Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə17/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   62

68 
 
Biz  Ə.  Ağayevin  dövrləşməsini  bütünlükdə  göstər-
məklə onu Ə. Sultanlının dövrləşməsi ilə müqayisə etmək 
məqsədi  güdürük.  Belə  ki,  fikrimizcə,  1938-ci  ildə  nəşr 
olunmuş dərsliyin dövrləşməsi sonrakı dövrdə - 1958-ci 
ildə çapdan çıxmış dərsliyin dövrləşməsindən daha mü-
kəmməldir.  Başlıcası  ona  görə  ki,  Ə.  Ağayev  öz  dövrləş-
məsində  antik  ədəbiyyatı  bizim  eranın  VI  əsrinə  qədər 
gətirdiyi halda, Ə. Sultanlı onu Ellinizm dövrü ilə bitirirdi. 
1958-ci  il  dərsliyində  Roma  dövrü  yunan  ədəbiyyatının 
heç adı belə çəkilmir. Halbuki, 1958-ci ilə qədər artıq İtti-
faq  daxilində  nəşr  olunmuş  bütün  dərsliklərdə  həmin 
dövrün ədəbiyyatı daha erkən dövrlərlə bərabər səviyyə-
də göstərilirdi.  
Ə.  Ağayevin  dövrləşməsinin  bu  üstün  cəhətinə 
baxmayaraq,  orada  bir  sıra  nöqsanlar  da  yox  deyil. 
Müəllif qədim yunan ədəbiyyatının “İlk dövrü”nü Homer 
yaradıcılığı  ilə  başlayır  və  bununla  da  zəngin  yunan 
folkloru və mifologiyası dərsliyin hüdudlarından kənarda 
qalır.  Yunan  folkloru  və  mifologiyası  haqqında  xüsusi 
olaraq  məlumat  verməyən  istənilən  “Antik  ədəbiyyat” 
dərsliyi heç vaxt tamamlanmış normal dərslik kimi qəbul 
edilə bilməz.  
Daha  bir  mübahisəli  məqam  odur  ki,  müəllif  qədim 
yunan  ədəbiyyatının  III  dövrünü  “İntihat  dövrü” 
adlandırır.  Bunu  ona  görə  etmir  ki,  bu  dövrün  ənənəvi 
adı  –  Ellinizm  termini  müəllifə  məlum  deyildi.  Müəllif 
sadəcə Ellinizm terminini “İntihat dövrü”nün daxilindəki 
son mərhələni (e.ə. 146 – b.e. 529-cu illər) adlandırmaq 


69 
 
üçün  saxlamışdır  ki,  bunu  da  doğru  hesab  etmək 
mümkün deyil. Belə ki, istər tarixə, istərsə də ədəbiyyat 
tarixinə  dair  yazılmış  bütün  mənbələrdə  “Ellinizm 
dövrü”  e.ə.  IV  əsrin  ikinci  yarısından  başlayaraq  e.ə.  II 
əsrin  sonlarınadək  olan  dövrü  əhatə  etdiyi  göstərilir. 
Bundan  sonra  isə  Roma  imperiyası  dövrü  antik  ədə-
biyyatı gəlir ki, o da b.e. VI əsrinədək davam edir.   
Ümumiyyətlə,  dərslikdə  mübahisə  doğuran  və  aşkar 
yanlışlıqlarla  yazılmış  hissələr  demək  olar  hər  səhifədə 
gözə  dəyir.  Biz  yalnız  bəzilərini  –  daha  mühümlərini 
qeyd  etmək  istəyirik  ki,  sonralar  bu  yerləri  Ə.  Sultanlı 
dərsliyinin  müvafiq  hissələri  ilə  müqayisə  etmək 
mümkün olsun.  
Ə.  Ağayev  “İlliada”  və  “Odisseya”  poemalarının  ya-
ranmasına  –  klassik  filologiyada  “Homer  sualı”  adını  al-
mış  problemə  toxunarkən  bəzi  dolaşıq  fikirlər  söyləyir. 
Deyilənlərdən aydın olur ki, müəllif poemaların bir şəxs 
tərəfindən  deyil,  kollektiv  tərəfindən  yaradılması  nəzə-
riyyəsini dəstəkləyir. Həm də poemaların kollektiv tərə-
findən yaradılmasını Ə. Ağayev “müasir elmi səviyyə”nin 
irəli  sürdüyü  mülahizə  kimi  qələmə  verir. Bu  fikri  həqi-
qətəuyğun  hesab  etmək  mümkün  deyil.  Belə  ki,  müasir 
klassik filologiya bu gün də həmin problem haqqında hə-
lə qəti və birmənalı fikrə gəlməmişdir. Əksinə, XIX əsrin 
sonu,  XX  əsrin  əvvəllərindən  başlayaraq  “Homer  sua-
lı”nda “unitar nəzəriyyə” tərəfdarlarının (Homerin müəl-
lifliyini qəbul edənlər) mövqeyi daha da güclənməkdədir. 
Eyni zamanda, müəllif “müasir elmi səviyyə” adından irə-


70 
 
li sürdüyü fikrin özünü də dəqiq şərh etmir, bu zaman bir 
neçə nəzəriyyəni bir-birinə qarışdırır (məs., “ilk nüvə nə-
zəriyyəsi” və ya “nəğmə nəzəriyyəsi”).  
Kitabda  metodoloji  səhvlərə  də  rast  gəlmək  müm-
kündür.  Onlardan  ən  mühümü  Hesiod  yaradıcılığının 
düzgün yerləşdirilməməsidir (“Hesiod” bəhsi “Kiklik das-
tanlar”la  bir  yerə  salınmışdır).  Məlumdur  ki,  XIX  əsrin 
sonlarından  etibarən  yaranan  dərsliklərdə  Hesiod  adə-
tən Homerin gənc müasiri kimi təqdim olunur. Klassik fi-
lologiya  sahəsində  çalışan  alimlər  sırasında  Hesiodun 
Homerdən əvvəl yaşaması, Homerlə həmyaşıd olması fik-
rini  söyləyənlər  də  vardır.  Lakin  belə  alimlərin  sayı  əv-
vəllər  də  çox  az  olmuş,  indi  isə  demək  olar  heç  yoxdur. 
Alimlərin  əksəriyyəti  dərsliklərdə  Hesiod  bəhsini         
Homerdən  sonra yerləşdirir və onların hər iksini  yunan 
ədəbiyyatının ən qədim nümayəndələri hesab edirlər. Bu 
ədiblərin hər ikisi sinifsiz cəmiyyətin quldarlıq cəmiyyə-
tinə  keçidi  zamanında  yaşayıb  yaratmışlar.  Sadəcə,  Ho-
mer bu keçid dövrünün əvvəlində, Hesiod isə sonunda – 
sinifli cəmiyyətin astanasında fəaliyyət göstərmişdir. On-
ların yaradıcılığındakı fərq də buradan irəli gəlir. Məs., Ə. 
Ağayev  dərsliyinin  çap  olunduğu    1938-ci  ildə  İttifaqın 
paytaxtı  Moskvada  işıq  üzü  görmüş  “Antiçnaya  literatu-
ra” dərsliyində (müəllifi prof. N.F. Deratani) bu iki qədim 
yunan  şairi  eyni  bəhs  daxilində  verilirdi.  Maraqlıdır  ki, 
dərsliyi yazarkən prof. Derataninin istifadə etdiyi ədəbiy-
yat siyahısı ilə Ə. Ağayevin siyahısı demək olar bütünlük-
də üst-üstə düşür (Koqan, Mokulski, Kun və b.).  


71 
 
”Lirika”  bəhsini  dərsliyin  ən  uğurlu  yazılmış  hissəsi 
hesab etmək mümkündür. Burada başlıca yunan lirikləri-
nin həyat və yaradıcılığı, ümumiyyətlə lirikanın meydana 
gəlmə səbəbləri, onun ictimai-siyasi kökləri düzgün işıq-
landırılmışdır.  Lakin  qədim  yunan  poeziyasının  nəzəri 
məsələlərinə  gəldikdə  müəllif  bir  sıra  ciddi  nöqsanlara 
(hətta o illər üçün) yol verir. Məs., “satirik şeir forması” 
ifadəsi  işlədilir  və  yanında  mötərizədə  “difiramb”  qeyd 
edilir; başqa yerdə “heksametr” yazılır, mötərizədə “mü-
səddəs”  göstərilir  ki,  bu  da  həmin  sözlərin  müəllif  tərə-
findən eyniləşdirilməsi mənasına gəlir. Lakin yunan poe-
ziyasında  satirik  şeir  forması  (yamb)  ilə  xor  lirikasının 
bir şəkli kimi “difirambı” eyniləşdirmək düzgün olmadığı 
kimi, heksametrlə (hər misrasında 6 bölgü var) şərq poe-
ziyasının 6 misradan ibarət şeir formasını da eyniləşdir-
mək fikrimizcə nəzəri səhvdən başqa bir şey deyildir.  
”Dramaturgiya” bəhsi də ümumən uğurlu alınmışdır. 
Bəzi yerlər, məs., yunan dramının mənşəyi, onun folklor 
kökləri,  antik  dramaturgiyanın  keçdiyi  inkişaf  yolu  (b.e. 
IV  əsrinə  qədər  4  mərhələ  göstərilir)  çox  dəqiq  yazıl-
mışdır  ki,    bu  da  müəllifin  yüksək  nəzəri  biliyini,  eyni 
zamanda  geniş  mütaliəsini  göstərir.  Lakin  bu  bəhs  də 
bəzi  nöqsanlardan xali deyil (fikrimizcə, bu nöqsanlar da 
müəllifin əsaslandığı mənbələrdən irəli gəlirdi). Məsələn, 
müəllif qədim yunan teatrının quruluşunu düzgün təsvir 
etmir:  “Teatr  açıq  havada  düzəlirdi.  Tamaşaçıların 
oturduqları  yer  yuxarıdan  aşağıya  doğru,  getdikcə  radi-
usları  darlaşan  amfiteatr  şəkilli  pillələrdən  ibarət  idi, 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə