YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

 



 

Əsas prinsiplər 

 

Bank Nəzarəti üzrə Bazel Komitəsi tərəfindən tərtib edilmiş Effektiv Bank Nəzarətinin Əsas Prinsipləri,  



Qiymətli Kağızlar Komitələrinin Beynəlxalq Təşkilatı tərəfindən tərtib edilmiş Qiymətli Kağızların  

Tənzimlənməsinin Məqsəd və Prinsipləri və Sığorta Nəzarətçilərinin Beynəlxalq Assosiasiyası tərəfindən  

tərtib edilmiş Sığorta Nəzarətinin Prinsipləri  

 

Korporativ subyektlər 

 

FATF-ın Konsultasiya Sənədində aşağıdakı şəkildə müəyyəne edilir: 



 

1. 


 

 

 



 

 

2. 



 

3. 


 

4. 


 

Korporasiyalar: 

(a) Özəl məhdud şirkətlər və səhmləri birjada alınıb satılmayan açıq səhmdar cəmiyyətləri. 

(b) Beynəlxalq biznes şirkətləri/ ofşor şirkətər . 

 

 

Trastlar. 



 

Fondlar. 

 

Məhdud tərəfdaşlıqlar və məhdud məsuliyyətli tərəfdaşlıqlar.



 

Bəzən korporativ subyektlərin son benefisiar mülkiyyətçilərini və nəzarətçilərini müəyyən etmək çətin olur,  

bu, həmin subyektləri pulların yuyulmasına həssas edir. FATF 2003-cü ildə nəşr edilmiş yeniləndirilmiş  

40 Tövsiyəsinin hüquqi şəxslərlə bağlı MET-ğ dair bölmədə belə subyektlərə xüsusi diqqət yetirir  

(Tövsiyə 5). 

 

Müxbir bankçılıq  

 

Bir bankın (“müxbir bank”) digər banka (“respondent bank”) bank xidmətləri göstərməsi. Bir qayda olaraq,  



iri beynəlxalq banklar dünyanın müxtəlif yerindəki minlərlə digər bank üçün müxbir rolunu oynayır.  

Respondent banklara geniş çeşidlir xidmərlər trəmin edilə bilər, o cümlədən nağd pulun idarə edilməsi  

(məs, müxtəlif valyutalarda faiz gətirən hesablar), beynəlxalq vəsait köçürmələri, çek klirinq xidmətləri,  

tranzit hesablar və forex xidmətləri.  

 

Cinayət Vəsaitlərinin Yuyulması, Axtarışı və Müsadirə edilməsi haqqında Avropa Şurasının Konvensiyası  

 

Konvensiya 1990-cı ilin sentyabr ayında Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən qəbul edilmişdir, o,  



bütün növ cinayət əməllərini ünvanladığı üçün Vyana Konvensiyasına nisbətən daha güclü təsirə malikdir.  

Çirkli  pulların  yuyulması  cinayətinə  təkcə  narkotiklərin  trəfikiinqi  deyil,  bütün  ciddi  cinayətlərlə  əlaqəli 

olan pulların yuyulması da daxil edilmişdir.  

 

 



74


 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

 



Terrorizmlə mübarizə komitəsi (Counter-Terrorism Committee (CTC)) 

 

BMT Təhlükəsizlik Şurasının 1373 saylı (2001) qətnaməsinə uyğun olaraq BMT Komitəsi yaradılmışdır.  



Terrorizmlə  mübarizə  məsələsinə  gəldikdə,  CTC-yə  Təhlükəsizlik  Şurasının  15  üzvü  daxildir.  Komitə  

BMT  Təhlükəsizlik  Şurasının  1373  saylı  qətnaməsinin  icrasını  monitorinq  edir  və  terrorizmlə  mübarizə 

aparmaq üçün üzv ölkələrin potensialının artırılmasını qarşıya məqsəd qoyur.   

 

Kredit kartları 

Mal və xidmətlər almaq və kredit üzrə nağd pul avansları əldə etmək məqsədilə istifadə edilən kredit  

limitli plastik kart. Sonra kart sahibinə verilmiş kredit emitent banka ödənilir.  Kartda olan məbləğ  

cinayətdən əldə edilmiş pulla ödənildikdə kredit kartlarından pulların yuyulması üçün istifadə edilə bilər.  

Kredit maliyyələşdirilməsi 

 

Bahalı mallar almaq və sonradan borc vəsaitin cinayətkar vəsaitlər hesabına ödəmək üçün kreditdən istifadə. 



Cinayətkar  dəyəri  yüksək  olan  aktiv,  məs,  yaxta  almaq  üçün  vəsait  götürür,  krediti  dərhal  qanunsuz 

vəsaitlərlə  nağd  olaraq  ödəyir,  qayığı  satır  və  hər  şeyə  yenidən  başlayır.  Kreditləri  qanunsuz  pullarla 

ödəməklə çirkli pulları yuyanlar cinayətkar fəaliyyətin maliyyələşdirilməsi üçün kreditdən istifadə edə bilər. 

 

Cinayətkar vəsaitlər 

 

 Cinayət törədilməsindən birbaşa, yaxud dolayısı ilə əldə edilən istənilən əmlak. 



 

Sərhədlərarası 

 

Ən azı iki ölkənin iştirakı ilə həyata keçirilən fəaliyyətlər kontekstində istifadə edilir, məs, pulun bir ölkədən  



digərinə köçürülməsi, yaxud valyutanın sərhəddən keçirilməsi  

 

Sərhədlərarası köçürmə 

 

Mənbə bankın və benefisiarın fərqli yurisdiksiyalarda yerləşdiyi istənilən pul köçürməsi. Sərhədlərarası  



köçürmə həmçinin ən azı bir sərhədlərarası elementə malik istənilən pul köçürməsi zəncirinə şamil edilir.  

 

Cuckoo Smurfing 

 

Alternativ köçürmə sistemlərinə bağlı olan pulların yuyulması forması, bu zaman cinayətkar vəsaitlər  



xaricdən real vəsaitlər, yaxud ödənişlər gözləyən şəxslərin hesabları vasitəsilə transfer edilir. “Cuckoo  

smurfing” termini ilk dəfə Birləşmiş Krallıqdakı təhqiqatlarda işlənmişdir, bu, məhz orada əhəmiyyətli  

çirkli pul yuyulması vasitəsidir.   

 

Valyuta 

 

Banknot və qəpiklər mübadilə vasitəsi kimi dövriyyədədir.  



 

Valyuta qaçaqmalçılığı 

 

İri məbləğdə nağd pulun sərhədlər boyunca, çox vaxt bank sirri  ciddi qorunan, mübadilə nəzarəti, yaxud  



çirkli pulların yuyulması ilə mübariuzə qanunvericiliyi zəif olan ölkələrə qanunsuz hərəkəti. 

 

75




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə