Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə64/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   57   58   59   60   61   62   63   64   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
229 
(70, 282). 
  
Sətri tərcüməsi: 
  
QarĢıda çox Ģey var 
Mənim ürək döyüntülərim deyir 
―Gözəl iĢ əsəbiləĢməmək, 
Ağır əməyin incə təri‖ – 
Hələ qarĢımızdadır. 
  
  Göründüyü  kimi,  ―həyat  ondan  küsənləri  incidir‖,  -  poetik 
misrası  tərcüməçinin  diqqətindən  yayınmıĢdır.  Nəticədə  bu 
misra  əsəbiləĢməmək  kimi  verilmiĢdir.  Halbuki  bu  misranı 
―Life blames the touch-me-nots‖ kimi tərcümə etmək olardı. 
S.Vurğunun  ―Azərbaycan‖  Ģeirinin  aĢağıdakı  bəndinin  iki 
tərcümə variantını müqayisə edək: 
  
Lənkəranın gülü rəng-rəng, 
Yurdumuzun qızları tək. 
Dəmlə çayı, tök ver görək, 
Anamın dilbər gəlini 
Yadlara açma əlini. 
  
Qladus Evansın tərcüməsi: 
  
Lenkoran is a dazzle of flowers
Refreshed by the springtime showers, 
Clustering on beds and bowers, 
My Motherland’s delightful daugther, 
Bordered on by Khazar’s water 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
230 
230 
  
Sətri tərcüməsi: 
  
Lənkəran gülləri göz qamaĢdırır 
Yaz leysanları ilə təzələnir 
Ləklərdə, yaĢayıĢ yerlərində qönçələr açır 
Mənim ana vətənimin gözəl qızı 
Xəzərin suları ilə əhatə olunmuĢdur. 
  
Volter Meyin tərcüməsi: 
  
And Lenkoran’s gay-coloured flowers, 
Like maidens; grace this land` of ours 
Brew tea for us; with freshening powers 
On bride of love, with native charms, 
And to no stranger stretch your arms (86, 5). 
  
Sətri tərcüməsi: 
  
Lənkəranın al-əlvan gülləri 
Bizim yerlərin qızları kimi incə 
Bizə çay süz təzə qüvvə ilə 
Ah məhəbbət gəlini, valehedildiklə 
Və heç bir yada əlini uzatma. 
  
Bu  müqayisə  göstərir  ki,  V.  Meyin  tərcüməsi  orijinala  daha 
yaxındır. 
  
Anamın dilbər gəlini, 
Yadlara açma əlini, - 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
231 
misralarındakı  konkretliyi  Q.Evans  ümumiləĢdirmiĢdir. 
―Yadlara açma əlini‖, - fikri isə tamam atılmıĢdır. V.Mey isə 
həmin  parçanı  orijinalın  ruhuna  uyğun  tərcümə  edib 
S.Vurğunun fikrini daha dolğun çatdıra bilmiĢdir. 
Ġbrahim  Kəbirlinin  ―Çil  qız‖  Ģeirini  çevirən  Tom  Bottinq  də 
məna təhrifindən qaça bilməmiĢdir: 
  
Burada hər addımda görə bilərsən 
YeriĢi, baxıĢı qəĢəng qızları 
Bununsa sübh çağı elə biləsən 
Tökülüb üzünə bir ovuc darı. 
  
Ġngiliscəsi: 
  
A dozen pretty girl’s will meet the eye 
In busy streets on passing near that place, 
But this one’s eyes were bluer than the sky
With scattered golden grains upon her face. 
(70, 400). 
  
Sətri tərcüməsi: 
  
Çoxlu gözəl qızlarla göz qarĢılanır, 
Ġzdihamlı küçələrdə o yerin yaxınlığından keçərkən 
Ancaq onun gözləri səmadan mavi idi 
Üzünə isə qızıl dənlər səpilmiĢdir. 
  
ġair çirkin adamı xarakterizə etmək üçün Azərbaycan dilində 
geniĢ  yayılmıĢ  ifadəni  –  ―üzünə  bir  ovuc  darı  tökülüb‖ 
ifadəsini  iĢlətmiĢdir.  Yəni  həmin  qız  çox  eybəcərdir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
232 
232 
Mütərcim bir ovuc darı ifadəsini ―qızıl dən‖ kimi çevirməklə 
mənanı  təhrif  etmiĢdir.  Nəticədə  orijinalın  əksinə  tərcümədə 
həmin qız çirkin yox, gözəl kimi təqdim olunmuĢdur. Halbuki 
tərcüməçi  Ģeirin  mənasnı  diqqətlə  öyrənsəydi,  Ģairin  demək 
istədiyini  baĢa  düĢər  və  mənanı  təhrif  etməzdi.  Təbiidir  ki, 
belə ifadələri çevirərkən tərcüməçinin xalq dilini bilməsi tələb 
olunur. 
Cabir  Novruzun  ―Gözüm  görə-görə  qocalır  anam‖  Ģeirini 
tərcümə  edən Tom  Bottinq  də məna təhrifindən  yaxa qurtara 
bilməmiĢdir: 
  
Baxıb sonbeĢiyə, doymayıb ilkdən, 
Mən eĢqə düĢəndə o bəndə düĢdü. 
Deyirəm bəlkə də baĢına ilk dən 
BaĢıma ilk sevda düĢəndə düĢdü. 
  
Tom Bottinqin tərcüməsi: 
  
She gazed with joy upon her son and heir 
Yet she began to age when I found love. 
Perhaps the silver first showed in her hair 
When she herself discovered her first love. 
(70, 513). 
  
Sətri tərcüməsi: 
  
Oğluna, nəvəsinə sevinclə baxdı 
Mən eĢqə düĢəndə o qocalmağa baĢladı 
Yəqin ki, saçında ilk görünən gümüĢ saçlar 
O da ilk sevdaya düĢəndə düĢüb. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
233 
  
ġair  ―bəlkə  də  baĢına  ilk  dən,  baĢıma  ilk  sevda  düĢəndə 
düĢdü‖, - misraları ilə demək istəyir ki, anamı mən qocaltdım, 
mən  eĢqə  düĢəndə  onun  da  saçlarına  ilk  dən  düĢdü. 
Tərcümədən  isə  belə  çıxır  ki,  onun  saçına  dən  ―o  da  ilk 
sevdaya  düĢəndə  düĢüb‖.  Halbuki  anası  ilk  sevdaya  düĢəndə 
onun  saçına  dən  düĢə  bilməzdi.  Orijinalda  söhbət  oğulun 
sevdaya düĢməsindən sonra ananın qocalmasından gedir. 
Q.Qasımzadənin ―Telefonda söhbət‖ Ģeirində lirik qəhrəmanın 
sevdiyi  qızgilə  qorxa-qorxa  zəng  çalması  Azərbaycan 
ailələrinin belə məsələdə özünəməxsusluğunu əks etdirir. Belə 
ki,  rus,  yaxud  ingilis  ailəsi  üçün  belə  zəng  çalma  zamanı 
qorxu  üçün  əsas  yoxdur.  Yəni  bu  mənzərə  Azərbaycan  üçün 
olduqca  xarakterikdir.  Oğlanla  qızın  anası  arasında  belə  bir 
dialoq yaranır: 
  
- Sən kimsən, nəçisən, axı, ay bala? 
- Bir Allah bəndəsi, tanımazsınız... 
  
T. Bottinq bu mükaliməni belə tərcümə etmiĢdir: 
  
―And who are you to call her up young man!‖ 
― I am someone whom I fear you never knew‖. 
(70, 423). 
  
Sətri tərcüməsi: 
  
- Cavan oğlan, siz kimsiniz, onu çağırırsınız 
- Məni tanımağınızdan qorxan bir kəsəm. 
  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə