YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

 



 

Şərqi və Cənubi Afrika Çirkli Pulların Yuyulması ilə Mübarizə Qrupu (ESAAMLG) 

 

Afrikanın şərqindən cənubuna qədər 14 ölkəni özündə birləşdirən, FATF tərzli regional qurum.  



1999-cü ildə yaradılmışdır.  

 

Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont qrupu 

 

1995-ci ildə bir sıra milli maliyyə kəşfiyyatı orqanı (MKO) Eqmont qrupu adlanan qeyri-formal təşkilatda  



birgə fəaliyyətə başladı. Qrup öz adını Brüsseldə ilk toplantı keçirilən Eqmont-Arenberq sarayından  

götürmüşdür. Qrupun məqsədi MKO-lara milli çirkli pulların yuyulması ilə mübarizə proqraçlarına dəstəyi  

artırmaq üçün forum təmin etməkdən və informasiyanın paylaşdırılması üçün protokollar tərtib etməkdən  

ibarətdir.  MKO-ların  dəstəyinə  maliyyə  kəşfiyyatının  genişləndirilməsi  və  sistemləşdirilməsi,  belə 

təşkilatların əməkdaşlarının təcrübə və imkanlarının artırılması və yeni texnologiyaların tətbiq edilməsi və 

maliyyə  

cinayətlərinin təhqiqatı üçün informasiyanın paylaşdırılması üçün MKO-lar arasında kommunikasiyanın  

artırılmasına dəstək verməkdən ibarətdir. 

 

Elektron bankçılıq  

 

Maliyyə institutları arasında vəsaitlərin nağd pul, çeklər, yaxud digər dövriyyə alətləri vasitəsilə deyil,  



elektron siqnalların mübadiləsi vasitəsilə transfer edilən bankçılıq forması. 

 

Elektron nağd pul (E-nağd pul) 

 

İnternet üçün nəzərdə tutulmuş ödəniş mexanizmi olan elektron nağd pul kompüterin hard diskində, yaxud  



plastik kartın mikroçipində elektron şəklində saxlanan monetar dəyər vahidlərini təmsil edir. O, nağd pul  

kimi anonimdir və ani dəyərə malikdir. Anonim olması və iri məbləğlərin tez və asanlıqla İnternet üzərindən 

 “daşınması” səbəbindən E-nağd pul çirkli pulları yuyanları cəlb edir.  

 

Vəsaitlərin elektron transferi (Electronic Funds Transfer (EFT)) 

 

Maliyyə institutları arasında vəsaitlərin elektron olaraq hərəkəti. ABŞ-da ən çox istifadə edilən iki ümumi 



vəsaitlərin elektron transfer sistemi bunlardır: FedWire və CHIPS. (çox vaxt SWIFT üçüncü EFT sistemi 

hesab edilir, amma  əslində  o, pul  keçirmə  sisteminin özü deyil, institutlar arasında pul  köçürmələri  üçün 

təlimatlar daşıyan beynəlxalq mesaj sistemidir). Vəsaitlərin hərəkətinə şərait yaradan, amma texniki olaraq 

EFT  olmayan    digər  sistemlərə    avtomatlaşdırılmış  klirinq  palataları  (APT)  daxildir,  APT-lər  institutlar 

arasında hesabdan hesaba köçürmələr üçün mesajların paket emalını həyata keçirən şəbəkələrdir. 

 

 



 

 

 



79


 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Elektron pullar (E-pullar) 

 

Bax Elektron nağd pul  

 

Əlavə eyniləşdirmə tədbirləri (ƏED) 

 

Müştərilər və maliyyə institutlarının fəaliyyətlərinin və vəsaitlərinin qanuniliyinin müəyyən edilməsi  



məqsədini daşıyan əlavə yoxlama və ehtiyat tədbirləri  

 

Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə üzrə  



Avroasiya Qrupu (AAQ)  

 

FATF tərzli regional qurum, 2004-cü ilin oktyabrında Moskvada yaradılmışdır. Üzv ölkələrə Belorusiya,  



Çin, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.  

 

Avropa Birliyi (AB) 

 

Avropa Birliyi demokratik Avropa ölkələri birliyidir. Onun üzv dövlətləri ümumi təsisatlar yaratmışlar və 



suverenliklərinin  bir  hissəsini  bu  təsisatlara  ötürürlər  ki,  kollektiv  maraq  doğuran  məsələlər  ürə  qərarlar 

Avropa səviyyəsində demokratik şəkildə qəbul edilsin.  

 

Maliyyə Sistemindən Çirkli Pulların Yuyulması və terrorizmin Maliyyələşdirilməsi məqsədilə  

istifadənin qarşısının alınması üzrə Avropa Birliyinin Direktivi  

 

İlk olaraq 1991-ci ilin iyun ayında Avropa Birliyi tərəfindən qəbul edilmiş  direktiv AB-nin üzv  



dövlətlərindən daxili maliyyə sistemlərindən pulların yuyulması məqsədilə istifadə edilməsinin qarşısının  

alınması üçün lazım olduğu təqdirdə milli qanunlara dəyişiklik etməklə müəyyən nəticələrə nail olmağı  

tələb edir.  Direktiv Vyana Konvensiyasında müəyyən edildiyi kimi, narkotiklərin trəfikinqi ilə   

məhdudlaşdırılmışdır. Direktivin miqyası, habelə, pul yuyanlar tərəfindən sui-istifadəyə ən həssas  

olan kredit və maliyyə institutları ilə məhdudlaşdırılmışdır, lakin üzv dövlətlər pulların yuyulmasına cəlb  

edilməsi ehtimal olunan digər sektorları da əhatə etməyə həvəsləndirilmişlər. Direktiv  2001-ci ilin  

dekabrında yenidən işlənmiş və çirkli pulların yuyulması ilə bağlı cinayətlər kredit və maliyyə i 

nstitutlarını aşaraq, korporativ xidmət provayderləri, kazinolar, vəkil və mühasiblərə də şamil edilmişdir.  

2005-ci ilin sentyabrında qəbul edilmiş üçüncü direktiv ilk iki direktivi əvəz etmişdir. FATF-ın pulların  

yuyulması ilə mübarizəyə dair tövsiyələrinə müvafiq olaraq AB-nin Üçüncü Direktivi əvvəlki direktivlərin  

miqyasını genişləndirərək aşağıdakıları ora daxil etmişdir:   

 

- “Çirkli pulların yuyulması”və “terrorizmin maliyyələşdirilməsi”nin ayrı-ayrı termin kimi müəyyən edilməsi. 



- Müştərilərin identifikasiyası və şübhəli tranzaksiyalara daor hesabatlıq öhdəliklərinin trastlara və şirkət  

xidmət provayderlərinə, həyat sığortası vasitəçilərinə və malları müəyyən məbləğdən yuxarı qiymətə nağd  

olaraq satan dilerlərə şamil edilməsi  

- Müştərilərin eyniləşdirilməsi tədbirlərinə risk əsaslı yanaşma. 

- Pulların yuyulması, yaxud terrorizmin maliyyələşdirilməsi ilə bağlı şübhəyə dair məlumat verən  

əməkdaşların mühafizəsi. 

- Üzv dövlətlərə şübhəli tranzaksiyaya dair hesabatlardan istifadə və onlardan əldə edilən nəticələrlə  

bağlı hərtərəfli statistikanın saxlanması öhdəliyinin verilməsi. 

- Bütün maliyyə institutlarından hüquqi və fiziki şəxslərin malik olduğu bütün hesabların “benefisiar  

mülkiyyətçiləri”nin identifikasiya və verifikasiyasının tələb edilməsi. 

 

 

 



 

 

80




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə