www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
183
Round Karabakh my heart roams gay,
On this hill, Or on that would stray
Let evening bring from far away
The song of master-singer Khan
The eastern song of Azerbaijan.
(86, 6).
Sətri tərcüməsi:
Qarabağ ətrafında mənim könlüm Ģən dolaĢır,
Bu təpədə, ya o birində dolanır.
Qoy axĢamlar uzaqdan gətirsin
Ustad müğənni Xanın mahnısını
Azərbaycanın ġərq mahnısını.
Göründüyü kimi, V.Mey Qarabağ sözünü orijinalda olduğu
mənada vermiĢ, həm də ―Ustad müğənni Xanın mahnısını‖
misrası ilə xüsusi adı dəqiq çatdırmıĢdır.
Həmin Ģeirin xüsusi ad iĢlənən baĢqa bəndinə baxaq:
Min Qazaxdan köhlən ata
Yalmanına yata-yata
At qan-tərə bata-bata
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy-gölə bax.
Qladus Evansın tərcüməsi:
Ġn Kazakh mount and give free rain
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
184
184
Jean well over the horses mane,
A sweating gallop then maintain;
On reaching mountain pastures high,
Look down on Gyok Gyoll-mirrored sky.
(70, 286).
Sətri tərcüməsi:
Qazaxda min ata və sərbəst çap
Atın yalmanına yaxĢı yat
TərləmiĢ atı sonra dayandır
Dağların hündür yaylaqlarına qalxanda
AĢağı - səmanı güzgü tək əks edən Göy-gölə bax.
Göründüyü kimi, tərcüməçi bu parçada ―Kəpəz‖ sözünün
transliterasiyasının verməyi lazım bilməmiĢ, onu ―hündür, sıra
dağlar‖ ifadəsi ilə əvəz etmiĢdir. Yəqin ki, bu parçada
tərcüməçi ―Kəpəz‖ sözünü məhdud yerli əhəmiyyətli ad kimi
saxlamağı lazım bilməmiĢdir. Lakin məlumdur ki, dünya
tərcümə
praktikasında
xüsusi
adlar
transliterasiya
olunmayanda həmin adın mənası verilir. Haqqında söhbət
gedən parçada isə məhz ―Kəpəz dağı‖ ifadəsinin tərcümə
olunması Ģeirin poetikliyini daha da artıra bilərdi. Çünki
tarixdən yaxĢı bilirik ki, Göy-göl möcüzəsi Kəpəzin uçması
ilə yaranmıĢdır. Bu mənada Ģairin Göy-gölə onu əhatə edən
―Hündür dağlardan‖ yox, məhz Kəpəzdən baxmağı məsləhət
görməsi təsadüfi deyildir (Qeyd edək ki, yuxarıda haqqında
danıĢdığımız Herbert MarĢall Ģeirin müqayisə olunan
bəndlərini tərcümə etməmiĢdir).
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
185
V. Mey Ģeirin bu bəndini də Q.Evansa nisbətən daha uğurlu
çevirmiĢdir:
Then saddle a well groomed Gazakh foak
And make him sweat as you chase your goal
Pressed to his mane, pour out your soul
Then climb the spine of postures green,
Where, from Kapaz, Gey-Gel is seen.
(86, 5).
Sətri tərcüməsi:
Sonra yaxĢı yəhərlənmiĢ Qazax dayçasına min
Məqsədinə çatmaq üçün qoy o tərləsin.
Yalmanına yat, ürəyini boĢalt
Sonra yaĢıl otlaqların belinə qalx
Harada ki, Kəpəzdən Göy-göl görünür.
V.Mey ―Kəpəz‖ və ―Göy-göl‖ sözlərini olduğu kimi
saxlamıĢdır. Qeyd edək ki, V.Mey bu bənddə ―köhlən at‖
ifadəsini ―dayça‖ kimi tərcümə etmiĢdir. Halbuki, köhlən atla
dayça eyni məfhumlar deyil.
―Hər bir dilin antroponimikasının öz xüsusiyyətləri var və bu
həmin xalqın mifologiyası, dini, tarixi, mədəniyyəti və
psixologiyası ilə bilavasitə əlaqədar olur‖. (94, 139). Belə
adlar alındığı mənbədən asılı olaraq mənfi və ya müsbət çalar
ifadə edir.
Məlum olduğu kimi, Yezid adı müsəlman aləmində mənfi
çalara malikdir. Mirzə Əli Möcüz də ―Canlı cənazə‖ Ģeirində
bu addan məhz mənfi mənada istifadə etmiĢdir:
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
186
186
Ey yar qar, kafər edirsən Əlini sən,
ƏyləĢmisən Yezid kimi məxti-xilafətə.
D. Rotenberqin tərcüməsi:
Oh misarable Mollah, you’d declare Ali a giaour,
Like a wretched Gesid you’d usurp, if you could all power.
(70, 248).
Sətri tərcüməsi:
Ah, yazıq molla, sən Əliyə Gavur deyirsən
Bədbəxt Yezid kimi sən bacarsaydın
hakimiyyəti ələ alardın.
Göründüyü kimi, tərcüməçi mənfi mənada iĢlənən Yezid
adına ―bədbəxt‖ sözü də əlavə etmiĢ, beləliklə həmin ada
müsbət çalar vermiĢdir. Bu, tərcüməçinin Ġslam dininə məxsus
adların mənasını bilməməsindən irəli gəlir. Yeri gəlmiĢkən,
qeyd edək ki, tərcüməçi haqlı olaraq Əlinin adını ayrıca
aĢağıdakı kimi izah etmiĢdir: ―Əli Məhəmmədin Yezid
tərəfindən qətlə yetirilmiĢ əmisi oğludur‖.
Müasir Azərbaycan poeziyasının ingilis dilinə tərcümə
nümunələri əsasında apardığımız müqayisəli tədqiqat sübut
edir ki, Ģeirlərdə iĢlənən məĢhur xüsusi adlar (Xəzər, Kür,
Araz, Göy-göl, Dədə Qorqud, Leyli, Məcnun və s.) əsasən
transliterasiya olunmuĢdur. Bu da həmin Ģeirlərdə milli
koloritin qorunub saxlanmasına xidmət edir.
Dostları ilə paylaş: |