Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə96/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   92   93   94   95   96   97   98   99   100

331 
XI  BÖLMƏ 
 
 
 
 
 
 
 
 
 
QƏLƏM   DOSTLARIM 
QONAĞIMDIR ... 
 
 
Əksən əgər, bar gətirən bağdı dost 
Arxanı soykətməyə bir dağdı dost. 
 
H
ər sözü düz, əhdinə sadiq olan 
Şani-şərəf həm gözəl əxlaqdı dost. 
 
Şad gününü əl çalıb alqışlayan,  
B
əd gününə həmfikir olmaqdı dost. 
 
 
 
          
 
 
 
 
 


332 
BU  
QƏRİB  ELLƏRƏ  VƏTƏN  DEDİ  O... 
 
 
RAYONUMUZDA İLK TƏHSİLİN TARİXİNDƏN   
BİR  YARPAQ 
     
(İlahiyyatçı anam Meyva Ağası qızının əziz xatirəsinə) 
 
       
Əzizim ulu dağlar, 
       
Çeşməli sulu dağlar. 
       Burda bir q
ərib ölüb, 
       
Göy kişnər,bulud ağlar. 
 
O, çox q
əribə, həm də  faciəli  bir  tale  yaşayıb.  Çox-çox 
ill
ər bundan əqdəm, az qala yüz ildən  artıq  vaxt  ötmüş  bir 
zamanda  uzaq-uzaq türk ell
ərindən heç vaxt üzünü görmədiyi 
v
ə tanış olmadığı bu yerlərə  gələrək qərib bir diyarda özünə 
yurd-
yuva salmış,və ... 
Q
ədim və əsrarəngiz   Şabran (keçmiş Dəvəçi)  elinin əsl 
qürur m
ənbəi sayılan ulu və heyrətamiz  Çıraqqaladan  (məncə 
bu möht
əşəm  qalanı  dünyanın  8-ci möcüzəsi də  adlandırmaq 
olardı, yəqin) xeyli aşağılarda, bir az ərköyün, bir az da  şıltaq 
v
ə dəlisov Xəzərin sinəsinə məhəbbətlə qucaq açan qədim bir 
yaşayış məskəni- Çölquşçu kəndi. 
K
əndin dənizə  açılan  gündoğan  çıxışında    geniş  ərazini  
tutmuş, illərin, əsrlərin açı və kədərli xatirələri ilə uyuyan bir 
k
ənd məzarlığı.  Məzarlığın  girişində  sinəsini  mamır  basmış, 
üzü 
əks tərəfə-şimala  baxan  (nə  vaxtsa  aparılacağı  nəzərdə 
tutulan) t
əbiətin,  zamanın  gərdişi-qovğalarında  kösöv  kimi  
qars
ıb-yanmış,  kiçilib-beli  bükülmüş  baş  daşı  buraya  yolu 
düşən hər kəsin diqqətini cəlb edir. Hüznlə  sanki  dünyanın 
g
əlişindən və  gedişindən  acı-acı  söhbətlər  açır.  Bu dünya 
fanidir, ey ged
ən yolçu, sərvaxt ol, aldanma ona-deməklə elə 


333 
bil f
əryad qoparır. Əcaba  görən kimindir bu məzar ? On illər 
boyu bu q
ərib torpaqda uyuyaraq nə  vaxtsa Vətəninə  köçü-
rül
əcəyini həsrətlə  gözləyə-gözləyə  yanıb-yaxılan  bu  qərib 
insan  kimdir, n
əçidir,  haradan gəlib, haraya gedirmiş o ?!.. 
Əslən Dəvəçi  (indiki  Şabran)  rayonunun  Qələgah kən-
dind
ən-məşhur  əfəndilər nəslindən  olan,  hazırda  təqaüdçü 

əllim Firəngiz Kərəmovanın dedikləri : 

Əvvəlcə onu deyim ki; Çar Rusiyası dövründə nəslimizin 
uluları-üç  qardaş  əfəndini-Abdulvahabı,  Məhəmməd və 
İsmayılı  siyasi motivlərə görə həbs edib Kazana (Tatarıstana) 
10 il müdd
ətinə sürgün etmişdilər. Uzun müddət sürgün həyatı 
yaşayan qardaşlardan biri-Məhəmməd Əfəndi sonralar  xəlvəti 
İrana keçmiş, lakin onu orada öldürmüşdülər. İsmayıl Əfəndi 
is
ə (Həmdulla Əfəndinin atası) Kazanda dünyasını dəyişmişdi. 
Öt
ən  əsrin iyirminci illərininin  ortalarında,  təxminən 1925-ci 
ild
ə  Həmdulla Əfəndi (O, 1918-ci ildə AXC hakimiyyətində 
Parlament  üzvü  olmuşdur)  Kazana  getmiş,  oradan  əmisi 
Abdulvahab    Əfəndinin  özünü,  atası  İsmayıl  Əfəndinin isə 
n
əşini    (ölüsünü)  vətənə  gətirmiş,  onu  doğma  torpaqda  – 
Q
ələgah kəndində  dəfn etmişdi. 
Keçmiş  rayon  Sovetinin  deputatı,  sinəsi orden-medallı, 
m
əşhur  sağıcı,  indi  isə  el  anası  Saray  Bayramovanın 
dedikl
əri : 
-H
əmdulla Əfəndi  Kazanda  olarkən  Sacidə adlı bir tatar 
qızı  ilə  evlənir. Vətənə  dönərkən Sacidənin 14-15  yaşında 
qardaşı  Kərimi də  özləri ilə  gətirirlər. Öz elində  ibtidai dini 
t
əhsil  almış  Kərimə  Əfəndi ilahiyyatdan dərs  keçir.  Qısa 
vaxtda  Quranı uğurla  başa vuran Kərim öz fitri istedadı, dərin 
biliyi v
ə  hazırcavablığı  ilə  Əfəndinin hüsn-rəğbətini  qazanır, 
t
ələbə yoldaşları  arasında seçilib- fərqlənir. 
Uzun ill
ər rayon məktəblərində  müəllim,  məktəb 
direktoru, sonralar is
ə  rayon rəhbərliyində  çalışmış  Ramiz 
Əfəndi Vahabovun dedikləri: 


334 
-  K
ərimin yüksək fərasətini və  qabiliyyətini hiss edib 
duyan H
əmdulla Əfəndi  ona ali dini təhsil verilməsi qərarına 
g
əlir və bunun üçün əmisi Abdulvahab Əfəndiyə xahişçi düşür. 
O vaxtlar  Suriyanın Şam (indiki Dəməşq) şəhərində  diplom 
v
ə  ali dərəcəli  alimlik  adı  verən Dini Mərkəz fəaliyyət 
göst
ərirmiş.  Həmin Mərkəzin Azərbaycanın  Şamaxı  (Əxi-
ərəbcə  qardaş  deməkdir, beləliklə  Şamaxı  Şamın  qardaşı  
anlamına  gəlir)  şəhərində  filialı  işləyirmiş.  Həmin  filialın 
r
əhbəri  Abdulvahab  Əfəndinin  dostu  imiş.  Odur  ki,  Əfəndi 
dostuna rica m
əktubu  yazır,  Qələgahdan Seyfəddin  Əfəndini 
v
ə  Kərimi, Nohurlardan isə  Güləli Məmmədovu  ekstern 
imtahan  verm
ək üçün Şamaxıya yollayır. Çox keçmir ki, onlar 
Şamaxıdakı  dini  məktəbdə  müvəffəqiyyətlə  ekstern  imtahan 
ver
ərək  hər üçü alimlik dərəcəsi almaqla  ali dini təhsil 
haqqında diplom alaraq Dəvəçiyə qayıdırlar... 
Rayonun  Çölquşçu  kənd məscidinin  dindarı  Rəşad 
V
əliyevin dediklərindən: 
- Deyil
ənə görə, o vaxtlar mahalımızda Əfəndilər, xüsusilə 
H
əmdulla Əfəndi də daxil olmaqla çox böyük hörmət və nüfuz 
sahibi olublar. Onlar 
əhali  arasında  müqəddəs  dinimizin  
t
əbliğində  böyük  əmək sərf edər, arzusu olan gənclərə  dini 
bilikl
əri öyrədər, Həcc ziyarətinə getmək istəyənlərə maddi və 
m
ənəvi dayaq olarmışlar. Bunları bilən ulu babam – Vəli kişi 
H
əmdulla  Əfəndinin  yanına  gedir.  Ondan  Həcc ziyarətinə 
getm
əyin  yollarını  və  qaydalarını  öyrənmək istəyir.  Babamı 
mehribanlıqla  qarşılayan  Əfəndi təbəssümlə, lakin ciddi 
şəkildə  deyir: 
-  V
əli  kişi,  bilirəm,  kəndinizin hörmətli və  imkanlı 
şəxslərindənsən. Arzun müqəddəsdir. Ancaq kəndinizdə  məs-
cid v
ə  bulaq  yoxdur.  Camaatınız  susuzluqdan  əziyyət çəkir. 
M
əncə sən kəndinizdə ilk növbədə məscid və bulaq tikdirsən 
el
ə  Həcc ziyarətinə  getmiş  kimi  olarsan.  Məscidin tikintisini 
tezl
əşdir  ki,  yaxınlarda  oraya  işləmək  üçün  ilahiyyatçı    Hacı 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə