Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə61/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   57   58   59   60   61   62   63   64   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
217 
əhval-ruhiyyəsini  konkretləĢdirir.  Ona  görə  də  tərcüməçinin 
―fəsəli‖  sözünü  saxlamayıb  onun  tərcüməsini  verməsini 
(scones)  qəbahət  saymaq  olmaz.  Fikrimizcə,  bundan  ideya 
məzmununa  da  elə  bir  ciddi  xələl  dəymir.  Çünki,  ―fəsəli‖ 
realisiyasının  tərcüməsi  Ģairin  fikrini  tərcümədə  əks  etdirir. 
Bununla  belə  ―fəsəli‖  sözünü  saxlayıb  izahat  vermək  də 
mümkün idi. 
Ġ. Səfərlinin ―NiĢanlı qız‖ Ģeirində də realiya iĢlədilmiĢdir: 
  
  
Tər-təmizdir, baca 
Ana yuxa salır saca. 
TutmuĢ tamam ev-eĢiyi 
Zəfəranlı plov iyi. 
  
Qladus Evans həmin bəndi belə tərcümə etmiĢdir: 
  
Ġn and out, the house is clean and neat
Mother’s baking scones on the greedle-sheet, 
All the rooms are filled with fragrant spice- 
Saffran-flavoured pilaff, lamb and rice. 
(70, 418). 
  
Sətri tərcüməsi: 
  
Ġçəri və çöl, ev təmiz və səliqəli 
Ana tavada kökə biĢirir 
Bütün otağı bürüyüb xoĢ qoxusu 
Zəfəranlı plovun, quzu ətini və düyünü. 
  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
218 
218 
Orijinalda  iĢlədilmiĢ  ―plov‖  sözü  saxlanmıĢdır.  Lakin  ―sac‖, 
―tava‖ kimi, ―yuxa‖ isə ―kökə‖ kimi verilmiĢdir ki, bu da milli 
koloriti qorumamaq, orijinaldan uzaqlaĢmaq deməkdir. 
  
Qabilin ―Yarpaqlar tökülür‖ Ģeirinə baxaq: 
  
-ġeĢ-qoĢa! 
-Pənc-cahar! 
Nərd atır qocalar 
Bir Ģəhər bağında 
-Bu, dü-bir! 
-Bu, sələr! 
  
ġeri Qladus Evans tərcümə etmiĢdir: 
  
―Six and six‖ 
―Five and five‖ 
Old men playing Nardi 
Ġn the city park
Ġn outumn time 
―And here is one-one‖ 
―And there is three-three!‖ 
(70, 478). 
  
Sətri tərcüməsi: 
  
―Altı vı altı!‖ 
―BeĢ və beĢ!‖ 
Qoca adamlar nərd oynayır 
ġəhər parkında 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
219 
Payız vaxtı 
―Və buyur bir-bir!‖ 
―Və buyur üç-üç!‖ 
  
Məlum  olduğu  kimi,  nərd  oyunu  və  nərd  sözü  ġərqə 
məxsusdur  və  Qərb  dillərində  bunu  əvəz  edən  söz  yoxdur. 
Ona görə də tərcüməçi haqlı olaraq ―Nərd‖ sözünü saxlamıĢ, 
Ģeirin  sonunda  isə  izahat  vermiĢdir:  ―Qədim  mənĢəli  ġərq 
oyunu‖. 
Lakin  tərcüməçi  bu  sözü  orijinalda  olduğu  kimi  ―nərd‖  yox, 
―Nardi‖ Ģəklində vermiĢdir. Bu isə Ģeirin bir-baĢa orijinaldan 
yox,  rus  dilindən  tərcümə  edilməsi  ilə  əlaqədardır.  Çünki, 
―nərd‖ rus dilində «нарды» kimi yazılır və görünür tərcüməçi 
də bunu əsas götürmüĢdür. 
Fikrimizcə,  nərd  oyununun  vacib  elementlərindən  olan  ―ĢeĢ-
qoĢa‖, ―pənc-cahar‖, ―dü-bir‖, ―sə‖ kimi ifadələr də tərcümədə 
―altı-altı‖  ―ġeĢ-qoĢa‖dakı  koloriti  özündə  əks  etdirə  bilməz. 
Digər tərəfdən tərcüməçi bu ifadələrin bəzisini yanlıĢ tərcümə 
etmiĢdir.  Məsələn,  ―pənc-cahar‖,  ―beĢ-dörd‖  olduğu  halda 
―beĢ  və  beĢ‖  kimi,  ―dü-bir‖  (iki-bir)  ―bir-bir‖  kimi,  sonrakı 
bənddəki  ―ĢeĢ-cahar‖  (altı-dörd)  isə  ―üç  və  dörd‖  kimi 
verilmiĢdir. 
Bütün  bunlarla  yanaĢı,  ―Azərbaycan  poeziyası  antologiyası‖ 
kitabında  verilən  Ģeirlərin  çoxunda  realiya  bildirən  sözlər 
olduğu  kimi  saxlanmıĢ,  kitabın  sonunda  belə  sözlərin  izahı 
verilmiĢdir.  Belə  ki,  ―axund‖  ―aĢıq‖,  ―saz‖,  ―bəy‖,  ―div‖, 
―kəbə‖, ―müfti‖, ―surə‖, ―Ģeytan‖ kimi 60-a yaxın sözün izahı 
göstərilmiĢdir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
220 
220 
Ümumiyyətlə,  spesifik  realiya  bildirən  sözlərin  tərcüməsinin 
müqayisəli  araĢdırılması  aĢağıdakı  nəticəyə  gəlməyə  imkan 
verir. 
Realiyalar  əsasən  üç  cür  tərcümə  edilə  bilər.  Birincisi, 
transliterasiya  yolu  ilə  tərcümə.  Bu  zaman  orijinalda  iĢlənən 
realiya tərcümə edilən dilin hərfləri ilə verilir. 
Ikincisi,  realiyanı  əvəz  edən  yeni  söz,  yaxud  söz  birləĢməsi 
yaratmaq yolu ilə tərcümə. 
Üçüncüsü,  tərcümə  edilən  dildən  orijinaldakı  realiyaya 
mənaca yaxın olan sözdən istifadə yolu ilə tərcümə. Bu zaman 
realiyanı izah edən, onun mənasını uyğun Ģəkildə çatdıran söz 
və ya ifadə verilir. 
Realiyanın  transliterasiya  yolu  ilə  verilməsi  orijinaldakı 
spesifik  çaların  saxlanmasına  xidmət  edir.  Ona  görə  də  bu 
tərcümə  variantı  daha  geniĢ  yayılmıĢdır.  Azərbaycan 
poeziyasından  ingiliscəyə  edilən  tərcümələrdə  bu  variantın 
tətbiq  edilməsi  ayrı-ayrı  Ģairlərin  əsərlərinin  milli  çalarını 
saxlamağa kömək etmiĢdir. 
Azərbaycan  dilindən  ingiliscəyə  tərcümələrdə  bu  prinsipdən 
geniĢ  istifadə  olunmasının  əhəmiyyəti  böyükdür.  Əvvəla,  bu 
yolla  Azərbaycan  dilində  iĢlənən  spesifik  realiyalar  ingilis 
dilində iĢlədilib daha geniĢ yayılmaq imkanı qazanır. 
Digər  tərəfdən  realiyaların  ingilis  dilində  verilməsində 
müəyyən  ənənə  formalaĢır  ki,  bu  da  gələcək  tərcüməçilərin 
iĢini asanlaĢdıra bilər. 
  
  
3.5. Poetik tərcümədə məna təhrifləri 
  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə