Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə52/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   48   49   50   51   52   53   54   55   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
179 
EĢitmiĢəm uzaqlardan 
Sakit axan arazları 
SınamıĢam dostu, yarı. 
  
Qladus Evans bu bəndi aĢağıdakı kimi tərcümə etmiĢdir: 
  
I’ve walked these mountains again and again, 
Passed by the springs bright-eyed as cranes
And caught the distant plashing strain 
Where quiet Arak’s waters moved: 
Here love and friends I’ve truly proved. 
(70, 286).   
  
Sətri tərcüməsi: 
  
Mən bu dağları yenidən və yenidən gəzmiĢəm, 
Durnaların gözü kimi parlaq gözlü bulaqlardan keĢmiĢəm 
Uzaqlardan musiqi ritmini tutdum 
Sakit axan Araz sularının 
Burada sevgi və dostları həqiqətən sınadım. 
  
―Azərbaycan‖  Ģeirini  1947-ci  ildə  ingilis  dilinə  çevirən 
Herbert MarĢall isə həmin bəndi aĢağıdakı kimi vermiĢdir: 
  
I ascended the mountains looked into the eyes 
Of our sparkling springs as they buble and rise 
And from far away heard the bullrusher’s sight 
And the slow Araz waters nocturnally move 
Here true friendship I knew, and bright honour and love. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
180 
180 
(ġeir  adı  bəlli  olmayan  ingilisdilli  qəzetdən  kəsilmiĢ  parça 
Ģəklində S.Vurğununu öz muzeyində saxlanılır). 
  
Sətri tərcüməsi: 
  
Mən dağlara qalxdım və gözlərinə baxdım 
Bizim qaynayıb coĢan, parlaq bulaqlarına. 
Bu uzaqlardan qamıĢlıq görünür, 
Və sakit Araz suları ahəstə hərəkət edir 
Burada həqiqi dostluğu mən tanıdım 
Təmiz vicdanı və sevgini. 
  
S.Vurğun 
EĢitmiĢəm uzaqlardan, 
Sakit axan Arazları, - 
dedikdə yalnız Arazı nəzərdə tutmur, ümumiyyətlə Arazın və 
baĢqa  çayların  sakit  axmasını  müĢahidə  etmiĢəm,  -  demək 
istəyir.  Beləliklə,  poetik  mənzərə  yaradır.  Təəssüf  ki, 
tərcüməçilərin heç biri bu incəliyi duymamıĢ, hər ikisi ―Sakit 
Araz suları‖ ifadəsini iĢlətmiĢdir. 
Volter Mey isə həmin bəndi aĢağıdakı kimi çevirmiĢdir: 
  
I often walked among these hills, 
Among the crane-eyed spring and rills 
And listened to the distant thrills 
Where river waters peacefully move… 
Here I knew friendship and true love. 
(86, 70). 
  
Sətri tərcüməsi: 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
181 
  
Mən tez-tez bu təpələr arasında gəzirdim, 
Durna gözlü bulaqlar arasında 
Bu yaxından zəngulələrlə qulaq asırdım, 
Çay suları sakit axan yerdə 
Burada mən dostluğu və həqiqi sevgini tanıdım. 
  
Göründüyü  kimi,  V.Mey  isə  ümumiyyətlə  Araz  adını 
çəkməmiĢ,  ümumi  bir  ifadə  -  ―çay  suları  sakit  axan  yerdə‖ 
ifadəsini iĢlətmiĢdir. 
Məlum  həqiqətdir  ki,  S.Vurğun  Azərbaycan  torpağına,  onun 
mənzərələrinə,  füsünkar  təbiətinə  vurğun  sənətkardır.  Lakin 
təəssüflər  olsun  ki,  Ģairin  öz  Ģeirlərində  iĢlətdiyi  yalnız 
Azərbaycana  məxsus  milli  realiyalar  və  yer  adları  tez-tez 
təhrif  olunur,  bu  da  Ģairin  yaratdığı  lövhəni  ingilisdilli 
oxucunun anlaması üçün çətinlik törədir. 
Fikrimizi  əsaslandırmaq  üçün  Ģairin  ―Azərbaycan‖  Ģeirindəki 
aĢağıdakı bəndlərə diqqət edək: 
  
Könlüm keçir Qarabağdan, 
Gah bu dağdan, gah o dağdan 
AxĢam üstü qoy uzaqdan 
Havalansın Xanın səsi 
Qarabağın Ģikəstəsi. 
  
ġeiri  ingilis  dilinə  Qladus  Evans  aĢağıdakı  kimi  tərcümə 
etmiĢdir: 
  
Through Karabakh my spirit fares, 
Wings over mountain here, now there 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
182 
182 
From far away done the twilit air 
Drifts the song of Khan of Shusha 
Famed through all Caucauses and Russia. 
(70, 287). 
  
Sətri tərcüməsi: 
  
Qarabağdan könlüm dolanır 
Buraya, oraya könlüm qanadlanır 
Uzaqlardan toranlıq zamanı 
ġuĢa Xanının səsi eĢidilsin 
Qafqazda və Rusiyada ĢöhrətlənmiĢ. 
  
―Spesifik  milli  realiya  bildirən,  öz  semantikası  olan  tarix, 
coğrafiya,  mədəniyyət  sahəsinin  xüsusi  adlarını,  habelə  yer 
adlarını,  ləqəbləri  verərkən  transliterasiya  da,  tərcümə  də 
mümkündür. Daha məĢhur coğrafi adlara transliterasiya tətbiq 
olunur.  Məsələn,  ―Mont  Blanc‖  («Монблан»),  nisbətən 
məhdud  yerli  əhəmiyyət  kəsb  edən  adlar  isə  tərcümə  edilir‖ 
(104, 188-189). 
Ümumiyyətlə,  bu  variantların  ikisi  də  dünya  tərcümə 
praktikasında iĢlədilir. Təbiidir ki,  burada  yaranmıĢ ənənə də 
az  rol  oynamır.  Yuxarıda  nümunə  gətirdiyimiz  bənddə 
iĢlənmiĢ  ―Qarabağ‖  sözü  ―Qafqaz‖a  nisbətən  məhdud  yerli 
əhəmiyyət kəsb edir. Lakin söhbət məhz müəllifin təsvir etdiyi 
diyardan  (indiki  halda  Qarabağdan)  gedirsə,  tərcüməçinin 
―Qarabağ‖  sözü  əvəzinə  ―Qafqaz‖  iĢlətməsi,  hətta  bura 
―Rusiya‖ sözü də əlavə etməsi anlaĢılmazdır. 
Bu  cəhətdən  həmin  bəndi  V.Mey  daha  uğurlu  tərcümə 
etmiĢdir: 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə