Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə56/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   52   53   54   55   56   57   58   59   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
195 
Üzərində  milli  əlamət  olmayan  atalar  sözlərinin,  zərbi 
məsəlləri isə ekvivalent yolu ilə tərcümə etmək faydalıdır. 
Ġngilis  dilində  ―lələyi  oxĢar  quĢlar  bir  yerdə  toplaĢır‖ 
ifadəsinin azəri dilinə ―su axar çuxurunu tapar‖, yaxud ―taylı-
tayını  tapmasa,  günü  ah-vayla  keçər‖  kimi  tərcümə  etmək 
olar. Çünki onlarda heç bir limitləndirici ünsür yoxdur‖ (56). 
Frazeoloji birləĢmələrin tərcüməsi ilə əlaqədar konkret təsnifat 
təklif edən mütəxəssislər də var. 
1) xarici dilli obrazın tamamilə saxlanması; 
2) obrazlılığın bir qədər dəyiĢdirilməsi; 
3) obrazlılığın tamamilə dəyiĢdirilməsi; 
4) obrazlılığın çıxarılması. 
(100, 145). 
Frazeologizmlərin  tərcüməsi  zamanı  tərcümə  edilən  dildə 
həmin birləĢmələrin iĢləndiyi kontekstə daha çox uyğun gələn 
qarĢılığını tapmaq, frazeoloji birləĢmənin ayrı-ayrı hissələrini 
dəyiĢdirmək,  yaxud  tərcümə  edilən  dildə  iĢlənən  müvafiq 
frazeoloji birləĢmə ilə əvəz etmək praktikası da tətbiq olunur 
(104, 195). 
Deməli,  frazeoloji  birləĢmələrin  tərcüməsi  ilə  bağlı  konkret 
resept,  konkret  qayda  yoxdur.  Bütün  hallarda  kontekstdən 
çıxıĢ  edərək  bu  və  ya  digər  birləĢmənin  uğurlu  tərcüməsinə 
nail olmaq lazımdır. 
Bütün  bu  deyilənlərdən  sonra  Azərbaycan  poeziyası 
nümunələrinin  ingilis  dilinə  tərcüməsi  zamanı  frazeoloji 
birləĢmələrin çevrilməsi praktikasını araĢdıraq. 
Abdulla  ġaiqin  ―Dağlar  sultanı‖  Ģeirinin  aĢağıdakı  bəndinə 
baxaq: 
  
Çomaq əldə dolaĢır, dağı, daĢı, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
196 
196 
Qoyun, quzu, köpək, tütək yoldaĢı, 
Azacıqdır aĢı, ağrımaz baĢı 
Bu xoĢbəxtə hər nə desən yaraĢır. 
  
Avril Pimən həmin bəndi aĢağıdakı kimi tərcümə etmiĢdir: 
  
With his staff the shepherd strolls mountains, valleys. 
A truss of firewood is all he carries 
Except his flute: sheep are only his worries 
And wisdom gleams in all his saws and sallies 
(70, 273). 
  
Sətri tərcüməsi: 
  
Əlində çomağı dağları, dərələri dolaĢır 
Bir qucaq odundur onun daĢıdığı 
Tütəyindən baĢqa qoyunlardır onun qayğısı 
Onun atalar sözlərində, replikalarında müdriklik var. 
                                                                
ġair çobana həsr etdiyi bu Ģeirdə onun qayğısızlığını ön plana 
çəkmək  üçün  ―Azacıq  aĢım,  ağrımaz  baĢım‖  zərb-məsəlini 
―Azacıqdır  aĢı,  ağrımaz  baĢı‖  Ģəklində  iĢlətmiĢdir.  ġeirdə 
zərbi-məsəlin  və  ya  atalar  sözünün  belə  cüzi  dəyiĢikliklə 
verilməsi  təbiidir.  Lakin  tərcüməçi,  görünür,  bu  ifadənin 
qarĢılığını  tapa  bilməyib,  yaxud  mənasını  dərk  etməyib  və 
―onun atalar sözlərində, replikalarında müdriklik var‖ misrası 
iĢlətmiĢdir.  ―Azacıq  aĢım,  ağrımaz  baĢım‖  məsəlini  ingilis 
dilinə hərfi tərcümə etmək mümkün deyil. Çünki bu məsəl sırf 
Azərbaycan  danıĢıq  dilinə  məxsus  birləĢmədir.  Lakin  həmin 
məsəl  özündə  konkret  milli  əlamət  saxlamır.  Ona  görə  də 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
197 
tərcüməçi  məsəlin  mənasını  ingilis  dilində  verməli  idi. 
Frazeoloji  birləĢmələrin  tərcüməsi  ilə  əlaqədar  bu  da  məqbul 
yoldur.  Əslində  Ģair  bu  misranı  iĢlətməklə  çobanın 
müdrikliyindən  yox,  onun  qayğısızlığından  söhbət  açmıĢdır. 
Ona  görə  də  bizə  elə  gəlir  ki,  tərcüməçi  ―Azacıqdır  aĢı, 
ağrımaz baĢı‖ misrasını aĢağıdakı kimi verə bilərdi: 
  
He satisfies with the portion he is given. 
  
Abdulla  ġaiqin  ―NiĢanlı  qız‖  Ģeirində  də  zərbi-məsəl 
iĢlədilmiĢdir: 
  
Heyvan kimi sərvəttək satıldım, 
Suçlu kimi zindana atıldım, 
Ey taleyim, etmə gəl mənə naz. 
Qan qusmağa neylərəm qızıl tas! 
  
Bu parçanı Avril Pimən aĢağıdakı kimi tərcümə etmiĢdir: 
  
Like a beast, for gain I have been traded 
Like a felon, sentenced and disregarded 
Oh fate, why should you mock at me, and scoff 
Tending a gold spittoon when blood I cough? 
(70, 269). 
  
Sətri tərcüməsi: 
  
Heyvan kimi qazanc üçün mən satıldım 
Cani kimi məhkum olundum, alçaldım. 
Ah tale, istehza edib gülürsən? 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
198 
198 
Mən qan öskürdüyüm vaxt mənə qızıl tas verərək... 
  
Göründüyü kimi, zərbi-məsəlin tərcüməsi düzgün verilmiĢdir. 
Bu  məsəl  ―Günüm  ah-vayla  keçəcəksə,  var-dövlət  nəyimə 
lazımdır‖-  mənasında  iĢlənir.  Bu  baxımdan  bu  ifadə  ingilis 
dilində aĢağıdakı kimi verilsə daha da uğurlu olardı: 
―I wouldn’t like to have any wealth, if I don’t make myself at 
home‖. 
  
Sətri tərcüməsi: 
  
Əgər  mən  özümü  rahat  hiss  etmirəmsə,  heç  bir  var-dövlət 
istəmərəm. 
  
Ənvər  Əlibəylinin  ―MəĢəl‖  Ģeirini  ingilis  dilinə  Doryen 
Rotenberq çevirmiĢdir: 
  
―Süleymana qalmayan dünya 
Sənə də qalmayacaq‖ 
Deyilən bir məsəl var. 
DolaĢar dodaq-dodaq, 
Bu düzdür... 
Biz gedəcəyik ancaq 
Dünya yenə də 
Ġnsanlara qalacaq 
  
Ġngiliscəsi: 
  
―This world that didn’t become Suleiman’s 
will never be yours‖ either 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə