Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə88/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   84   85   86   87   88   89   90   91   ...   100

207
Tapşırıq: – “Ağ qızıl” nə deməkdir? Bu birləşmədəki sifəti əksmənalı sözlə əvəz edin və
alınmış söz birləşməsinin mənasını izah edin.
Oxu 
Dərsliyin 197-ci səhifəsindəki “Xor” şeiri cütlərlə oxunur. Cütlükdəki şagirdlərdən biri şeirin
bir bəndini ifadəli, intonasiya ilə oxuyur, digəri isə səslənən bəndin izahını (təhlilini) verir. Sonra
onların yerini başqa cütlük tutur. 
Suallar: – “Bir mahnı ürəkdəki milyon dərdi təmizlər” misralarını necə başa düşürsünüz?
– Xor oxumaqla nəğməmiz dünyanı necə titrədə bilər?
– Nə üçün şair “Dostun mahnı oxusa, onun səsinə səs ver” söyləyir?
Dərslikdən 1-2-ci tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq. Şagirdlər lüğətdən “xor” sözünün iki mənasını tapırlar:
1. Hər hansı vokal əsəri bir vaxtda ifa edən oxuyanlar dəstəsi.
2. Alçaq nəzərlə baxmaq, qiymət verməmək, dəyərsiz saymaq.
“Xor” sözü şeirdə “birlik” mənasında işlədilmişdir. Şair bu kəlməni insanların birliyini ifadə
etmək üçün işlətmişdir.
2-ci tapşırıq. Şeirin ideyasını aşağıdakı atalar sözlərindən biri ilə ifadə etmək olar:
“Birlik harada, dirilik orada!”
“El bir olsa, dağ oynadar yerindən”.
“Güc birlikdədir”.
“Ümman” və “amal” sözləri ilə bağlı iş dəftərindəki tapşırıq tamamlanır. Şagirdlər əvvəlki və
sonrakı izahlarını müqayisə edir, sözlərin mənalarını lüğət vasitəsilə dəqiqləşdirirlər.
İş dəftərinin 132-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilə bilər. Şagirdlər bu tapşırığı
cütlükdə işləməklə də yerinə yetirə bilərlər. Sonda hər bir cütlük öz nəticələrini təqdim edir.
Digər şagirdlər öz əlavə və qeydlərini söyləyirlər.
Danışma
(“Akvarium”)
Şagirdlər “Fərd və kollektiv” mövzusunda müzakirə keçirirlər.
Müzakirə aşağıdakı şəkildə təşkil olunur:
1-ci addım. Müəllim sinfə müraciət edir: – “Kollektivdə işləməklə daha yüksək nəticələr əldə
etmək olar” fikrini dəstəkləyənlər sinif otağının sağ tərəfinə, “Mən fərdi şəkildə işləyəndə daha
yüksək nəticələr əldə edirəm” deyənlər sol tərəfə toplaşsınlar. Hər dəstədəki şagirdlərin sayı
hesablanıb lövhədə yazılır.
2-ci addım. Kollektiv iş tərəfdarları mərkəzdə yer tutub müzakirə keçirir, öz mövqelərinin
müdafiəsi üçün tezislər hazırlayırlar. Müəllim bir neçə dəfə müzakirəni saxlayıb müşahidəçi qrupa
müraciət edir: – Kim öz fikrini dəyişibsə, digər qrupa keçə bilər. Könüllülər əks qrupa keçirlər.
3-cü addım. Qruplar yerlərini dəyişir və fərdi iş tərəfdarları müzakirə keçirirlər. Müəllim yenə
də müzakirəni saxlayaraq müşahidəçi qrupa müraciət edir: – Kim öz fikrini dəyişibsə, digər
qrupa keçə bilər.
4-cü addım. Qrupların hər biri daha bir dəfə yerlərini dəyişir və hər dəfə istənilən şagird bir
qrupdan digərinə keçə bilir. Sonda qrupdakı şagirdlərin sayı hesablanır və sayı artmış qrup
qalib hesab olunur. Dəyişiklik yoxdursa, müəllim heç-heçə elan edir.
Müəllimin nəzərinə: Bu fəaliyyətin daha maraqlı olması üçün müzakirə keçirən qrupun şagirdləri
müşahidəçi qrupdakı tərəddüd edən yoldaşlarına şəxsən müraciət edib müxtəlif
arqumentlərlə onları inandıra və öz qruplarına dəvət edə bilərlər.
Dil qaydaları
Şeirin 4-cü bəndi dil qaydaları baxımından araşdırılır.
Sual və tapşırıqlar: – Bu bənddə ahəng qanununa tabe olmayan sözü tapın. 
(dünyanı)
– Bənddəki birinci cümlədə neçə mübtəda var? 
(dörd)
– Bu cümlədə ikincidərəcəli cümlə üzvünü tapın. 
(toplardan)
ƏXLAQİ DƏYƏRLƏR
Çap üçün deyil


208
– Üçüncü və dördüncü misraları iki cümləyə ayırın. 
– Bu cümlələrdən hansında mübtəda yoxdur?
(Xor oxuyaq)
– Həmin cümlənin mübtədası hansı söz ola bilər? 
(Biz)
– Bu bənddəki omonimləri sadalayın. 
(top, dağ, qoy)
– Onlardan hansı köməkçi nitq hissəsi kimi işlənib? 
(qoy)
İş dəftərinin 132-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlardan istifadə oluna bilər.
Yazı
Müəllim inşa mövzusunu lövhədə yazır: “Tək əldən səs çıxmaz?” və buradakı sual işarəsinə
diqqət yetirməyi tapşırır. Şagirdlərə izah olunur ki, onlar atalar sözündə ifadə olunmuş fikrə
şübhə ilə yanaşmalı, bununla bağlı mühakimə yürütməlidirlər.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar
əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 93. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR (2 saat) 
Bu dərsdə dərsliyin 198-ci səhifəsində verilmiş sual və tapşırıqlar yerinə yetirilir, müvafiq
bölmədə tədris olunmuş materiallar təkrarlanır. Bununla yanaşı, müəllim həm özünün ha zır la -
dığı materiallardan, həm də müxtəlif qiymətləndirmə vasitələrindən istifadə edə bilər. Tap -
şırıqların seçimi zamanı bölmədə reallaşdırılmış standartları əsas götürmək lazımdır.
Dərs 94. 7-ci BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏT LƏNDİRMƏ (2 saat)
Dinləmə və yazı üzrə qiymətləndirmə 
(İş dəftərinin 133-cü səhifəsində də verilmişdir.)
QOCA VƏ SƏYYAH
Yazın ortaları idi. Qoca balıq tutmaq üçün getdiyi çayın kənarından qiymətli bir daş
tapmışdı. Ertəsi gün o, bir səyyahla qarşılaşdı. Səyyah çox ac idi. Qocadan yemək üçün
bir şey istədi. Qoca ona yemək vermək üçün çantasını açanda səyyah qiymətli daşı
gördü. Qocadan daşı ona verməyi xahiş etdi. Qoca tərəddüd etmədən daşı götürüb
səyyaha verdi. Nəhayət, bəxti səyyahın üzünə gülmüşdü. Bunu düşünə-düşünə sevinclə
qocadan ayrıldı. Ancaq bir neçə gün keçməmişdi ki, yenə qayıtdı və qocanı taparaq daşı
ona qaytardı. Səyyah qocaya: “Mənə verdiyin daşın nə qədər qiymətli olduğunu bilirəm,
– dedi, – ancaq səndə bu daşdan daha qiymətli bir şey var. Bu daşı sənin gözündə
adiləşdirən şey... Onu mənə verə bilərsənmi?” – dedi.
1. Səyyah daşı qocaya qaytardı, çünki ...
A) qocada o daşdan da qiymətli bir şey vardı.
B) qocadan belə dəyərli hədiyyə qəbul edə bilməzdi.
C) daş elə də qiymətli bir şey deyildi.
2. Mətnin məzmununu öz sözlərinlə yaz.
_____________________________________________________
3. Səncə, qoca səyyaha necə cavab verəcək? Hekayəni sən necə davam etdirərdin?
_____________________________________________________
Oxu və dil qaydaları üzrə qiymətləndirmə 
(İş dəftərinin 134-135-ci səhifələrində də
verilmişdir.)
KÖLƏ VƏ SULTAN MAHMUD
Sultan Mahmudun Ayaz adlı köləsi vardı. Sultan köləni gözəl xasiyyətinə görə çox se-
virdi. Bu kölə tezliklə Sultanın etibarını elə qazanır ki, bütün sultanlığın xəzinəsi ona etibar
edilir. Bu vəziyyəti görən saray sakinləri isə bir kölənin saray xəzinədarı olmasını heç cür
7
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə