Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə62/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   57   58   59   60   61   62   63   64   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
221 
Bədii  tərcümənin  müqayisəli  təhlili  zamanı  orijinaldakı  milli 
özünəməxsusluğun saxlanması da xüsusi əhəmiyyət kəsb edir. 
Orijinalın  milli  özünəməxsusluğu  poetik  forma,  milli  kolorit, 
realiyalar  və  s.  kimi  elementlərlə  yanaĢı,  özünü  həm  də  əks 
olunan məna çalarında göstərir. 
Hər  bir  xalqın  ədəbiyyatında  o  xalqa  məxsus  bənzətmələr, 
müqayisələr, mübaliğələr və s. kimi bədii vasitələrdən istifadə 
olunur.  Lakin  bir  xalqın  dilində  geniĢ  iĢlənən  bənzətmənin 
baĢqa  xalqın  dilinə  olduğu  kimi  (hərfi)  tərcüməsi  çox  vaxt 
anlaĢılmazlıq yaradır. 
Müasir  Azərbaycan  Ģairlərinin  əsərlərində  belə  bədii 
vasitələrdən  geniĢ  istifadə  edilir.  Xüsusən  xalq  danıĢıq 
dilindən  bəhrələnən  Ģairlərin  iĢlətdiyi  ifadələr  Ģeirdə  milli 
kolorit yaratmaqla yanaĢı, obrazın dəqiq təsvirinə xidmət edir, 
onun  xarakterini  açır.  Belə  bədii  vasitələrin  tərcümədə 
saxlanmaması  çox  vaxt  mənanın  təhrif  edilməsinə  gətirib 
çıxarır. 
Məna 
təhrifi 
isə 
milli 
koloritin, 
milli 
özünəməxsusluğun aradan çıxması deməkdir. 
Mirzə  Əli  Möcüzün  ―Canlı  cənazə‖  Ģeirini  ingilis  dilinə 
çevirən  Daryon  Rotenberq  orijinalda  verilmiĢ  mənanı  təhrif 
etmiĢdir. ġair yazır: 
  
Mən tapdalaram uĢaqları 
Arvad dönər itə 
Arvad mənə yaman, mən ona 
Silləvu-təpik. 
  
Ġngiliscəsi: 
  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
222 
222 
I  begin  to  thrash  the  children  and  Khanum  acts  like  a  mad 
dog, 
Khanum starts scolding me; her, too, 
I kick and flog. 
(70, 248). 
  
Sətri tərcüməsi: 
  
Mən uĢaqları döyməyə baĢlayanda 
Xanım dəli it kimi hərəkət edir. 
Xanım mənimlə dalaĢmağa baĢlayır. 
Onu da təpikləyib qamçılayıram. 
  
Əslində  tərcüməçi  orijinalda  ifadə  olunan  məzmunu  olduğu 
kimi saxlamağa çalıĢmıĢdır. Lakin ―arvad‖ sözünü ―xanım‖la 
əvəz  etməsi  mənanı  təhrif  edir.  Məlum  olduğu  kimi 
Azərbaycan  dilində  ―xanım‖  sözü  müsbət  mənada  iĢlənir. 
M.Ə.Möcüzün  ―arvad  itə  dönür‖  ifadəsindəki  ―itə  dönmək‖ 
idiomunu  tərcüməçi  ―it  kimi  hərəkət  edir‖  Ģəklində  vermiĢ, 
demək  olar  ki,  fikri  çatdıra  bilmiĢdir.  Lakin  əgər  söhbət 
―arvadın itə dönməyindən‖ gedirsə, bu misrada müsbət məna 
axtarmaq əbəsdir. ġairin kobud müqayisəsi bunu göstərir. Ona 
görə  də  tərcüməçi  burada  ―xanım‖  sözünü  iĢlətməklə  təzadlı 
fikir  yaratmıĢdır.  Belə  ki,  orijinaldakı  ―itə  dönmək‖  ifadəsi 
―xanım‖  sözü  ilə  heç  cür  uyuĢmur.  Ona  görə  tərcüməçi 
―xanım‖ yox, ―arvad‖, ―həyat yoldaĢı‖ kimi sözlərdən istifadə 
etməli idi. 
M.Ə.Sabirin ―Bakı fəhlələrinə‖ Ģeirində dövlətli fəhlələri lağa 
qoyur,  müəllif  isə  onları  hər  cür  hüquqdan  məhrum  edən  bu 
zülmkarları  satira  atəĢinə  tutur.  Sabirin  dilində  dövlətlinin 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
223 
istehzası, riĢxəndi qabarıq surətdə nəzərə çarpır və müəllif bu 
istehzanı  həm  də  öz  mövqeyindən  yeni  istehza  obyektinə 
çevirir.  ġerin  gücü  də  məhz  bundadır.  Tərcümədə  isə  biz, 
əksinə, dövlətlinin istehzasının deyil, Ģikayətinin Ģahidi oluruq 
ki, bu da bütövlükdə Ģeirin məzmununu dəyiĢir. 
―Əkinçi‖ Ģeirində mülkədar əkinçidən nəyin  bahasına olursa-
olsun borcunu kobud Ģəkildə tələb etdiyi halda, tərcümədə hər 
misranın  sonunda  iĢlənən  ―bədbəxt‖  sözündən  belə  çıxır  ki, 
bir  tərəfdən  dövlətli  əkinçinin  halına  yanır,  bir  tərəfdən  də 
borcunu istəyir: 
  
Söz açma mənə çox çalıĢıb, az yeməyindən 
Canın bə cəhənnəm ki, ölürsən deməyindəm, 
Mən gözləmənəm buğda çıxar ver bəbəyindən
Çəltik də gətir, arpa da, buğda da, əkinçi 
Yoxsa soyaram lap dərini, adə, əkinçi. 
  
Ġngiliscəsi: 
  
Don’t try to explain that from hunger you’re dying, writch! 
You’ll never persuade me, so no use trying, wretch! 
Pay what you are due-don’t tell me you can’t lying, wretch! 
Bring me barley and wheat, and rice, ploughman! 
Or I’ll take off your skin a trice, ploughman! 
(70, 221). 
  
Sətri tərcüməsi: 
  
Ġzah etməyə çalıĢma ki, sən acından ölürsən, bədbəxt 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
224 
224 
Sən  məni  inandıra  bilməzsən,  çalıĢmağın  faydası  yoxdur, 
bədbəxt 
      Borcunu ödə, demə ki, bacarmıram – yalançı bədbəxt 
Arpa da gətir, buğda da, düyü də, əkinçi 
Yoxsa dərini bir anda soyaram, əkinçi. 
  
Ümumiyyətlə,  Sabirin  özünəməxsus  yaradıcılıq  üslubu 
tərcüməçilər üçün həmiĢə çətinlik yaratmıĢdır. Bu və ya digər 
ifadənin, hətta adi bir sözün belə yerində iĢlədilməməsi Sabir 
ideyalarının təhrifinə gətirib çıxarır. 
Elə  buna  görədir  ki,  ―Sabirin  Ģeirləri  rus  dilinə  də  haqqında 
danıĢdığımız  məna  təhrifləri  ilə  tərcümə  olunmuĢdur‖  (101, 
17). 
AĢıq Ələsgərin ―DüĢərsən‖ qoĢmasının tərcüməsinə baxaq: 
  
Bizə satmaginən iĢvə-nazını 
Zimistana döndərərəm yazını 
Soyaram libasın, allam sazını 
Yal-quyruğu yoluq yola düĢərsən. 
  
Yuçin Felçenhorun tərcüməsi: 
  
Do not be proud and do not raise your nose, 
You do not know which way the wind now blows
For I may strip you of your gaudy clothes, 
With tail plucked short, in trouble you will get. 
(70, 627). 
  
Sətri tərcüməsi: 
  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə