YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Europol 

 

Avropa Hüquq-Mühafizə Təşkilatı, məqsədi terrorizmin, narkotiklərin qanunsuz trəfikinqivə mütəşəkkil  



beynəlxalq cinayətkarlığın digər ağır formalarının qarşısının alınması və onunla mübarizə sahəsində üzv  

ölkələrin səlahiyyətli orqanlarının effektivliyini və əməkdaşlığını artırmaqdan ibarətdir.  Çirkli pulların  

yuyulması ilə mübarizə sahəsində Europol Avropa Birliyinin üzv ölkələrinin hüquq-mühafizə sahəsindəki  

səlahiyyətli orqanlarını EKM-lər (Europol Koordinasiya Mütəxəssisi) və analitiklər vasitəsilə əməliyyat  

və analitik dəstəklə təmin edir.  

 

Mübadilə məntəqəsi 

 

Bax Bureau de Change. 

 

İmtiyazlı hesab 

 

Bəzi ölkələrdə maliyyə institutlarının  müəyyən müştərilərinə qaydalardan kənarlaşma imkanı verirlir, bu  



zaman maliyyə institutuna müəyyən tranzaksiyalarla bağlı başqa şəkildə tələb olunan hesabatlıqla bağlı  

məsuliyyətdən imtina etmək icazəsi verilir. Vergidən azad hesablar sənədləşdirilməli və belə istisnalar  

təmin edən maliyyə institutları onların tranzaksiyalarını monitorinq etməlidirlər.  

 

Ekspress Trast 

 

Təsisçi tərəfindən adətən sənəd şəklində, məs. yazılı etibarnamə formasında yaradılan trast. Ekspress trastlar  



qanunun işləməsi vasitəsilə yaradılan trastlarla ziddiyyət təşkil edir və təsisçinin trast, yaxud digər oxşar  

hüquqi təsisatlar (məs, konstruktiv trast) yaratmaqla bağlı aydın məqsədi, yaxud qərarından törəmir. 

 

Ekstradisiya 

 

Məhkum edilmiş, yaxud müqəssir bilinəm şəxsin ikitərəfli müqavilə əsasında bir ölkədən digərinə təslim  



edilməsi, belə müqavilələrdə belə mübadilələrin şərtləri təsbit edilir, məs, mübadilə edilə bilinən şəxslər və  

mübadiləyə icazə verilən cinayətlər. Narkotik Maddələrin və Psixotrop Maddələrin Qanunsuz Trəfikinqinə  

qarşı 1988-ci ildə qəbul edilmiş Vyana Konvensiyası çirkli pulların yuyulmasını beynəlxalq səviyyədə  

ekstradisiyaya məruz qala bilən cinayət kimi müəyyən etmişdir.  

 

Ekstraterritorial diapazon 

 

Bir ölkənin siyasət və qanunlarının digər ölkənin vətəndaş və institutlarına şamil edilməsi. ABŞ pulların  



yuyulması qanununda bır sıra müddəalar vardır ki, bunlar qadağa və sanksiyaları digər ölkələrə  

genişləndirir. Məs, əgər “hadisə” “qismən” ABŞ-da baş verərsə, əsas ABŞ çirkli pulların yuyulması ilə  

mübarizə qanununun ekstraterritorial yurisdiksiyası ABŞ vətəndaşı olmayan şəxsə də tətbiq edilə bilər  

 

 



 

 



 

81



 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Maliyyə məsələləri üzrə işçi qrupu (FATF) 

 

FATF 1989-cu ildə yeddi sənaye ölkəsi tərəfindən çirkli pulların yuyulması ilə mübarizə məqsədilə milli  



və qlibal tədbirlərə dəstək vermək üçün yaradılmışdır. Bu, dünya boyunca çirkli pulların yuyulması və  

terrorizmin maliyyələşdirilməsi ilə mübarizə standart və tədbirlərini müəyyən edən beynəlxalq səviyyədə  

siyasəti müəyyən edən qurumdur.  Onun Tövsiyələrinin qanun gücü yoxdur. 2003-cü ildə FATF Çirkli  

Pulların yuyulması üzrə 40 Tövsiyəsini yenidən işləmişdir. Təşkilatın vəzifələrinə üzv olmayan ölkələr  

tərəfindən tövsiyələrinin qəbulu və icrasının təşviqi də daxildir. Qrup həmçinin Terrorizmin maliyyələş- 

dirilməsi  haqqında  Xüsusi  Tövsiyələr  tərtib  etmişdir  və  hazırki  çirkli  pulların  yuyulması  və  terrorizmin 

maliyyələşdirilməsi meyl və metodları ilə bağlı nümunələr verməklə illik tipologiya hesabatlarını hazırlayır.  

 

Cənubi Amerikada Çirkli Pulların Yuyulması ilə bağlı Maliyyə Məsələləri üzrə işçi qrupu  



(GAFISUD – Grupo de Acción Financiera de Sudamérica) 

 

Cənubi Amerika üçün yaradılmış FATF tərzli regional qurum, 2000-ci ildə yaradılmışdır. Üzvləri: Argentina, 



Boliviya, Braziliya, Çili, Kolumbiya, Kosta Rika, Ekvador, Meksika, Panama, Paraqvay, Peru və Uruqvay. 

 

Maliyyə məsələləri üzrə işçi qrupu tərzli Regional qurum (FSRB) 

 

FSRB-lərin forma və funksiyaları FATF-la oxşardır. Bununla belə, onların səyləri xüsusi regionlara  



hədəflənir. Məs, Karib dəniz hövzəsi ölkələrinin Maliyyə Məsələləri üzrə İşçi Qrupu, Şərqi və Cənubi  

Amerika Çirkli Pulların Yuyulması ilə Mübarizə Qrupu və Yaxın Şərq və Şimali Afrika Maliyyə Məsələləri  

üzrə İşçi Qrupu. 

 

Maliyyə institutu 

 

FATF-ın 40 Tövsiyəsinə görə, maliyyə institute dedikdə müştərilərin adından aşağıdakı fəaliyyətlər, yaxud 



əməliyyatlardan birini biznes şəklində həyata keçirən istənilən şəxs yaxud müəssisə nəzərdə tutulur:  

 

- İctimaiyyətdən depozitlərin və digər ödənilə bilən vəsaitlərin qəbulu. 



- Kreditlərin verilməsi. 

- Maliyyə lizinqi. 

- Pul yaxud dəyərin transferi. 

- Ödəniş vasitələrinin buraxılması və idarə edilməsi (məs, kredit və debit kartları, çeklər, səyahət çekləri,  

pul baratları və banker draftları, elektron pullar).  

- Maliyyə zəmanət və öhdəlikləri. 

- Aşağıdakıların alqı-satqısı: 

    


    

    


    

    


a) pul bazarı alətləri (çeklər, qəbzlər, derivativlər, depozit sertifikatları və s.); 

b) forex; 

c) mübadilə, faiz dərəcəsi və indeks alətləri; 

d) transfer edilə bilən qiymətli kağızlar və  

e) əmtəə fyumerslərinin alqı-satqısı. 

- Qiymətli kağız emissiyasında iştirak və belə emissiyalarla bağlı maliyyə xidmətlərinin təmin edilməsi. 

- Individual və kollektiv portfelin idarə edilməsi. 

- Nağd pul, yaxud likvid qiymətli kağızların digər şəxslərin adından saxlanması və inzibatçılığı. 

-  Digər  şəxslərin  adından  vəsaitlərin,  yaxud  pulların  başqa  şəkildə  investisiyası,  inzibatçılığı,  yaxud  idarə 

edilməsi. 

- Həyat sığortası və digər investisiya ilə əlaqəli sığortanın anderraytinqi və yerləşdirilməsi. 

- pul və valyuta mübadiləsi. 

 

 

82




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə