YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Beynəlxalq Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsi ilə mübarizə Aktı  

 

Bu Akt 2001-ci ildə qəbul edilmiş ABŞ Vətəndaş Aktının III Başlığını təmsil edir, burada birbaşa çirkli  



pulların yuyulması ilə mübarizə məsələlərinə aid həmin baza qanunun hamısı da olmasa, bir çox  

müddəalarından ibarətdir.     

 

Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası Hesabatı (INCSR) 

 

İllik olaraq ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilir; hesabata bir çox ölkədə pulların yuyulması  



səylərinin status ilə bağlı geniş bölmə yer alır.  

 

Beynəlxalq Polis Təşkilatı (Interpol) 

 

Fransanın  Lion  şəhərində  yerləşən  İnterpol  beynəlxalq  cinayət  və  pulların  yuyulması  məsələlərində  milli 



hüquq-mühafizə orqanlarına xidmətlər təmin edir, bu xidmət, məs, qaçaqların yerinin tapılmaında, yaxud  

beynəlxalq cinayətlərlə əlaqəli maoliyyə fəaliyyətinin müəyyən edilməsində üzv dövlətlərdən yardım  

istənilməsinə dair xəbərdarlıqların, “indikatorlar”ın verilməsi. İnterpolun hər üzv dövləti Milli Mərkəzi   

Büro (MMB) təyin edir və yardım xahişləri onlar vasitəsilə emal edilir.  

 

Internet Bankçılıq 

 

Biznes planını icra etmək üçün İnternetdən istifadə edən bankçılıq biznesi modeler, bu biznesin mürketinq  



səyləri, tranzaksiyalarının icrası və müştəri xidmətləri funksiyaları qabaqcıl elektron texnologiyalarından  

çox asılıdır. İnternet bankçılığında pulların yuyulması ilə bağlı əsas  narahatlıq maliyyə institutu ilə əlaqə  

yaradan “sifətsiz” müştərini müəyyən etməyin və Müştərinin Eyniləşdirmə Tədbiri prosedurlarının çətin  

olmasındadır. 

 

Investisiya bankçılığı 

 

Maliyyə institute daxilində ayrı department, yaxud bölmə; o, korporativ əməliyyatlar üçün müxtəlif  



mənbələrdən və ənənəvi bankçılıq alətlərinə digər alternativlərdən iri məbləğləri toplamaqla strateji  

kapitallaşma təmin edir  

 

QDTS 

 

Qeyri-formal dəyər transferi sistemi. Bax Alternativ Köçürmə Sistemi.  

 

 



 

88



 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Pulların yuyulmasına dair Kinqston Bəyannaməsi 

 

1992-ci ildə ABŞ, Birləşmiş Krallıq, Fransa, Kanada, Niderlandın rəhbərliyi ilə 17 Karib dənizi hövzəsi  



ölkəsini Yamaykada bir yerə topladı. Toplantının sonunda ölkələr Çirkli Pulların Yuyulması haqqında  

Kinqston Bəyannaməsini  qəbul etdilər, sənəd 1988-ci ildə qəbul edilmiş BMT Narkotiklərin Qanunsuz  

Trəfikinqi haqqında Konvensiyası ilə həmrəylik ifadə edir. Bəyannamə habelə FATF-ın 40 Tövsiyəsini və  

Karib dənizi hövzəsi ölkələrinin Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun yaradıldığı Aruba toplantısında  

qəbul edilmiş 19 Tövsiyəni icra etməyə razılıq vermişdir.  

 

Bilik 

 

Qadağan olunmuş hərəkəti müşaiyət edən əqli vəziyyət. FATF-ın 2003-cü ildə qəbul edilmiş 40  



Tövsiyyəsinin 2-ci Tövsiyəsində deyilir ki, ölkələr təmin etməlidirlər ki, pulların yuyulması cinayətini  

sübuta yetirmək üçün tələb olunan məqsəd və bilik Vyana və Palermo Konvensiyalarında müəyyən edilmiş  

standartlara, o cümlədən belə əqli vəziyyətin obyektiv faktiki şəraitdən irəli gəlməsi konsepsiyasına uyğun  

olsun.  Çirkli pulların yuyulması ilə mübarizəni müşaiyət edən biliyin dəqiq tərifi ölkədən ölkəyə fərqlənir.  

Müəyyən şəraitdə biliyə qəsdən bilməməzlik, yəni bəzi çəhkəmələrin müəyyən etdiyi kimi “faktları  

bilməkdən qəsdən yayılmaq” daxil ola bilər: məs, tranzaksiyaya cəlb olunmuş pulların potensial qanunsuz  

mənbəyinə məqsədyönlü şəkildə məhəl qoymadan  bank mütəxəssisinin tranzaksiyaya davam etməsi. 

 

Müxbir Bankını Tanı (MBT) 

 

Respondent bankın benefisiar mülkiyyətçilərinin və bank üçün “normal və gözlənilən” fəaliyyət növünün  



müəyyən edilməsində istifadə edilən çirkli pulların yuyulması ilə mübarizə siyasət və prosedurları toplusu.  

Şübhəli fəaliyyətin və pulların yuyulmasının aşkar edilməsində MBT əsas alətdir, çünki çox vaxt beynəlxalq  

səviyyədə cinayət vəsaitlərini yumaq üçün müxbir hesablarından vasitə kimi istifadə edilir. ABŞ Vətəndaşlıq  

Aktına məcburi müddəalar daxil edilmişdir ki, bunlar birbaşa xarici müxbir banklarla bağlı ABŞ maliyyə  

institutlarının riayət etməli olduğu prosedurlara aiddir.   

 

Müştərini Tanı (MT) 

 

Müştərinin əsl kimliyini və “normal və gözlənilən” fəaliyyət növünü müəyyən etmək və bu və ya digər  



müştəri üçün “qeyri-adi” olan fəaliyyəti aşkar etmək üçün istifadə edilən çirkli pulların yuyulması ilə  

mübarizə sahəsində siyasət və prosedurlar. Bir çox ekspertlər inanır ki, sağlam MT proqramı çirkli pulların  

yuyulması ilə səmərəli mübarizə proqramının ən yaxşı alətlərindəndir. 

 

Əməkdaşını Tanı (ƏT) 

 

Maraqlar münaqişəsi, pulların yuyulması, keçmiş cinayətkar fəaliyyət və şübhəli fəaliyyəti aşkar etmək 



 məqsədilə institutun əməkdaşları daha yaxşı tanıması və bilməsi üçün çirkli pulalrın yuyulması ilə mübarizə  

siyasət və prosedurları. ƏT şübhəli fəaliyyətin aşkar edilməsində əsas alətdir, çünki müştərilər pulları  

yuyanlarla ortaq ola bilərlər.  

 

 



 

 

 



 

 

 



89


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə