YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

 





Şaxələndirmə 

 

Klassik üç mərhələli pulların yuyulması prosesinin yeləşdirmə və inteqrasiya arasındakı ikinci fazası,  



şaxələndirməyə audit izləməsini ört-basdır etmək və anonimliyi təmin etmək məqsədilə dizayn edilmiş  

mürəkkəb səviyyəli maliyyə tranzaksiyaları yaratmaqla qanunsuz vəsaitləri mənbələrindən uzaqlaşdırmaq  

daxildir.   

 

Hüquq riski 

 

2001-ci ildə Bazelin Banklar üçün Müştərinin Eyniləşdirmə Tədbirləri Sənədində məcburi şəkildə həyata  



keçirilə bilməyən məhkəmə qərarlarının, əks mühakimələrin, yaxud müqavilələrin maliyyə institutuna zərər  

vurması, yaxud dağıtması kimi müəyyən edilmişdir. Bundan əlavə, dövlət banklara inzibati, yaxud kriminal  

cərimələr tətbiq edə bilər. Bankın cəlb edildiyi məhkəmə işi bank üçün adi hüquqi xərclərdən daha ağır  

nəticələr verə bilər. Banklar müştərilərinin müəyyən edilməsində və onların pulların yuyulmasına əlaqələrini  

başa düşülməsi və idarə edilməsində ehtiyat tədbirlərindən istifadə etməsələr, özlərini belə hüquqi risklərdən  

effektiv şəkildə qorumaq iqtidarında olmaya bilərlər.  

 

Akkreditiv 

 

Bank tərəfi 



ndən verilən kredit aləti, müəyyən şərtlərin yerinə yetirildiyi təqdirdə müştəri adından üçüncü tərəfə  

ödənişlərin edilməsi zəmanəti verir. Akkreditivlər bir qayda olaraq ixracın maliyyələşdiriulməsi üçün  

istifadə edilir. İxracatçılar əmin olmaq istəyirlər ki, onların mallarının son alıcısı ödənişi həyata keçirəcəkdir  

və bu, alıcının bank akkreditivi alması ilə həyata keçirilir. Sonra akkreditiv ödənişin edilməli olduğu  

şəhərdəki müxbir banka yönləndirilir. Mallar göndərilmək üçün yüklədildikdə, idxal məntəqəsində  

alındıqda, gömrükdən keçirildikdə və çatdırıldıqda akkreditiv tərtib olunur. Mübadilə nəzarəti zəif olan  

ölkədən pul köçürməklə və idxal tranzaksiyasının həyata keçirilməsi görüntüsü yaratmağa kömək etməklə  

akkreditivlər pulların yuyulmasına rəvac verə bilər. İdxal və ixrac qiymətləri ilə manipulyasiya etməklə 

 pulları yuyarkən akkreditivlər fasad rolunu oynaya bilərlər. Mövcud olmayan ticarət əməliyyatlarına  

qanuni don geydirmək üçün pul köçürmələri zamanı pulların yuyulmasında bir vasitə kimi akkreditivdən  

istifadə edilə bilər  

 

Məhkəmə tapşırığı 

 

Bax Commission Rogatoire. 

 

Pulların yuyulmasında “geriyə kredit” metodu (Loan Back Method)  

 

Loan-back – geriyə kredit zamanı cinayətkar qanunsuz vəsaitləri sahibi olduğu ofşor müəssisəyə yerləşdirir 



və sonra həmin vəsaitləri özünə, yaxud malik olduğu şirkətə “kredit verir”. Bu metod işləkdir, çünki bəzi  

ölkələrdə faktiki olaraq ofşor hesablarına kimin nəzarət etdiyini müəyyən etmək çətindir. Bu proses pul  

yuyan şəxsə qanunsuz pulları “yumağa” və nəzərdə tutulmuş faiz ödənişlərini çıxmaqla vergi güzəştlərinə  

nail olmağa imkan verir. 

 

90



 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

 



Lockbox - Seyf 

 

Banklar tərəfindən şirkətlərə təklif edilən xidmət, bu zaman şirkət poçt vasitəsilə poçt qutusunda ödənişlər  



alır, bank gündə bir neçə dəfə ödənişləri götürür, onları müştərinin hesabına yatırır və şirkətə depozitlər  

haqqında xəbər verir. Xidmət şirkətə pulu alan kimi işə qoymağa imkanı verir, lakin əldə edilən dəyərin  

xidmətin dəyərini aşması üçün  məbləğlər iri olmalıdır. Sığorta sənayesində həyat sığortası və annuitet  

məhsulların ödənişi üçün “lockbox”lardan geniş istifadə edilir. 

 

 



 

Məktub yönləndirmə, yaxud məktub salma xidməti (Mail-Forwarding or Mail-Drop Service) 

 

Bu və ya digər məkanda yaşamayan, haqq ödəyən müştərilər adından məktub və bağlamalar üçün çatdırma  



məkanı kimi sabit fiziki ünvandan istifadə edən hüquqi kommersiya müəssisəsi. Mail müştərinin xahişi ilə  

saxlanıla, yaxud yönləndirilə bilər. Bəzi mail-drop-lar fakslar üçün də oxşar xidmətlər təmin edir. Pul  

yuyanlar çox vaxt mail drop ünvanlarından öz ünvanları kimi istifadə edir, bəzən qutularının nömrələrinə ya 

“lüks-nömrə”, ya da ”mənzil” nömrəsi kimi istinad edirlər. Çox vaxt shell, yaxud lisenziyasız bankların mail  

drop ünvanları olur.  

 

İdxal və/ixrav qiymətləri ilə manipulyasiya  

 

Pulların bir ölkədən digərinə hərəkət etdirilməsi üçün beynəlxalq ticarətdə alqı-satqısı həyata keçirilən  



malların, yaxud xidmətlərin qiymətinin dəyərindən az, yaxud çox göstərilməsindən istifadə edən pulların  

yuyulması metodu.  

 

Anlaşma Memorandumu  

 

İki tərəf arasında razılıq;  bu və ya digər məsələ ilə bağlı tərəflər arasındakı münasibətləri idarə edən  



prinsipləri müəyyən edir. Çox vaxt ölkələr beynəlxalq səviyyədə aktivlərin müsadirəsi hallarında aktivlərin 

paylaşdırılması, yaxud çirkli pulların yuyulması ilə mübarizə təşəbbüslərində müvafiq vəzifələrinin müəyyən 

edilməsində anlaşma memorandumundan  istifadə edirlər. Davamlı əsasda şübhəli tranzaksiya haqqında  

hesabatları almaq və təhlil etmək və polis və gömrük orqanları ilə sıx əlaqələr yaratmaq vəzifəsini daşıyan  

Maliyyə Kəşfiyyatı Orqanları (MKO-lar) təhqiqatlar kontekstində öz aralarında qeyri-formal şəkildə, çox  

vaxt  Anlaşma  Memorandumu  vasitəsilə  paylaşırlar.  MKO-rın  Eqmont  Qrupu  belə  Anlaşma 

Memorandumları  üçün  model  müəyyən  etmişlər.  Qarşılıqlı  hüquqi  yardım  sazişindən  fərqli  olaraq  (bax 

aşağıda)  bu  yanaşmadan  bir  qayda  olaraq  sübut  əldə  edilməsi  üçün  deyil,  sübuta  aparıb  çıxara  biləcək 

kəşfiyyat məlumatının əldə edilməsi üçün istifadə edilir.  

 

Yaxın Şərq və Şimali Afrika Maliyyə Tədbirləri üzrə işçi qrupu (MENAFATF) 

 

2004-cü ildə Yaxın Şərq və Şimali Afrika regionları üçün yaradılmış FATF tərzli qurum. 



 

 

 



 

 

91




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə