Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə55/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   51   52   53   54   55   56   57   58   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
192 
192 
də ciddi məna naqisliyinə səbəb olur. Bu həm də yaradıcılığı 
haqqında  söhbət  açılan  sənətkarların  bədii  üslubunun  təhrif 
olunmasına  gətirib  çıxarır.  Çünki,  ―yazıçının  Ģəxs  adının 
estetik funksiyasına münasibəti çox vaxt onun bədii üslubunu 
müəyyənləĢdirir‖ (94, 138). 
  
  
3.3. Frazeoloji birləĢmələr 
  
Hər  bir  dilin  leksik  sistemində  funksiyaca  tək-tək  sözlərə 
uyğun  olan,  ―ayrıca  formalaĢan‖  külli  miqdarda  müstəqil  dil 
vahidləri  vardır.  Frazeoloji  vahidlər,  yaxud  frazeologizmlər 
adlanan  belə  leksikləĢmiĢ  söz  birləĢmələri  bədii  tərcümə 
prosesində müəyyən çətinliklər yaradır. ġifahi danıĢıq dilinin, 
foloklor  xüsusiyyətlərini  özündə  cəmləĢdirən  frazeoloji  söz 
birləĢmələri  son  nəticə  etibarilə  milli  psixologiyadan,  xalqın 
dünyaduyumundan  xəbər  verir,  deməli,  milli  koloriti  əks 
etdirir. 
Azərbaycan poeziyasında frazeoloji birləĢmələr geniĢ istifadə 
edildiyi  üçün  biz  onların  ingilis  dilinə  tərcüməsi  üzərində 
dayanmaya  bilmərik.  Həm  də  ona  görə  ki,  dilin  milli 
xüsusiyyəti,  onun  koloriti  frazeologiyada  çox  aydın  surətdə 
özünü göstərir. Obrazlılıq, məcazilik Azərbaycan xalq danıĢıq 
dilinin, 
xüsusilə 
frazeologiyasının 
səciyyəvi 
xüsusiyyətlərindəndir. 
Frazeoloji vahidlərin tərcüməsi zamanı ortaya çıxan çətinliklər 
barədə mütəxəssislər müxtəlif mülahizələr söyləmiĢdir. 
―Bədii  əsərin  tərcüməsi  prinsipində  adam  bir  sıra  incə,  zərif, 
sirli  hallara  rast  gəlir.  Elə  obrazlı  ifadələr,  təĢbehlər  və 
idiomlarla  qarĢılaĢır  ki,  onların  müstəqil  tərcüməsi  mümkün 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
193 
deyil.  Adekvat  Ģəkildə  ifadəsini  tapmaq  bir  və  bəlkə  də  bir 
neçə  səhifənin  tərcüməsindən  artıq  vaxt,  qüvvət  tələb  edir. 
Mənə  elə  gəlir  ki,  belə  hallarda  həmin  ifadə  və  idiomların 
baĢqa  dillərdə  necə  verildiyinə  də  nəzər  salmaq  faydasız 
olmaz‖. (39, 9). 
Tərcüməçi  üçün  bir  qayda  olaraq  atalar  sözlərinin,  zərbi-
məsəllərin,  idiomatik  ifadələrin,  frazeologizmlərin  və  s. 
tərcüməsi  çətinlik  törədir.  Məlumdur  ki,  bu  ifadələrin  böyük 
əksəriyyəti  öz  mahiyyətinə  görə  xalqın  məiĢət  və  mədəni 
inkiĢafının  spesifik  xüsusiyyətləri  ilə  sıx  əlaqədardır. 
Orijinalın  dilində  aydın,  analaĢıqlı,  doğma  və  tamamilə  təbii 
görünən  belə  söz  və  ifadələr  tərcümə  prosesində  müvafiq 
assosiasiyalar  doğurmaya  da  bilər.  Bəzən  tərcüməçi 
Azərbaycan dilində müvafiq bir ifadəni tapa bilmir və həmin 
ifadəni hərfi tərcümə edir. Bu isə əksər hallarda personajların 
nitqində  dərhal  yad  element  təsiri  bağıĢlayır  və  qeyri-təbii 
görünür‖ (60, 209). 
Deməli,  frazeoloji  birləĢmələr  semantikasından,  iĢlənmə 
yerindən,  kontekstdən  asılı  olaraq  müxtəlif  Ģəkildə,  müxtəlif 
prinsiplər  əsasında  tərcümə  oluna  bilər.  Bu,  tərcüməçidən 
yaradıcı  ölçü  hissi,  həm  orijinala,  həm  də  tərcümə  dilinə 
böyük  həssaslıq  tələb  edir.  ―Tərcümə  prosesində  mütərcimin 
mövqeyi  sabit  deyildir,  müxtəlif  realilərin  tərcüməsində  o 
həmiĢə vahid prinsipə əsaslana bilməz...‖ (60, 209). 
Belə  çətinliklərə  baxmayaraq  frazeoloji  vahidlərin  uğurlu 
tərcüməsi  orijinalın  milli  koloritinin  saxlanmasına  xidmət 
etməklə  yanaĢı,  həm  də  obrazlılığı  dəqiq  çatdırmağa  imkan 
yaradır.  Bu  baxımdan  frazeoloji  birləĢmələrin  düzgün 
tərcüməsi xüsusi əhəmiyyət kəsb edir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
194 
194 
ġərq  xalqlarında  məhəbbət,  hörmət,  sədaqət  bildirən  ―ölərəm 
sənin  üçün‖,  ―ağrın  ürəyimə‖,  yaxud  inandırma  forması  olan 
―canına  and  içirəm‖,  ―baĢına  and  içirəm‖  kimi  spesifik  ifadə 
formaları vardır. Bəs bunları necə çevirməli? Tərcümə etməli, 
yoxsa  tərcümə  edilən  dildə  mövcud  olan  digər  ifadələrlə 
dəyiĢməli?  Aydın  məsələdir  ki,  burada  vahid,  bütün  hallar 
üçün məcburi qanun və qayda ola bilməz. 
Konkret  misala  baxaq.  Rus  dilində  belə  bir  məsəl  var: 
―Qurddan  qorxan  meĢəyə  getməz‖.  Bu  məsəl  Qafqazda  bir 
qədər baĢqa cür səslənir: ―Qurddan qorxan qoyun saxlamaz‖. 
Tərcümə  zamanı  bu  məsəli  digəri  ilə  əvəz  etmək  olarmı? 
Məncə, əvəz etmək olmaz və lazım deyil. Olmaz ona görə ki, 
əgər Rusiyada qurdla rastlaĢmaq təhlükəsi meĢə ilə bağlıdırsa, 
Qafqazda  qurd  hər  Ģeydən  əvvəl  qoyun  saxalayan  üçün 
təhlükəlidir. Məsəl  dəyiĢdirilirsə, bu vacib  yerli, milli  kolorit 
itə  bilər.  Mənə  elə  gəlir  ki,  bütün  belə  hallarda  tərcüməçinin 
hissiyyatı, intuisiyası ön plana çıxır...‖ (63, 46). 
Zərbi-məsəllərin, atalar sözlərinin bəziləri sırf milli xüsusiyyət 
daĢıyır, məxsus olduğu xalqın yaĢadığı  yerlə (çay, dağ, dəniz 
və  s.  adları  ilə),  tarixi  Ģəxsiyyətlərin  adı  ilə,  həmin  xalqın 
əqidəsi ilə bağlı olur. Bəzi  tərcüməçilər belə hallarda onların 
ekvivalentlərini  tapmağı  tövsiyyə  edirlər.  Halbuki,  əksər 
hallarda  bu  ekvivalentlərin  tapılması  kobud  səhvlərlə 
nəticələnir.  Məsələn,  ―hər  fit  çalandan  ovçu  olmaz‖  ingilis 
atalar  sözünü  ekvivalent  yolu  ilə  Azərbaycan  dilinə  ―hər 
oxuyan  Molla  Pənah  olmaz‖  kimi  də  tərcümə  etmək  olar. 
Ancaq  belə  düzgün  olmaz.  Çünki  Molla  Pənah  əcnəbi 
oxucuya  məlum  deyil.  Belə  hallarda  həmin  atalar  sözünün 
bizim dilə əslində olduğu kimi göstərilməsi məsləhət görülür. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə