Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə59/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   55   56   57   58   59   60   61   62   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
209 
QarĢılığını tapmaq mümkün olmayan frazeoloji  birləĢmələrin 
tərcüməsi  zamanı  mütərcim  əlavə  izahatla  ya  ifadənin  özünü 
verməli, ya da əlaməti olmayan, ümumi səciyyə daĢıyan ifadə 
iĢlətməlidir. 
Ġngilis  dilində  iĢlənən  "all  are  not  hunters  that  blow  horns‖ 
atalar  sözünün  azərbaycanca  qarĢılığı  ―hər  oxuyan  Molla 
Pənah  olmaz‖dır.  Təbiidir  ki,  tərcüməçi  bu  variantı  verə 
bilməz.  Həmin  atalar  sözünün  bir  qədər  dəyiĢib  Azərbaycan 
dilində  ən  yaxĢı  qarĢılığını  kalka  yolu  ilə  belə  vermək  olar: 
―hər tüfəng götürəndən ovçu olmaz‖ (58, 14). 
  
  
3.4. Realiyalar və onların tərcüməsi 
  
BaĢqa  dillərdə  olduğu  kimi,  Azərbaycan  dilində  də  müəyyən 
spesifik  əĢya,  anlayıĢ  bildirən,  lakin  baĢqa  xalqların  dilində 
olmayan,  beləliklə,  tərcüməsi  demək  olar  ki,  qeyri-mümkün 
olan və tərcümə nəzəriyyəsində realiya adlanan sözlər vardır. 
Realiyaların  saxlanması  da  bədii  tərcümədə  mühüm 
əhəmiyyət  kəsb  edən  amillərdəndir.  ―Realiyaların  tərcüməsi, 
hər  Ģeydən  əvvəl  milli  psixologiya,  adət-ənənə,  düĢüncə  və 
dünya  duyum  tərzi  haqqında  təsəvvür  yaradarkən  yazıçının 
fərdi üslubunun təcəssümünə xidmət  edir. Belə  sözlər termin 
xarakteri daĢımır, orijinalın dilində iĢlənən spesifik ifadə kimi 
müəyyən  məna  çalarına  malik  olur,  konkret  informasiya 
daĢıyır  və  obrazlılıq  yaratmağa  xidmət  edir.  Bu  və  ya  digər 
sözün  və  yaxud  ifadənin  realiya  xarakteri  yalnız  tərcümə 
prosesində meydana çıxır və  ya tərcümə dilindən asılı olaraq 
realiyaların  sayı  artıb-azala  bilir.  Məsələn,  Qərbi  Avropa 
Ģəhərlərində  hələ  orta  əsrlərdən  qalma,  həmçinin  sonralar  da 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
210 
210 
tikilən  nazik  fasadlı  və  sivri  frontonlu  evlər  çoxdur.  Fronton 
fransızca  ―pignon‖,  almanca  ―Giebe‖  (müvafiq  olaraq  bütün 
ev,  ―maison,  a  pignor‖  və  ―Giebel  havs‖)  adlanır.  Rus 
Ģəhərlərində belə memarlıq forması qəbul edilməmiĢdir və rus 
dilində  bunu  ifadə  edən  xüsusi  söz  yoxdur.  Bununla  belə 
orijinalda bir sadə ―Giebel‖ və ya bir mürəkkəb (Giebel havs) 
söz olsa belə tərcümə zamanı mətni geniĢləndirmək, iki və ya 
daha  çox  sözdən  ibarət  ifadə  iĢlətmək  zərurətindən  qaçmaq 
olmur‖ (104, 176). 
Xalqlar  arasında  dünyagörüĢü,  din,  coörafiya,  dil  fərqləri 
artdıqca realiya kəsb edən sözlərin miqdarı da artır. Qafqazda 
yaĢayan xalqlar üçün coğrafi adlar, müĢtərək dini əqidələrdən 
çıxıĢ  edən  Yaxın  ġərq  xalqları  üçün  dini  anlayıĢlar  realiya 
deyil.  Halbuki  Avropa  xalqları  üçün  bütün  bu  anlayıĢlar 
realiyadır, deməli, tərcümə prosesini çətinləĢdirən amillərdir. 
Azərbaycan  Ģairlərinin  əsərlərini  ingilis  dilinə  çevirən 
tərcüməçilər  tez-tez  orijinalda  iĢlənən  realiyaların  verilməsi 
problemi ilə qarĢılaĢmalı olurlar. Bir qayda olaraq realiyaların 
tərcüməsi  zamanı  onlar  qəbul  edilmiĢ  ənənəvi  formadan  - 
transliterasiyadan  istifadə  edirlər.  Daha  doğrusu,  Azərbaycan 
dilində geniĢ yayılmıĢ realiyalar ingilis əlifbası ilə yazılır. Bu, 
tərcümədə  orijinalın  milli  koloritinin  qorunub  saxlanması 
baxımından olduqca vacibdir. 
Mikayıl MüĢfiqin ―Oxu, tar‖ Ģeirinin ingiliscəyə tərcüməsində 
belə  realiyaların  saxlanmasını  araĢdıraq.  Elə  Ģeirin  adının 
tərcüməsindən görünür ki, Olqa Moisiyenko Ģeiri ingilis dilinə 
ruscadan  çevirmiĢdir.  Belə  ki,  ―Oxu,  tar‖  ―Sing  tara‖  kimi 
verilir. Halbuki ―a‖ suffiksi rus dilinin elementidir. Tərcüməçi 
―tar‖  sözünü  saxlamaqla  əlavə  izahat  (Ģərq  musiqi  aləti) 
verməyi lazım bilmiĢdir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
211 
  
Səsini dinləmiĢ Ģahların, xanların sarayı 
Səninlə birlikdə iĢlənmiĢ əsirlər alayı,- 
misralarını O. Moisiyenko aĢağıdakı kimi çevirmiĢdir: 
  
Numbers of people all heard how you groaned, 
Palaces heard you of Shahs and of Khans. 
(70, 280). 
  
  
Sətri tərcüməsi: 
  
Çox-çox xalqlar eĢitdi sən necə inləyirsən 
ġahların, xalqların sarayı dinləmiĢdi səni. 
  
Göründüyü kimi, tərcüməçi realiya xarakteri daĢıyan ―Ģah‖ və 
―xan‖  sözlərini  olduğu  kimi  saxlamıĢ  və  həm  ―tar‖  anlayıĢı 
üçün müəyyən tarixi kontekst yaratmıĢ, həm də milli koloriti 
regional koloritdə ümumiləĢdirmiĢdir. 
  
Ey tarçı, çal oxu! 
Könlümü al, oxu! 
Vur sazı döĢünə, ay aĢıq! 
QalmamıĢ nə əba, nə qəba, nə çarıq, - 
bəndi isə aĢağıdakı kimi verilmiĢdir: 
  
Bard, take your saz, sing of freedom at last 
Turbans and robs are now things of the past. 
(70, 281). 
  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
212 
212 
Beləliklə,  tərcüməçi  dörd  misralıq  Ģeiri  iki  misra  ilə 
çevirmiĢdir: 
  
Müğənni sazını götür, 
Nəhayət azadlıqdan oxu, 
Köhnə paltarlar, çalmalar indi 
KeçmiĢin niĢanələridir. 
  
O.Moisiyenko  ―saz‖  sözünü  olduğu  kim  saxlasa  da,  nədənsə 
―aĢıq‖  sözünü  ―müğənni‖  ilə  əvəz  etmiĢdir.  ―Əba‖,  ―qəba‖, 
―çarıq‖  sözlərini  isə  ―köhnə  paltarlar,  çalmalar‖  kimi 
vermiĢdir.  Fikrimizcə,  ―əba‖,  ―qəba‖  regional  xarakterli, 
ümumiyyətlə, bütün müsəlman dünyasında iĢlənən bu sözlərin 
―köhnə paltarlar‖ kimi verilməsinə, Ģeirin ideya məzmununda 
böyük  yük  daĢımayan  ―çarıq‖  sözünün  buraxılmasına  haqq 
qazandırmaq olar. Lakin ―aĢıq‖ sözü olduğu kimi saxlanılmalı 
idi, çünki ingilis oxucu üçün realiya xarakteri daĢıyan bu söz 
mənaca  tutumludur  və  Ģeirin  kontekstində  Azərbaycan 
mədəniyyətinin rəmzi kimi çıxıĢ edir. 
Realiyaların  iĢlənmə  kontekstini,  Ģeirin  ideya  məzmununda 
onların  rolunu  nəzərə  almamaq  sonrakı  misraların  da 
tərcüməsində özünü göstərmiĢdir. 
Tərcüməçi ―Oxu, tar‖da iĢlənmiĢ ―qiblə‖ sözünü də saxlamıĢ 
(Kiblah),  amma  ―segah‖  sözünü  ―melodiya‖  kimi  tərcümə 
etmiĢdir.  Halbuki,  tarın  vacib  atributu  kimi  çıxıĢ  edən,  ona 
poetik-semantik fon yaradan ―Segah‖ realiya kimi saxlanmalı 
idi.  Digər  tərəfdən  ―melodiya  hönkürür‖  ifadəsi  ―Segah‖ 
barədə ingilis dilli oxucuda heç bir təsəvvür yaratmır. 
M.Ə.Sabirin ―Əkinçi‖ Ģeirində də bir neçə realiya iĢlənmiĢdir. 
Məsələn: 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə