157
fadə etdiyindən, fəlsəfə istər-istəməz həmin dövrün orto-
doksal dini görüşləri ilə ciddi polemika və hətta gərgin
ideoloji mübarizə şəraitində meydana gəlirdi. İlk antik
fəlsəfə məktəbləri dünyanın hansısa antropomorf (insa-
niləşdirilmiş) allahlar tərəfindən yaradıldığı və idarə
olunduğu fikrindən tamamilə fərqli kosmoloji sistem ya-
radırdılar. E.ə. VI əsrdə meydana gəlmiş antik naturfəlsə-
fə məktəbləri (Milet məktəbi, Pifaqorçuluq) mövcudatın
müəyyən bir vahid əsası olduğunu iddia edir və onu
müxtəlif təbiət ünsürlərində axtarırdılar. Fales bu əsası
SU, Anaksimandr bütün əkslikləri özündə birləşdirən
xaotik APEYRON, Anaksimen HAVA, Heraklit isə əbədi
yaşar OD hesab edirdi. Pifaqor və davamçıları varlığın
mahiyyətini rəqəmlərdə görürdülər: rəqəmlərdə bütün
çoxluq və təklik birləşirdi, onlar bütün harmoniyanın
əsasıdırlar. E.ə. V əsrin tanınmış naturfilosofları
Empedokl 4 dəyişməz ünsürü – od, hava, su və torpağı
hər şeyin başlanğıcı
kimi qəbul edir, Anaksaqor isə qeyri-
maddi və hər şeyi əhatələyən AĞILı (nus) bütün hərəkə-
tin səbəbi sayırdı. Eleya məktəbinin (Ksenofan, Parme-
nid) filosofları hesab edirdilər ki, həqiqi varolan təkdir,
əbədi və dəyişməzdir, heç nədən yaradılmayıb və heç nə-
yə çevrilə bilməz. Belə olduğu halda, ətrafdakı çoxluq,
müxtəliflik hissi qavrayışımızın məhsuludur, çünki həqi-
qətdə yalnız bir əbədi substansiya mövcuddur. E.ə. V-IV
əsrlərə aid antik atomizm məktəbinin nümayəndələrinə
(Demokrit, Levkip) görə, bütün mövcudatın əsası
boşluqda əbədi hərəkət edən bölünməz, dəyişməz çox ki-