YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

 



Valyuta Tranzaksiya Hesabatı (CTR)   

 

Müəyyən pul limitlərindən artıq valyuta tranzaksiyasını sənədləşdirən hesabat. Həmçinin bir gün ərzində 



 həyata keçirilən, üst-üstə toplandıqda tələb olunan hesabat məbləğindən yüksək olan mix saylı valyuta  

tranzaksiyaları üzrə də CTR tərtib edilə bilər. ABŞ daxil olmaqla bir sıra ölkələrdə CTR-lər xüsusi şərtlər  

daxilində dövlət orqanlarına göndərilməlidir.  

 

Kastodian 

 

Digər şəxslər, yaxud institutlarının aktivlərinin idarə edilməsi, yaxud nəzarət edilməsi, yaxud saxlanmasına  



görə məsuliyyət daşıyan bank, maliyyə institute, yaxud digər müəssisə. Bir qayda olaraq, kastodianlar  

haqqında söhbət açılan aktivlərin fəal, aqressiv menecerləri deyildirlər, əvəzində isə passiv olaraq aktivləri  

saxlayırlar. 

 

Kastodi  

 

Müştərinin investisiyaları, yaxud aktivlərinin qorunması və inzibatçılığı, yaxud bunu etmək səlahiyyəti.  



 

Müştərinin Eyniləşdirmə Tədbirləri (MET) 

 

Pulların yuyulmasına nəzarət baxımından bu, müştərilərlə işləmək üçün yüksək əxlaqi və peşəkar  



standartları təşviq edən adekvat siyasətlərin, təcrübələrin və prosedurların icrası deməkdir və bankların  

məqsədli, yaxud məqsədsiz şəkildə cinayətkar elementlər tərəfindən istifadə edilməsinin qarşısının alınması  

üçün dizayn edilmişdir.  MET-ə təkcə müştərilərin kimliyinin müəyyən edilməsi deyil, habelə müştəri,  

yaxud hesab növü üçün normal, yaxud gözlənilən tranzaksiyalara uyğun gəlməyən tranzaksiyaları müəyyən 

 etmək üçün hesabın fəaliyyətinin monitorinqi daxildir. 

 

Müştərinin İdentifikasiyası Proqramı  (MİP) 

 

İnstitutun müştərilərin kinliyinin identifikasiyası və verifikasiyasını qarşıya qoyan siyasət və prosedurları.  



Ümumiyyətlə, proqram yazılı olmalı, yüksək rəhbərlik tərəfindən təsdiq edilməli və müştərinin xəbərdar  

edilməsi prosedurlarını özündə  ehtiva etməlidir.  

 

Müştəri İnformasiyasi Orderi 

 

Bütün maliyyə institutlarından – yaxud seçilmiş banklar vı digər maliyyə institutlarından – təhqiqat  



aparılan şəxsə məxsus istənilən hesabın təfərrüatlarını təmin etməyi tələb edir, bununla da təhqiqatçıya 

 şübhəli şəxsin hesablarının harada saxlanıldığını aşkar etmək imkanı verir. 

 

 



 

 

 



 

76



 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Debit kartı 

 

Kart sahibinə öhdəlikləri ödəmək, yaxud digər məkanlarda, yaxud bizneslərdə alış-veriş etmək üçün adına 



 olan, əvvəldən mövcud hesabdan vəsait çıxarmaq imkanı verən, maliyyə institute tərəfindən təqdim edilən  

kart.   Əgər debit kartlar bank sirri cənnəti mövcud olan ölkələrin maliyyə institutlar tərəfindən verilirsə

 cinayət vəsaitlərinin yuyulmasında onların rahat alət olması aşkarlanmışdır, çünki onlar debitləşdirilmiş  

vəsaitlərin mənbəyi ilə bağlı demək olar ki, heç bir iz buraxmır.  



 

Debit Tranzaksiyası  

 

Mal və xidmətlərin alınması, yaxud nağd pulun əldə edilməsi məqsədilə bank kartından istifadəni əhatə edən  



tranzaksiya. Tranzaksiya avtomatik şəkildə kart sahibinin depozit hesabını debitləşdirir.  

 

Müəyyən edilmiş cinayət kateqoriyaları 

 

FATF, 2003-cü ildə nəşr etdirdiyi 40 Tövsiyəsində ilk dəfə olaraq “müəyyən edilmiş cinayət kateqoriyala- 



rı”nın siyahısını təqdim edir, burada pulların yuyulması təhqiqatlarına apara biləcək cinayətlər sadalanır.  

Hər ölkə həmin cinayətləri və onların elementlərini necə müəyyən edəcəyini qərarlaşdıra bilər.Bir çox ölkələr  

hansı cinayətlərin pulların yuyulması üçün predikativ rolunu oynadığını təsbit etmir və sadəcə olaraq qeyd  

edirlər ki, bütün ağır cinayətlər predikativ ola bilər. Digərləri, məs, pulların yuyulması ilə bağlı təhqiqatın   

aparılması üçün cinayətlərin uzun siyahısını təsbit edirlər. FATF-ın tərifinə görə, müəyyən edilmiş 

 kateqoriyalar aşağıdakılardır: 

 

- Mütəşəkkil cinayətkar qrupda və reketdə iştirak; 



- Terrorizm, o cümlədən terrorizmin maliyyələşdirilməsi; 

- İnsan alveri və miqrant qaçaqçalçılığı; 

- Cinsi istismar, o cümlədən uşaqların cinsi istismarı; 

- Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz trəfikinqi; 

- Qanunsuz silah trəfikinqi; 

- Oğurluq və digər malların qanunsuz trəfikinqi; 

- Korrupsiya və rüşvət; 

- Dələduzluq; 

- Saxta valyuta; 

- Saxta mallar və piratçılıq; 

- Ətraf mühitlə bağlı cinayət; 

- Qətl, ağır bədən xəsarəti

- Adam oğurluğu, qanunsuz azadlıqdan məhrumetmə və girovların götürülməsi; 

- Talan, yaxud oğurluq; 

- Qaçaqmalçılıq; 

- Soyğun; 

- Saxtalaşdırma; 

- Piratçılıq və  

- Insayder alqı-satqısı və bazar manipulyasiyası. 

 

 



 

 

 



 

 

77




 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Müəyyən edilmiş qeyri-kommersiya biznes və peşələri  

 

FATF-a görə, aşağıdakı bizneslər FATF-ın 2003-cü ildə verilmiş 40 Tövsuysinə uyğun fəaliyyət  



göstərməlidirlər: 

 

- Kazinolar (o cümlədən İnternet kazinolar). 



- Daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan vasitəçilər. 

- Qiymətli metal dilerləri. 

- Qiymətli daş dilerləri. 

- Vəkillər, notariuslar, digər müstəqil hüquq peşəkarları və mühasiblər. Tək fəaliyyət göstərənlərə,  

tərəfdaşlara və peşəkar maliyyə institutları daxilində fəaliyyət göstərən peşəkarlara aiddir. O, digər  

bizneslərin əməkdaşları olan “daxili” peşəkarlara, yaxud artıq çirkli pulların yuyulması ilə mübarizə  

tədbirləri tətbiq olunan dövlət qurumlarında işləyən peşəkarlara şamil edilmir. 

- Trast və şirkər xidmət provayderləri. Tövsiyələrə görə digər yerlərdə əhatə edilməyən və aşağıdakı  

xidmətlərdən istənilən birini üçüncü tərəflərə təmin edən bütün bizneslərə, yaxud şəxslərə aiddir:  

- Hüquqi şəxslərin formalaşdırma agenti kimi fəaliyyət göstərmə. 

- Şirkətin direktoru, yaxud katibi, tərəfdaşlığın tərəfdaşı, yaxud digər hüquqi şəxslərə münasibətdə oxşar  

vəzifədə fəaliyyət göstərmə (yaxud digər şəxsin belə fəaliyyət göstərməsini təşkil etmək).  

- Şirkət, tərəfdaşlıq, yaxud istənilən digər hüquqi şəxs, yaxud quruluş üçün qeydiyyata alınmış ofis,  

biznes ünvanı, yaxud məkanın, yazışma, yaxud inzibati ünvanın təmin edilməsi  

-  Ekspress  trastın qəyyumu  kimi  fəliyyət  göstərmə  (yaxud digər şəxsin  belə  fəaliyyət  göstərməsini  təşkil 

etmək).  

- Digər şəxs üçün namizəd səhmdar kimi fəliyyət göstərmə (yaxud digər şəxsin belə fəaliyyət göstərməsini  

təşkil etmək).  

 

Açıqlama orderi 

 

Təhqiqata aid informasiyaya malik şəxsdən müsahibə zamanı suallara cavab verməyi, informasiya təmin  



etməyi, yaxud sənədləşmə təqdim etməyi tələb edən sənəd. Order təkcə aktivləri üzərində təhqiqat  

aparılan şəxsə qarşı deyil, həmçinin üçüncü tərəfə, məs, maliyyə institutuna tətbiq edilə bilər.  

 

Daxili transfer 

 

Mənbə və benefisiar institutun eyni yurisdiksiyada yerləşdiyi pul köçürməsi. Ona görə də, daxili transfer  



tamamilə ayrıca götürülmüş bir yurisdiksiya daxilində baş verən pul köçürmələrinin istənilən zəncirinə  

şamil edilir (hətta pul köçürməsinin həyata keçirilməsi üçün istifadə edilən system digər yurisdiksiyada  

yerləşsə belə). 

 

Yuxarıdan aşağı müxbir klirinq bankı (Downstream Correspondent Clearer) 

 

Bir institutdan müxbir bankçılıq xidmətləri alan və institutda saxladığı hesabın valyutasında digər maliyyə  



institutlarına müxbir bankçılıq xidmətləri təmin edən müxbir bank müştərisi   

 

Quru trast 

 

Bax adsız trast. 

 

 



78


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə