Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə37/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   62

152 
 
bəyə başlayanda Herakl onu da öldürür və qoşununu qaç-
mağa vadar edir. Fiva çarı Kreont bu qəhrəmanlığına görə 
böyük qızı Meqaranı ona ərə verir. Onların uşaqları dünya-
ya gəlir, lakin  düşmənçiliyindən əl çəkməyən Hera ani ola-
raq Heraklın ağlını başından alır. O, uşaqlarını qətlə yeti-
rir.  Özünə  gələndən  sonra  törətdiklərindən  dəhşətə  gələ-
rək, şəhəri tərk edir. Delf şəhərinə gələrək, burdakı orakul 
vasitəsilə  allahlardan  gələcək  taleyini  öyrənmək  istəyir. 
Orakul allahların adından ona Herakl adını verir (əvvəlki 
adı  Alkid),  Tirinf  şəhərində  Evrisfeyə  qulluq  etməyi  və  10 
şücaət göstərməyi emr edir. 2-sini Evrisfey hesaba almadı-
ğına görə, Herakl 12 şücaət göstərməli olur: Nemeya şiri-
nin dərisininin əldə edilməsi; 9 başlı Lerna hidrasının öldü-
rülməsi (hesaba alınmır); Artemidaya məxsus Keriney ma-
ralının tutulması; Erimanf qabanının tutulması; Elida çarı 
Avginin tövlələrinin təmizlənməsi (hesaba alınmır); insan-
ları  yeyən,  dəmir  lələkli  Stimfala  quşlarının  qovulması; 
vəhşi  Krit  öküzünün  gətirilməsi;  Frakiya  çarı  Diomedin 
ram edilməmiş madyanlarının gətirilməsi; amazon qadın-
ların  çariçəsi  İppolitanın  kəmərinin  gətirilməsi;  Herionun 
inəklərinin gətirilməsi; Hisberidlərin qızıl almalarının gəti-
rilməsi;  Aiddən  Kerberin  gətirilməsi.  Sonrakı  həyatında 
Herakl  əsasən  hərbi  yürüşlərdə,  müxtəlif  şəhərlərin  alın-
masında  iştirak  etmiş,  müxtəlif  şəhər-dövlətlərdə  hökm-
darlıq etmiş nəsillərin əsasını qoymuş, ən nəhayətdə, allah-
lar tərəfindən Olimpə qaldırılaraq ölməzliklə mükafatlan-
dırılmış, Zevs və Heranın qızı Heba ilə evlənmişdir.  


153 
 
Yeri  gəlmişkən,  Herakl  haqqında  daha  bir  maraqlı 
məqama  toxunmaq  istərdik.  “Tarix  elminin  atası”  Hero-
dot  Skifiya  haqqında  danışarkən  (IV  kitab),  skiflərin 
məhz  Herakldan  törəndiyini  göstərən  mifi  gətirmişdir: 
10-cu  şücaəti  zamanı  Herakl  Herion  inəklərini  Mikenə 
gətirərkən,  Skifiya  ərazisindən  keçir  və  yolda  yarı-ilan, 
yarı-qadınla rastlaşaraq, onunla cinsi əlaqəyə girir. Hero-
dota  görə,  məhz  bu  əlaqədən 
dünyaya  gələn  oğlanlar  skiflərin 
başlanğıcını  qoymuşlar.  Əvvəla 
qeyd  etmək  lazımdır  ki,  heç  bir 
digər  antik  müəllifdə  bu  mifə 
rast gəlinmir. Eyni zamanda, an-
tik  müəlliflərdə  “skiflər”  heç  də 
həmişə  bizim  bəzi  “mütəxəssis-
lər”imizin  düşündükləri  kimi, 
“türklər”  demək  deyildi.  Mifdəki 
Herionun 
yerləşdiyi 
məkan 
(uzaq qərb) da prototürklərin ta-
rixi əraziləri ilə üst-üstə düşmür. 
Odur ki, həmin “mütəxəssislər”in 
bu mifi əsas götürməklə Heraklı nə az, nə çox - “türk” ad-
landırmaları gülüşdən başqa heç nə doğrumur.          
Homer, Sofokl, Evripid və b. antik müəlliflər öz əsər-
lərində Heraklın şücaətləri haqqında müxtəlif variantlar-
da  və  ardıcıllıqla  mövcud  olan  zəngin  mifoloji  material-
dan istifadə etmişlər. Bəziləri (məs., Epixarm, Aristofan) 
Heraklın bir qədər ağılsız, sadəlövh, kefcil obrazını yarat-
Herakl 


154 
 
salar da, miflərdə biz Heraklı bir qayda olaraq ağıllı, təd-
birli, qorxmaz, insanlara kömək etmək həvəsi ilə yaşayan 
biri kimi görürük. Bu cəhət bir daha onu göstərir ki, antik 
ədəbiyyat mifoloji materialı sadəcə yazıya köçürmür, on-
dan yaradıcı şəkildə istifadə edirdi. Antik ədiblər real ob-
raz yaratmaq qayğısına qalmır, buna sadəcə ehtiyac gör-
mürdülər. Antik mif istənilən düşüncəni, istənilən həyat 
hadisəsini təcəssüm etdirə biləcək materiala və obrazlar 
aləminə malik idi. Hər müəllif öz intellektinə, dünyagörü-
şünə, daşıqığı ideologiyaya və ədəbi-estetik zövqə uyğun 
olaraq,  mifologiya  kərpiclərindən  yazılı  ədəbiyyat  evini 
ucaldırdı.  Nəticədə,  ən  azı    mifologiyanın  özü  qədər 
zəngin  və  rəngarəng  olan    bu  evlərdən  dəbdəbəli  Antik 
Ədəbiyyat Şəhəri yaranırdı.   
Antik mifologiyanın çoxəsrlik inkişafı boyunca yarat-
dığı obrazlar aləmi yalnız antik ədəbiyyatın deyil, bütün-
lükdə dünya ədəbiyyatının qızıl fondunu təşkil edir. İnsa-
ni,  gözəl,  harmoniya  içində  olan  bu  obrazlar  yalnız  ədə-
biyyatın  deyil,  bütünlükdə    incəsənətin  inkişafına  güclü 
təsir göstərmişdir. Antik ədəbiyyatla birlikdə antik mifo-
logiya İntibah dövrü və ondan sonrakı dövrlərdə meyda-
na gəlmiş ən parlaq əsərlərin faktiki materialını təşkil et-
miş, yeni-yeni çalarlar qazanmaqla Yeni dövr ədəbiyyatı-
nın formalaşmasına da xidmət göstərmişdir. Antik mifo-
logiya və onun əsasında yaranmış antik obraz bu gün də 
bir  çox  hallarda  böyük  ədəbiyyatın  məzmunu  təşkil  et-
məyə davam edir. Sadəcə, bu materialdan hər dövrün eh-
tiyac  və  tələblərinə  uyğun  istifadə  etməyi  bacarmaq  gə-


155 
 
rək. Bunu bacaran sənətkarlar yeni şedevrlər yaratmağa, 
müasir  ədəbi  prosesdə  öz  dəsti-xətti  ilə  fərqlənməyə 
məhkumdurlar.   
 
 


156 
 
ANTİK FƏLSƏFƏ VƏ MONOTEİZM 
 
 
 
 
 
E.ə. VI əsrdən b.e.-nın VI əsrinədək davam edən 1000 
ildən artıq zaman kəsiyində qədim yunan və Roma mütə-
fəkkirləri tərəfindən yaradılmış antik fəlsəfi ənənə Avro-
pa  qitəsində  özünün  spesifik  ideyaları  və  nəzəriyyələri 
olan  ilk  çoxşaxəli  fəlsəfi  məktəblər  komleksini  ehtiva 
edir. Antik fəlsəfə yarandığı dövrdə artıq özünün forma-
laşma mərhələsini arxada qoymuş qədim Çin, hind və di-
gər  Şərq  fəlsəfə  məktəbləri  ilə  birbaşa  təmasda  olmasa 
da,  Yaxın  Şərq  vasitəsilə  bir  sıra  bilik  və  ideyalarından 
bəhrələnmişdir.  Kainatın  yaradılışı  və  strukturu,  maddi 
və qeyri-maddi varlığın mahiyyəti kimi problemlər məhz 
bu  təmasların  nəticəsində  antik  fəlsəfənin  predmetinə 
çevrilmişdir. Antik fəlsəfənin ən sıx və ardıcıl məşğul ol-
duğu məsələlər isə kosmos, onun mənşəyi, bütün mövcu-
datın ilkin başlanğıcı və ilk təkanverici qüvvəsi kimi mə-
sələlər  idi  ki,  məhz  bunlar  onu  sonrakı  dövrlərdə  Avro-
pada formalaşmış Orta əsrlər və Yeni dövr fəlsəfi sistem-
lərindən fərqləndirən əsas mövzular sayılır.  
Antik  fəlsəfənin  meydana  gəldiyi  münbit  zəmin  ilk 
növbədə  qədim  yunan  mifologoyası  olmuşdur.  Qədim 
mifoloji mətnlərin verdiyi geniş materialdan eyni zaman-
da antik dünyanın politeist dini təlimi geniş şəkildə isti-


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə