Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə54/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   50   51   52   53   54   55   56   57   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
187 
Hüseyn Arifin  ―Sazım dinir‖ Ģeirinin tərcüməsində orijinalda 
verilmiĢ duyğular təhrif olunmuĢdur. ġair yazır: 
  
Sazım dinir, 
Sakit-sakit 
―Kərəmini‖ dinləyirəm 
Ötən qəmli əsrlərin 
Həsrətilə inləyirəm 
Haray Əsli! 
Haray Kərəm! 
  
Yuçin Felçenhor bu parçanı aĢağıdakı kimi çevirmiĢdir: 
  
And my saz, it speaks to me
Calmly, softly, 
And I listen 
To the strains of ―Keremi‖ 
And I listen as it sings 
Of the ages sad gone by, 
Of the lovely maid Asli 
Of her lover Kerem! 
(70, 440). 
  
Sətri tərcüməsi: 
  
Mənə 
Sazım danıĢır 
Sakit, yumĢaq 
Və mən ―Kərəmi‖ni dinləyirəm 
Və o çaldıqca mən dinləyirəm 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
188 
188 
KeçmiĢ qəmli əsrlərdən 
Sevimli Əslini 
Və onun sevgilisi yazıq Kərəmi. 
  
Əvvəla,  ―Sevimli  Əsli‖  və  ―Yazıq  Kərəm‖  ifadələri  hələ 
ingilisdilli  oxucuya  heç  nə  aydınlaĢdırmır.  Görünür,  burada 
tərcüməçi çıxıĢ verib kiçik izahat yazmalı idi. 
Digər  tərəfdən  Ģair  ―Kərəmi‖ni  dinləyərək  haray  qoparmaq 
istəyir:  ―Haray  Əsli!  Haray  Kərəm!‖  Tərcümədə  isə  bu 
haraydan əsər-əlamət yoxdur. 
ġeirin digər bəndində isə deyilir: 
  
Sazım dinir... 
Otağımda 
Kərəm yoxdur, 
―Kərəmi‖ var. 
  
Ġngiliscəsi: 
  
This my saz it speaks to me 
Ġn the quiet of my room: 
Through Kerem will pass away, 
―Keremi‖ will still remain. 
(70, 440). 
  
Sətri tərcüməsi: 
  
Sazım mənə danıĢır 
Sakit otağımda 
Kərəm çıxıb getsə də


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
189 
―Kərəmi‖ hələ qalacaq. 
  
Göründüyü  kimi,  tərcüməçi  bu  bənddə  də  xüsusi  adla  ifadə 
olunmuĢ  milli  koloriti  qoruya  bilməmiĢdir.  Tərcümədən  belə 
çıxır  ki,  Kərəm  bir  qədər  əvvəl  Ģairin  otağında  olub,  amma 
indi çıxıb getdiyi üçün ―Kərəmi‖ qalır... 
Xüsusi  adların  tərcümədə  saxlanılmasından  danıĢarkən  bir 
cəhəti də qeyd etmək yerinə düĢərdi. Orijinalda iĢlənən xüsusi 
adların  olduğu  kimi  saxlanılmasının  vacibliyindən  söhbət 
açmıĢıq.  Lakin  müəyyən  məqamlarda,  obrazın  çatdırılmasına 
xələl  gətirmədən  xüsusi  adların  ümumiləĢdirilməsi,  yaxud 
daha anlaĢıqlı xüsusi ad iĢlədilməsi zərurəti də meydana çıxır. 
Fikrimizi  izah  etmək  üçün  BalaĢ  Azəroğlunun  ―Elə  oğul 
istəyir Vətən‖ Ģeirinin tərcüməsinə baxaq: 
  
Budur Tehranın qisası 
―Milləti-qəyyur‖... deyə 
Kürəyinə əl vurub 
Dilini kəsirlər bir millətin, 
Görək kim qanıyla bahasını verəcək bu cinayətin! 
  
Bu parçanı ingiliscəyə O.Moisiyenko aĢağıdakı kimi tərcümə 
etmiĢdir: 
  
This is the vengeance of great Tehran
―We are a mighty nation,‖ says clean 
Encouraging, they pat our shoulder blade, 
Yet use of our own language they forbade 
Who will repay for this atrocious Crime! 
(70, 409). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
190 
190 
  
Parçanın sətri tərcüməsi isə belədir: 
  
Böyük Tehranın qisası budur, 
Biz qüdrətli millətik, - deyir Ġran 
Bizi ruhlandırıb çiynimizə vururlar 
Hələ bizim dildə danıĢmağı onlar qadağan edir. 
Onlar bu amansız cinayətin əvəzini alacaqlar. 
  
ġeirin  orijinalında  ―Milləti-Qəyyur‖...  –  deyə  dilini  kəsirlər, 
bir  millətin  fikrini  mütərcim  ―Biz  qüdrətli  millətik‖,  -  deyir 
Ġran‖  kimi  tərcümə  etmiĢdir.  Fikrimizcə,  tərcüməçinin  bu 
əlavəsi  (―Ġran‖)  yerinə  düĢür.  Çünki  Ģair  ―dilini  kəsirlər  bu 
millətin‖ deyəndə nəyi nəzərdə tutduğu azərbaycanlı oxucuya 
məlumdur.  Lakin  ingilisdilli  oxucu  bu  ümumi  fikirdən  Ģairin 
mətləbini anlaya bilməzdi. Ona görə də tərcüməçi məhz Ġranın 
―biz  qüdrətli  millətik‖–deyə  meydan  oxumasını  nəzərə 
çatdırmıĢdır. Lakin Ģeirin sonrakı misralarında iĢlənmiĢ xüsusi 
adların ixtisar edilməsinə heç cür haqq qazandırmaq olmaz: 
  
ġərq xitabət kürsüsünə qalxdığı 
Qaralar ağların hakimiyyətini yıxdığı 
bir zamanda, 
ana dili qadağan olmuĢ 
Cənubi Azərbaycanda. 
Bir həddinə baxın zülmün 
Səfəvilərin qanun yazdığı dilə 
Kilid vurmuĢ cəlladın birisi. 
  
Ġngiliscəsi: 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
191 
  
While the orientals rise in force sublime
While the oppressed rulers overthrow, 
Our tongue’s forbidden!! This is mean and law, 
So cheeky are the despots, as you know! 
The tongue in which the shahs wrote out their laws 
Prohibited! And one man is the cause! 
(70, 411). 
  
Sətri tərcüməsi: 
  
ġərq böyük qüvvə ilə qalxarkən 
Ġstismar olunanlar onların rəhbərlərini 
məğlub edərkən, 
Bizim dilimiz qadağan olundu! 
Bu bir qanundur. 
Belə abırsızdırlar despotlar, bildiyin kimi 
ġalvar qanunlarını yazdığı dil 
Qadağan edilmiĢdir və buna bir adam səbəbdir. 
  
ġeirin bu parçasında tərcüməçi ―Cənubi Azərbaycan‖ ifadəsini 
iĢlətməyi  lazım  bilməmiĢdir.  Nəticədə  ingilisdilli  oxucu  həm 
Azərbaycan  xalqının  ikiyə  parçalanması  faktından  xəbərsiz 
qalır,  həm  də  ―Bizim  dilimiz  qadağan  olundu‖  misrası  ilə 
Ģairin  məqsədi    çatdırılmır.  ―Səfəvilərin  qanun  yazdığı  dil‖  
fikrinin  də  ixtisar  olunması  Ģeirin  məqsəd  və  məzmununu 
təhrif etmiĢdir. 
Apardığımız  müqayisələr  sübut  edir  ki,  Azərbaycan 
poeziyasından  ingilis  dilinə  edilən  tərcümə  nümunələrində 
xüsusi adların saxlanmaması milli koloritin qorunmasına, həm 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə