Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə60/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   57   58   59   60   61   62   63   64   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
213 
  
Lakin mənim insanlıq olub vəzi-mədarım 
Bəyzadəyəm asayiĢədir cümlə-qərarım, 
Meysiz-məzəsiz bitməz olur Ģamu-nəharım 
ĠĢtə belədir haləti-bəyzadə, əkinçi! 
Bəyzadələrin rəsmi budur, adə, əkinçi! 
  
Bu bəndi Doryen Rotenberq aĢağıdakı kimi çevirmiĢdir: 
  
Haven’t I always declared that I want good relations? 
All an aristocrat wants is leisure and relaxation 
Idling, gambling, drinking and eating without cessation 
Such is a gentleman’s life by tradition, ploughman: 
It  was  Allah  oppointed  to  us  such  an  earthly  mission, 
ploughman! 
(70, 222). 
  
Sətri tərcüməsi: 
  
Mən həmiĢə deməmiĢəm, mən yaxĢı əlaqələr istəyirəm 
Bütün aristokratların istədiyi boĢ vaxt 
BoĢ vaxtda fasiləsiz əylənmədir, 
Oynamaq, içki içmək və yemək 
Adət üzrə centlemenin həyatı belədir, əkinçi 
Allah belə təyin edib bu qaydanı əkinçi. 
  
Əslində  ―bəyzadə‖  sözü  tərcümədə  olduğu  kimi  saxlanmalı 
idi. ―Bəyzadə‖ azərbaycanlı oxucu üçün təkcə müəyyən silkə 
mənsubluq  deyildir.  Bu  sözün  özündə  müəyyən  bir  hərki-
hərkilik,  özbaĢınalıq  gizlənmiĢdir  ki,  Ģeirin  ideya-məzmunu 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
214 
214 
məhz bu məna çaları ilə müəyyən olunur. Lakin tərcüməçi bu 
sözü  birinci  dəfə  ―aristokrat‖  (aristocrat),  ikinci  dəfə  isə 
―centlemen‖  (gentleman)  kimi  tərcümə  etməklə  Ģeirin  milli 
koloritini  zəiflətmiĢ,  eyni  zamanda  onun  ideya  məzmununa 
xələl gətirmiĢdir. 
Sabir  yaradıcılığından  baĢqa  dillərə  edilən  tərcümələrdə  də 
çox  vaxt  bu  prinsipin  pozulması  hallarına  təsadüf  olunur. 
Məsələn, ―S.Vasilyevin Sabirdən tərcümələrində araq, siyənək 
(balıq),  verst,  braqa  və  s.  kimi  rus  dilinin  spesifik  məiĢət 
realiyalarına  rast  gəlinir.  Hər  bir  tərcümənin  keyfiyyəti  həm 
də  tərcüməçinin  orijinalın  koloritinin  saxlanmasına  müvəffəq 
olmasından  asılıdır.  Əgər  tərcüməçi  orijinalda  verilən  məiĢət 
səhnəsini  baĢqa  xalqın  məiĢətinə  və  coğrafiyasına  uyğun 
anlayıĢla  əvəz edirsə, onda nə alınır? Aydın  məsələdir ki,  bu 
halda  milli  kolorit  itir,  öz  yerini  qeyri-müəyyən  mücərrəd 
anlayıĢlara verir‖ (101, 107). 
―Əkinçi‖nin  ingiliscəyə  tərcüməsində  ―Bəyzadə‖  sözünün 
―aristokrat‖  və  ―centlmen‖  sözləri  ilə  əvəz  olunması  belə 
vəziyyət yaratmıĢdır. 
Mirzə  Əli  Möcüzün  ―Canlı  cənazə‖  Ģeirinin  tərcüməsinə 
baxaq: 
  
Ey mahi ruzigar, ey ramazan, ey filan, filan, 
Xəlqi gətirmə təngə, özün salma qeybətə! 
Get hər yerə kefindi, vəli gəlmə Təbrizə, 
Yoxdur davam məndə otuz gün kəsalətə 
Ġftarı yox, obaĢdanı yox binəvaların, 
Təklifi-Ģaq həqq eləməz bibazaətə                           
Ġftar üçün kabab edilsək bir çərək əti
Ey malidar, gəl bizə, bax bir qənaətə! 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
215 
  
ġeri  ingilis  dilinə  Doryen  Rotenberq  aĢağıdakı  kimi 
çevirmiĢdir: 
  
Say to it: ―O month of the Fast, o Ramadan, cruel Brave, 
Don’t  torture us, wretched people don’t  come on like a tidal 
wave 
Go wherever you like, but do not come to Touriz, 
We have got to save our bodies, before we can save our souls. 
O poor man has anyway nothing to eat from down to dusk 
Allah should never allow poor men to face such a task 
O you who have juicy shashlyk for supper every day 
Rich people, come and observe how we save on every rusk. 
(70, 248). 
  
Sətri tərcüməsi:                                                
  
Ona söylə: Ey orucluq, rəmədan, amansız hiyləgər 
Bizə əzab vermə, bədbəxt xalq, qabaran dalğa kimi gəlmə 
Ġstədiyin yerə get, təkcə Təbrizə gəlmə 
Biz qəlbiçizdən əvvəl bədənimizi xilas etməliyik 
Kasıbın səhərdən axĢama yeməyə heç nəyi yoxdur 
Allah kasıbsa rəva bilməz heç vaxt belə iĢlə qarĢılaĢsın. 
Sən Ģam yeməyinə hər axĢam sulu kabab yeyirsən
Varlı, gəl, bax, gör necə bir suxarı üstə əsirik. 
  
Tərcümədə ―raməzan‖ sözü saxlanılmıĢdır.  Lakin bu parçada 
bizi  ən  çox  maraqlandıran  ―kabab‖  sözünün  tərcüməsidir. 
Tərcüməçi  bu  sözü  ―shashlyk‖  kimi  vermiĢdir.  Düzdür,  bu 
sözün  özü  də  türk  mənĢəli  sözdür.  Lakin  hal-hazırda 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
216 
216 
Azərbaycan dilindən daha çox rus dilində iĢlənir və müəyyən 
mənada  milli  koloritdən  məhrum  olmuĢdur.  Bu  onu  göstərir 
ki,  tərcüməçi  Ģeiri  rus  dili  vasitəsilə  çevirmiĢdir.  Çünki 
―ĢaĢlık‖  kababın  ruscaya  tərcüməsidir.  Fikrimizcə  ―kabab‖ 
sözü tərcümədə olduğu kimi saxlanılmalı idi. 
S.Vurğunun  ―Yadıma  düĢdü‖  Ģeirinin  V.Mey  tərəfindən 
edilmiĢ tərcüməsindən aĢağıdakı parçaya baxaq: 
  
Göylərə baĢ çəkir Göyəzən dağı 
AxĢam açıq olur ayın qabağı 
Bizim gəlinlərin bayram qabağı 
Fəsəli yaymağı yadıma düĢdü. 
  
Ingiliscəsi: 
  
In the clouds Geyazan its summit hides, 
And at eve, round-faced, the full moon rides 
Eve the festive day I see our brides
How they rolled the scones out I recall. 
(86, 57). 
  
Sətri tərcüməsi: 
  
Göyəzən buludlarda öz zirvəsini gizləyir 
AxĢamlar deyirmi sifətli tam ay çarpır 
Burada bayram günləri bizim gələnlər 
Necə buğda kökəsi yayırlar,yadıma düĢdü. 
  
Məlum  olduğu  kimi,  ―fəsəli‖  Azərbaycanda  geniĢ  yayılmıĢ 
məiĢət  realiyalarındandır  və  bu  bənddə  təsvir  olunan  bayram 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə