Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə63/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   57   58   59   60   61   62   63   64   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
225 
Məğrur olma, burnunu dik tutma 
Sən bilmirsən ki, külək indi hansı tərəfə əsir 
Mən sənin bəzəkli paltarını soyunduraram 
Qısa kəsilmiĢ quyruqla narahat olarsan. 
  
Bu  bəndin  tərcüməsinin  müqayisə  edilməsi  göstərir  ki, 
Y.Felcenhor  Azərbaycan  danıĢıq  dilinə,  xüsusən  aĢıq 
poeziyasına  yaxĢı  bələd  deyil.  Əgər  bələd  olsaydı  aĢıq 
poeziyasında  geniĢ  yayılmıĢ  ―Zimistana  göndərərəm  yazını‖ 
(baharını  qıĢa  döndərərəm‖)  ifadəsinin  ―sən  bilmirsən  ki, 
külək indi hansı tərəfdən əsir‖ kimi verməzdi. 
Digər tərəfdən ―Soyaram libasını, allam sazını‖ ifadəsinin də 
aĢıq  poeziyasından  gəldiyini  unutmamalıyıq.  Məlum  olduğu 
kimi, Azərbaycanda ötən əsrlərdə aĢıqların deyiĢmə məclisləri 
olmuĢ,  bu  deyiĢmədə  bağlayan  (qalib  gələn)  aĢıq  rəqibinin 
sazını almaq hüququ qazanmıĢdır. AĢıq Ələsgər də məhz bunu 
nəzərdə  tutur,  rəqibinə  qabaqcadan  hərbə-zorba  gəlir,  onu 
―yolub  buraxmaqla‖  hədələyirdi.  Lakin  tərcüməçi  aĢıq 
poeziyasında  geniĢ  yayılmıĢ  bu  milli  özünəməxsusluqdan 
xəbərsiz  olduğu  üçün  mənanı  təhrif  etmiĢdir:  ―Mən  sənin 
bəzəkli  paltarını  soyunduraram‖.  ―Saz‖  sözünün  atılması  da 
yuxarıdakı misranın milliliyini, demək olar ki, yox etmiĢdir. 
AĢıq  Ələsgərin  ―Gərəkdir‖  qoĢması  da  belə  təhriflərllə 
çevrilmiĢdir: 
  
DanıĢdığın sözün qiymətin bilə 
Kəlməsindən ləlu-gövhər süzülə 
Məcazi danıĢa, məcazi gülə 
Tamam sözü müəmmalı gərəkdir. 
  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
226 
226 
Y. Felcenhor həmin bəndi aĢağıdakı kimi tərcümə etmiĢdir: 
  
And know the price of every word you say, 
In metaphors you should your thoughts convey. 
Before you speak, you every word should weight 
The gift to doze and puzzle you must have. 
(70, 627). 
  
Sətri tərcüməsi: 
  
Dediyin sözün qiymətini bil 
Fikirlərini metoforolarla verməlisən 
DanıĢmazdan əvvəl sən hər sözü gərək çəkəsən 
Təəccübedici, heyrətedici qabiliyyətin gərək olsun. 
  
AĢıq  poeziyasında  ―ləlu-gövhər  süzülmək‖  ifadəsi  də  geniĢ 
iĢlənir,  ―Ģirin  danıĢmaq‖  mənasını  bildirir.  Tərcüməçi 
orijinalın  milli  xüsusiyyətləri  ilə  bağlı  belə  dil  vahidlərinə 
əhəmiyyət verməmiĢ, nəticədə Ģeirdəki mənanı təhrif etmiĢdir. 
―DanıĢmazdan  əvvəl  sən  hər  sözü  gərək  çəkəsən‖  kimi 
mənasız misra da hərfi tərcümə məhsuludur. 
  
Ələsgər haqq sözün isbatın verə, 
Əməlin mələklər yaza dastana, - 
misralarında da fikir təhrif olunmuĢdur. ġair demək istəyir ki, 
Ələsgər  haqq  sözü,  düz  sözü  isbat  edir.  Lakin  tərcümədə 
həmin misra aĢağıdakı kimi səslənir: 
  
So Alaskar, give alms unto the poor, 
That angels would a place for you ensure. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
227 
(70, 627). 
  
Sətri tərcüməsi: 
  
Onda Ələsgər, kasıblara sədəqə ver, 
ġübhəsiz, mələklər sənə yer verər. 
  
AĢıq  Ələsgərin  ―MüĢkünaz‖  qoĢmasının  aĢağıdakı  bəndinə 
baxaq: 
  
Sübhün çağı mah camalın görəndə 
Xəstə könlüm gəldi saza MüĢkünaz 
Sonatək silkinib gərdan çəkəndə 
Bənzəyirsən quya, qaza MüĢkünaz. 
  
Bu bənd ingilis dilində aĢağıdakı kimi səslənir: 
  
Early in the morning, when I see the moon’s beauty 
My sick heart comes to the saz, Musgunaz! 
When you quiver just so and crane your neck 
You resemble a swan, a goose, Mushgunaz! 
(74, 164). 
  
Sətri tərcüməsi: 
  
Səhər tezdən mən ayın gözəlliyini görəndə 
Mənim xəstə ürəyim saza gəldi MüĢkünaz 
Silkinib boynunu çəkəndə 
Bənzəyirsən quya, qaza MüĢkünaz. 
  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
228 
228 
Bu  bəndin  tərcüməsində  orijialdakı  məna  təhrif  olunmuĢdur. 
Məlum  olduğu  kimi,  AĢıq  Ələsgər  ―mah  camal‖  sözünü  ―ay 
üzlü‖ mənasında iĢlətmiĢdir. Tərcüməçi isə ―ay‖ sözünə aludə 
olub MüĢkünazın yox, ―ayın gözəlliyindən‖ söhbət açır. 
ġeirin  digər  misrasında  –  ―Xəstə  könlüm  gəldi  saza 
MüĢkünaz‖  misrasında  könlün  saza  gəlməsindən,  yəni  cuĢə 
gəlməsindən  söhbət  getdiyi  halda  tərcüməçi  ―saz‖  sözünü 
hərfi  tərcümə  etmiĢ  (çalğı  aləti  saz)  və  nəticədə  məna  təhrif 
olunmuĢdur. 
Bu  nümunə  həm  də  onu  sübut  edir  ki,  Azərbaycan  dilində 
geniĢ  iĢlənən  omonimlərin  tərcüməsi  müəyyən  çətinliklər 
törədir. Belə hallarda mütərcim sözün forması ilə yanaĢı, onun 
iĢləndiyi mənanı da nəzərə almalıdır. 
M.MüĢfiqin  ―Könlümün  dedikləri‖  Ģeirinin  tərcüməsində  də 
məna təhrifinə yol verilmiĢdir: 
  
Hələ bunlar nədir ki, 
Mənim könlüm deyir ki... 
Həyat ondan küsənləri incidir 
Möhkəm dəzgah, Ģirin əmək, inci tər 
Hələ qarĢımızdadır. 
  
Həmin  parçanı  Olqa  Moisiyenko  aĢağıdakı  kimi  tərcümə 
etmiĢdir: 
  
There’s more ahead… 
My heartbeats said: 
Noble work, no fret, 
Toil’s pearly sweat 
Are yet to come! 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə