçevir hid-

roqovşağı istismara verildikdən sonrakı illər-

də    elektrik  enerjisi  istehsal  olunub,  Yuxarı 

Qarabağ  və  Yuxarı  Şirvan  kanallarının  təsir 

zonasında 220 min hektardan çox əkin sahə-

sində becərilən bitkilər su tələbatına müvafiq 

suvarma suyu ilə təmin edilib. Kənd təsərrü-

fatı bitkilərindən toplanan məhsulların isteh-

sal sahəsi inklşaf edib. Ölkə iqtisadiyyatında 

və sosial sahənin yüksəllşində Mingəçevir su 

anbarı layihəsinin rolu çox böyük və  həlle-

dici olub. Ötən bu illərdə bu layihədən, onun 

əhəmiyyətindən çox yazılıb və gələcəkdə də, 

müsbət mənada yazılacaq. 

Etiraf  etmək  lazimdir  ki,  həyata  keçi-

rilmlş  layihənin  ətraf  mühitə  təsiri  araşdırıl-

dıqca regionda yeni mənzərə yaranır. 

Mingəçevir su anbarı tikilməmlşdən əv- 



Еколоэийа вя су тясяррцфаты ъурналы, №4, oktyabr, 2015 - жi иl 

 

 



51 

vəl 1930-cu illərdə anbarın təsir zonasındakı 

ərazilərdə  may  ayı  üçün  qrunt  sularının  yer 

səthindən  orta  yatım  dərinliyi  təxminən  5-6 

m olduğu halda, 2010-cu ildə təxminən 1.0 – 

1.5  m  olub.  Əkin  sahələrindəki  torpaqların 

70-80  faizində  şorlaşma  prosesi  müşahidə 

olunub.  Nəzərə  alsaq  ki,  zəif  şorlaşmlş  tor-

paqlarda becərmə dövründə  yüksək aqrotex-

niki  xidmətin  göstərilməsinə  baxmayaraq 

müəyyən  bitkilərdə  məhsuldarlıq  15-25  faiz 

aşağı düşür. Şorluq dərəcəsi artdıqca məhsul 

istehsalının  azalma  faizi  yüksəlir,  keyfiyyər 

göstəricisi aşağı olur. Aydın olur ki, ötən bu 

illərdə  bölgədə  becərilmlş  bitkilərdən  olan 

məhsul  itkiləri  çox  böyük  rəqəmlərlə  ifadə 

olunur. Ərazilərdə istismar olunan meliorasi-

ya və su təsərrüfatı sistemləri yenidən qurul-

malıdır. Bitki qatında toplanmış duzları tələb 

olunan dərəcələrə endirmək üçün həyata ke-

çirilməsi vacib olan meliorasiya layihələrinə 

iri  rəqəmləqlə  ifadə  olunacaq  vəsaitlər  la-

zımdır.  

Digər məsələ isə indiki vaxta yaranmlş 

şəraiti nəzərə alsaq anbarın layihə göstərici-

lərinin tikinti dövründə düzgün seçilməməsi-

dir.  Yəni  müharibə  vəziyyətində  olan  ölkə-

miz üçün Mingəçevir su anbarı hazırki dövr-

də ciddi təhlükə mənbəyidir [8]. 

Hazırki  vaxtda  Mingəçevir  su  anbarı 

layihəsi ilə bağlı aşağıdakı mövzuların lşlən-

məsini məqsədəuyğun hesab edirik: 

 

Mingəçevir  bəndinin  istifadəyə  verildiyi 



1953-cü  ildən  hazırki  dövrə  kimi  olan 

müddətdə  bu  layihəni  həyata  keçirməklə 

qazandiğımız,  yəni  Azərbaycanın  sosial-

iqtisadi inklşafında su anbarının rolu;  

 

Layihənin ətraf mühitə təsiri ilə regionda 



baş vermlş ekoloji dəylşikliklərin nəticə-

si olaraq  itirdiklərimizin araşdırılması;  

 

Regionda  ekoloji  tarazlığın  bərpası  isti-



qamətində tələb olunan görüləsi lşlər;  

 



Yaranmış  mövcud  şəraitdə  Mingəçevir 

su  anbarından  gözlənilən  fövqəladə  və-

ziyyət şəraitinə hazırlıq üçün qabaqlayıcı 

təhlükəsizlik tədbirlər planı hazırlamaq. 

 

Ədəbiyyat 

 

1.



 

М.Авдеев.  Муганü  и  Сальянская 

степü. Население - землепольçование - 

водное хочяйство (обследование, 1925 

г.)  

Баку 1927 



2.

 

F.H. Həsənov. Mingəçevir su anbarı, su-



varma  sistemləri  və  ətraf  mühit.  Rüzgar 

ekoloji cəmiyyəti. Kür hövzəsinin su an-

barları, 2-ci kitab. Bakı, 2003, səh.49-58 

3.

 



Həsənov  F.H.  “Mingəçevir  su  anbarını 

layihə gücündə lşlədə bilirikmi” Respub-

lika” qəzeti. 24.07.2005 

4.

 



F.H.  Həsənov.  “Perspektiv  layihələrin 

həyata  keçirilməsi  istiqamətində  uğurlu 

siyasət  aparılır”  “İki  sahil”  qəzeti. 

26.05.2007 

5.

 

Paşayev  E.P.,  Həsənov  F.H.  “Azdövsu-



təslayihə” İnstitutu 80, Bakı. 2013 

6.

 



E.P. Paşayev, F.H. Həsənov, Q.A. Mura-

dov Çaylarda müşahidə olunmuş daşqın-

lar  və  həyata  keçirilən  layihələr.  Ekolo-

giya və Su Təsərrüfatı elmi-texniki və is-

tehsalat jurnalı. №1. Bakı 2014, səh. 17-

22  


7.

 

F.H.  Həsənov.  Mingəçevir  su  anbarını 



layihə  gücündə  lşlədə  bilmlşikmi?  Eco-

energetics №2/2015, səh.50-54  

8.

 

N.E.  Paşayev.  Mingəçevir  su  anbarı-qa-



zandığımız  və  itirdiklərimiz.  “Azərsu” 

ASC və AzMİU-nun birgə keçirdiyi kon-

fransın  materialları.  Bakı  2015,  səh.  27-

28. 


 

Role of the project “Mingechaur hydroe-

lectric complex and Kur-Araz lowland 

irrigation” in social-economic develop-

ment of Azerbaijan and present situation 

 

Hasanov F.H., Pashayev N.E. 

 

 AzACU 

 

Abstract 

 

The  article  is  dedicated  to  the  project 



proposed for rational use of water storage of 

the  river  Kur  and  Mingechevir  water 

reservoir  design  indexes.  The  documents, 

proving  that  how  the  water  reservoir  has 

been  operated  not  meeting  design  indexes, 

were  reported  as  well.  And  also    other 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə